QƏDƏRƏ TƏSLİM OLMAQ VƏ TƏVƏKKÜLDƏKİ SİRLƏR

Təvəkkül sadəcə güclü imana sahib olan və Allahın gücünü təqdir edən möminlərə aid xüsusiyyətdir. Qavrayanlər üçün təvəkküldə vacib sirlər və böyük nemətlər var. Təvəkkül Allaha və yaratdığı qədərə təslimiyyət və etibar deməkdir. Allah insanlar da daxil olmaqla, canlı–cansız bütün varlıqları qədərlə yaratmışdır. Məsələn, günəşin, ayın, dənizlərin, göllərin, ağacların, çiçəklərin, kiçik bir qarışqanın, budaqdan düşən bir yarpağın, stolunuzun üstündəki toz zərrəciyinin, yolda yeriyərkən ayağınıza dəyən daşın, on il əvvəl aldığınız paltarın, soyuducunuzdakı şaftalının, ananızın, atanızın, qohum-əqrəbalarınızın, məktəb yoldaşlarınızın, sizin, qısaca desək, hər kəsin və hər şeyin Allah yanında milyonlarla il öncə dəqiq bir qədəri (taleyi) vardır. Və hər varlığın qədəri Allah yanında “Lövhi – Məhfuz” adlı bir kitabda yazılmışdır. Kimin nə zaman öləcəyi, hansı yarpağın nə vaxt hansı sürətlə yerə düşəcəyi, soyuducunuzdakı şaftalının nə vaxt, haradan çürüməyə başlayacağı, daşın ayağınıza dəyənə qədər keçəcəyi mərhələlər, qısaca desək, kiçik–böyük hər hadisə bu kitabda qeyd olunmuşdur.

 

Möminlər taleyə (qədərə) iman gətirərlər və Allahın yaratdığı qədərin ən xeyirlisi və ən gözəli olduğunu bilərlər. Buna görə də həyatlarının hər anında təvəkküllüdürlər. Yəni hadisələri Allahın müəyyən hikmətlə yaratdığını və şahid olduqları hadisə nə olursa–olsun, Allahın bunda bir xeyir gördüyünü bilirlər. Məsələn, ölümcül xəstəliyə tutulmaq, çox güclü və amansız bir düşmən ordusu ilə qarşılaşmaq, məsum olmasına baxmayaraq, iftiralara uğramaq və ya insanın ağlına gələn ən ürküdücü hadisələr belə möminləri həyacana və ya qorxuya salmaz. Onlar Allahın yaratdığı hər hadisəyə səbir edər və mətanətlə gözləyərlər. İman gətirməyən bir insanın dəhşətə və ümidsizliyə qapılacağı hadisələr qarşısında onlar böyük zövq alarlar. Çünki ən ürküdücü görüntülər və danışıqlar belə Allah yanında əvvəlcədən planlaşdırılmış və insanın imtahanı üçün yaradılmışdır. Bunları səbir və təvəkküllə qarşılayanlar, Allaha və Onun yaratdığı qədərə təslim olub güvənənlər Allahın razılığını və sevgisini qazanacaqlar, əvəzində sonsuza qədər Cənnətdə yaşayacaqlar. Beləliklə, möminlər həyatları boyu təvəkkülün rahatlığını və imanın sevincini yaşayarlar. Bu, Allahın möminlərə verdiyi bir sirr və gözəllikdir və Allah Quranda təvəkkül edənləri sevdiyini bildirir. (Ali–İmran surəsi, 159)

 

Təvəkkül haqqında Quranda bildirilən bir başqa məsələ isə tədbirdir. Quranın bir çox ayəsində möminlərin müxtəlif vəziyyətlərdə alacaqları tədbirlər bildirilir. Bununla belə, Allah tədbirlərin Onun yazdığını dəyişdirməyəcəyini, ancaq bunların bir ibadət olaraq qəbul ediləcəyini də başqa ayələrində insanlara bir sirr olaraq verir. Hz. Yaqubun oğullarına şəhərə girərkən tövsiyə etdiyi tədbirlər və bunun ardınca təvəkkülü xatırlatması buna bir nümunədir. Mövzu ilə bağlı ayə belədir:

