ALİ SADUN ENGİN: Axşamınız xeyir. Bu axşam xaricindən qonaqlarımız var. Qısa olaraq onları sizlə tanış edim.Özlərimasondurlar. Amerika və digərölkələrdən gəldilər,Şotlandiyadan. Sol tərəfdənbaşlamaqlaTimothy Hogan. Daha sonra, yanında oturan adam Ceyms Kinslow və onun yanında da David Sahyoun. Özləri 32 və 33-cüdərəcədən masondurlar. Necə davam edək,müəllim?
ADNAN OKTAR: Müəllim, sən qonaqlarını dəvət edib bura gətirməyin həyəcanı içindəsən,gördüyüm qədəriylə.
ƏLİ SADUN ENGİN: Bəli.
ADNAN OKTAR: Əfəndim hamınız xoş gəldiniz, səfa gətirdiniz. Lütf etdiniz.
CEYMS KINSLOW: Təşəkkürlər.
DAVID SAHYOUN: Təşəkkürlər.
TIMOTHY HOGAN: Təşəkkürlər. Burada olmaqdan çox xoşbəxtik.
ADNAN OKTAR: Biz sizlərin Türkiyədə qonağımız olmanızdan çox məmnunuq. İnşaAllah sizi ən yaxşı şəkildə qonaq etməkistəyirik. Bu məqamda sizin təbiiki,sülhdini olan, sevgi dini olan İslamiyyəti yaxından görməyiniz, tanımağınız, Müsəlmanların həyatını yaxından müşahidə etməyiniz sizə praktik olaraq çox əhəmiyyətli olduğu üçün, bundan əlavə, çox faydalı olacağı üçün də əhəmiyyətidir.
ADNAN OKTAR: Hamımızın istədiyi azad, demokratik, sevgi dolu, təzyiqdən uzaq, müharibədənuzaq, qardaşlıq dolugözəl bir dünyadır.
ADNAN OKTAR: Bəli. Dünya müharibələrdən, döyüşdən, əzablardan, böhranlardan bezdi artıq. Bundan sonra dünyanın qardaş olması dövrü gəldi. İnşaAllah vahidAllah inancı ətrafında, İslam inancı ətrafında -ki bizim inancımıza görə inşaAllah elə olacaq- Hz. İsanın da enişiylə və Mehdinin çıxışıyla möhtəşəm bir dünya qardaşlığı meydana gələcək. Və hər dövlət öz daxilindəmüstəqil olacaq-müstəqil respublikalar olaraq. Amma müharibəsiz, azad, hətta sərhədləri açıq, pasportların olmadığı, vizaların olmadığı, gözəl, şən bir dünya. Uşaqların, insanların coşğuyla, sevinclə yaşadığı bir dünya halına gətirəcəyik inşaAllah dünyanı.
ADNAN OKTAR: Bizim inancımıza görə, İncildə də keçən su səhəngidaşıyan,yəni dolçabürcündən olan adamın, yəni Mehdinin çıxdığına inanırıq.
ADNAN OKTAR: Tövratda da adı keçən Kral Məsihin -ki Tövratda çox uzun və çox əhatəli şəkildətəsvir edilmişdir- Kral Məsihin gəlişi. Sülhgətirəcək Məsihin, dünya hakimi olan Məsihin zühur etdiyinə inanırıq. Eyni şəkildə İsa Məsihin də Allah Qatından yer üzünə endiyinə və hal-hazırdainsanların arasında olduğuna inanırıq.
ADNAN OKTAR: "Şilo"olaraq adlandırılır Məsih. "Şilo",bəli. Tövratın bir çox hissəsində məsələn... "Davud oğlu -Kral Məsih- son yubileydə gələcək" -deyir Talmudda [Talmud, Sanhedrin 97b].
Yenə Maimonides Mişna Torah hissəsində "Məsih -yəni Hz. Mehdi (ə.s.)- böyük şöhrət qazanacaq və onunməşhurluğudigər millətlər arasında Kral Süleymandan daha çox olacaq."[Maimonides, Mişna Tora, Sanhedrin 10:1]
Məsələn Yeşaya hissəsində 53:3-də insanlar tərəfindən xor görüləcəyi, təkbaşınaburaxılacağı, bəlalar çəkəcəyi, xəstəliyi yaxından tanıyacağı, insanların üz çevirdiyi bir kəs kimi xor görüləcəyi və ona dəyər verilməyəcəyi ifadə edilir, ilk çıxdığında.
