MÜASİR İNSANININ TARİXİ DAHA QƏDİMDİR

İnsanın atalarını axtarmaq, işıqdan çox istilik verir. Robert Locke

1.7 milyon illik daxma qalıqları, Afrika yerlilərinin bu gün istifadə etdiyi daxmalara olduqca bənzəyirdi.        

İndiyə qədər ələ keçən bir çox tapıntı, Homo sapiensin tarixinin 800 min ildən belə çox qədim olduğunu göstərirdi. Bunlardan biri, yenə Luis Leakeyin 1970-cü illərin əvvəlində Olduvai Gorgedəki tapıntıları idi. Leakey buradakı Bed II layında Australopithecus, Homo habilis və Homo erectus növlərinin eyni anda bir yerdə yaşadıqlarını təsbit etmişdi. Ancaq bundan da maraqlı olan, Leakeyin eyni layda (Bed II) tapdığı bir daxma  idi. Leakey, burada, daşdan inşa edilmiş bir daxmanın qalıqlarını tapmışdı. Hadisənin ən qəribə cəhəti  isə, Afrikanın bəzi bölgələrində hələ də istifadə edilən bu strukturların yalnız Homo sapiensler tərəfindən inşa edilmiş ola biləcəyi idi! Yəni, Leakeyin tapıntılarına görə, Australopithecus, Homo habilis, Homo erectus və müasir insan, bundan təxminən 1.7 milyon il əvvəl bir yerdə yaşamış olmalı idilər. Bu gerçək, əlbəttə, müasir insanların Australopithecus olaraq təyin olunan meymunlardan təkamülləşdiyini qarşıya qoyan təkamül nəzəriyyəsini qəti olaraq etibarsız edirdi.

Əslində indiyə qədər müasir insanların izlərini 1.7 milyon ildən daha geriyə aparan tapıntılar ələ keçdi. Bu tapıntıların ən əhəmiyyətlisi, Mary Leakey tərəfindən 1977-ci ildə aşkar olunan Tanzaniyanın Laetoli bölgəsindəki ayaq izləri idi. Bu izlər, 3.6 milyon il yaşında olduğu hesablanan bir təbəqənin üzərində idi və ən əhəmiyyətlisi, müasir insanın buraxacağı ayaq izlərindən heç fərqlənmirdi.

Mary Leakeyin tapdığı bu ayaq izləri daha sonra Don Johanson və Tim White kimi məşhur paleoantropoloqlar tərəfindən də araşdırıldı. Alınan nəticələr eyni idi. White belə yazırdı:

Heç şübhəniz olmasın... Bunlar müasir insanın ayaq izlərindən tamamilə fərqsizdir. Əgər bu izlər bu gün bir Kaliforniya çimərliyində olsaydı və bir uşağa bunların nə olduğu soruşulsaydı, heç tərəddüd etmədən burada bir insanın getdiyini söyləyərdi. Bunları, qumluda olan digər yüzlərlə insan ayaq izindən ayırd edə bilməzdi. Dahası, siz də ayırd edə bilməzdiniz.

( D. C. Johanson & M. A. Edey, Lucy: The Beginnings of Humankind, New York: Simon & Schuster, 1981, s. 250.)

 

Tanzaniya Laetolidəki 3.6 milyon illik insan ayaq izlərinin müasir insandan fərqlənməyən gerçək insanlara aid olduqları aydın olmuşdur.      

                                                                                

Şimali Kaliforniya Universitetindən Luis Robins isə ayaq izlərini araşdırdıqdan sonra belə deyirdi:

Ayağın kəməriyüksəkdir, kiçik olan adamın ayaq kəməri mənimkindən belə daha yüksəkdir, yəni barmaqlar insan barmaqlarıyla eyni yeri qavramaqdadırlar. Bunu başqa heyvan formalarında görə bilməzsiniz.( Science News, cild 115, 1979, ss. 196-197.)

Ayaq izlərinin morfoloji quruluşu üzərində aparılan araşdırmalar, bunun bir insan, həm də müasir insan (Homo sapiens) izi olaraq qəbul edilməsi lazım olduğunu təkrar təkrar göstərirdi. İzləri araşdıran Russell Tuttle, belə yazırdı:

Bu izlər, çılpaq ayaqlı bir Homo sapiens tərəfindən buraxılmış olmalıdır... Edilən bütün morfoloji araşdırmalar, bu izləri buraxan canlının ayağının, müasir insanlarınkılardan fərqli olmadığını göstərməkdədir.( I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.)

