Peyğəmbərimizin (s.ə.v.) hədislərində və xristianlıqda dünyanın son dövrlərində dəccalın fəaliyyət göstərəcəyi bildirilmişdir. Hal-hazırda dəccal vəzifə başındadır. Hədislərdə və İncildə verilən məlumata əsasən, dəccal bütün dünyanı hakimiyyəti altına alacaq, özünü dindar kimi göstərərək bir sıra insanları arxasınca sürükləyəcək, lakin bütün dünyaya zülm gətirəcək. Hal-hazırda dəccali sistem milyonlarla insanı aldadıcı görkəmi ilə aldatmışdır.
Bu dəccali sistem masonluqdur. Masonluqla bağlı bütün faktlar və masonların dünya miqyaslı fəaliyyəti dəccalın hədis və İncildəki təsvirinə tamamilə uyğun gəlir. Dəccalın hədislərdə bildirilən ən bariz xüsusiyyətlərindən biri tamamilə inkarçı olması və Allaha qarşı mübarizə aparmasına baxmayaraq, Allahın adı ilə ortaya çıxması və bəzi insanları bu yolla aldatmasıdır. Belə ki, masonlar “insan sevgisi, anlayış, beynəlmiləl qardaşlıq, ağıl və elm yolu” kimi qulağa xoş gələn məfhumlardan istifadə edirlər. Hətta daha da irəli gedərək masonik qəbul rituallarında Müqəddəs Kitablara əl basaraq and içir, özlərini dindar kimi göstərməyə çalışırlar. Əslində isə masonluğun ən əsas xüsusiyyəti tamamilə din əxlaqına qarşı olmasıdır.
“Humanizm” kimi təqdim edilən və masonluğun fəlsəfi əsasını insanların bir-birlərinə əhəmiyyət verməmələri və Allahı yox, özlərini sevmələri təşkil edir. Əlbəttə, hər insan Allahın təcəllisi olaraq dəyərlidir və bu nöqteyi-nəzərdən bütün insanları sevmək və dəyər vermək lazımdır, ancaq batil humanist fəlsəfənin insanlıq və sevgi kimi təlqin etdiyi məfhumda həqiqi sevgi və insaniyyətlə heç bir əlaqə yoxdur. Çünki humanizmin əsasında açıq-aydın Allahın varlığını inkar etmək vardır, insanları da inkara yönəldir və insanın özünü “yaradıcı və ilah” kimi göstərir (Allahı tənzik edirik). Türk mason lojalarının 1923-cü ildə nəşr etdiyi “Məşriq-i Əzəm İctimai Protokolu”nda bu sapqın fəlsəfə bu şəkildə ifadə edilir: “Biz artıq Allahı həyat qayəsi olaraq tanımayacağıq. Biz bir qayə yaratdıq. O qayə Allah deyil, bəşəriyyətdir (Allahı tənzih edirik)”.
Türk-Mason jurnalı “Memar Sinan”da isə masonluğun Allah inancına olan sapqın baxışı bu şəkildə verilmişdir: “Məbədimizi tədqiq etsək, özümüzü tədqiq etsək, “Kainatın Ulu Memarına” gedib çıxarıq və görərik ki, kainatın Ulu Memarı özümüzün içindədir. (“Memar Sinan” jurnalı İl; 25 sayı: 27-28 səh. 40 )
Masonluğun Allahı inkar edən bir sistem kimi ortaya çıxmasına baxmayaraq, özünü dindar kimi göstərməsinin ən böyük səbəbi insanları yanıltmaq, guya ülvi məqsədlərinin olduğunu göstərmək, cəmiyyətdə sevgi yaymaq yalanına inandırmaqdır. Bu üsul hədislərdə və İncildə tərif edilən dəccalın xüsusiyyətləridir.
İncildə dəccalın bu xüsusiyyəti belə bildirilmişdir:
Heç kim sizi heç bir şəkildəaldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxmayınca o gün gəlməyəcək. O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki, Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək. (Paulun Saloniklilərə ikinci məktubu: 2:3-4). (Allahı tənzih edirik)
Dəccalın, yəni indiki masonik sistemin bu xüsusiyyəti hədislərdə də eynilə xəbər verilmiş, Dəccalın özünü ilahlaşdırıb (Allahı tənzik edirik) saxta ilah kimi ortaya çıxacağı bildirilmişdir:
“(Dəccal) O, Mən aləmlərin Rəbbiyəm” dediyi zaman... (Allahı tənzih edirik) (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El- Hüseyni El Berzenci, Pamuk Yayıncılık, səh. 218)
“(Dəccal) O da “Gedin insanlara onların Rəbbi olduğumu söyləyin: cənnət və cəhənnəmin tapıldığını başa salın” deyəcək...
O sizin Rəbbinizdir, aranızda hökm etmək üçün gəlmiş, cənnəti və cəhənnəmi də vardır...” (Allahı tənzih edirik) (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El- Hüseyni El Berzenci, Pamuk Yayıncılık, səh. 218)
Dəccal üç dinə ibadət edənləri də aldatmağa çalışaraq rahat fəaliyyət sahəsi yaratmağı, insanları zülmə və əxlaqsızlığa daha rahat şəkildə sürükləməyi hədəfləmişdir. Belə ki, təsiri altına aldığı bir qrup adam vasitəsilə illərlə bu vəzifəni həyata keçirir. Masonluq anidən yaxalanan oğrunun polisə oğurluq edənin ev sahibinin olduğunu deməsi kimi aldadıcı taktikadan istifadə edir. Polis səhvən başqasının izinə düşərkən oğru qaçıb uzaqlaşır və oğurluğa davam edir. Elə dövrümüzdəki masonluq da eynilə bu çirkin oyunu oynayır. Özünün dəccal olmadığını iddia edərək məhvedici, dağıdıcı və qan tökən əməllərinə davam edir. Üstəlik, bütün dünyaya yayılan bu oyundan böyük kütlənin heç xəbəri də yoxdur.
Elə buna görə bu oyunun tezliklə pozulması böyük əhəmiyyət daşıyır. Hz. İbrahimin övladları kimi bütün inananlar çağımızın ən böyük dəccalı olan masonluğa qarşı əzmlə elmi mübarizə aparmalıdırlar. Hansı dindən olursa-olsun, tək Allaha inanan bütün səmimi dindarlar birlikdə dəccalın bu iyrənc oyununu pozmalı və onun bu fikri sistemini süquta uğratmalıdırlar. Hz. İsanın (ə.s.) nüzulunu və hz. Mehdinin (ə.s.) zühurunu gözlədiyimizbu mübarək dövrdə ən doğru hərəkət şeytanın aldadıcı tələlərinə qarşı ayıq olmaq, masonluğun dünyadakı bütün insanlığa qarşı qurduğu zülm sisteminə son verməkdir. Allahın iznilə və Allahın bir vədi olaraq səmimi iman edənlər mütləq qurtulacaq, mütləq dəccala qalib gələcəkdir. Bir Quran ayəsində Rəbbimiz belə buyurur:
Hər kəs Allahı, onun Peyğəmbərini və iman gətirənləri özünə dost tutsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allah'ın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir). (Maidə surəsi, 56)