"Qışqırıb çağırmayacaq"deyir, "küçədə səsini yüksəltməyəcək." [Yeşaya, 42:2]
Məsələn "Yer üzündə ədaləti təmin edənə qədər ümidini, cəsarətini itirməyəcək." Yeşaya, 42:4.
"Rəbbin qarşısında bir cücərti kimi, quraq yerdəki kök kimi böyüdü."deyir məsələn, Yeşaya, 53:2-də.
Yenə Yeşaya, 52:7-də "O müjdəçi ki, rahatlıqgətirir. Yaxşılıq müjdəsi gətirir, qurtuluş xəbəri verir."
Bu, Tövratda ifadə edilən, İncildə ifadə edilən, Quranda işarə edilən və hədislərdə də aşkarifadə edilən dünyanın son zamanlarında Mehdinin çıxışı, Hz. İsa Məsihin zühur etdiyidövrün bu an içindəyik. Mən masonluğun da bu mövzuda çox böyük vəzifələr götürəcəyinə, çox faydalı işlər edəcəyinə inanıram. Dünya qardaşlığını, dünyadakı sevginin meydana gəlməsini dünya tarixində ilk dəfə, bütün dünyanı əhatə edəcək şəkildə yerinə yetirəcəklərinə inanıram. Bir istiqamətiylə, bir yololaraq, ayrı bir yol olaraq masonların da çox böyük fayda verəcəklərinə inanıram.
TIMOTHY HOGAN: Sülh dünyası qurmağımız və sülhkrallığının təsis edilməsinə köməkçi olmağımız bizim üçün çox vacibdirki, bununla Yəhudilərin, Xristianların və Müsəlmanların sülh içində,birlikdə yaşaya bilmələri, Allahı ana bilmələri və ürəklərindən gələni ifadə edə bilmələri mümkün olacaq.
ADNAN OKTAR: Bəli. Peyğəmbərimiz (s.ə.v.)in hədislərində də Mehdi dövründə Xristianların, Yəhudilərin və Müsəlmanların bərəkət, barış və hüzur içində yaşayacağı çox ətraflıizah edilmişdir. Çünki bizim gözlədiyimiz Türk-İslam Birliyində İsrail müstəqil bir dövlət olaraq, azad bir dövlət olaraq, azad və təhlükəsizlik içində yaşayacatır. Fələstin azad bir dövlət olaraq, güclü və müstəqil olaraq yaşayacaq. İordaniya, bütün Türk dövlətləri, bütün region, hətta Rusiya da daxilolmaqla, anarxiyadan, terrordan uzaq olaraq, sanki bir bayram, sevinc havası içində xoşbəxt olaraq yaşayacaqlar.
Dünyada yersizbir gərginlik və döyüş var. Dünya ucsuz-bucaqsız, torpaqlar çox geniş, çox bərəkətlidir. Lakin qazancın, imkanların az qala yarısından çoxu silaha gedir. Bu, Mehdi dövründə və Hz. İsanın dövründə tamamilə ortadan qalxacaq. Artıq silaha pul yatırdılmayacaq. Artıq silaha yatırılan pul kasıbların və ehtiyacı olan insanların ehtiyaclarına istifadə ediləcək. Bunu hədislərdə görürük.
TIMOTHY HOGAN: Bizim üçün də dulların və yetimlərin qorunması, nəhayət silahların insanlara kömək edəcək vəsaitlərə çevrilməsi və cəmiyyəti məhv etməkyerinə inkişaf etdirmək çox əhəmiyyətlidir.
CEYMS KINSLOW: Bəli, dəqiq. Bir Xristian olaraq, Müqəddəs İncil bizə bunu öyrədir: İsa Məsih yer üzünə endiyində və dünyada Allahın Krallığını qurduğunda, aslan quzu ilə birgə yatacaq; insanlar artıq savaşmayacaq,insanlar qılınclarını kotana çevirəcək.Bizim axtardığımız da məhz budur. Çox təəssüf ki, bütün bunların olması üçün müharibələrin lazım olduğuna inanan insanlar var. Amma buna inanmayan bir çox Xristian da var. Bizim bu an sülhə, qardaşlığa ehtiyacımız var və masonluq da bunu dəstəkləyir.
