Allah Hz. Hudu Ad qövmünə elçi olaraq göndərmişdi. O da qövmünə Allahın göndərdiyi etibarlı bir elçi olduğunu, etdiyi təbliğ qarşılığında heç bir qarşılıq gözləmədiyini ifadə etdikdən sonra, insanları Allahdan qorxub çəkinməyə çağırmışdır.
Hz. Hud, qövmünə təbliğ edərkən əvvəlki elçilərdə olduğu kimi, ona da müxtəlif böhtanlar atılmışdır. Məsələn, qövmü Hz. Huda “ağılsız” olduğunu iddia etmişdir. Hz. Hud özünə bu çirkin böhtanı atan qövmünə qarşı əxlaqi üstünlüyünün bir göstəricisi olaraq son dərəcə yetkin və şəfqətli bir üslubla cavab vermişdir
Hud dedi: ”Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.” (Əraf Surəsi, 67-68)
Hz. Hud qövmünə təbliği üçün heç bir qarşılıq gözləmədiyini söyləmişdir.
Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz? (Hud Surəsi, 51)
Mən bunun müqabilində sizdən heç bir muzd, əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! (Şuəra Surəsi, 127)
Bu ana qədər bəhs edilən bütün elçilərin həyatlarında insanlar üçün təbliğ edib onlardan heç bir qarşılıq gözləməmək möminin xüsusiyyətlərindən biridir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın, kimlərlə birlikdə olursa olsun insanları Allahın bəyəndiyi əxlaqa çağırmaqla, onlara yaxınlaşmaqda olan hesab gününü xatırlatmaqla cavabdehlik daşıyır. Buna görədə heç kimdən bir qarşılıq gözləməz, yalnız vəzifəsini yaxşı şəkildə yerinə yetirməyi və Allahın özündən razı olmasını istəyər.
Qövmünü Allaha qulluq etməyə çağırarkən, onları ağrılı bir əzaba qarşı xəbərdar etmişdir.
Hz. Hud da digər elçilər kimi qövmünə yalnız Allaha qulluq etmələrini, əks halda əzaba düşmələrindən qorxduğunu söyləmişdir.
Ad (tayfasının) qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan (peyğəmbərlər) gəlib-getmiş qumsal təpələrdə (yaşayan) tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi. (Əhqaf Surəsi, 21)
Bunun xaricində onlara dünya həyatında dəyər verdikləri şeylərin keçici olduğunu da xatırlatmışdır. Hz. Hudun bu mövzuda qövmünə etdiyi təbliğ ayədə belə bildirilmişdir:
Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)? Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz? (Şuəra Surəsi, 128-129)
Bunun ardından da qövmünə Allahdan qorxmalarını, Onun əmrlərini yerinə yetirmələrini, insanlara zorbaca davranmamalarını xatırlatmışdır. Əgər belə etsələr, bunlardan ötəri əzaba düşə biləcəklərini söyləyərək onları xəbərdar etmişdir:
(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı? Allahdan qorxun və mənə itaət edin! Bildiyiniz nemətləri sizə verəndən qorxun. O sizə heyvanat və oğul-uşaq verdi, (üstəlik) bağlar və çeşmələr də əta etdi. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram” (Şuəra surəsi, 130-135)
Hz. Hud qövmünə Allahın onlara verdiyi nemətləri xatırlatmışdır.
