BAŞ NAZİR ƏRDOĞAN: MÜHARİBƏ HEÇ KİMƏ FAYDA VERMƏZ

Nə Demişdi?Nə Baş Verdi?

 

Azərbaycan Dövlət Xəbər Agentliyi. 14 avqust, 2008

 

Adnan Oktar:ÇÜNKİ DÜŞMƏNLİKDƏN HEÇ BİR ŞEY  ÇIXMAZ, HEÇ BİR ŞEY QAZANILMAZ. DOSTLUQDAN QAZANILAR. Türkiyə ilə Rusiya əl-ələ versə, Rusiyanın və eləcə də Ermənistanın iqtsadiyyatı canlanar. Türkiyənin də iqtisadiyyatı canlanar. AMMA DÜŞMƏNLİK VƏ MÜBARİZƏDƏ İQTİSADİYYAT CANLANMAZ, KASIBLIQ OLAR. İnsanların təlif gücü qalmaz və beyinləri işləməz. DÜŞMƏNLİK İNSANI XƏSTƏ EDƏR.  

 

Aparıcı:Yaxşı, sizcə ermənilər istəyirmi Türkiyə ilə belə, yəni ermənilərin konstitusiyalarında Türkiyədən torpaq iddiaları var, digər tərəfdən sözdə soyqırım iddiaları. Ermənilər nə dərəcə fəaldırlar Türkiyə ilə yaxınlaşmağa?  

 

Adnan Oktar:Odostluq və sevgi yaxşı hiss etdirilsə, ermənilər gəlsin İstanbulda da,Ankarada da məskunlaşsınlar, hər yerdə istədikləri kimi məskən salsınlar. Türkiyə buna açıq bir ölkədir. Biz erməniləri əsrlərlə bu torpaqlarda saxladıq. Torpaqla nə işləri var yəni?

 

Aparıcı: Saxladınız, amma arxadan vurdular sonra?

 

Adnan Oktar:Amma onu onlara masonlar etdirdi. Sivilxalq heç vaxt xainlik etməz. Daima masonlar, arxadakı şeytani güclər insanları bu hala gətirir. Bir insan, bir xalq birliyi, erməni birliyi "Gedin buraya hücum edin" deyilsə belə, qəbul etməz. Amma məcbur etsən, əlinə silah versən, "Adamları öldürməsən, səni öldürəcəyəm" desən və aldatsan bu insanları, həmçinin "Türklər sizin qanınızı içəcək; onlar elə düşməndir, belə düşməndir" deyə öyrətsən cahil insanları, gücdən istifadə edib insanları yönləndirə bilərsən. Bu, ermənilərin bizə düşmən olduğunu göstərməz. Bu, zorla edilmiş bir şeydir. Tamamilə bir oyundur. Erməni gəncləri gəlsinlər Türkiyəyə. Biz oraya gedək, elə bir şey olmaz. Ermənistan heç vaxt düşmənlik siyasətindən xoşlanmaz. Xalqı da çox narahat edər bu. BİR İNSANIN DÜŞMƏNİ OLANDA O SIXILAR, XOŞUNA GƏLMƏZ. BUNDAN MƏMNUN OLMAZ.                                                           

 


Türkiyə qəzeti. 31 avqust, 2008

HÖRMƏTLİ BAŞ NAZİR TAYYİB ƏRDOĞANIN AÇIQLAMASI

 

"Heç olmasa, bundan sonra tərəflərin ağıllı və bəsirətli diplomatik bir həll çıxarmaları üçün Türkiyə olaraq məsuliyyətimizi yerinə yetirməyə çalışırıq. Deyirik ki, BEYNƏLXALQ ƏLAQƏLƏRDƏ HEÇ KİM QAZANCINI BAŞQASININ İTKİSİNDƏ AXTARMASIN. Əsasən heç bir isti qarşıdurmanın mütləq qazananı da yoxdur. Dərin bir tarixə sahib ixtilafları qızışdırmaqla Qafqazda sülh və sabitliyi pozmaq qlobal sülh və sabitlik baxımından da çox ağır nəticələr doğurar. Bütün tərəfləri az, ya da çox hər kəsin itirəcəyi, hər kəsin bədəl ödəyəcəyi qarşıdurma yaradan güc yarışından qaçmağa və bunun yerinə HƏR KƏSİN QAZANCLI ÇIXACAĞI ƏMƏKDAŞLIĞA söykənən bir rəqabətə dəvət edirik."

 

2010-09-16 14:35:17
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top