ALLAHI SEVƏN PEYĞƏMBƏRLƏRİ VƏ MÖMİNLƏRİ DƏ SEVƏR

İman gətirənlər Allaha olan güclü sevgiləri və səmimi bağlılıqları səbəbindən Allahın yaratdığı varlıqları da çox sevər, bunların hər birində Allahın sifətlərinin təcəllisini görərlər. Quranın "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rukuda olduqları halda zəkat verirlər" (Maidə surəsi, 55) ayəsində bildirildiyi kimi, iman gətirənlər Allahın insanlara göndərdiyi peyğəmbərlərə və saleh möminlərə qarşı da dərin sevgi bəsləyərlər. Allahın bütün insanlara nümunə etdiyi peyğəmbərlər dərin imana sahib olan, üstün əxlaqlı insanlardır. Allahın "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (Əhzab surəsi, 21) ayəsi ilə xəbər verdiyi kimi, Peyğəmbərimiz hz. Məhəmmədin həyatında və əxlaqında iman gətirənlər üçün gözəl nümunələr və hikmətlər vardır. Peyğəmbərimizin (s.ə.v.) Allaha olan dərin bağlılığı, təqvası, səbri, ağlı, cəsarəti, təmizliyi, mərhəməti, sədaqəti, şövqü və bir çox gözəl xüsusiyyəti bütün müsəlmanlara nümunə olmuşdur.

 

Allahın bütün elçiləri və peyğəmbərləri Rəbbimizin razılığını qazanmış üstün əxlaqlı insanlardır. Allah Quranda peyğəmbərlərin gözəl əxlaqlarına dair nümunələr vermiş və onları tərifləmişdir. Peyğəmbərimiz hz. Məhəmməd, hz. Musa, hz. İsa, hz. İbrahim, hz. Harun, hz. Yəhya, hz. Yusif, hz. Yunus, hz. Yaqub, hz. İsmayıl, hz. Süleyman, hz. Davud və bütün peyğəmbərlər, elçilər Allaha olan səmimi imanları, hörmət dolu qorxuları, təqvaları və gözəl əxlaqları ilə insanlara nümunə olmuşlar. Elçiləri bu  xüsusiyyətləri ilə tanıyan möminlər onların əxlaqına çatmaq, onlar kimi Allahın dostluğunu qazanmaq və cənnətdə onlarla birlikdə olmaq üçün xeyirli işlərdə yarışar və ciddi səy göstərərlər. Möminlərin peyğəmbərlərə olan dərin sevgisi onların sevgi anlayışlarını da ortaya qoyur. İman edənlərin sevgisi o adamın imanından, gözəl əxlaqından və təqvasından qaynaqlanır. Bir insanın bu xüsusiyyətlərini bilmək, o adamla heç görüşülməsə də, ona qarşı dərin və coşğulu bir sevgi duyulmasına səbəb olar.

 

İman edənlər görməsələr də, yanlarında olmasalar da, Allahın elçilərinə qarşı belə dərin sevgi və hörmət duyarlar. Allahın onları bütün inananlara rəhmət olaraq göndərməsi və bir çox Quran ayəsində onlardan sevgi və təriflə bəhs etməsi iman gətirənlərin elçilərə olan sevgilərini daha da artırar. İman gətirənlər peyğəmbərlərdən və elçilərdən hörmət, sevgi və təriflə bəhs edər, onları daim özlərindən üstün görərlər. Hər fürsətdə onların Allaha olan təslimiyyətlərini, sevgilərini, gözəl əxlaq xüsusiyyətlərini bütün insanlara izah edər və onları da elçilərin yoluna dəvət edərlər.

 

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi”. (Ali-İmran surəsi, 164)

 

 Allah Quranda iman gətirənlərin elçilərə olan sevgilərinə diqqət çəkmiş və möminlərə peyğəmbərlərin onların nəfslərindən öndə olduğunu bildirmişdir:

 

“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır”. (Əhzab surəsi, 6)

 

Allah Quranın bir çox ayəsində peyğəmbərlərin gözəl əxlaqına və üstün xüsusiyyətlərinə yer vermişdir. Peyğəmbərlərin sevgi və təriflə salamlandığı ayələrdən bəziləri belədir:

 

“Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq” Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi! Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik. Biz ona və İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!” (Saffat surəsi, 108-113)

 

“Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “Musaya və Haruna salam olsun!”. Həqiqətən, Biz, yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi”. (Saffat surəsi, 119-122)

 

“Həqiqətən, İlyas da peyğəmbərlərdəndi. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “İlyasinə salam olsun!” Həqiqətən, Biz, yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi”. (Saffat surəsi, 123, 129-132)

 

“Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz, yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi. Biz, həmçinin İsmayılı, Əlyəsə`i, Yunisi və Lutu da və onların aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da onları seçdik və düz yola yönəltdik”. (Ənam Surəsi, 84-87)

 

“Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər”. (Mücadələ surəsi, 22)

 

 Allah Quranda peyğəmbərlərimizi belə salamlayır:

 

“Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” (Saffat surəsi, 181-182)

 

Peyğəmbərlər Allaha ən yaxın, ən saleh möminlərdəndir. Allahın sevdiyi möminlərin də sevdiyidir. Bu səbəbdən, möminlər də peyğəmbərlərimizə olan sevgilərini, onları Allahın Quranda salamladığı kimi, sevgi ilə tərifləyərək və xatırlayaraq göstərməli, onların yoluna və əxlaqlarına uymağa çalışmalıdırlar.

 

“Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqqı gətirdi. (Ona) iman gətirin! Bu, sizin üçün xeyirli olar”. (Nisa surəsi, 170)

 

“İman gətirib yaxşı işlər görənləri zülmətdən nura çıxartmaq üçün Allahın açıq-aşkar ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir”. (Talaq surəsi, 11)

 

 

Allahı sevən insan Allahın dostu olan möminləri də sevər

 

Allahın sevdiyi, möminlərin də sevdiyidir, Allahın dostu, möminlərin də dostudur, Allah kimdən razıdırsa, möminlər də ondan razıdır, Allahı sevən, Allahın sevdiyi qullarını da sevər. Allah yolunda olan saleh möminlər Allahın ən sevdiyi qullarıdır. Bu səbəblə, möminlər bir-birlərini çox sevərlər. Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından və mərhəmətindən bəhs edilir. Bu ayələrdən bəziləri belədir:

 

“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!” (Kəhf surəsi, 28)

 

“Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Saff surəsi, 4)

 

“Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi və Onun nerməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən, O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırırı ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran surəsi, 103)

 

“Mömin kişilərlə mömin qadınlar bir-birləriə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itatət edərlər”. (Tovbə surəsi, 71)

 

“İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib kömək istəyənlər – məhz onlar bir-birinə dostdurlar”. (Ənfal surəsi, 72)

2009-11-08 02:40:57
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top