İSLAM ƏXLAQI QADINI UCALDAR

Allaha qəlbən bağlı olan müsəlman qadınlar bütün həyatlarını Allahın bildirdiyi hökmlərə əsasən nizamlayır və Quran əxlaqını yaşamaq üçün böyük səy göstərirlər. Bu səbəblə, İslam dini ömrü boyu Allah yolunda yaşayan qiymətli mömin qadınlara həm dünya həyatında, həm də axirətdə həqiqi mənada qürur, şərəf və möhtərəmlik verir və onlara üstün əxlaq qazandırır. Bir insanın şəxsiyyətini gözəlləşdirib onu üstün edən, xarakterini möhkəmlədən, əxlaqını gözəlləşdirən, davranışlarını  təsirli edən imanı, Allah qorxusu və təqvasıdır.

 

Bu, Allahın Quranda bildirdiyi əhəmiyyətli bir sirdir, insanların diqqətlə düşünüb öyüd almalarını  tələb edən vacib məlumatdır. Quran əxlaqı insanlara ən güclü, ən möhkəm və ən gözəl şəxsiyyəti qazandırır. Allahın “... Biz onlara Zikr (şan və şərəf) gətirdik…”(Muminun surəsi, 71) ayəsi ilə bildirdiyi kimi, Quran əxlaqını yaşamaq insanlara “şan və şərəf” qazandırır.

 

Bu səbəbdən, bu əxlaqı yaşayan bir qadın hörmətə layiq, şərəfli və təmkinli bir xarakterə sahib olur. İman sahibi olan insanlar yaşadıqları cəmiyyətdən, ailələrindən və ya yoldaşlarından aldıqları  təlqinlər  nə olursa-olsun, bunları bir kənara qoyur və Quranda bildirilən müsəlman xarakterini yaşayırlar.

 

Mömin bir qadın da Allahın bəyəndiyi və məmnun olduğu əxlaqı əsas götürərək, xarakterini Quran əxlaqına görə müəyyənləşdirir. O, Quran əxlaqından uzaq olan cəmiyyətlərdə qadın və ya kişi xarakterində görünən bütün zəifliklərdən və səhv davranışlardan xilas olaraq, bunların yerinə gözəl əxlaqın qazandırdığı güclü xarakterə sahib olur.

2010-08-08 16:06:08
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top