Sevgisizliyin yaşandığı cəmiyyətlərdə üz-üzə gəlməkdən və bir-birlərinə salam verməkdən qaçan, "Mənə toxunmayan ilan min il yaşasın" məntiqi ilə hərəkət etdikləri üçün ehtiyac içində olana əsla kömək etməyən, öz ehtiyaclarını və mənfəətlərini daim ön planda tutan; xudbin, xoş söhbətdən uzaq, donuq, robotlaşmış və sevgidəki kimi hörmətdən də məhrum nəsillər yetişir. İçində olduğumuz axırzamanda sürətlə artan degenerasiyanın əsl qaynağı da cəmiyyətlərdə yaşanan bu sevgi azlığıdır."Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi." (Məryəm surəsi, 13)
Allahı sevən kimi başqasını sevənlərin yanılması "(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir…" (Ənkəbut surəsi, 25)
"Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dünyada həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!”" (Əhqaf surəsi, 20)
"İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər". (Bəqərə surəsi, 165)
"Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” …" (Yusif surəsi, 53)
“Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (Şəms surəsi, 8-9-10)
İman etməyən insanların sevgiyə baxışları, ümumiyyətlə, səhvdir. Bu səhv anlayışa sahib insanların sevgisi əsasən, mənfəət üzərinə qurulduğundan sevgini həqiqi mənasıyla yaşaya bilməzlər. Həyatlarını tutarsız təməllərə söykədikləri üçün hisslərini qəlbdən gələn səmimi bir sevgiyə çevirə bilməzlər. Çünki ən çox özlərini sevirlər. Bütün gözəlliklərin özünə verilməsini, özlərini əl üstündə saxlanmasını və özlərinə qayğı göstərilməsini istəyirlər.(Ya Peyğəmbər! Qiyamət günü) zalımları (dünyada) qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət! (Şura surəsi, 22)2010-03-16 02:45:51