HƏR ÇƏTİNLİKLƏ BƏRABƏR ASANLIQ VARDIR

Allah dünyanı insanları imtahan etmək üçün yaratmışdır və imtahanın qaydası olaraq insana bəzən bolluq və gözəllik verərək, bəzən də çətinliklərə məruz qoyaraq sınayır. Hadisələri Quranda göstərilən həqiqətlərə görə dəyərləndirməyən insanlar qarşılaşdıqları çətinliklər zamanı nə edəcəklərini bilmir, bədbinliyə və ümidsizliyə qapılırlar. Halbuki Quranda Allahın bu məsələ ilə bağlı olaraq bildirdiyi və ancaq səmimi imana və təslimiyyətə sahib olan bəndələrin gördüyü bir sirr var. Bu sirri Allah belə bildirmişdir:

 

“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah surəsi, 5–6)

 

Allahın ayələrdə bildirdiyi kimi, vəziyyət nə qədər çətin və çıxılmaz görünsə də, Allah mütləq möminlər üçün o vəziyyətdən çıxmağı asanlaşdıracaq və çətinliyi yüngülləşdirəcək. Mömin səbir etdiyi və səbrində dözüm göstərdiyi zaman bütün çətinliklərlə bərabər Allahın həm də rahatlıq verdiyini görəcəkdir.

 

Belə ki, Allah başqa ayələrində də Ondan qorxub-çəkinən bəndələrinə, qullarına yol göstərəcəyini, onları nemətləndirəcəyini müjdələmişdir:

 

“... Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər...” (Təlaq surəsi, 2–3)

 

 

ALLAH HEÇ KİMƏ GÜCÜ ÇATMADIĞI YÜKÜ YÜKLƏMƏZ

 

Allah sonsuz mərhəməti, şəfqəti və ədaləti ilə yaratdığı hər hadisədə həm asanlıq verir, həm də hər insanı gücünə görə sınaqlardan keçirir. Allahın insanlara əmr etdiyi ibadətlər, onları yoxlamaq üçün yaratdığı çətinliklər, insanlara verdiyi məsuliyyətlərin hamısı insanların gücü nisbətindədir. Bu, iman edənlər üçün bir müjdə və rahatlıq və Allahın rəhmətinin bir nümunəsidir. Allah bu sirri Quranda belə bildirir:

 

“Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi – buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd – nəsihət qəbul edəsiniz!” (Ənam surəsi, 152)

 

 

“İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – Cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!” (Əraf surəsi, 42)

 

 

“Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Biz də haqqı söyləyən bir kitab vardır. Onlara zülm olunmaz.” (Mumin surəsi, 62)

 

 

ALLAHIN DİNİNƏ TABE OLMAQ ASANDIR

 

İnsanların əksəriyyəti dinin həyatlarını çətinlişdirəcəyini, onlara bir çox ağır məsuliyyətlər yükləyəcəyini zənn edirlər. Bu, şeytanın insanı dindən azdırmaq üçün verdiyi şübhə və böyük səhvdir. Əvvəlki mövzularda da toxunulduğu kimi, din rahatlıqdır. Allah iman gətirən insanlara çətinlikdən sonra rahatlıq verdiyini bildirir. Bundan başqa, təvəkkül və qədərə iman kimi dinin əsas mövzuları insanı bütün ağırlıqlardan - çətinlik, sıxıntı və kədərdən azad edir. Allah bir çox ayəsində Ona tabe olanlara və dininə yardım edənlərə yardım edəcəyini, onları həm dünyada, həm də axirətdə gözəl həyatla yaşadacağını vəd edir. Rəbbimizin bu mövzu haqqındakı sözləri belədir:

 

“Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir?” – deyə soruşduqda isə onlar: “Xeyir” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri gözəl həyat gözləyir. Axirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!” (Nəhl surəsi, 30)

 

Allah dininə gələnlərə bu rahat yolda uğur qazandıracağını belə müjdələyir:

 

“Kim (malını Allah yolunda) versə, qorxsa vəən gözəl sözü təsdiq etsə, Biz ona Cənnəti müyəssər edəcəyik!” (Leyl surəsi, 5–7)

 

Quranda bildirilən bu sirlərdən aydın olur ki, Allahın dininə səmimi şəkildə üz tutan insan əvvəldən müvəffəq olacağı, dünyada da, axirətdə də qazanc əldə edəcəyi bir yolu seçmişdir. İnkar edənlər üçünsə, tamamilə tərsi olacaq. Onlar da əvvəldən məğlub edilmiş, qəm–qüssə, bədbəxtlik və itki dolu bir dünya və axirət həyatına sahib olacaqlar. Onlar inkara qərar verdikləri andan etibarən həm dünyalarını, həm də axirətlərini itirirlər. Allah bunu ayələrində belə bildirir:

 

“Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal – dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü yalan saysa, Biz ona Cəhənnəmi müyəssər edəcəyik.” (Leyl surəsi, 8–10)

 

Əlbəttə ki, Allahın dostluğunu, yardımını, dəstəyini qazanmaq daha üstündür. Kim Allahla dostluq etsə və Ona təslim olsa, o insanın dünyada və axirətdə böyük qazanc və gözəllik içində yaşayacağı, heç bir hadisədən və heç bir insandan zərər görməyəcəyi bir həqiqətdir. Odur ki, ağıllı və vicdanlı olan hər kəs Allahın Quranda bildirdiyi bu sirləri qavrayıb doğru yolu seçməlidir. İnkarçıların bu həqiqətləri anlamamaları  isə başqa bir sirdir. Onlar nə qədər zəkalı və ya mədəni olurlar–olsunlar, Allah onların ağıllarını almışdır və bu həqiqətləri görmələrinin qarşısını almışdır.

2009-11-08 02:06:45
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top