“Nəfsə və onu yaradana”, sonra ona fücurunu (sərhəd tanımayan günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). Onu təmizləyən həqiqətən qurtulmuşdur. Və onu (günaha) batıran isə ziyana uğramışdır” (Şəms Surəsi, 7-10)
ayələri ilə idarə olunmadığı təqdirdə, nəfsin insanı sərhədsiz pisliklərə sürükləyəcəyinə diqqət çəkmişdir. Allah qorxusu və axirət inancı insanlara nəfslərində olan bu pisliklərdən çəkinən gücü və ağlı qazandırır.
Bu xüsusiyyətlər olmadığı təqdirdə isə insan Allahın axirətdə onu dünya həyatında göstərdiyi rəftardan məsul tutacağını düşünmür. Bu vəziyyətdə də nəfsinin istəklərini yerinə yetirməkdən qorxmur. İçindən gələn rəftar nə qədər pis olsa da, bundan çəkinməsi üçün etibarlı bir səbəb tapa bilmir. O anda nəfsi hirslənməsini ilham edirsə, dərhal bu təlqinə qapılır. Ya da qısqanclıq təlqini verib qarşı tərəfə pis münasibət göstərməsini təlqin edirsə, dərhal bunu da tətbiq edir. Hirsini və ya qısqanclığını tənəli sözlər söyləyərək, lağ edərək, böhtan ataraq, yalan danışaraq, intriqa yaradaraq, riyakarlıq edərək ilham edirsə bütün bunları heç düşünmədən dərhal xaricə vurur. Allaha hesab verəcəyini düşünmədiyi üçün bütün bu rəftarları tətbiq etməkdən qorxmur.
Halbuki bunların hamısı Allahın ayədə bildirdiyi kimi, nəfsin insanları çağırdığı sərhədsiz pisliklərindəndir. İnsan nəfsinin təlqinlərinə uyaraq hərəkət etdiyində, insanların gözündə böyüməz, əksinə kiçilər. İçindən gələn duyğuların pis olduğunu bildiyi halda onu idarə edə bilməmələri bu insanların zəifliklərini göstərir və vicdanlarına uymadıqlarını ortaya qoyur. Nəfsinin istəkləri ilə zidd olduqda ağıllı və məqbul rəftar göstərməmək insanları hörmətdən salan məqamdır. Halbuki “əsilzadə və gözəl olan” Allahın ayədə ifadə etdiyi kimi, nəfsin bütün bu pis təlqinlərinə qarşı ondan çəkinmək və vicdana uyğun rəftar göstərməkdir. Bu, əmək tələb edən, amma eyni zamanda da insanı ucaldan, böyüdən, insanların hörmətini və sevgisini qazandıran əxlaqdır.
Müsəlman qadın bu əsilzadəliyi göstərən sadə rəftarlara, kiçik mənfəətlərə tənəzzül etməyən xarakterə malikdir. Allah Quranın
“Onun köynəyinin arxadan çəkilib-cırıldığını gördüyü zaman (əri): "Doğrusu, bu sizin hiylələrinizdən (biri)dir. Həqiqətən sizin hiyləniz böyükdür" dedi."(Yusuf Surəsi, 28)
ayəsi ilə qadınların “hiylə qurmağa münasib” xarakterlərinə diqqət çəkmişdir. Cahiliyyə əxlaqını yaşayan bəzi qadınlar hadisələr qarşısında ağıllı hərəkət etmək əvəzinə, bunları hiylə quraraq, intriqa ilə, yalan danışaraq həll etməyə çalışırlar. Şeytanın təlqinlərinə uyduqları üçün dürüstlüklə, açıq ürəkliliklə, səmimiyyətlə həll edilə bilən mövzularda ikiüzlü və hiyləgər üsullara müraciət edirlər. İman sahibi olan qadın isə Allah qorxusu səbəbindən cahiliyyə qadınlarının bu əxlaqından tamamilə uzaqdır.
