İSLAM ORTAQ BAZARI QURULUR

Nə Demişdi?Nə Baş Verdi?

HÖRMƏTLİ ADNAN OKTARIN “İSLAM BİRLİYİNƏÇAĞIRIŞ” KİTABINDAN BİR HİSSƏ (avqust, 2003)

 

İqtisadi əməkdaşlıq həm sabitliyin təmin edilməsi, həm də inkişaf baxımından əhəmiyyətlidir. Bir çox müsəlman ölkəsinin təcili ehtiyacı, iqtisadiyyatının sabitliyə qovuşması və möhkəm təməllər üzərinə oturdulmasıdır. İslam dünyasında sənayenin inkişafına əhəmiyyət verilməsi, lazımlı sərmayələrin qoyulması zəruridir. Bütün olaraq bir inkişaf layihəsi inkişaf etdirməyin lazım olduğu da açıq şəkildə görülür. Təhsil, iqtisadiyyat, mədəni quruluş, elm və texnologiya birlikdə inkişaf etməlidir. Bir tərəfdən iş sahələri texnoloji olaraq inkişaf etdirilərkən, digər tərəfdən işləyənlərintəhsil səviyyəsinin və keyfiyyətinin artırılması təmin edilməlidir. Cəmiyyətlər daha istehsalçı olmağa həvəsləndirilməlidir. Bir çox müsəlman ölkəsində yaşanan yoxsulluğun, təhsilsizliyin, qeyri-bərabər gəlir bölgüsününvə digər sosial-iqtisadi çətinliklərin ortadan qaldırılmasında iqtisadi əməkdaşlıqların böyük rolu olacaq. SƏRBƏST TİCARƏT SAHƏLƏRİ YARADILARAQ, GÖMRÜK BİRLİYİ TƏMİN EDİLƏRƏK VƏ ORTAQ BAZARLAR TƏŞKİL EDİLƏRƏK BU ƏMƏKDAŞLIQ QURULA BİLƏR.

 

 

Əl-Bağdadi TV, 30 aprel 2008

 

Adnan Oktar:Əlbəttə,həllə baxmaq lazımdır. Həll budur ki, bütün İslam aləmi bir araya gəlib Türkiyənin liderliyində böyük Türk-İslam Birliyini yaratmalı, Türkiyə super dövlət olaraq bölgəyə idarəyə keçməli və həmçinin bütün İslam aləmini qardaşı olaraq, öz qardaşı kimi çox yaxşı qorumalı, onların İQTİSADİ-SİYASİ YÖNDƏN GÜCLƏNMƏLƏRİNİ TƏMİN ETMƏLİ, o cümlədən bütün türk aləmini ki, demək olar hamısı müsəlmandır, onları da qorumalı və bölgədə bir super dövlət olaraq anarxiyanı, terroru tamamilə dayandırmalıdır. Böyük bir mədəniyyət həmləsi etməliyik və Hz. Süleymanın dövrünə bənzəyən bir təşəbbüsdə olmalıyıq. Həll budur.

 

Tərcüman qəzeti, 18 iyun 2008

2010-08-08 18:38:14
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top