Bu səbəbdən, Quran ayələrinə görə, Peyğəmbərimizin (s.ə.s.) dövründə də, bu anda da müsəlmanların fikri mübarizə aparacağı lazım olanlar dindarlar deyil, ateist yəhudi və bir qisim xristianlardır. Peyğəmbərimizin (s.ə.s.) mübarizə apardığı qrup heç vaxt dindar yəhudi və ya Allahın birliyinə inanan xristianlar olmamışdır. Peyğəmbərimiz (s.ə.s.) və səhabələri yalnız ateistlərə və müsəlmanlara zərər vermək, din əxlaqının yayılmasına və müsəlmanların təbliğ fəaliyyətinə maneə yaratmaq üçün maddi-mənəvi səy göstərən müşrik və münafiqlərə qarşı mübarizə aparmışdır.
Peyğəmbərimizin (s.ə.s.) etdiyi döyüşlərə baxıldığında bunların həmişə müdafiə məqsədli olduğu görüləcək. Yəni Peyğəmbərimiz (s.ə.s.) heç vaxt özünə müharibə elan etməyənə qarşı döyüşə getməmiş və ya döyüşə son vermək və əminlik istəyənə qarşı döyüşü davam etdirməmişdir. Peyğəmbərimiz (s.ə.s.) Allahın Quranda qəti hökmlərlə bildirdiyi döyüş durumlarına tam mənasıyla sadiq qalmışdır. Quranda bu mövzu ilə əlaqədar olaraq belə bildirilir:
|
Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! (Həcc surəsi, 39)
|

|
Əgər onlar vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir! (Bəqərə surəsi 192)
|

|
... Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün… (Bəqərə surəsi, 191)
|
Dolayısı ilə islam tarixi bu anlayışın nümunələriylə doludur. Məsələn, Xeybər yəhudiləri bir dəfə Peyğəmbərimizin (s.ə.s.) yanına gəlib məhsullarının bəzi müsəlmanlar tərəfindən icazəsiz şəkildə alındığını söyləmiş, buna görə həzrəti Peyğəmbər müsəlmanları məscidə toplayıb onlara özləriylə sözləşmə edənlərin mallarının haram olduğunu elan etmiş və etdikləri şeyin doğru olmadığını açıqlamışdır (Müsnəd, IV, 89; Vakidi, II, 691; Sərahsi, Siyər, I, 133, IV, 1530).
Yenə Peyğəmbərimizinin (s.ə.s.) Mədinənin ilk illərində hazırlatdığı Mədinə Şəhər Dövləti Müqaviləsinin 17-ci maddəsində "Yəhudilərdən bizə tabe olanlara kömək ediləcək və onlarla yaxşı davranılacaq. Onlar heç bir haqsızlığa uğramayacaq, düşmənlərinə kömək edilməyəcək" ifadəsi yazılmışdır. Eyni müqavilənin 25-ci maddəsində "Bəni-Avf yəhudiləri möminlərlə birlikdə tək bir ümmətdirlər. Onlar öz dinlərinə, müsəlmanlar da öz dinlərinə görə yaşayacaqlar" ifadəsinə yer verilmiş, 36-cı maddədə isə "Müsəlmanlarla yəhudilər arasında yardımlaşma, nəsihət və yaxşılıq olacaq" (İbn Kəsir, əs-Sirə, II/322; Həmidullah, əl-Vəsaiq, s. 44-45; Şərq və Qərb qaynaqlarında birlikdə yaşama, s. 285) ifadəsi vardır.
Peyğəmbərimizin (s.ə.s.) ardından həzrəti Əbubəkr (r.ə.) Təbərriyə şəhəri fəth edildiyində burada yaşayan xristianlara kilsələrinə toxunulmayacağına dair zəmanət vermişdir. Həzrəti Ömər (r.ə.), Qüdsü fəth etdiyində Qüds xalqına bir əminnamə vermiş və kitab əhlinin ibadətxanalarına toxunulmayacağını bildirmişdir. Yenə hz Ömərin (r.a.) Mədain xristianlarına verdiyi təəhhüddə "Xristian dinində olanlardan heç kim istəmədən müsəlman edilməyə məcbur edilməz" qanunu yer almışdır. Həzrəti Osmanın (r.ə.) dövründə isə bir erməni şəhəri olan Dəbilin fəthi əsnasında şəhərdə yaşayan xristian, yəhudi və atəşpərəstlərə verilən əminnamədə məbədlərin qorunacağı zəmanəti qeyd olunmuşdur. Köhnə kilsələrin təmir edilməsinə, yeni sinaqoqların və monastırların inşasına həmişə icazə verilmişdir.