İtaliyanın Məclis Sədri və Mərkəzi sağ qanadın liderlərindən olan Gianfranco Fini İtaliya dövlət məktəblərində və xüsusi məktəblərdə Katolik dininə alternativ olaraq həftədə bir saat İslam dini dərsinin tədris edilməsini irəli sürmüşdür.
Venesuelanın Dövlət Başçısı Hugo Chavez nitqlərində Hz. İsa (a.s.)-ın İncildə yer alan sözlərini işlədir.| “Hz. İsa (a.s.) və Hz. Mehdi (a.s.) həyatdadırlar. Bir gün mütləq gələcəklər və dünyanı ədalətlə dolduracaqlar. Hz. Mehdi (a.s.) və Hz. İsa (a.s.)-ın tezliklə ortaya çıxmaları və ədalətli hakimiyyət qurmaları üçün biz də lazımi qədər səy göstərməliyik. Ümid edirik ki, bu arzumuz çox qısa müddətdə həqiqətə çevrilər.” |
İngiltərənin keçmiş baş naziri Tony Blair Almaniyanın “Die Zeit” jurnalına verdiyi bir müsahibədə hər gün Qurani-Kərim oxuduğunu söyləmişdir. 55 yaşlı siyasətçi Hz. Muhamməd ilə bağlı olaraq “O çox sivil bir lider idi” demişdir. Bundan əlavə, nitqlərində “İnanc hər şeydir. Sizə güc verir...” kimi ifadələr işlədən Blair Allaha iman gətirməyin əhəmiyyətini davamlı olaraq dilə gətirir.
ABŞ Prezidenti Barack Obama ölkədəki Müsəlman cəmiyyətinin təmsilçilərinə Ağ Evdə verdiyi iftar yeməyindəki nitqində “İslamın böyük bir inanc, ədalət və inkişafın tərəfində olduğunu” söyləmişdir.
“Çeçenistanın qəlbi” adlandırılan və Çeçenistan Dövlət Başçısı Əhməd Qədirovun adı verilən 10 min nəfərlik Məscidin Qroznıdakı açılışından bir gün əvvəl məscidi ziyarət edən Putin məsciddən çox təsirlənmiş və onu müşayiət edən Qədirova “Böyük iş görmüsünüz. Məscid çox ehtişamlı olub.” demişdir. Bundan başqa, məscidin açılışı ilə birlikdə aparılan “İslam Sülh Dinidir” adlı konfrans haqqında açıqlamalar verən Putin “Bu məscid ilə sadəcə Çeçenistan vətəndaşları deyil, bütün Rusiya Müsəlmanları fəxr etməlidirlər. Ölkənin Müsəlmanları üçün gözəl bir hədiyyədir. Bu gözəl bir fəaliyyətdir.” ifadəsini işlətmişdir. Məscidin açılışı ilə bağlı konfransda da İslam dini ilə bağlı “İslam sülh dinidir.” deyərək İslam dininə və müsəlmanlara olan düşüncəsini dilə gətirmişdir.