ADNAN OKTAR: Bəli. Quranda İsa Məsihin qayıdacağına aid 3 ədəd Quran ayəsi var.
Allah Quranda "O, qiyamət üçün bir əlamətdir" deyilir. [Zuxruf Surəsi, 61] Çox açıq bir Quran ayəsidir. Qayıdışı, yəni İsanın qayıdışı qiyamət üçün bir əlamətdir deyir.
"Xristianlardan və Yəhudilərdən elə insan yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin" deyir, Allah "hər kəs iman edəcək" deyir Quranda. [Nisa Surəsi, 159] "Hər kəs iman edəcək" deyir.
Digər ayədə də "səni sevənləri" deyir -ki Müsəlmanlar çox sevir Hz. İsanı, çünki bizim də Peyğəmbərimizdir, Xristianlar da çox sevirlər və dünyadakı digər insanların da hamısı sevəcəklər. Baxın "Səni sevənləri qiyamətə qədər dünyaya hakim edəcəyəm" deyir Allah. [Ali İmran Surəsi, 55] Yəni dünyanın son zamanlarında bütün dünyada Allahın hakimiyyəti olacağını Quran ifadə edir.
Amma biz bu an Mehdiyyət mərhələsindəyik. Hz. İsanın enişi ikinci mərhələdir. Mehdiyyət mərhələsində Xristianlar istədikləri kimi dinlərini yaşayacaqlar,Yəhudilər istədikləri kimi dinlərini yaşayacaqlar,Müsəlmanlar da istədikləri kimi dini yaşayacaqlar. Dinsizlər də öz inanclarında azad olacaqlar. Mehdiyyət mərhələsində bu belədir.
ADNAN OKTAR: Bəli. Məsələn Yeşaya hissəsində 11:2-də. "Rəbbin Ruhu, müdriklik və anlayış ruhu, nəsihət və güc ruhu,bilikvə Rəbbqorxusu ruhu onun -Mehdinin,yəni Kral Məsihin- üzərində olacaq."
ADNAN OKTAR: İndi biz önümüzdəki 10 illikmərhələdə bunu görəcəyik,yəni Mehdinin zühur etməsi mərhələsini görəcəyik. Mehdi də Hz. İsanın çıxışı üçün zəmin və mühit hazırlayacaq. Tövratın orijinalı tapılacaq və İncilin də orijinalı tapılacaq. Onlarınyeri bu an bəllidir. Yəni Tövrat və İncilin orijinalları. Hz. Musa (ə.s.)ın Müqəddəs Sandığı. O da bu an bir yerdə saxlanır. O da tapılacaq.
İçindəki müqəddəs əmanətlərlə birlikdə. Sandığın içində də çox saydamüqəddəs əmanət var. Bunun mövcudluğuyla insanlar çox ciddi bir mənəvi şok yaşayacaqlar. Bunun tapılmasındaHz. Mehdivəzifəlidir. Müsəlman inancına görə, bizim inancımıza görə, Mehdinin xüsusi vəzifəsidir bu. Tövrat və İncilin orijinalının tapılması və Hz.Musanın o Müqəddəs Sandığı, tabutun tapılması, Mehdinin vəzifəsidir. Önümüzdəki zaman kəsiyindəbunun müjdəsini alacaqsınız.
Bunun ardınca isə Hz. Süleymanın məscidinin inşa edilməsi var. Bu da dünyada çox böyük şok təsiri meydana gətirəcək inşaAllah.
Yenə eyni şəkildə,Hz. İbrahimin məzarının yanında Hz. İbrahimin məscidiinşaediləcək, inşaAllah. Və Qüds abadediləcək. Qüds çox dağıdıldı. Yenidən abad edilib, köhnə, orijinal,gözəl halına gətiriləcək inşaAllah.
Mehdinin varlığından bütün dünya məmnun olacaq.
Amma bizim inancımıza görə, Hz. İsa (ə.s.) gəldikdə Mehdi ilə birgə məsciddə birlikdə namaz qılacaqlar.
Hətta Mehdi [namaz qılarkən] imamlığa keçməyi qəbul etmir. Hz. İsa Məsih kürəyindən itələyərək, iki əliylə itələyərək onu imamlığa keçirəcək.
