MÜSƏLMAN QADIN BOŞ SÖZLƏRDƏN VƏ İŞLƏRDƏN ÇƏKİNİR

Boş sözlər danışmaq, ya da boş işlərlə əylənmək, cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində tez-tez olan hallardır. Əvvəlki başlıqlar altında da toxunulduğu kimi, böyük idealları olmadığı təqdirdə, bu əxlaqın hakim olduğu qadın xarakterində əhəmiyyətli olan müəyyən şeylər vardır. Bunlardan özlərinə, ailələrinə, ya da ətrafındakılara fayda verənləri olduğu kimi, yalnız özlərini əyləndirmək üçün əldə etdikləri bəzi vərdişlər də yer alır. Bunlardan ən məşhurları; həftənin müəyyən günlərində rəfiqələri  ilə görüşərək vaxt keçirmək, bütün gününü heç bir fayda verməyən proqramlar izləyərək televiziya qarşısında keçirmək, saatlarla davam  edən telefon söhbətlərində ya da ev söhbətlərində kiçik-böyük hər mövzudan şikayət edib şikayətlənmək, dedi-qodu etmək, insanların qüsurlarını dilə gətirmək kimi vərdişləri saymaq olar. Bütün bunların ortaq xüsusiyyəti isə ümumiyyətlə nə  özlərinə, nə də başqalarına heç bir fayda verməyəcək, vərdişlər olmasıdır.


Allah Quranın "qəlbləri qəflət içində qaldığı halda..." (Ənbiya Surəsi, 3) ayəsiylə, Allaha iman etməyən insanların bu xüsusiyyətlərinə diqqət çəkmiş və bu kəslərin ürəklərinin, dünya həyatına dair işlərə qarşı, ehtiras dolu bir qəflət içərisində olduğunu bildirmişdir.


Müsəlman qadın isə, cahiliyyə əxlaqının qadın xarakterinə aid bütün bu xüsusiyyətlərdən uzaq bir şəxsiyyət göstərər. Allahın insan üçün dünya həyatında çox məhdud bir ömür vaxtı təyin etdiyini və zamanın sürətlə tükəndiyini bilir. İnsanların axirət həyatında Allahın sonsuz cənnətini, rəhmətini və razılığını qazana bilmək üçün əllərindəki tək imkan isə dünya həyatındakı bu ömür vaxtlarıdır. Bu səbəblə Müsəlmanlar yaşadıqları hər anın özləri üçün çox qiymətli olduğunu bilərək hərəkət edərlər. Tək bir anlarını belə boş bir işlə əylənərək, boş sözlərlə keçirməklərinin böyük bir itki olacağının və bunun, axirətdə insanın böyük bir peşmanlıq duyacağına səbəb ola biləcəyinin fərqindədirlər. Hər anlarını bu düşüncə ilə keçirər və daim Allahın razılığını qazana biləcəklərini ümid etdikləri işlərə yönələrlər. Allahın


“Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməli salehlərdəndirlər.” (Ali İmran Surəsi, 114)


ayəsiylə bildirdiyi kimi, yaşadıqları hər anı Allahın razılığını qazana bilmək üçün 'xeyirlərdə yarışaraq' keçirərlər.
 

2010-08-08 16:38:24
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top