QLOBAL MASONLUQ

Masonluq əsrlərdir mübahisə-müzakirə edilən bir mövzudur. Kimiləri masonlara qarşı xəyali günahlandırmalar yönəltmişlər, masonluğu anlamaq və tənqid etmək yerinə, fanatik bir "mason düşmənliyi" sərgiləmişlər. Masonlar isə bu reaksiyalar qarşısında ənənəvi pis niyyətlərini daha da artırmış və özlərini yalnız sıravi bir ictimai klub kimi göstərməyi çalışmışlar.
 
Bu kitabda isə masonluğun gerçək tərifi və diaqnozu edilməkdədir: Masonluq özündə bir fikir məktəbidir. Masonları birləşdirən ən əhəmiyyətli faktor, inandıqları fəlsəfədir. Ancaq bu fəlsəfə səhvdir. Tamamilə səhv fərziyyələrə, səhv nəzəriyyələrə söykənəkdədir. Masonluğun tənqid olunması lazım olan əsl istiqaməti də budur.
 
Dərhal ifadə etmək lazımdır ki, bu tənqid yalnız mason olmayan insanları bu mövzuda məlumatlandırmaq üçün deyil, eyni zamanda masonları gerçəyə dəvət etmək üçün də lazımlıdır. Şübhəsiz hər insan kimi masonların da düşüncə azadlığı vardır və dilədikləri dünya görüşünə sahib ola bilərlər, bu onların ən təbii haqqıdır. Amma onların səhvlərini göstərmək və bunları tənqid etmək də bir haqqdır və əlinizdəki kitabda bu edilməkdədir.
 
Qlobal Masonluq, bu yanaşma içində masonluğun mənşəyini, məqsədlərini və fəaliyyətlərini araşdırmaqda, tənqid etməkdə və şərh etməkdədir. Ümid edirik, bu kitabda izah edilən əhəmiyyətli gerçəklər, masonlar daxil bir çox insanın dünyaya çox daha şüurlu baxmalarına vəsilə olacaq.
 
Bu kitabı oxuduğunuzda, fəlsəfi məktəblərdən qəzet başlıqlarına, rok musiqi parçalarından siyasi ifadələrə qədər bir çox fərqli mövzuya daha fərqli, daha dərin baxacaq, hadisələrin ardındakı məna və məqsədləri daha yaxşı diaqnoz edə biləcəksiniz.
2004-08-10 00:36:01
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top