Hz. İsa (ə.s.) bir çox möcüzə göstərəcək,gəldiyi vaxt.
Məsələn quş formasında, palçıqdan bir şey düzəldəcək. Üfürdükdə uçduğunu görəcək insanlar.
İkincisi 3 və ya 4 günlükvə ya bir həftəlikvəfat etmişbir ölünü yəni meyitxanadakı bir ölünü yerindən qaldıracaq Allahın icazəsiylə. Amma sümükləri dağılmış deyil, yəni 3 günlük və yaxud 1 həftədir ki,ölmüş olan bir ölünü.
Anadangəlməgözü kor olan bir insanı ailəsi gətirəcək, Hz. İsa (ə.s.) əlini sürdüyündə gözü o anda açılacaq. Bunu da görəcək insanlar. Dəri xəstəliyi olan, baras xəstəliyi olana da, əlini sürdüyündə qısa müddətdə yaxşılaşacaq. Onu da görəcəksiniz.
Bunlar insanların onun İsa olduğunu anlaması üçündür.
Yoxsa, üzündən bilinir onsuz da. Üzündən, üslubundan aydın olar, paltarından aydın olar. Qırmızı saçlı, sarışın və qırmızı saçlı, kiçik burunlu, göy gözlüdür İsa (ə.s.). Orta boyludur, geniş çiyinli, atletikdirbədəni. Burnu çillidir, ayaqları, əlləri də çillidir, ayaqları da çilli.
Amma iti və çox ağıllı baxışlarından anlayacaqlar.
Danışarkən üslubunda, davranışında, insanların etdiyi tərzdə bir səhv əsla etməz.
İsa Məsih olduğuna şübhə olmayacaq insanlarda.
Hz. Mehdi ilə birlikdə namaz qılıb, hər ikisi birlikdə bu dünyanı idarə edəcəklər.
Peyğəmbərimiz (s.ə.v.) onun, Hz. Mehdinin köməkçisi olacağını ifadə edir,Hz. İsa (ə.s.) üçün. O dövrdə dünyada tək din İslam dini olacaq. Amma məcburi yox, təzyiqlə yox. Sevərək, eşqlə, istəklə insanlar bunu qəbul edəcəklər.
İsaya inanmayan heç kim qalmayacaq dünyada - Peyğəmbər olduğuna inanmayan.
Yəni qütblərə qədər yayılacaq.
Qiyamətin yaxın olduğu doğrudur. Qiyamət həqiqətən yaxındır.
Biz də son dövründəyik. Onun üçün masonların da məbəd cəngavərlərinin də bu mövzudakı tarixi vəzifələrini icra etməkzamanı gəlib.
Yəni bu əsrdənsonra, təxminən2120-ci illərdəqiyaməti gözləyirik.
Sözümə inanmayanlar bir qranit qaya üzərinə 2120 yazsınlar, altına da qiyamət yazsınlar. 2121-ci ildə o yazını görməyəcəklər.
Təkrar edən "2"-lər çox əhəmiyyətlidir. 2120, 2012, 22-təkrar edən ikilər. Quranda da bu çox diqqət çəkilmiş mövzudur.
TIMOTHY HOGAN: Eynilə İbrani əlifbasında 22 hərf olması kimi.
ADNAN OKTAR: Bu da çox mənalıdır.
ADNAN OKTAR: Bir sözlə, dünyadan qorxu, insanların bir-birindən qorxması ortadan qalxacaq. Azadlıq ən son həddə olacaq, sevinc və sevinc gələcək, hər gün bayram günü kimi olacaq. Müharibələrsona çatacaq, döyüşlər sona çatacaq. Bütün silahlar ortadan qalxacaq, silahlar əridilib sənayedə istifadə ediləcək. Xoşbəxt və gözəl bir dünya olacaq. Fanatizm, mühafizəkarlıq və mürtəcelik yer üzündən tamamilə yox olacaq. HəmçininDarvinizm, materializm...
ADNAN OKTAR: Siz heç danışmadınız. Buyurun.
