DÜNYANIN ƏN BÖYÜK PAYLAMA ŞƏBƏKƏSİ: QAN DÖVRANI SİSTEMİ

100 trilyon evdən ibarət bir şəhər təsəvvür edək. Sizcə, bu şəhərdəki evlərin hər birinin istəyini bir anda yerinə yetirən paylama şirkəti ola bilər? Bir çoxunuz “əlbəttə, ola bilməz” deyəcəksiniz. Ancaq buna bənzər sistem hər insanın orqanizmində mövcuddur. İnsanın orqanizmindəki evlər hüceyrələrdir, paylama şirkəti isə saysız-hesabsız işçisi olan qan dövranı sistemidir. Qan dövranı sisteminin işçiləri insanın bədənindəki 100 trilyon hüceyrəni bir-bir gəzir. Bu sistemin ən vacib işçisi ürəkdir. Ürək çirkli və təmiz qanı bir-birinə qarışdırmadan orqanizmin müxtəlif yerlərinə paylayan dörd kameraya, təhlükəsizlik vəzifəsini icra edən klapanlara və son dərəcə həssas qurulmuş nizama malikdir.

 

Ürəyi tədqiq edərkən, onun yalnız qan vurmaqdan ibarət olmadığını, həm də vurduğu qanın istiqamətini müəyyən edən “klapanlar”a malik olduğunu da görərik. Onlar ürək əzələlərinin vurduğu qanın lazımi anda və lazımi istiqamətdə hərəkətini təmin edirlər. Habelə ürək böyük damarlar vasitəsilə bir tərəfdən ağciyərlə, digər tərəfdən də bütün bədənlə əlaqəlidir. Bədənə gedən damar, eyni zamanda, müxtəlif qollara ayrılır, onlar da daha kiçik damarlara bölünür. Kapilyarlara qədər davam edən bu ayrılmadan sonra bu damarlar böyük damarlara birləşir və yenidən ürəyə qayıdır. Ürəkdən də qanın tərkibindəki karbondioksidi vermək və əvəzinə oksigeni almaq üçün ağciyərə ötürülür.

 

Bütün bu qan dövranı sistemi, yəni ürək, damarlar və ağciyər kompleks  sistemlə işləyir. (Bura qanı təmizləyən böyrəkləri, qandakı şəkər nisbətini tənzimləyən mədəaltı vəzi, qanın kimyəvi tərkibini nəzarətdə saxlayan qaraciyəri və qandakı müdafiə sisteminin tərkib hissələrini əlavə etsək, ortaya ehtişamlı bir quruluş çıxar) Bu kompleks sistemin hissələrinin hamısı bir-birləri ilə həmahəngdir və bir-birinə düzgün  formada bağlanmışlar. Bir-birləri ilə həmahəng olan bütün hissələr ortaq məqsədə xidmət edirlər. Əgər bir hissə əskik olsa, sistemdə naqislik meydana gələcək. Bu isə insanın ölümü ilə nəticələnəcək.

 

Heç bir ürək vurduğu qanı təmizləyən ağciyər olmadan tək başına bədəni bir dəqiqədən artıq yaşada bilməz. Deməli, qan dövranı sistemi bir anda, bütün hissələri ilə birlikdə yaradılmışdır. Bu da ürəkdəki və qan dövranı sistemindəki qüsursuz yaradılışı və aləmlərin Rəbbi olan Allahın tayı-bərabəri olmayan yaratma sənətini göstərir. (Ehtişam hər yerdədir (HARUN YƏHYA))

2009-11-06 23:22:12
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top