QURAN ƏXLAQINDA FƏDAKARLIĞIN ƏHƏMİYYƏTİ

Bu kitabda fədakarlıq anlayışını, bütün bu istiqamətləriylə ələ alaraq, fədakarlığın möminlərin həyatlarının hər anına hakim olması lazım olan ən əhəmiyyətli əxlaq xüsusiyyətlərindən biri olduğunu, Allahın razılığını qazana bilmək üçün Quranda bildirilən bu əxlaq anlayışının tam olaraq yaşanması lazım olduğunu izah edəcəyik. Müsəlmanların çox güclü bir fədakarlıq anlayışı içərisində xeyrlərdə yarışmalarının və bu xüsusiyyətləriylə bir-birlərinə nümunə olmalarının həm dünyada həm də axirətdə çox böyük xeyrlərə vəsilə ola biləcəyi açıqdır.
 
Dünya həyatının keçici mənfəətlərini Allahın razılığına seçərək fədakarlıqdan qaçınanlar isə, tez ya da gec, dünyada və axirətdə böyük bir itkiyə uğrayacaqlar. Biz də bu kitabda bu mövzunun əhəmiyyətini xatırladacaq və vicdan sahibi bütün Müsəlmanları Rəbbimizin “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam Surəsi, 162) ayəsiylə bildirdiyi kimi fədakarca bir həyat sürməyə dəvət edəcəyik.
2010-03-23 15:53:15
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top