DAVID SAHYOUN: Bəli, mənə bunu xatırladır… Yaxın zamanlarda itirdiyim çox qiymətli bir yoldaşım və çox qiymətli bir müəllimim vardı. Həmişə"əgər öz içinizdə barış halında deyilsinizsə, demək ki, bütün dünyayla döyüş içindəsiniz"deyərdi. İslam olan adamın və ya bir Müsəlmanın özünü Allaha təslim edən adam olduğu düşünüldüyündə, Məbədçilər və Masonlar adına əlavə etmək istəyirəm ki, bizlər Müsəlmanlar, Məbədçilər, Xristianlar, Yəhudilər və qardaşlar olaraq bir yerə gəldiyimizdə, bütün anlaşılmazlıqları ortadan qaldıracaq bir körpü qururuq. Və bunu edərək, Allah üçün çalışdığımızı, Allaha itaət edən bir qardaşlıq təşkilatı olaraq çalışdığımızı, Allahın sevgisinə və fitrətinə itaət etdiyimizi göstərməyimiz baxımından, bizlər də Müsəlmanlarıq.
ADNAN OKTAR: Mən masonların və məbəd cəngavərlərinin Hz. İsa (ə.s.)ın enişində və dünyanın Hz. İsa (ə.s.)ın enişinə hazırlığında çox böyük rol oynayacağına inanıram. Xüsusilə Müqəddəs Sandığın tapılmasından sonra, masonların çox böyük bir coşğu yaşayacağını, məbəd cəngavərlərinin çox böyük bir coşğu yaşayacağını, İslama qarşı dərin bir sevgi bəsləyəcəklərinə inanıram.
ADNAN OKTAR: MaşaAllah, maşaAllah, inşaAllah. Daha,daha gözəl olacaq. Daha yaxşı olacaq. Mən sizin yaxşı niyyətinizə inanıram inşaAllah. Allahın birliyinə də inandığınıza inanıram. Bu, mənim şövqümü artırır.
TIMOTHY HOGAN: Ümid edirik ki, Hz. İsa (ə.s.) təkrar gəldiyində, onun korların təkrar görməsini təmin etməsi kimi, bizlər də bu gün simvolik olaraq, korların Allahın hər yerdəki varlığını görmələrini təmin etməyi ümid edirik.
ADNAN OKTAR: MaşaAllah. Mənəvi korluqdan, maşaAllah. Darvinizmi materializmi, totalitar sistemləri, kommunizmi və faşizmi və mürtəceliyi yer üzündən inşaAllah qaldıracağıq.
ADNAN OKTAR: 2012-ci ildən etibarən dünyada çox sarsıdıcı, heyrətamiz irəliləyişlərolacaq inşaAllah. Bunu görəcəyikbirlikdə. Yəni İsa (ə.s.)ın gəldiyinin əlamətləri də bir xeyli çoxalacaq. Yəni insanlar hadisənin ciddiliyini bütün aydınlığı iləgörəcəklər.
Bəli. Bu an dəccaliyyet dünyada Müsəlmanlarla, Yəhudiləri və Xristianları bir-biriylə döyüşdürmək istəyir. Biz də Mehdi tərəfdarları olaraq, Mehdi tələbələri olaraq, var gücümüzlə bu oyunu pozmağa çalışırıq, ki, pozduq və belə bir döyüşə icazə verməyəcəyik inşaAllah.
Eyni zamanda Məsih İsa (ə.s.)ın da tələbələriyik. Yalnız Mehdinin tələbəsi deyilik,eyni zamanda Hz. İsa Məsihin də tələbələriyik.
Allah bütün dünyanı inandıracaq şəkildə dəlillərini təqdim edəcək,insanlarda tərəddüd qalmayacaq. Yəni "görəsən..."deyən olmayacaq.
TIMOTHY HOGAN: Həqiqi nurbir dəfə ortaya çıxdığında, bunu inkar etmək qeyri-mümkündür.
ADNAN OKTAR: Bəli,çünki dürüst, isti, səmimi, çox gözəl bir dünya olacaq və insanlar "niyə bunu daha əvvəldən etmədik?"deyə özlərinə heyrət edəcəklər.
