Bizi silahlı mübarizə maraqlandırır. Bu mübarizə, fərdlər və kiçik qruplar tərəfindən icra edilir. Bir qismi inqilabçı təşkilatlara aid, digər hissələri (əksəriyyəti Rusiyanın müəyyən hissələrində) hər hansı inqilabçı təşkilata bağlı deyillər. Silahlı mübarizə, bir-birlərindən qəti şəkildə ayrılan, fərqli iki məqsədə yönəlib. Birincisi, bu mübarizə insanlara, liderlərə, ordu və polisdəki vəzifəlilərə sui-qəsd etməyi, ikinci olaraq, həm hökumətə aid, həm də xüsusi fərdlərə aid pul qaynaqlarına yiyələnməyi qarşısına məqsəd qoyur. Əldə olunan pullar qismən partiya kassasına, xüsusi silahlanma məqsədinə və qiyam hazırlığına, qismən də bu mübarizəyə qatılan insanların dolanışığına gedir. Böyük qənimətlər (Qafqazdakı 200.000 rubl, Moskvadakı 875.000 rubl kimi olanlar) həqiqətən də əvvəlcə inqilabçı partiyalara getmişdir -kiçik qənimətlər isə əsasən "əldə edənlərin" dolanışığına gedir. (Vladimir I. Lenin, 30 Eylül 1906, Proletari, Nr. 5, erisyay@kurtuluscephesi.com )
Bolşeviklər mütləq iqtidarlarına yönələn passiv də olsa hər cür müxalifəti və ya müqaviməti, yalnız siyasi müxalif qrupları deyil, soylular, burjualar, ziyalılar, din adamları, zabitlər, jandarmalar kimi peşə qruplarını da istər hüquqi, istərsə də fiziki olaraq ortadan qaldırmağa qərar verdi və bəzən işi soyqırım ölçülərinə çatdıracaq qədər irəli apardı. Hələ 1920-ci ildə icra edilən "Kazaklardan təmizləmə" kampaniyası əhəmiyyətli ölçüdə soyqırım xarakteri daşıyırdı. Yeri yurdu tamamilə müəyyən olan kazaklar, bütün kişilərin güllələnməsi, qadın, uşaq və yaşlıların sürgün edilməsi, kəndlərin yerlə yeksan edilməsi ya da kazak olmayanlara təhvil verilməsi nəticəsində qrup olaraq məhv edildi. Lenin, kazakları Fransız İnqilabı dövründəki Vendiylə bir tutur və onlara müasir kommunizmin "banisi" Gracchus Bubeufun hələ 1795-ci ildə populicide (soyqırım) olaraq təyin etdiyi üsulu tətbiq etmək istəyirdi. (N. Werth, "Le Pouvoir soviétique et l'Eglise ortnodoxe de la collectivisation à la Constitution de 1936", Revue d'études comparatives Est-Quest, 1993, no.3-4, s.41-49 (Stéphane Courtois, Nicolas Werth, Jean-Louis Panné, Andrzej Paczkowski, Karel Bartosek, Jean-Louis Margolin, Komünizmin Kara Kitabı, Doğan Kitapçılık A.Ş., s. 22) )
Bənzər şiddət üsulları Bolşeviklər tərəfindən işğal edilən Sivastopol, Yalta, Aluşta, Simferopol kimi Krım əyalətlərində də reallaşdırıldı. Eyni əməllərə 1918-ci ilin aprel-may aylarından etibarən üsyan komissiyasının hazırladığı sənədlərdə "əlləri qopmuş, çiyini parçalanmış, başı dağılmış, çənəsi qırılmış, cinsi orqanları qoparılmış cəsədlər" də var idi... (Stéphane Courtois, Nicolas Werth, Jean-Louis Panné, Andrzej Paczkowski, Karel Bartosek, Jean-Louis Margolin, Komünizmin Kara Kitabı, Doğan Kitapçılık A.Ş., s. 84 )
Nahimovski Prospekti küçədə həbs olunan zabitlərin, vətəndaşların asılmış cəsədləriylə dolu idi. Şəhər ölü idi, xalq zirzəmi və anbarlarda gizlənirdi. Bütün divarlar, teleqraf dirəkləri, mağaza vitrinləri "Xainlərə Ölüm" yazılı afişalarla dolu idi. İnsanları ibrət olsun deyə küçədə asırdılar.
Yoldaşlar! Beş qəzanızda cərəyan edən Kulak qiyamı mərhəmətsizcə əzilməlidir. İnqilabın mənfəətləri bunu tələb edir, çünki artıq hər yerdə kulaklarla "ölüm-qalım mübarizəsi" başlamışdır. Bir nümunə yaratmaq lazımlıdır. Daha az sayda olmamaq şərtilə; 100 Kulak, pullu adam, qaniçənin asılması (insanların görə biləcəyi şəkildə asılmasını deyirəm), adlarının açıqlanması, bütün taxıllarının müsadirəsi... Bunu insanların yüzlərlə metr kənardan görüb, titrəyəcəkləri, anlayacaqları... şəkildə edin. Bu təlimatları aldığınızı və yerinə yetirdiyinizi bildirən teleqraf göndərin. Salamlar. Lenin. (RTHİDNİ (Rossiyskiy Tsentr Hraneniya I İzuçeniya Dokumentov Noveyşey İstorii – Rusya Çağdaş Tarih Belgelerinin Korunması ve İncelenmesi Merkezi), 2/1/6/898; Komünizmin Kara Kitabı, s. 98 )
Tambovda kommunistlər həbs etdikləri adamları sol əl və sol ayaqlarından yerdən bir metr yuxarıda, ağaclara, dəmiryolu mismarları ilə mıxlayırdılar və bu insanların ağrıdan mələdiyini bilərəkdən izləyirdilər. Bir əsirin mədəsini açıb kiçik bağırsağını götürür və bir ağaca mismarlayırdılar və bağırsağın boşalmasını izləyirdilər. Tutduqları vəzifəliləri soyub çiyinlərindən etibarən dərilərini üzürdülər. (Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, Penguin Books Ltd, 1997, USA, s. 775 )
Mövcud dəlillərlə Leninin idealist deyil, ancaq gerçək ya da xəyali olsun, problemləri həll etmənin ən yaxşı yolunun, onlara səbəb olan insanları öldürmək olduğuna inanan qatil olduğunu rədd etmək qeyri-mümkündür. 20-ci əsrdə on milyonlarla insan həyatının yox olmasını, siyasi və sosial məhv tətbiqatını ilk başlayan özüdür. (Richard Pipes, The Unknown Lenin: From the Secret Archive, Yale University Press, New Haven, London)2009-11-19 03:45:29