Bunu qəbul etməliyik ki, tapılan qalıqlarda yaradılışçıların fikirlərinə əks olan heç bir şey yoxdur.
Edmund Ambrose
Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişlər. Əvvəldən yaşayan bir canlı növü zamanla başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla illik uzun zaman dövrünü əhatə etmiş və addım-addım irəliləmişdir.
İddiaya əsasən uzun çevrilmə müddəti ərzində saysız-hesabsız ara növləri meydana gəlməli və yaşamalı idi.
Ara-keçid formalarının olmaması
Təkamül nəzəriyyəsinə görə, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətlərini qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamalı idi. Sürünən heyvanların xüsusiyyətlərini daşıyarkən, bir tərəfdən də bəzi quş xüsusiyyətlərini qazanmış sürünən-quşlar ortaya çıxmalı idi. Əgər belə olsaydı, bu canlılar keçid dövründə olduqları üçün şikəst, əskik, qüsurlu olmalı idilər. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu xəyali varlıqlara "ara-keçid forması" adını vermişlər.
Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşayıblarsa, bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalı idi. Bu əcaib canlıların qalıqlarına mütləq rast gəlinməli idi. Çünki keçid formalarının sayı bugün bildiyimiz heyvan növlərindən belə çox olmalı və dünyanın hər tərəfi qalıqlaşmış ara-keçid forması ilə dolu olmalı idi. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır: Əgər nəzəriyyəm doğrudursa, mütləq növləri bir-birinə bağlayan saysız ara-keçid növləri olmalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız qalıqlar arasında tapıla bilər.
Ancaq bu sətirləri yazan Darvin bu qalıqlarının heç cür tapılmadığının şahidi idi və nəzəriyyəsi üçün çıxılmaz vəziyyət yaratdığını da görürdü. Buna görə də “Növlərin mənşəyi” kitabının "Nəzəriyyənin problemləri" (Difficulties on Theory) adlı bölməsində belə yazmışdı:
Əgər həqiqətən növlər o biri növlərdən tədriclə inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid formasına rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tamamilə təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid forması olmalıdır, lakin nə üçün yer üzünün saysız-hesabsız laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürülən ən böyük etiraz olacaq. (Charles Darvin, The Origin of Species, s. 172, 280)
Darvinin qarşıya qoyduğu yeganə şərh isə o dövrdəki qalıq tapıntılarının qeyri-kafi olması idi. Qalıq tapıntıları əsaslı olaraq araşdırıldığında ara formaların mütləq tapılacağını iddia etmişdi. Təkamülçülər Darvinin bu iddiasına inanaraq, XX əsrin ortasından bu yana dünyanın hər tərəfində qalıqları araşdıraraq keçid formalarını axtarırdılar. Halbuki böyük bir vəchlə axtarılan keçid formalarına əsla rast gəlinmədi. Aparılan qazıntılarda və araşdırmalar nəticəsində əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, əskiksiz və qüsursuz şəkildə ortaya çıxdıqlarını göstərdi. Təkamülçülər nəzəriyyələrini sübut etməyə çalışarkən, onu özləri çökdürdülər. Məşhur İngilis paleontoloqu Derek Ager təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:
Problemimiz budur: qalıq tapıntılarını ətraflı olaraq araşdırdığımızda daim eyni həqiqətlə qarşılaşırıq, pilləli təkamüllə deyil, birdən-birə yer üzündə yaranan qruplar görürük. (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cild 87, 1976, s. 133.)
Bir başqa təkamülçü paleontoloq Mark Czarnecki bu şərhi verir:
Nəzəriyyəni (təkamülü) isbat etməyə mane olan şey hər zaman qalıq tapıntıları olmuşdur... Bu tapıntılar heç vaxt Darvinin fərz etdiyi ara formaların izlərini ortaya çıxarmamışdır. Növlər birdən meydana gəlirlər və yenə birdən də yox olurlar. Bu gözlənilməz vəziyyət növlərin Tanrı tərəfindən yaradıldığını göstərir. (Mark Czarnecki, "The Revival of the Creationist Crusade", MacLean's, 19 Yanvar 1981, s. 56.)

YAŞAYAN QALIQLAR
Dövrümüzdəki nümunələrindən heç bir fərqi olmayan milyonlarla illik qalıqlardan bir neçəsi. Bu canlı qalıqları canlıların təkamül nəticəsində deyil, qüsursuz yaradılış nəticəsində ortaya çıxdıqlarının və əsla təkamül keçirmədiklərinin açıq dəlilidir.
Amerikalı paleontoloq R. Vesson da 1991-ci ildə nəşr olunan Beyond Natural Selection adlı kitabında "qalıq tapıntılarındakı boşluqların həqiqi və faktiki" olduqlarını belə açıqlamışdır:
2010-08-08 16:22:18Qalıq tapıntılarındakı boşluqlar həqiqətdir. Hər hansı bir təkamülü göstərən qeydlərin yoxluğu son dərəcə faktikidir. Ümumiyyətlə, növlər çox uzun zaman sabit qalırlar. Növlər və xüsusilə cinslərdə heç zaman yeni bir növə və ya cinsə rast gəlinmir. Bunun yerinə bir növ, ya da cinsin bir başqası ilə yer dəyişdirdiyi müşahidə edilir. Dəyişmə isə anidir. (R. Wesson, Beyond Natural Selection, MIT Press, Cambridge, MA, 1991, p. 45.)