ERMƏNİSTANDAN YAXINLAŞMA TƏLƏBİ

Nə Demişdi?Nə Baş Verdi?

 

Ərzincan Can TV. 14 iyul, 2008

 

  Adnan Oktar: Ermənilər bizim qardaşlarımızdır. Onlar da bizim canımızdır, inşAllah. Ermənistan da inşAllah, Türk-İslam Birliyində yer alacaq. Boş yerə özlərini üzürlər. Biz onları qardaş olaraq, dost olaraq görürük. İnşAllah, Türk-İslam Birliyinin o şəfqətli qollarında onlar da yerlərini tapacaqlar. Hüzur içərisində yaşayacaqlar. Təhlükəsizlikləri təmin ediləcək. İnşAllah, o Laçın koridorunu da sevərək və istəyərək açacaq o erməni qardaşlarımız. Ermənistanın bu gözəl jesti erməniləri daha çox sevməyimizə səbəb olacaq, inşAllah. Dağlıq Qarabağdan çəkiləcəklər, amma buna qarşılıq olaraq Türkiyəyə də gələcəklər, Azərbaycana da gələcəklər. Ticarət edəcəklər və həmin yerlərdə istədikləri kimi məskunlaşacaqlar. İstədikə orada ibadətlərini azad şəkildə edəcəklər. Lakin bu bir qanayan yaradır. Laçın koridorunun bağlanması, Dağlıq Qarabağın işğal edilməsi çox gərəksiz, lazımsız şeylərdir… Ermənilərə qarşı Türkiyədə bir kin və nifrət yoxdur. Osmanlı dövründə ən gözəl yerlərə erməni qardaşlarımız gəlmişdir. Ən məşhur sənətçilər, ən məşhur həkimlər ermənilərdən çıxmışdır. Əhli-kitabdırlar. Tərtəmiz qardaşlarımızdır onlar. Belə narahatlıq hiss etmələri son dərəcə yersizdir. Keçmişdə olanlara görə qəlblərində bəlkə xal qala bilər.
Lakin keçmişdə döyüş var idi, yəni ermənilər də müsəlmanları kütlə halında yox etdilər. Amma biz onları bağışlayırıq… Artıq bunlar keçsin. Yəni biz onları bağışladıq, onlar da bunlardan keçsinlər. Qarşılıqlı bir uzlaşma olsun. İslamiyyətdə əfv vardır,  xristianlıqda da vardır. Bir-birimizi qarşılıqlı sevək.                                                                 

 

8 sütun internet xəbər saytı. 25 avqust, 2008

2010-09-16 14:40:24
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top