GÜRCÜSTAN'DA TAPILAN FOSİL DARVİNİST XƏYALLARI YENİDƏN ALT-ÜST ETDİ




Bugün qəzeti, 10-09-2009


“The Independent” qəzeti 9 sentyabr 2009-cu il tarixli sayının ön səhifəsində çox əhəmiyyətli fosil tapıntısı haqqında məlumata yer vermişdir. Qəzetin “İnsanın tarixini yenidən yazan fosil” başlıqlı məqalədə Gürcüstanın Dimanisi ərazisində insana aid fosil qalıqlarını tapıldığını xəbər verir. Bu fosilin xüsusiyyətləri və yaşı insanın mənşəyi haqqında darvinist ssenariləri alt-üst etmişdir.

Darvinistlər insanın “təkamülünə” dəlil kimi göstərdikləri, əslində isə dövrümüzdəki insanlardan heç nə ilə fərqlənməyən  “homo erectusun” 1.9 milyon il əvvəl Afrikada meydana gəldiyini iddia edirlər. Ancaq bu fosillərin 1.8 milyon yaşı vardı və Avrasiyada tapılmışdı. Bu, illərdir məktəb dərsliklərindəki təkamül nağıllarının saxta olduğunu bir daha göstərir. Darvinistlərin məşhur “Afrikadan köç” ssenarisi digər bütün təkamül xarakterli ssenarilər kimi bir daha təkzib edildi.

Bu, ilk dəfə deyil. Darvinistlər tez-tez uydurduqları ssenarilərdən “bağışlayın, yanılmışıq” deyərək əl çəkirlər. Daha doğrusu, əl çəkməyə məcbur olurlar, çünki ssenarilərindən heç biri elmi dəlillərə əsaslanmır. Bu ssenarilərini tapılan fosillər məhv etdikdə bu uydurma hekayələrini bir az dəyişdirib cəmiyyətə təqdim edirlər. 250 milyon fosil təkamül nəzəriyyəsini təkzib etməsinə baxmayaraq onlar bu fosilləri görməməzliyə vurur, köhnə üsullarını “bəlkə baş tutdu” məntiqilə yenidən tətbiq edirlər. Ancaq unudurlar ki, bütün dünyanın 250 milyon fosildən artıq xəbəri var və təkamülün əsassızlığını anlayırlar.

 
2009-10-28 07:07:09
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top