|
Hörmətli Adnan Oktarın Türk-İslam Birliyinin qurulması ilə Ermənistana qarşı da dostanə bir mövqedə olmağı tövsiyə edən açıqlamalarının ardından yaşanan əhəmiyyətli irəliləyişlərdən biri də erməni və azərbaycanlı idarəçilərin Türkiyənin öndərliyində bir araya gətirilməsidir. Xəbərdə bu məqsədlə təşkil ediləcək olan zirvədən bəhs edilir.
Kipr Ada TV, 1 avqust 2008
Adnan Oktar: Yaxın bir zamanda bunu da görəcəksiniz Suriya ilə Türkiyə birləşəcək. Azərbaycanla Türkiyə birləşəcək, iki dövlət bir millət olaraq. Bizim dostlarımızın bu mövzuda elanı çıxdıqdan dərhal sonra Ermənistan dövlət başçısı ilə Azərbaycan dövlət başçısı əl-ələ tutub bir şəkil çəkdirdilər. Biz dedik ki, ermənilər bizim dostumuzdur, qardaşımızdır. Əgər tarixdə bizə bir xətaları, bir səhvləri olmuşsa, biz onları bağışlayırıq. Bizim elə bir iddiamız, kinimiz yoxdur. Onlar da belə düşünsünlər, bizim kimi düşünsünlər; bir sevgi birliyi, dostluq olsun, qardaşlıq olsun. “Ən gözəl nəticəni alaq” şəklində bir elan nəşr olundu, günlərlə nəşr olundu; dərhal arxasından bu irəliləyişlər oldu. Rəcəb Tayyib Ərdoğan bəy-baş nazirimiz Azərbaycana getdi, arxasından da bu sevgi nümayişləri və bu söhbətlər başladı. Sonra bu hadisələr inkişaf etməyə başladı. Bunlar çox gözəl irəliləyişlərdir. Gözəl gedişatdır, hər şeyin dediyimiz kimi olduğunu göstərən bir dəlildir eyni zamanda.
|