Bəzi insanlar İslamda qadına nə qədər böyük əhəmiyyət verildiyindən xəbərsizdirlər. Quran haqqında yetərli məlumata sahib olmayan bu insanlar, hətta qadınların özləri belə bu gerçəyi bilmədikləri üçün, haqlarını cahiliyyə əxlaqındakı yalnış üsul və tətbiqlərlə qorumağa çalışırlar. Hazırda dünyadakı qadin cəmiyyətlərinə baxıldığında bu həqiqət çox açıq bir şəkildə ortaya çıxmaqdadır. Dünyanın bir çox ölkəsində şiddətə və pis münasibətə məruz qalan, işsiz, yardıma möhtac, yaşlılar evində tərk edilmiş olan çox qadın var və onların bu vəziyyətlərinə hələ bir çarə tapılmayıb. Məsələnin həlli yolları isə səhv yerlərdə axtarılır. Cahiliyyə sistemi içərisində, cahiliyyə məntiqlərinə, cahiliyyə qaydalarını əsas alaraq alınacaq həllər, izləniləcək yollar insanları bir nəticəyə çatdırmaz.
Allah Quranın
"Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.” (Mu'minun Surəsi, 71)
ayəsi ilə bu həqiqətə diqqət çəkmişdir. İnsanlar həyatlarını özərinin təyin etdiklərini düşünüb həyatlarını səhvlər üzərinə qurduqları zaman, nəticə mütləq hüsran olacaq. Yer üzündəki hər şey pozulacaq.
Cahiliyyə cəmiyyətlərində insanların çətinlik içərisində yaşadıqlarını gördükləri halda, bu vəziyyətə bir çıxış yolu tapa bilməmələri də işə cahiliyyə inanclarına görə yanaşmaqdakı israrlarından, özlərini rifaha çıxaracaq yoldan bilə-bilə üz çevirmələrindən qaynaqlanmaqdadır.
Tək həll hər mövzuda olduğu kimi yalnız Qurandadır. Allah Quran ilə insanlara ən rahat, ən dinc və ən gözəl şəkildə yaşaya biləcəkləri sistemi təqdim etmişdir. İnsanlara xeyir və qazanc təmin edəcək, onları doğru yola çatdıracaq olan yeganə yol, Allahın yoludur. Allah, Quran ilə insanlara 'şan və şərəflərinin gətirildiyini' bildirməkdədir. İslam əxlaqına tabe olan, Allahın Quranda bildirdiyi yolu izləyən insanlar hər mövzuda rifaha çatırlar.
Qadınların məruz qaldıqları bütün çətinliklərin tək həlli də yenə Qurandadır. Allahın insanlar üçün bir hidayət rəhbəri olaraq endirdiyi İslam dini qadına böyük dəyər verir. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın haqqlarını qoruma altına almış, cahiliyyə cəmiyyətlərində qadınlara aid olan səhv dünyagörüşünü ortadan qaldırmış, qadına cəmiyyət içərisində hörmətli bir yer qazandırmışdır. Rəbbimiz Quran ayələriylə insanlara Allah Qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğunu bildirmişdir.
Allah qadınların cəmiyyət içərisində qorunub gözlənilmələri, layiq olduqları hörmət və sevgini görmələri üçün ictimai sahədə alınması lazım olan tədbirləri Quran ayələri ilə bizlərə bildirmişdir. Allah insanlara Quran ilə ən doğru yolu göstərmiş və cahiliyyə inanclarını daşıyan insanların səhv tətbiqlərini ortadan qaldırmışdır.
2010-08-08 16:26:45