İnsanların böyük bir hissəsi dinin yalnız ibadətlərdən ibarət olduğu kimi yalnış bir fikirə malikdir. Halbuki doğru din, ibadətlərlə yanaşı, insan həyatının hər anını əhatə edər və insanlara Qurana uyğun bir dünyagörüşü və gözəl əxlaq qazandırar.
Dininə bağlı, səmimi bir Müsəlman Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün həyatının hər anında Quranda təsvir edilən üstün əxlaqı yaşamağa cəhd göstərər.
Heç bir zaman və heç bir mühitdə dürüstlüyündən, səmimiyyətindən, gözəl rəftardan, hörmət və sevgi dolu tutumundan əl çəkməz. Elə bu səbəblə də, Quran əxlaqına sahib insanlardan yaranan cəmiyyətlərdə, hər insanın həsrət duyduğu, bu üstün xüsusiyyətlər yaşanar.
Məsələn, Quran əxlaqına uyğun həyat yaşayan bir ailədə, indiki bir çox ailələrdə yaşanan problemlərin heç biri yaşanmaz. Müasir dövrdə, ana və ataya itaətsizlik, doğru ilə yanlışı bir-birindən ayıra bilməyən, təcavüzkar uşaqlara, eyni zamanda uşaqlarına doğru ilə yanlışı izah edə bilməyən, onları başıboş buraxan, öz aralarında da bir-birini başa düşməyən ana-atalara çox sıx rast gəlinir. Bu evlərdə, sevgi, hörmət, mərhəmət və şəfqət yerinə döyüş və təhqir hakimdir. Halbuki Quran əxlaqı yaşandığında, ana-ataya itaət edən, hətta Allahın əmrinə görə onlara "of" belə deməyən, doğru və yanlışı hələ kiçik yaşlarından etibarən ayırd edəbilən, vicdanını istifadə edərək pisliklərdən uzaq duran uşaqlar yetişər. Uşaqlarını din əxlaqı ilə yetişdirərək dövlətə və millətə xeyirli insanlar olmaları üçün səy göstərən, öz aralarında da sevgi və hörməti yaşayan, davranış və danışıqları ilə uşaqlarına nümunə olan ana-atalar ortaya çıxar. Qısacası sevgi, hörmət və həmrəylik içində bir-birinə bağlı ailələr meydana gələr.
Ailə isə bir dövlətin ən fundamental vahididir. Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu çökmüş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və vəfa duyğuları korlanmış bir dövlətin güclü olması mümkün deyil. Xüsusilə dinsiz bir cəmiyyətin hədəf alındığı bəzi ölkələrdə, bu mənəvi çökmə çox böyük surət qazanar və əxlaq itkisi cəmiyyətin hər addımında özünü göstərər. Bu kimi cəmiyyətlərdə həyat, yalnız qarşılıqlı maddiyyət üzərində qurular .
Bir-birlərinə çox yaxın ailə fərdləri arasında da sevgi, qardaşlıq, həmrəylik, fədakarlıq və sədaqət duyğuları kimi mənəvi duyğular korlandığında, artıq o millətin varlığını davam etdirməsi çox çətin olar və bu kimi hallar cəmiyyəti bütünlüklə əhatə edər. Məktəblərdə, dost yığıncaqlarında sevgi və hörmət yerinə, həsəd, ikiüzlülük, lağ, dedi-qodu kimi pis rəftarlar ortaya çıxar. İş yerlərində də bütün sistem maddi əlaqələr üzərinə qurular. Kimsə kimsənin haqqını qorumaz, ədalət axtarılmaz, məzlumlara qarşı şəfqət və mərhəmət hissi olmaz. Qısacası, belə bir millətin fərdlərinin bir yerdə dinclik və sülh içində yaşamaları, qeyri-mümkün hala gələr.
Dinin gətirdiyi Quran əxlaqını yaşayan cəmiyyətlərdə isə, dövlətinə, millətinə faydalı bir vətəndaş, ailəsini sevən, qoruyan bir övlad, əxlaqıyla nümunə olan yoldaş kimi, insani xarakterlərlə qarşılaşarlar. Bununla da pis əxlaqlılara rast gəlinməz. Bu cür möhkəm cəmiyyətdəki bir millətin ömrü uzun, həyatı dinc, birlik ruhu da çox güclü olar. Allah Quranda, bir millətin birlik içində və güclü olmasının sirrini belə bildirmişdir:
Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki ALLAH səbr edənlərlədir! (Ənfal Surəsi, 46)
Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu çökmüş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və vəfa duyğuları korlanmış bir dövlətin güclü olması mümkün deyil.