TIMOTHY HOGAN: Bizlər -xüsusilə Məbədçilər olaraq- bunun əhəmiyyətli olduğunu düşünürük və bizlər həyatımızı necə yaşamağımızınlazım olduğuna dair nümunəni Hz. İsa (ə.s.)dan götürürük. Və bu səbəbdən, bizə görə, hər şeyi bizim adımıza etməyi Hz. İsa (ə.s.)a buraxmamaq vacibdir. Bunun yerinə biz də ön plana çıxmalı və eynilə Hz. İsa (ə.s.)ın bizdən istədiyi kimi liderlər olmalıyıq.
ADNAN OKTAR: İnşaAllah. Luka, İncildə 22:9-11. "Həvarilər ona, İsa Məsihə, "harada hazırlıq etməyimizi istəyirsən"deyə soruşdular. İsa Məsih "baxın" dedi, "Şəhərə girdiyinizdə, böyük şəhərə girdiyinizdə, qarşınıza, su səhəngi (dolça)daşıyan bir adam çıxacaq, adamı gedəcəyi evə qədər izləyin."Buradakı su səhəngi daşıyan adam Mehdidir. "Şagirdlərindən ikisini bu sözlərləqarşıdangöndərdi: "Şəhərə gedin, orada su səhəngi (dolça)daşıyan bir adam çıxacaq qarşınıza. Onu izləyin." Markos 14:13. Burada yenə, Markos 14:13-də bəhs edilən, dolçabürcündən olan Mehdidir.
TIMOTHY HOGAN: Bəli eyni fikirdəyik. Hal-hazırda dolça erasınagiririk.
ADNAN OKTAR: Hz. Yusuf (ə.s.) da quyunun içindəolarkən, Quran ayəsində Hz. Yusuf (ə.s.)ı bir dolça ilə qurtarırlar. Dolça aşağı enir,Hz. Yusuf (ə.s.) o dolçanın içində yuxarı çıxarılır. Xilaskar olduğu, dolçanın qurtarıcı olduğu, yəni Mehdiyyətin xilaskarolduğuna Quranda işarə edir ki, dolçabürcünə xüsusiləişarə edilir.Söz, onsuz daaçıq-aşkar,dolçaolaraq keçir Quranda da.Yusufu xilas edən olur, bəli. Yəni dolça ilə Yusuf eyni olduğu aydın olur. Hz. Yusuf (ə.s.) orada Mehdini simvolizə edir, lakin dolça erasında, dolça bürcündə olduğu aydın olur Mehdinin də. Qurandakı yenə Xızır hekayəsində də balığın suda qaçdığı, suda birdən itdiyi ifadə edilir. Bu da balıq bürcünün, balıq erasının qurtardığına işarə edir.
TIMOTHY HOGAN: Bəli.
DAVID SAHYOUN: Mən bunu əlavə etmək istəyirəm: Hz. İsanın doğulduğu dövr olan Balıq çağında, çox əleyhdarlar vardı. Hal-hazırda isə, əks qüvvələrin birlik halını aldığı Dolça erasına giririk. Fərqimizin, bizi ayırmaq yerinə, birləşdirməyinin lazım olduğunu görürük. Biz bir pazlın hissələri kimiyik. Bir-biriylə uyğun müxtəlif hissələr əlimizdə olmazsa, gerçəyi görə bilmərik.
ADNAN OKTAR: Bəli. Masonluqdakı simvollar yavaş yavaş aydınlaşır, görürsünüz. Bir gün də masonik simvolları birlikdə düşünək. Bəli buyurun.
DAVID SAHYOUN: Bunu söyləmək istəyərəm ki, bir bina tikərkən addım-addım irəliləyərsiniz. Alətləri istifadə edərək binanı addım-addım tikirsiniz. Bu səbəbdən, bina tamamlanmadan, bütün simvolları görə bilməzsiniz.
ADNAN OKTAR: Həll edə bildiyimiz qədərini həll edirik inşaAllah.
CEYMS KINSLOW: Təkrarlamaq lazım olsa, masonluğun bir Xristianın öz vicdanı oyandıqda Allaha qulluq edə biləcəyini, bir Yəhudinin vicdanı oyansa, Allaha qulluq edə biləcəyini və bir Müsəlmanın öz vicdanı oyandıqda Allaha qulluq edə biləcəyini öyrətdiyinin və loja daxilində birlik halında bir yerə gələ biləcəklərini və sevgi, xeyriyyəçilik, yaxşılıq, nəzakət və mərhəmət ilə barış və sevinc içində yaşamağı qəbul edə biləcəklərini öyrətdiyinin fərqinə varmağın vacib olduğunu düşünürəm. Bir Xristian olaraq, Haqq olan Bir Allahın axır zamanda hakimiyyətini gətirəcəyini və bu hakimiyyətin çox fərqli qruplara aid bir çox xalqdan meydana gələcəyinə inanıram.
