ATOM MÖCÜZƏSİ

KİTABI ENDİRİN

Download (DOC)
Read Online
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 7


ATOM MÖCÜZƏSİ

Göyləri və yeri yoxdan yaradan Odur. Bir işin olmasını istədiyi zaman ona yalnız "Ol!" - deyər, o da olar.
("Bəqərə" surəsi, 117)




"Niyə?"


Bu sual, cavabını tapanda insanı bambaşqa bir dünyaya aparacaq qapının açarıdır. Eyni zamanda, bilənləri bilməyənlərdən ayıran incə bir cizgidir...


İnsan yaşadığı dünyada daim "nə", "niyə" və "necə" kimi suallara cavab arasa da, onların ardınca düşəndə olduqca qısa bir yol qət edə bilir. İnsan yaşadığı dünyanın fövqəladə düzən və tarazlığı barədə suallara cavab aramazsa, gerçəyə doğru gedən yolda irəliləməsi mümkün deyil.

 

Bu kitabda canlı-cansız hər şeyin təməli olan atom mövzusunu incələyəcəyik. Atomla bağlı nələrin necə gerçəkləşdiyini biləndən sonra "niyə" sualına cavab arayacağıq. Elə bu sualın son cavabı da bizi arxasınca düşdüyümüz mütləq həqiqətə qovuşduracaq. Həmin cavabı isə İlahi bir rəhbər olan və hər şeyə açıqlama verən Quranda tapacağıq.

 

XIX əsrin birinci yarısından bu yana yüzlərlə elm adamı atomun sirlərini açmaq üçün gecə-gündüz çalışıblar. Atomun şəkli, hərəkəti, quruluşu və digər özəlliklərini üzə çıxaran bu çalışmalar maddəni əzəli və əbədi bir varlıq olaraq qəbul edən klassik fizikanı kökündən sarsıtdı və modern fizikanın təməlini qoydu. Eyni zamanda, bu çalışmalar özlərilə bir çox yeni suallar da ortaya çıxardılar. Bu suallara cavab arayan xeyli fizik sonda bütün kainatda olduğu kimi, atomda da qüsursuz bir düzən, pozulmaz tarazlıq olduğu haqda ortaq məxrəcə gəldilər. Bu gerçək hələ 14 əsr öncə Allah qatından endirilən Quranda açıqlanmışdı. Quran ayələrində açıq-aşkar bildirilir ki, bütün kainat mükəmməl bir düzən (sistem) içində işləyir. Çünki Yer, göy və bu ikisinin arasındakı hər şey sonsuz güc və ağıl sahibi olan Allah tərəfindən yaradılıb. Allahın yaratdığı hər şeyin fövqəladə dərəcədə mükəmməl olması və qüsursuz düzən içində işləməsi isə əlbəttə ki, çox təbiidir. Qəribə odur ki, insan öz vücudu da daxil olmaqla, gördüyü, duyduğu və bildiyi hər yerdə qarşısına çıxan sonsuz möcüzələrdən təsirlənmir və bütün bunların nəyə görə ona göstərilməsini düşünmək istəmir.

 

Oxumaqda olduğunuz "Atomdakı Möcüzə" adlı bu çalışma elmi bir mövzunu incələməklə yanaşı, bu günə qədər adət etdiyiniz elmi kitablardan fərqlənir. Bu əsər həm canlıların, həm də cansızların "inşaat materialı" olmaq kimi son dərəcə əvəzsiz bir özəlliyə sahib olan atomu "nə" və "necə" sualları prizmasından incələyərək, "niyə" sualının cavabına qapı açır. Bu qapıdan keçəndə isə Alahın ağlının, bilgisinin üstünlüyü və bütün varlıqları içinə alması açıqca gözlər önünə səriləcək.

 
 

    
1 / total 7
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top