Romantizm, din əxlaqının mövcud olmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət hesab edilmir. Hətta romantizmin əslində hər insanın xarakterində az-çox olması lazım olan əhəmiyyətli bir xüsusiyyət olduğuna inanırlar. Bu düşüncəyə görə romantizmin səbəb olduğu hərəkətlər, yaşanması lazım olan insani duyğulardır. Bu səbəblə romantizmdən qaynaqlanan 'incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik' kimi doğru olmayan xüsusiyyətlərin, 'insanın içindən gələn duyğular' olduğunu iddia edərək daima buna təşviq edirlər.
Halbuki bu düşüncə tamamilə səhvdir. Xüsusilə də cahiliyyə cəmiyyətlərində yaşanılan qadın xarakterində görünən romantizm, insanın zəif bir xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının onu istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün ağıldan çox uzaqlaşacaq. Məntiqli və doğru düşünə bilməyəcək, məqsədəuyğun qərarlar qəbul edə bilməyəcək vəziyyətə düşəcək.
Müsəlman qadın, bütün həyatını və xarakterini Qurana görə təyin etdiyi üçün, nəfsin bu xüsusiyyəti və ona qarşı necə mübarizə aparmalı olduğu haqqında ən doğru məlumatlara malikdir. Romantizmin, insanın ağlını aradan qaldırdığını, doğru düşünməsinə, həqiqətləri olduğu kimi görməsinə maneə törətdiyini, insanı zəif, müqavimətsiz və gücsüz vəziyyətə gətirdiyini bilir. Bundan başqa cahiliyyə əxlaqının səbəb olduğu qadın xarakterinə uyğun olan duyğulanmaq, kədərlənmək, ağlamaq, deyinmək, hirslənmək, qısqanclıq etmək, içinə qapanmaq kimi davranışların, imana yiyələnmiş insanın xarakteri ilə üst-üstə düşməyən xüsusiyyətlər olduğunun da fərqindədir. Çünki bütün bu davranışlar, Allahın bəyənmədiyi və uzaqlaşmalı olduğu davranışlardır. Bu mənfi davranışların hər biri, insanın təməldəki bəzi inanc pozulmalarından və bəzi həqiqətlərin kifayət qədər fərqində olmamasından qaynaqlanır. Asanlıqla qəmlənən, ağlayan, nəfsinə məğlub olan, qısqanclığa alüdə olan, durğunlaşıb səssizləşən, içlərinə qapanan insanlar, Allahın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda deyillər. Hadisələr qarşısındakı bütün kədərləri, hirsləri, qısqanclıqları həmişə bu dünyagörüşündəki səhvlərdən və inanc pozulmalarından qaynaqlanır.
Allaha könüldən bağlılıq, səmimi təslimiyyət, hər hadisənin Allahın idarəsində olduğunu bilərək, hər şeyi xeyir gözüylə qiymətləndirmək, insanın duyğularına qapılıb mənfi münasibət göstərməsinə mane olur. Müsəlman qadın Allaha olan güclü sevgisi və dərin Allah qorxusundan, romantikliyin səbəb olduğu bütün yanlış davranışlardan çox çəkinər.
“Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan Surəsi, 74)
Müsəlman qadın Allahın ayədə də bildirdiyi kimi, bütün hərəkətləri ilə, xarakterləri ilə, yüksək əxlaqı ilə insanlara nümunə olmağı qarşısına hədəf qoyan insandır. Bu da ona hər hansı bir hadisə qarşısında aciz qalmayan, güclü şəxsiyyət qazandırır.
Mömin qadınlar, xüsusilə qadın əxlaqında geniş şəkildə görünən bu davranışlardan çəkinib, güclü xarakter göstərməyin, bu xarakteri mənimsəyən qadınlar üçün gözəl bir nümunə olacağını bilir, bu şüur və məsuliyyətlə hərəkət edirlər. Allahın bu ayədə bildirdiyi kimi,
“...Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (Həşr Surəsi, 9)
nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada və axirətdə nemətə, rahatlığa qovuşar və xoşbəxtliyi ən gözəl şəkildə yaşayarlar. Romantizmin insanlara çəkdirdiyi bütün çətinliklərdən, kədərlərdən uzaq olarlar.