Allahın insanlara verdiyi nemətlər Nəhl Surəsinin 18-ci ayəsində ifadə edildiyi kimi, "ümumiləşdirsələr" belə sayıla bilməyəcək qədər çoxdur. Ancaq bir çox insan bu nemətləri özünə verənin Allah olduğunu və bunlar üçün Allaha şükr etməsi lazım olduğunu xatirinə gətirməz. Allahın, dilədiyi anda bunları özündən geri ala biləcəyini də düşünməz. Buna görə Rəsullar getdikləri qövmlərə Allaha yönəlib dönmələrini, sahib olduqları hər şeyin Allahdan bir nemət olduğunu və bunlar üçün Ona şükr etmələrini xatırlatmışlar. Hz. Hud da qövmünə, Allahın verdiyi nemətləri xatırlatmış, onları Ondan qorxub çəkinməyə çağırmışdır:
Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız” (Əraf Surəsi 69)
Hz.Hud qövmünü bundan başqa, Allahdan bağışlanma diləməyə də dəvət etmişdir və Allaha sığınıb tövbə etsələr, buna qarşılıq Allahın üzərlərindəki nemətləri artıracağını xəbər vermişdir:
Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin” (Hud Surəsi, 52)
Hz. Hud qövmünü cahillərdən olmamaları üçün xəbərdar etmişdir.
Quranda keçən anlayışlardan biri olan "cahil" anlayışı, ayələrdə istifadə edildiyi mənasıyla din əxlaqını bilməyən, dindən uzaq yaşayan insanları təsvir edir. Yəni, məsələn bir insan yüksək təhsil almış ola bilər, amma Allahı tanımırsa, Allahın kitabını bilmir və tətbiq etmirsə Qurana görə cahildir. İnsan, bir çox məlumata sahib olsa da, kim olduğunu, nə üçün yaradıldığını düşünmür, özünü Yaradanı tanımır və bundan ötəri Allahın özündən istədiklərini tətbiq etmirsə cahillər arasındadır.
Bu insanlardan soruşduqda çox vaxt dinə tabe olduqlarını söyləyərlər. Halbuki onların nəzərdə tutduqları din, atalarından gördükləri, ətraflarındakı kəslərdən öyrəndikləri cahiliyyə dinindən başqa bir şey deyil. Bu dinin Allahın kitabı ilə heç bir əlaqəsi yoxdur.
Allahın Quran hekayələrində bildirdiyi kimi, tarix boyunca rəsullar, belə cahil birliklərinə haqq dini izah etmişlər. Ancaq bu birliklərin çoxu vicdani olaraq doğrunu gördükləri halda içində olduqları cəhalətdən xilas olmaq istəmirdilər . Özlərinə edilən bütün xəbərdarlıqlara baxmayaraq içlərindən çox azı xaric öz batil dinlərini müdafiə etməyə davam edirdilər.
Hz. Hudun qövmü də, alışdıqları cahiliyyə sistemini buraxıb elçiyə tabe olmağı rədd etmişdir. Bu səbəblə Hz. Hud qövmünə içində olduqları vəziyyətin açıq-aşkar bir cahillik olduğunu belə xatırlatmışdır:
(Hud) dedi: “(Bu haqda) bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm” (Əhqaf Surəsi, 23 )
Hz. Hud, qövmünün inkarçılarına onlardan qorxmadığını və Allaha təvəkkül etdiyini bildirmişdir.
Bütün bu çağırışlara baxmayaraq qövmü Hz. Huda qarşı gəlmiş, onun çağırdığı yola tabe olmağı qəbul etməmişlər. Tarix boyunca bütün inkarçıların etdiyi kimi, onlar da peyğəmbərlərindən möcüzə istədiklərini, əks halda iman etməyəcəklərini söyləyirdilər:
Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. (Hud surəsi, 53)
Bunun üzərinə Hz. Hud onların Allaha şirk qoşmalarından uzaq olduğunu, onlara quracaqları tələlərdən ötəri bir qorxu hissi keçirmədiyini belə bildirmişdir:
Biz ancaq onu deyə bilərik ki, bəzi tanrılarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Ondan başqa (tapındıqlarınızın hamısından uzağam). Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin. (Hud Surəsi, 54-55)
Hz. Hud Allahın seçdiyi bir peyğəmbər olaraq hər şeyi Allahın yaratdığını və Allahın səmimi qullarını qoruyacağını bilirdi. Bu səbəblə özünə yönəldilən böhtanların, qurulan tələlərin boşa çıxacağından əmin bir şəkildə Allaha qarşı olan etibarını belə dilə gətirmişdir:
2010-05-09 09:25:45Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud Surəsi, 56)