Dinin gətirdiyi Quran əxlaqını yaşayan cəmiyyətlərdə, dövlətinə, millətinə faydalı bir vətəndaş, ailəsini sevən, qoruyan bir övlad, əxlaqıyla nümunə olan yoldaş kimi insan xaraketrlərilə qarşılaşarlar.
Allah qorxusu, dünya həyatında möminin ən böyük dayağıdır. Çünki Allah qorxusu insanı, hər anında Allahın istədiyi kimi davranmağa, Onu razı etmək üçün, şeytanın və nəfsinin istəklərindən çəkinməyə, onların hiylə və oyunlarına qarşı ayıq və tədbirli olmağa sövq edər.
İMANI TEZ ANLAMAQ
"Şəksiz iman etmək" nə deməkdir?
Bir insan əlini alova uzatdığında yanacağını bilər, bundan heç bir şübhəsi yoxdur. "Görəsən həqiqətən yanarmı?" kimi bir düşüncəyə qapılmaz. Bu adam, alovun əlini yandıracağına şəksiz inanır deməkdir. Quran ayələrində isə "şəksiz iman"dan bu cür bəhs edilir:
"Bu (Quran), insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir! (Casiyə Surəsi, 20)
Şəksiz iman, yuxarıdakı alov nümunəsində olduğu kimi əmin olaraq, heç bir şübhə etmədən, o an ətrafında gördüyü, danışdığı şeylər qədər doğru olduğuna əmin olaraq Allahın varlığına, təkliyinə, qiyamət gününə, cənnət və cəhənnəmin varlığına iman etmək deməkdir. Şəksiz bir iman, insanın hər hərəkətini, həyatının hər anını yalnız Allahı razı edəcək şəkildə yaşayacaq bir vicdana yönəldər.
Davranışlarımızdan hansının Allahın razılığına uyğun olduğunu necə anlayarıq?
Allah Özündən qorxan insanın vicdanına hər zaman, mütləq ən doğru olanı ilham edər. Allah bir ayədə belə buyurur:
"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla-nahaqqı ayırd edən (bir nur) verər, (dünyada və axirətdə cıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf, mərhəmət sahibidir! (Ənfal Surəsi, 29)
Bundan başqa, unutmamaq lazımdır ki, ümumiyyətlə insanın ürəyində ilk duyduğu, eşitdiyi səs doğrunu yanlışdan ayırd edən vicdanının səsidir və Allahın razı olacağı rəftar ilk eşidilən səsin söylədiyidir. Allahdan qorxan insanlar da, vicdanlarının səsinə qulaq asıb doğru olanı taparlar.
|
ALLAHIN ADLARI (HAFİD)
Ancaq şübhəsiz bu sayılanlar, sahib olduqları qabiliyyətləri istifadə edən kəslər üçün etibarlıdır. Bu kəslər yuxarıda bəhs etdiklərimizi qarşılaşdıqları hər hadisədə yaşayar və gördükləri şeylər üzərində düşünüb-daşınarlar. Bir də qarşılaşdıqları hadisələr üzərində düşünmədən keçməyə adət etmiş insanlar vardır ki, bunlar, yer üzündəki insanların əksəriyyətini meydana gətirirlər. Daha əvvəl də ifadə etdiyimiz kimi bu insanlar dünyaya gələr, böyüyər, hər kəs kimi adi bir həyat keçirər və ölərlər. Halbuki Allah bir çox ayədə insanlara düşünüb öyüd almalarını əmr etmişdir. Ayələrdə möminlərin hər an düşündükləri belə bildirilmişdir:
Düşünüb öyüd nəsihət alanlar, Allahın ucaltdığı kəslərdir. İnsan olmalarının əsasını tam olaraq yerinə yetirərlər və bu yönləri ilə digər canlılardan (heyvanlar, bitkilər və düşünməyən insanlar) tamamilə ayrılarlar. Digər qrup (düşünməyən insanlar) isə, insani qabiliyyətlərə sahib olmalarına baxmayaraq bunları istifadə etməzlər və sadə bir həyat tərzi keçirərlər. Və bu insanlar da, Allahın yaratdığı, ancaq vicdanlarını istifadə etmədikləri, düşünmədikləri və sadə bir ömrü seçdikləri üçün alçaltdığı kəslərdir.
|
İnkarçıların, Əzab Məkanı olan Cəhənnəmə gedəcəklərini Əsla Unutmayın
Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək. (Səcdə surəsi,13)
2010-05-04 00:23:12