Cahiliyyə əxlaqını mənimsəyən qadınlarda nəzərə çarpan xüsusiyyətlərdən biri də qısqanclıqdır. Allah Quranın
“De ki: Səhərin Rəbbinə sığınaram. Yaratdığı şeylərin şərrindən, Qaranlığı çökdüyü zaman gecənin şərrindən, Düyünlərə üfürən-qadınların şərrindən, Və həsəd etdiyi zaman, həsəd aparanın şərrindən.”(Fələq Surəsi, 1-5)
ayələri ilə qısqanc insanların şərindən çəkinməsinə diqqət çəkmişdir. Cahiliyyə cəmiyyətlərində bəzi qadınlar bu əxlaqı geniş şəkildə yaşayırlar. Bu da şübhəli rəftarlara, səbəbsiz kaprizlərə, küskünlüklərə və sonsuz mübahisələrə gətirib çıxarır. Onları narahat və bədbəxt bir həyata sürükləyir. Qısqanclıqları üzündən həm özlərinə, həm ətraflarındakılara, həm də sevdikləri insanlara maddi-mənəvi zərərlər verirlər. İman sahibi bir qadın isə bu xüsusiyyətin insanı həm dünyada, həm də axirətdə hörmətdən salacağını və böyük itkilərə uğradacağını bilərək, nəfsinin bu xüsusiyyətindən səmimiyyətlə çəkinir.
Cahiliyyə cəmiyyətlərində bəzi qadınların göstərdikləri rəftar pozuqluqlarından biri də lağlağılıqdır.
”Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın...”(Hucurat Surəsi, 11)
ayəsi ilə bir-birləri ilə lağ etməyə, pis ləqəblər qoşaraq hörmətdən salmaq kimi rəftarlarına qarşı qadınları xəbərdar etmişdir.
Cahiliyyə əxlaqının meydana gətirdiyi qadın xarakterində axirətdə görüləcək qarşılıq düşünülmədiyi üçün lağ etməkdə, insanların qüsurlarını əyləncəyə çevirməkdə bir qəbahət görülməz. Bunda ciddi bir pislik olmadığı bildirilir və məsxərə bir növ “zarafat” kimi qiymətləndirilir. Bəzən də insanları məsxərəyə qoymaq qaş-göz işarələri, bəzi üz mimikaları, ya da əl hərəkətləri ilə ifadə edilir. Bəzən də bu mimikaların yerini pıçıltılı danışıqlar əvəz edir.
İman sahibi bir qadın isə bu və buna bənzər rəftarların heç birinə yer vermir. Bütün bunların Allahın razı olmayacağı, insanı hörmətdən salan, əsilzadəlikdən uzaqlaşdıran və şəxsiyyətini zədələyən davranışlar olduğunu bilir. Quran əxlaqına uyğun əxlaq göstərməyin insanı daim üstün mövqeyə gətirəcəyini bilir.
Bununla bərabər, Allah bir ayədə də
“Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz.Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir”.(Hucurat Surəsi, 12)
şəklində bildirərək, 'insanların gizli xasiyyətləri araşdırmağın, arxalarından danışmağın” səhv olduğunu xatırlatmışdır.
Müsəlman bir qadın bu mövzuda da diqqətli olur və bu davranışlardan daim çəkinir. Quran əxlaqını yaşadığı üçün hər an əsilzadə və təmkinli bir şəxsiyyət nümayiş etdirir. Məsələn, hirslənəcək bir vəziyyətlə qarşılaşdığında qəzəbini boğur. Ya da qarşısındakı insanların bir qüsurunu gördüyü zaman bunu əsla məsxərə mövzusu etmir, əksinə ən gözəl şəkildə düzəltməyə çalışır. Bir başqasının özündən üstün xüsusiyyəti varsa, bunu qısqanmaq əvəzinə, onu gözəl tərzdə tərifləyir. Qarşılaşdığı hər münasibətə ən gözəl şəkildə cavab verməyə çalışır, Quran əxlaqına uyğun olan rəftarı göstərir. Qarşısındakı insanlar ona sadə rəftarlarla cavab versələr belə, o yenə də əsilzadə və təmkinli rəftar göstərməkdən çəkinməz.