DƏCCALIN QURDUĞU TƏLƏLƏR DƏ ALLAHIN İCAZƏSİLƏDİR

Bu həqiqət heç bir zaman unudulmamalıdır: Bir əsr yarımdır insanları aldadan Darvinizm fitnəsinin qaynağı olan dəccal, Allahın nəzarətində olan bir varlıqdır. Dəccaliyətin yəni masonluğun fitnəsi, səmimi iman edənlər xaric, az qala haradasa bütün insanları içinə ala biləcək böyüklükdə bir fitnədir. Lakin masonların tələsi nə qədər böyük olursa olsun, ağılda tutulması lazım olan həqiqət, qurulan bütün tələlərə ən gözəl qarşılığı verəcək olanın Uca Allah olduğudur. Allah, insanları sınamaq, saleh Müsəlmanları ortaya çıxarmaq, onları öyrətmək və daha bir çox hikmət, şeytanın yer üzündəki fəaliyyətlərini və dolayısı ilə dəccaliyəti də qədər içində var etmişdir və dəccaliyət mütləq məğlub olacaq şəkildə yaradılmışdır. Bu səbəbdən inkar edənlərin tələləri, Allahın icazəsi ilə, heç bir zaman müvəffəqiyyətə çata bilməyəcək. Allah, bir ayəsində bu sirri belə xəbər verir:


Həqiqət budur ki, onlar hiyləli-nizamlar qurdular. Halbuki onların nizamları, dağları yerlərindən oynadacaq da olsa, Allah Qatında onlara hazırlanmış nizam (pis bir qarşılıq) vardır. (İbrahim Surəsi, 46)

 

Tarix boyunca inkar edənlər və insanları inkara sürükləmək istəyənlər müxtəlif tələlər qurmuşlar. Ancaq qurulan bütün tələlər, Allahın izni ilə pozulmuş və öz sahibinə dönmüşdür. Bu, Allahın bir qanunudur. Rəbbimiz, ayələrində belə bildirir:

 

Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.  (Fatır Surəsi, 42-43)

 

Eynilə son, dəccal sistemi olan masonluğun qurduğu tələlər və onun fikir sistemi üçün də etibarlıdır. Darvinizm insanları Allahın yolundan saxlaya bilmək üçün masonlar tərəfindən qurulmuş xüsusi bir tələdir. Ancaq qurulan tələlər nə qədər böyük, qurulan plan nə qədər əhatəli və təsirli olursa olsun hamısı Allahın idarəsi altındadır. Dəccal da, onun hiyləli nizamı da yalnız Allahın diləməsi ilə vardır. "Allah istəmədikcə siz istəyə bilməzsiniz" (İnsan Surəsi, 30) ayəsiylə də buyurulduğu kimi, Allah istəmədikcə heç kim bir şey istəyə bilməz; bir tələ qurmağa da, bu tələni həyata keçirməyə də şübhəsiz heç kim güc yetirə bilməz.

 

Allah, inkarçıların qurduğu tələlərin özlərinə geri dönəcəyini Quranda belə bildirmişdir:

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.  (Tur surəsi, 42)

Bu gün Darvinizm müdafiəçisi olmaq sanki bir utanc vəsiləsidir. Darvinist nəşrlərin, yeni saxta xəbərləri davamlı gündəmə daşıma səyləri, Darvinistlərin çarəsizcə konfrans verə biləcək adam axtarışları, əllərində ara fosil olmadığından üzərində yalnız xəyali şəkillərin olduğu karton posterlərlə təkamül sərgiləri tənzimləmək istəmələri, Darvinist elm adamlarının yaşayan qalıq sərgilərinə və ya Yaradılış Atlasına verdikləri reaksiyalar boşunadır. Artıq iş işdən keçmişdir. Darvinizm elm tarixinin ən böyük məğlubiyyəti olmuşdur. Allahın diləməsiylə bu tələ pozulmuşdur. Allah, haqqı gücləndirib bütün yer üzünə hakim edəcək. Allah bir ayəsində belə buyurur:

 

...Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.  (Şura Surəsi, 24)


Darvinizm indi eyni vəziyyətdədir. Dəccalın qurduğu bu tələ, Allahın vədi gəlib çatmışdır. Darvinistlər, etdikləri çirkin planın başdan pozulmuş olaraq yaradıldığını bilmədiklərindən, təbliğatlarının təsirli olduğunu gördüklərində boş bir sevincə qapılmış və müvəffəqiyyətə çata biləcəklərini zənn etmişlər. Allahın özlərini mütləq təxribata uğradacağını, bütün dünyaya hökm edərkən bir anda lağa qoyulacaqlarını təxmin belə etməmişlər. Allahın yaratdığı qanunun; haqq olanın, mütləq qalib gələcəyini anlamaqdan uzaqdırlar. Tələlər müvəffəqiyyətsiz olduqca yeni tələlər arxasınca qaçmaqda, lakin bunların da pozulmuş olaraq yaradıldığını başa düşməmişlər. Halbuki dəccalın bütün azğın sistemi, mütləq məğlub olmağa məhkumdur və məğlub olurda.

2010-05-05 13:35:38
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top