MÜSƏLMAN QADININ İDEALLARI BÖYÜKDÜR

Cahiliyyə qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri, bu kəslərin üfüqləri, idealları, düşüncələri və həyat tərzlərinin çox dar sahə ilə məhdudlaşmış olmasıdır. Bu xarakteri mənimsəyən qadınların cəmiyyətin  onlar üçün nəzərdə tutduğu bəzi müəyyən vəzifə və məsuliyyətləri vardır. Onlardan gözlənilən əslində sadəcə olaraq bunları ən yaxşı şəkildə yerinə yetirə bilmələridir. Bunların xaricində fərqli ideallara sahib olmaları, ya da fərqli mövzularda özlərini inkişaf etdirmələri üçün isə, ümumiyyətlə qadınlara imkan tanınmır. Qadınlar ancaq bu vəziyyətin fərqinə vardıqları və həyatlarını daha fərqli və daha böyük ideallar üzərinə qurma ehtiyacını duyduqları təqdirdə özlərini inkişaf etdirib, düşüncə üfüqlərinin sərhədlərini genişlədə bilərlər.

Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyətlər isə ümumiyyətlə ailəsini və evini maddi və mənəvi baxımdan yaxşı bir şəkildə idarə edə bilməsi və uşaqlarını yetişdirməsidir. Bunların xaricində qadınların uşaqlıq illərindən etibarən aldıqları təlqinlər əsasında maraqlandıqları mövzular isə tamamilə özlərinə aiddir. Bunlar da ümumiyyətlə saçları, makiyajları, paltarları, dəblə ayaqlaşmaq  kimi mövzular, ev təmizliyi, yoldaş yığıncaqları kimi fəaliyyətlərlə məhduddur. Əlbəttə insanın ailəvi məsuliyyətlərini yerinə yetirməsində, özünə aid ehtiyaclarını aradan qaldırmaqla maraqlanmasında, ya da evinin təmizliyini təmin etməsində bir səhv yoxdur. Səhv olan, yaşadığı həyatın və boynuna götürdüyü məsuliyyətlərin yalnız bunlarla məhdudlaşdırılmış olması və bunu nə məqsədlə etdiyinin fərqində olmamasıdır.

Allah insanı müəyyən bir məqsədlə yaratmış, üzərinə düşən məsuliyyətləri Quran ilə özünə bildirmişdir. Müsəlman  qadın hər şeydən əvvəl onu yaradan,   ömür təyin edən , yaşadığı hər an onu qoruyan, nemətləriylə lütfləndirən Rəbbimizə qarşı məsuldur. Allahın Quran ilə insanlara bildirdiyi əxlaqı yaşamaqla, Allaha ibadət və qulluq etməklə, Onun razılığını qazanacaq işlər görməklə məsuldur. Cahiliyyə inancları səbəbiylə, gözəl əxlaqın özlərinə gətirəcəyi dinclik və xoşbəxtlikdən uzaq  həyat sürən insanlara Quran əxlaqını izah edib, onların Allahın razılığına, rəhmətinə, cənnətinə qovuşmaları üçün əlindən gələn səyi göstərməklə vəzifəlidir.

İnsanlara şeytanın təqdim etdiyi, xaos və qarışıqlığın hakim olduğu, sevgi, hörmət, dostluq kimi nemətlərin lazımınca  yaşana bilmədiyi qaranlıq ruh halından xilas olmanın yolunu göstərmək üçün səmimiyyətlə səy göstərməlidir. Allah Quranın

 

“Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa Surəsi, 75)

 

ayəsiylə insanlara, dünya üzərindəki çətinlik çəkən, gücsüz insanların vəziyyətini xatırlatmış, onlara kömək etməyin və yol göstərməyin, vicdan sahibi insanlar üçün bir öhdəçilik olduğunu bildirmişdir. Allah başqa bir ayədə isə

 

“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.” (Nisa Surəsi, 36)

 

sözləriylə möminlərin öhdəçiliklərinin yalnız özləri olmadığını, yetimlərə, yoxsullara, yolda qalmışa və daha bunlar kimi möhtac olan bir çox insana kömək əlini uzatmaqla da məsul olduqlarını xatırlatmışdır. Müsəlman qadın bütün bu məsuliyyətlərinin şüurunda olan insandır. Buna görə də heç bir zaman yalnız öz ehtiyaclarının arxasına düşüb, yalnız özünü maraqlandıran bir neçə məsuliyyəti yerinə yetirib Allahın bildirdiyi bu öhdəçilikləri göz ardı edə bilməz. Həyata dair ideallarını, düşüncələrini yalnız bu şəkildə məhdudlaşdırmaz. Dünyanın dörd bir tərəfindəki çətinlik içərisindəki insanların, aclıq çəkən, epidemiya xəstəliklərlə mübarizə edən, döyüş və qarşıdurma mühitlərinin çətinliyini yaşayan uşaqların, qadınların, yaşlıların bütün çətinliklərini sanki öz problemiymiş kimi düşünüb onlara kömək etmək üçün əlindən gələn səyi göstərər. Bundan əlavə, gündəlik həyatında qarşısına çıxan məsələlərdə də, hər mövzuya həqiqətən layiq olduğu qədər dəyər verər.

Əsl məqsədinin Allahın razılığını qazanmaq, Onun bəyəndiyi əxlaqı yaşamaq və insanlara da gerçək dincliyi və xoşbəxtliyi yaşaya biləcəkləri bu əxlaqı izah etmək olduğunu bilər. Bu səbəblə də, bəzi qadınların gündəlik həyatlarında qarşılaşıb  çox əhəmiyyətli gördükləri, gözlərində böyüdüb kədərləndikləri  bir çox mövzunun, insanın gerçək məqsədinin yanında, nə qədər boş və nə qədər əhəmiyyətsiz mövzular olduğunu bilərək hərəkət edər.

2010-08-08 16:50:04
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top