Tərəfsiz araşdırmalar, ayaq izlərinin gerçək sahiblərini də təyin etdi: Ortada, 10 yaşındakı müasir bir insanın 20 ədəd və daha kiçik yaşda birinin də 27 ədəd qalıqlaşmış ayaq izi vardı. Və bunlar,  bizim kimi normal insanlar idi. Bu vəziyyət, Laetoli izlərini on illərlə müzakirə mövzusu halına gətirdi. Təkamülçü paleoantropoloqlar, müasir bir insanın 3.6 milyon il əvvəl yer üzündə gəzə bildiyini qəbul edə bilməməyin çətinliyi ilə, bir şərh etməyə çalışdılar. 90-cı illərdə bu "şərh" şəkilləndi. Təkamülçülər bu izlərin bir Australopithecus tərəfindən buraxılmış olması qənaətinə gəldilər; çünki bundan 3.6 milyon il əvvəl bir Homo növünün yaşamış olması -nəzəriyyələrinə görə- mümkün deyildi! Russell Tuttle, 1990-cı il tarixli bir məqaləsində belə yazırdı:

Nəticədə, Laetoli G bölgəsindəki 3.5 milyon illik ayaq izləri bu günkü müasir insanların izlərinə çox bənzəyir. Tapıntı, bu izləri buraxan canlıların bizdən daha pis, ya da fərqli gedən bir canlı olduğunu göstərməməkdədir. Əgər bu izlər bu qədər köhnə olmasaydılar, bunların da bizim kimi bir Homo növü tərəfindən buraxıldıqlarını heç müzakirəsiz qəbul edə bilərdik... Amma yaş problemi səbəbiylə, bu izlərin Lucy qalığı ilə eyni növə, yəni Australopithecus afarensis növünə aid bir canlı tərəfindən buraxıldığı fərziyyəsini qəbul etmək məcburiyyətindəyik. (R. H. Tuttle, Natural History, Mart 1990, ss. 61-64. )

Qısacası, 3.6 milyon il yaşında olduğu deyilən bu ayaq izlərinin Australopithecuslara aid olması qeyri-mümkün idi. Ayaq izlərinin Australopithecuslar tərəfindən buraxıldığının düşünülməsinin səbəbi isə yalnız, qalıqların tapıldığı və 3.6 milyon il yaş biçilən volkanik təbəqə idi. Bu qədər qədim bir tarixdə insanların yaşamış ola bilməyəcəyi düşünülərək, izlər Australopithecuslara ətf edilmişdi.

 

2.3 MİLYON İLLİK MÜASİR İNSAN ÇƏNƏSİ: Təkamülçülərin çəkdiyi xəyali insan soy ağacının etibarsızlığını göstərən bir başqa nümunə: 2.3 milyon illik müasir insan (Homo sapiens) çənəsi. Efiopiya Hadarda olan A. L. 666-1 kodlu bu çənə sümüyü, təkamülçü nəşrlərdə "çox çaşdırıcı bir görüş" olaraq ötürülməyə çalışılır. (D. Johanson, Blake Edgar, From Lucy to Language, s. 169)

                                                                                                                   

Laetoli izləri haqqında edilən bu şərhlər, bizlərə çox əhəmiyyətli bir gerçəyi göstərməkdədir. Təkamülçülər, nəzəriyyələrini elmi tapıntılara əsaslanaraq deyil, elmi tapıntılara baxmayaraq müdafiə etməkdədirlər! Qarşımızda nə olursa olsun, kor-koranə müdafiə olunan bir nəzəriyyə vardır və ələ keçərilən hər əleyhə olan tapıntı, bu nəzəriyyəyə uydurulmaq üçün təhrif edilməkdə ya da görməməzlikdən gəlinməkdədir.

Qısacası, təkamül nəzəriyyəsi elm deyil. Elmə baxmayaraq yaşadılan bir aksiomadır.

 

Təkamülün İki Ayaqlılıq Problemi

Dörd ayaqla gəzməyə uyğunlaşmış  meymun skeletinin, iki ayaqla gəzən dik insan skeletinə təkamülləşməsinin qeyri-mümkün olduğu, aparılan araşdırmalar nəticəsində isbat edildi.

İndiyə qədər bəhs etdiyimiz  bütün qalıq qeydləri ilə bərabər, insanlarla meymunlar arasındakı aşılmaz anatomik uçurumlar da insanın təkamülü nağılını etibarsız edir. Bu uçurumların biri, yerimək formasidır.

İnsan iki ayağı üzərində dik gəzir. Bu, başqa heç bir canlıda rast gəlinməyən, çox xüsusi bir hərəkət formasıdır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud bir hərəkət qabiliyyətinə sahibdir. Ayı və meymun kimi heyvanlar nadir olaraq (məsələn bir yeməyə çatmaq istədiklərində) iki ayaqları üzərində qısa müddət hərəkət edə bilirlər. Normal halda önə əyilmiş bir skeletə sahibdirlər və dörd ayaqla gəzirlər.

