HƏZRƏTİ İBRAHİM VƏ HƏZRƏTİ LUT

Peyğəmbərlərin hər birinin Quranda təriflənən bir çox gözəl xüsusiyyətləri vardır. Bu səbəbdən iman edənlər Quranda peyğəmbərlərlə əlaqədar bildirilən hər detalı diqqətlə araşdırmalı, bu müqəddəs insanların həyatlarını, göstərdikləri gözəl əxlaq nümunələrini, Allaha olan dərin bağlılıqlarını özlərinə nümunə götürməlidirlər. Hər peyğəmbərin, göndərildiyi qövm, qarşılaşdığı hadisələr, Allahın varlığını izah edərkən istifadə etdiyi üsullar bir-birindən fərqli olmuşdur. Buna görə peyğəmbərlərin içində olduqları qövmlərin xüsusiyyətləri, insanların Allaha iman etməyə dəvət edildiklərində peyğəmbərlərə göstərdikləri reaksiyalar, peyğəmbərlərlə birlikdə inananların qarşılaşdıqları çətinliklər bizə işıq tutan çox əhəmiyyətli məlumat və təcrübələrdir.
 
Bu kitabın hazırlanma məqsədi də Allahın, "İbrahim və onunla birlikdə olanlarda sizə gözəl bir nümunə vardır..." (Mumtəhinə Surəsi, 4) ayəsiylə təriflədiyi Hz. İbrahimi və onunla eyni dövrdə yaşamış olan Hz. Lutu tanımaq və onların bütün üstün xüsusiyyətlərindən nümunə götürməkdir. Heç şübhə yox ki, Quranda, Hz. İbrahim və Hz. Lut haqqında verilən məlumatların hər biri bir çox hikmət ehtiva etməkdədir. Bu kitabda, bu hikmətlər araşdırılmaqda və bunların necə nümunə götürülüb həyata keçiriləcəyi ələ alınmaqdadır.
2004-08-10 00:40:05
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top