ADNAN OKTAR: Bəli, Hz. İsa (ə.s.) gəldiyində onsuz da, dünyadakı bütün problemlər həll ediləcək. İslam bütün dünyaya hakim olacaq. Hamımız xoşbəxt və qardaşlıq içərisində gözəl bir həyat sürəcəyik inşaAllah.
Məsələn Günəş simvolu vardır, Ay simvolu vardır masonluqda. Günəş tutulması Mehdinin çıxış əlamətidir. Ay tutulması da yenə Mehdinin çıxış əlamətidir. Məsələn kometa (quyruqlu ulduz) da bir masonik simvoldur. O da yenə Mehdinin çıxış əlamətidir, quyruqlu ulduzun çıxışı.
Bəli. Məsələn Xızır (ə.s.) da bilirsiniz, batin elmini bilən bir adam idi. Hz. Musanın müəllimi idi. O eyni zamanda divar ustası idi və bir dul qadının iki uşağından bəhs edir Quran. Biri İsaya, biri Mehdiyə işarə edirbu iki yetim uşaq, iki yetim uşaq. Çünki Hz. İsanın anası və atası olmayacaq, ona işarə edir o. Gəldiyində bilirsiniz onsuz da,Allah tərəfindən atasız olaraq dünyaya gəldi Hz. İsa (ə.s.). Amma Mehdi də yetimdir, yəni hər ikisi də yetimdir o mənada. Əslində mason simvollarının bir çoxunda Mehdinin çıxış əlamətləri var. Onu ayrı bir kitab olaraq hazırlayacağam.
TIMOTHY HOGAN: Fövqəladə.
CEYMS KINSLOW: Maraqlı.
TIMOTHY HOGAN: Möcüzə.
ADNAN OKTAR: Bəli. Həm Tövratdan, həm İncildən, həm Qurandan, bu mövzunu çox detallı izah edəcəyəm.
TIMOTHY HOGAN: Sizin yazılarınızı oxuduğuma görə özümü bəxtiyar hiss edirəm. Söylədiklərinizdən həqiqətən zövq alıram və dünya üçün çox əhəmiyyətli fikirlərə sahib olduğunuzu düşünürəm.
ADNAN OKTAR: İnşaAllah, təşəkkür edirəm. İnşaAllah Allah elə olmasını təmin edir. Yenə kiçik Ayasofya Məscidinə gedək bir ara. Yenə birlikdə bir namaz qılaq, çox gözəl oldu keçən dəfə. İnşaAllah.
QONAQLAR: Bəli, bəli.
DAVID SAHYOUN: Bizə bura gəlməkvə sahib olduğumuz məlumatları paylaşmaq fürsəti verdiyiniz üçün təşəkkür edirik.
CEYMS KINSLOW: Bəli. Təşəkkürlər. Çox minnətdarım. Bu çox qürur vericidir. Hal-hazırda, Hakimiyyət gəlməmiş,bir yerəyığışıbqardaşlığı və birliyi inkişaf etdirməkqürurdur. Allaha şükrlər olsun.
ADNAN OKTAR: Bəli, axır zamandayıq. Gözəl bir zamandayıq. Bunu birlikdə görəcəyik. Onsuz da 2012-ci illərdə yenə görüşəcəyik. 2021-ci ildə tamamiləfərqli bir mühitdə görüşəcəyik. 2022-ci ildə də inşaallah, Qüdsdə Süleyman Məscidində inşaAllah birlikdə namaz qılacağıq.
TIMOTHY HOGAN: Bu çox gözəl.
ADNAN OKTAR: İnşaAllah, oldu, onda proqramımızı bağlayaq o zaman.
Aktual şərhlər
Davamı ...
Fikir verilməyən Quran hökmləri
Davamı ...Məqalələr
Davamı ...
Fikir verilməyən Quran hökmləri
Davamı ...Məqalələr
Davamı ...
Məqalələr
Davamı ...