Yaxşı görəsən iki ayaqlılıq təkamülçülərin iddia etdiyi kimi meymunların dörd ayaqlı gedişindənmi təkamülləşmişdir?

Xeyr… Araşdırmalar göstərmişdir ki, iki ayaqlılığın təkamülü heç bir zaman reallaşmamışdır, reallaşması da mümkün deyil. Əvvəlcə iki ayaqlılıq təkamüllü bir üstünlük deyil. Çünki, meymunların hərəkət şəkli insanın iki ayaqlı gedişindən daha asan, sürətli və məhsuldardır. İnsan nə bir şimpanze kimi ağaclar arasında budaqdan budağa tullanaraq irəliləyə bilər, nə də bir çita kimi saatda 125 km. sürətlə qaça bilər. Əksinə insan, iki ayağı üzərində getdiyi üçün, yerdə çox yavaş bir şəkildə hərəkət edə bilər və bu səbəblə təbiətdəki canlıların ən müdafiəsizlərindən biridir. Bu səbəbdən, təkamül nəzəriyyəsinin öz məntiqinə görə, meymunların iki ayaqlı getməyə yönəlmələrinin heç bir mənası yoxdur. Əksinə, təkamülə görə insanlar dörd ayaqlı hala gəlməlidirlər.

Təkamülçü iddianın bir başqa çıxmazı isə, iki ayaqlılığın Darvinizmin "mərhələ mərhələ inkişaf" modelinə qətiyyən uyğun gəlməməsidir. Təkamülün təməlini meydana gətirən bu model, təkamülün bir mərhələsində iki ayaqlılıqla dörd ayaqlılıq arasında "qarışıq" bir gediş olmasını zəruri edir. Halbuki İngilis paleoantropoloq Robin Crompton, 1996-cı ildə kompüter köməyiylə etdiyi araşdırmalarda bu növ bir "qarışıq" gedişin qeyri-mümkün olduğunu göstərmişdir. Cromptonun aldığı nəticə budur: Bir canlı ya dik, ya da dörd ayağı üzərində gedə bilər.

Bu ikisinin arası bir gediş forması, enerji istifadəsinin həddindən artıq dərəcədə artması səbəbiylə mümkün olmamaqdadır. Buna görə yarı-iki ayaqlı bir canlı olması mümkün deyil.

İnsanla meymun arasındakı uçurum, yalnız iki ayaqlılıqla məhdud deyil. Beyin həcmi, danışmaq qabiliyyəti kimi digər bir çox xüsusiyyət də təkamülçülər tərəfindən əsla açıqlana bilməməkdədir. Təkamülçü paleoantropoloq Elaine Morgan bu etirafı edir: İnsanlarla (insanın təkamülüylə) əlaqədar ən əhəmiyyətli dörd sirr bunlardır:

1) Niyə iki ayaq üzərində gəzirlər?

2) Niyə bədənlərindəki sıx tükləri itirdilər?

3) Niyə bu cür böyük beyinlər inkişaf etdirdilər?

4) Niyə danışmağı öyrəndilər?

Bu suallara veriləcək standart cavablar belədir:

1) Hələ bilmirik.

2) Hələ bilmirik.

3) Hələ bilmirik.

4) Hələ bilmirik. Suallar daha çox artırıla bilər, amma cavabların standartlılığı heç dəyişməyəcək. (Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press, 1994, s. 5.)

 

Təkamül: Elmdən kənar Bir İnancdır

Lord Solly Zuckerman, İngiltərənin ən məşhur və hörmətli elm adamlarından biridir. On illərlə qalıqlar üzərində çalışmış, diqqətli araşdırmalar aparmış, hətta elmə üçün bu pardığı bu araşdırmalar səbəbiylə "Lord" ünvanına layiq görülmüşdür. Zuckerman bir təkamülçüdür, yəni təkamül mövzusunda etdiyi şərhlərin qəsdən əleyhdə ola biləcəyi düşünülə bilməz. Lakin, insanın təkamülü ssenarisinə yerləşdirilən qalıqları on illərlə araşdırdıqdan sonra, ortada gerçək bir soy ağacı olmadığı nəticəsini almışdır.

Zuckerman bir də maraqlı bir "elm şkalası" düzəltmişdir. Elmi olaraq qəbul etdiyi məlumat budaqlarından, elmdən kənar olaraq qəbul etdiyi məlumat budaqlarına qədər bir yelpik meydana gətirmişdir. Zuckermanın bu cədvəlinə görə ən "elmi" -yəni konkret məlumatlara əsaslanan- məlumat budaqları kimya və fizikadır. Yelpikdə bunlardan sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən ucunda, yəni ən "elmdən kənar" sayılan qisimdə isə, Zuckermana görə, telepatiya, altıncı hiss kimi "duyğu sonrası qəbul etmə" anlayışları və bir də "insanın təkamülü" vardır! Zuckerman, yelpiyin bu ucunu belə açıqlayır:

Obyektiv həqiqətin sahəsindən çıxıb , bioloji elm olaraq fərz edilən bu sahələrə -yəni duyğu sonrası qəbul etməyə və insanın qalıq tarixinin şərh olunmasına- baxdığımızda, nəzəriyyəsinə inanan biri üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki nəzəriyyələrinə qətiyyətlə inanan bu kəslərin ziddiyyətli bəzi mühakimələri eyni anda qəbul etmələri belə mümkündür. (Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 19).

