Hz. İsa uca Allahın insanları doğru yola çağırmaqla vəzifələndirdiyi seçilmiş bir elçisidir. Hz. İsanı digər peyğəmbərlərdən ayıran xüsusiyyətlərindən ən əhəmiyyətlisi onun ölmədiyi, Allah qatına yüksəldildiyi və yer üzünə təkrar geri dönəcəyidir. Ancaq Hz. İsanın yenidən yer üzünə gəlməsi ilə əlaqədar edilən mübahisələrin gün keçdikcə artması bərabərində bir çox iddia və sualı da gətirir. Bu səbəblə, yazımızda Hz. İsanın yenidən dünyaya dönüşü mövzusunda edilən səhv məlumatlandırma və yönləndirmələri Allahın izniylə düzəltmək məqsəd qoyulmuşdur.

|
Hz. İsa ilə əlaqədar Kutubi-sittədə olan bəzi hədislər
Səhihi-Müslim Cabiru'bnu Abdillah (rə) belə demişdir: Peyğəmbərdən (səv) eşitdim, buyurdu ki: "Ümmətimdən bir tayfa qiyamət gününə qədər haqq üzərində mübarizə aparıb müzəffər olmaqda davam edəcək". Nəhayət Məryəm oğlu İsa enər və müsəlmanların amiri ona: "Gəl, bizə namaz qıldır" deyər. Bunun üzərinə İsa: "Xeyr, Allahın bu ümmətə bir hörməti olaraq sizin bir qisminiz digər bir qisim üzərinə amirsiniz" deyər. |
Hz. İsanın gəlişi və bu qiymətli peyğəmbəri görə bilmək bütün insanlıq üçün çox böyük bir nemət, Rəbbimizdən çox böyük bir lütfdür. Onun doğumu, həyatı, Allah qatına alınışı və yer üzünə ikinci dəfə gəlişi kimi, bu gəlişdən sonrakı həyatı da Allahın izniylə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaqlar. Onun söylədiyi hər söz, hər hərəkət hikmətli və aldığı hər qərar Allahın ilhamı ilə məqsədəuyğun olacaq.
Hz. İsa haqqındakı bütün bu həqiqətlər səmimi olaraq iman edənlərin bu əhəmiyyətli mövzunu bir dəfə yenə düşünmələri və vicdanlarının səsini dinləyərək maddi-mənəvi gərəkli bütün hazırlıqları etmələri üçün əhəmiyyətli bir xatırlatmadır. Bu xatırlatmağa uyanlar Allahın izinylə bu müqəddəs elçi yenidən yer üzünə gəldiyində -sevimli Peyğəmbərimizin (səv) müjdələdiyi kimi- özünün köməkçisi və dəstəkçisi olmaq şərəfinə çatmağı ümid edə bilərlər. Heç şübhəsiz, bu, könüldən iman edən bütün müsəlmanların duasıdır.
Nəticə: Hz. İsa yer üzünə yenidən gəldiyində hər davranışıyla hikmətli və bənzərsiz olacaq