HƏZRƏTİ SÜLEYMAN

Həzrəti Süleyman, Allahın böyük bir səltənət, bənzərsiz bir zənginlik, cinlər və quşlarla dəstəklənilmiş çox güclü ordular və üstün elmlər lütf etdiyi bir peyğəmbərdir. Bu kitabın yazılmasındakı məqsəd, Allahın bir çox istiqamətdən digər insanlardan üstün etdiyi Hz. Süleymanı, Quranda təsvir edilən xüsusiyyətləriylə tanıtmaq, Rəbbimizin bu seçmə qulunun nümunə əxlaqı üzərində düşünülməsini təmin etməkdir.
 
Üzərində dayanılması lazım olan digər bir nöqtə isə, Quranda izah edilən Hz. Süleyman ilə əlaqədar hekayənin bir çox baxımdan axır zamana aid olmasıdır. Axır zaman, qiyamətə yaxın bir vaxtda Quran əxlaqının bütün dünya üzərində hakim olacağı və insanlar arasında geniş şəkildə yaşanacağı bir dövrdür. Bu dövrdə Allah, Hadi (hidayət verən) sifətini daşıyan bir şəxsi (Hz. Mehdi) vəsilə edəcək, inkarçı fəlsəfə və ideologiyaları ortadan qaldıracaq və dünyanın dörd bir tərəfində davam edən zülm və qarışıqlığı sona çatdıracaq.
 
Peyğəmbərimiz (səv)ın hədislərində, axır zamanda yaşanacaq olan bu hakimiyyətin, Hz. Süleyman və Hz. Zülkarneyn dövrlərində yaşanan hakimiyyətə çox bənzəyəcəyinə diqqət çəkilməkdədir. İşdə bu səbəblə əlinizdəki kitabda, Hz. Süleyman və Hz. Zülkarneyn dövrünü izah edən ayələr bu dünyagörüşüylə araşdırılmaqdadır. Bu ayələrdəki işarələr, iman edənlərin dünya üzərində inkişaf edən hadisələri daha geniş bir baxımdan qiymətləndirmələrini təmin edəcək və üfüqlərini açacaq çox hikmətli şərhlərdir. Bu kitabın bir məqsədi də, bütün Müsəlmanları axır zamanın bu müjdəsi üzərində düşünməyə və bunun şövq və həyəcanını yaşamağa təşviq etməkdir.
2004-08-10 00:51:37
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top