İnsanın mənşəyi mövzusundakı məşhur nəşrlərdən biri olan Discovering Archeology jurnalında isə, məşhur təkamülçü paleoantropoloq Tim Whitenin bu etirafı köçürülməkdədir:

"Bu günə qədər cavablandıra bilmədiyimiz suallardan ötrü hamımız hüsrana uğramış vəziyyətdəyik."( Robert Locke, "Family Fights" Discovering Archaeology, July/August 1999, pp. 36-39)

Yazıda, təkamül nəzəriyyəsinin insanın mənşəyi mövzusunda içində olduğu çıxılmaz vəziyyət və bu mövzuda icra edilən təbliğatın əsassızlığı belə izah edilməkdədir:

Bəlkə də elmin heç bir sahəsi insanın mənşəyini tapma səylərindən daha çox müzakirəli deyil. Seçmə paleontoloqlar insan şəcərəsinin ən fundamental xəttləri üzərində belə anlaşılmazlıq içindədirlər. Yeni budaqlar böyük səs-küy ilə yaradılır, ancaq yeni qalıq tapıntıları qarşısında etibarlılığını itirib yox olurlar. (Robert Locke, "Family Fights" Discovering Archaeology, July/August 1999, pp. 36)

Eyni gerçək, məşhur Nature jurnalının redaktoru Henry Gee tərəfindən də yaxın zamanlarda qəbul edilmişdir. Gee, 1999-cu ildə nəşr olunan In Search of Deep Time adlı kitabında "insanın təkamülü ilə əlaqədar 5 ilə 10 milyon il əvvəlinə aid bütün qalıq dəlillərinin kiçik bir qutuya yerləşəcək qədər az olduğunu" söyləyir. Geenin bundan aldığı nəticə maraqlıdır: Ata-nəvə əlaqələrinə söykənən insan təkamülü sxemi, tamamilə gerçəklərə əsaslanmayan bir insan icadıdır və insanların ön mühakimələrinə görə şəkillənmişdir... Bir qrup qalığı götürmək və bunların bir qohumluq zəncirini əks etdirdiklərini söyləmək, test edilə bilən bir elmi fərziyyə deyil, amma uşaq nağıllarıyla eyni dəyəri daşıyan bir iddiadır-əyləndirici və hətta bəlkə istiqamətləndiricidir, amma elmi deyil.( Henry Gee, In Search of Deep Time, New York, The Free Press, 1999, s. 116-11)7

Bəs təkamülü müdafiə edən bu qədər elm adamının bu aksiomada bu cür israrlı olmalarının səbəbi nədir? Niyə, eyni anda bir çox ziddiyyətli mühakiməni qəbul edərək, öz əlləriylə tapdıqları dəlilləri heçə sayaraq nəzəriyyələrini yaşatmağa çalışmaqdadırlar? Bunun tək cavabı, bu kəslərin təkamülü tərk etdiklərində qarşılaşacaqları həqiqətən qorxmalarıdır. Təkamülü tərk etdiklərində qarşılaşacaqları gerçək, insanı Allahın yaratdığı gerçəyidir. Bu isə, sahib olduqları ön mühakimələr və inandıqları materialist fəlsəfə baxımından qəbul edilməyən bir düşüncədir.

Bu səbəblə həm özlərini aldatmaqda, həm də özləriylə əməkdaşlıq edən medianı istifadə edərək dünyanı aldatmaqdadırlar. Tapa bilmədikləri qalıqları xəyali şəkillər ya da maketlər yoluyla "çıxarmaqda" və insanlara həqiqətən təkamülü dəstəkləyən qalıqların olduğu təəssüratını verməyə çalışmaqdadırlar. Materialist fəlsəfəyə özləri kimi inanmış olan müxtəlif media quruluşları isə, bu xəyali şəkil ya da maketləri istifadə edərək, kütlələri aldatmağa, təkamül nağılını insanların şüuraltına yeritməyə çalışmaqdadırlar. Ancaq nə qədər çalışsalar çalışsınlar, gerçək açıq-aşkar ortadadır: İnsan, şüursuz bir təkamüllə deyil, Allahın yaratmasıyla bu dünyada yaranmışdır  və dolayısilə ONA qarşı məsuldur.

2010-08-08 16:36:36
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top