 

“Dedi: “Oğullarım! Eyni qapıdan girməyin, ayrı – ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza – qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusif surəsi, 67)

 

Hz. Yaqubun sözlərindən də göründüyü kimi, möminlər mütləq hər məsələdə xəbərdarlıq edirlər. Ancaq Allahın qədərlərində onlar üçün dilədiyini dəyişdirə bilməyəcəklərini bilirlər. Məsələn, bir insan yol-hərəkət qaydalarına diqqət yetirməli, avtomabilini təhlükəli şəkildə sürməməlidir. Bu, özünün və digər insanların həyatı üçün vacib tədbir və ibadətdir. Ancaq Allah əgər bir insan üçün yol qəzasında ölməyi yazmışsa, heç bir tədbir onun ölümünə mane ola bilməz. Bəzən bir insanın aldığı xəbərdarlıq və ya etdiyi bir hərəkət onu ölümdən qurtarmış kimi görünə bilər. Və ya bir insan həyatında ani bir qərara gələrək həyatının gedişini tamamən dəyişə bilər, başqa biri ölümcül bir xəstəliyə tutulmuşkən, güc və iradə göstərərək xəstəliyə qalib gələ bilər. Ancaq bütün bunlar o adamların qədərlərində olduğu üçün belədir.

 

Bəzi insanlar bu cür hadisələri “Qədərini məğlub etdi”, “Qədərini dəyişdirdi” kimi məntiqsiz və yanlış şəkildə yozurlar. Halbuki heç bir insan, ən güclü və əzmli görünsə belə, Allahın onun, ya da başqaları üçün yazdığı qədəri dəyişdirə bilməz. Heç bir insan bu gücə malik deyil. Əksinə, hər varlıq Allahın yaratdığı qədər qarşısında acizdir və əslində, təbii ki, qədərə təslimdir. Sadəcə, bir çoxu bunu qəbul etmək istəmir. Qədərin varlığını inkar etmək də, əslində, onun qədərindədir.

 

Nəticə etibarilə xəstəlikdən və ya ölümdən qurtaran, ya da həyatını tamamilə dəyişən insanların hamısı qədərlərində olduğu üçün bunların hamısını yaşayırlar. Allah bunu ayələrində belə bildirir:

 

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz!” (Hədid surəsi, 22–23)

 

Allahın ayədə də bildirdiyi kimi, insanın qarşılaşdığı hər hadisə Allah yanındakı bir kitabda əvvəlcədən müəyyənləşdirilərək yazılmışdır. Allah bu səbəbdən insanın əlindən çıxana görə üzülməməsini söyləyir. Məsələn, böyük yanğında və ya ticarət həyatında bütün malını-mülkünü itirən bir insan, bunu qədərində olduğu üçün yaşayır. Buna mane olması və ya qarşısını alması mümkün deyil. Onda bunun üçün kədərlənməsi də mənasız olacaq. Allah insanları qədərlərində yazdığı bir çox hadisə ilə dəyərləndirir. Bu hadisələrə təvəkkül edənlər Allahın razılığını və sevgisini qazanırlar. Təvəkkülsüz davrananlar isə həm dünyada sıxıntı, narahat və bədbəxt yaşayırlar, həm də axirətdə sonsuz əzabla qarşılanırlar. Təvəkkülün insan üçün həm dünyada, həm də axirətdə böyük qazanc və rahatlıq olduğu açıq–aydın bir həqiqətdir. Allah təvəkküllə bağlı sirləri möminlərə verərək onların üzərindən çətinlikləri götürmüş və onlar üçün dünya həyatındakı imtahanı asanlaşdırmışdır.

 

2009-11-08 02:22:31
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top