ERMƏNİ SOYQIRIMI NAĞILI VƏ TÜRK-ERMƏNİ DOSTLUĞU

Osmanlılar tərəfindən "milləti siddiqə" ünvanına layiq görülən ermənilər, türklərlə əsrlər boyu dost olmuşlar.

Keçən ay ABŞ nümayəndələr palatasında, təsdiqlənməli olan sözdə erməni soyqırımının müzakirələri aparıldı. Bu qısa dövr ərzində türk və erməni millətlərinin əlaqələri haqqında çox saylı yazılar yazıldı, müzakirələr aparıldı, müxtəlif təzyiqlər edildi. Hər biri genişaraşdırma tələb edən bu müzakirələrin gəldiyi nöqtə isə həmişə eyni oldu: "Ermənilər əsrlər boyu əvvəl Səlcuqlu, sonra da Osmanlının ədalətli rəhbərliyi altında əmin-amanlıq şəraitində yaşamışlar."

Bu həqiqət əsrlərdir türk-erməni münasibətlərini araşdıran tarixçilər tərəfindən, hətta erməni tarixçilərin böyük əksəriyyəti tərəfindən də təsdiq edilmişdir. Həqiqətən də Osmanlı rəhbərliyi fərqli dillərdə danışan, fərqli dini fikirləri olan və fərqli etnik mənşələrə malik olan çox sayda milləti, əsrlər boyu ədalətlə idarə etməyi bacaran, çox güclü dövlət idi. Osmanlının dörd qitədə qurduğu güclü imperiyanın təməlində İslam əxlaqının gətirdiyi ədalətli və sülhsevər münasibət var idi. Bəs illərdən bəri davam edən sözdə soyqırım mövzusunun əsli nə idi? Əsrlər boyu sülhşəraitində yaşayan türk-erməni xalqları arasında necə əlaqə vardı? Nə səbəb oldu ki, Osmanlı rəhbərliyi tərəfindən "milləti siddiqə" ünvanına layiq görülən erməni birliyibu vəziyyətədüşmüşdü?

Ortaya atılan iddiaları başa düşəbilmək vədüzgün mühakimə edə bilmək üçün ermənilərlə türklərin ortaq tarixlərini araşdırmaq lazımdır. Çünki bu iki qardaş xalqın tarixlərinin kəsişdiyi nöqtədən günümüzə uzanan min illik dövrün araşdırılması, iddiaların cavabını da ortaya qoyur.

 

Ermənilərlə türklərin tarixlərinin kəsişdiyi nöqtə

Türkiyə əlverişli geosiyasi və geostrateji mövqedə olduğundan bütün dünyanın diqqətini cəlb edən ölkədir. Asiya və Avropa qitələri arasında körpüdür, Qara dənizi Aralıq dənizinə bağlayan boğazlara malikdir, Orta Asiya, Orta Şərq və Qafqazdakı təbii enerji qaynaqlarının kəsişdiyi nöqtədədir. Keçmişdə Osmanlı İmperiyası, indiki dövrdə isə Türkiyə Cümhuriyyəti bu kritik mövqeyi səbəbindən müxtəlif ölkələrin maraq dairəsində olmuş, plan və intriqaların hədəfinə çevrilmişdir. Türkiyə üzərindəki planlarını həyata keçirmək istəyən ölkələr bu hədəflərinə çatmaq üçün müxtəlif yollara əl atmışlar. Osmanlı imperiyasında rifah içində yaşayan azlıqları rəhbərlik əleyhinə qaldırmış, öz hədəflərini həyata keçirmək üçün onlardan istifadə etmişlər. Ermənilər də bu xalqlardan biridir. Xüsusilə də Rusiya və İngiltərə, erməniləri öz hədəfləri uğrunda vasitəçi kimi istifadə etmişlər.

Ancaq, əsrlərdir davam edən türk-erməni münasibətlərini yalnız I Dünya Müharibəsi illərindəki qısa dövr çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Çünki ermənilərlə türklərin dostluğu min il əvvələ gedib çıxır.

Bu gün Ermənilərin ortaya atdıqları soyqırım ssenarisinin təməli, Şərqi Anadolu torpaqlarının Erməni yurdu olduğu iddiasına söykənir. Bu ssenariyə görə türklər səlcuqlular və osmanlılarla başlayaraq erməni torpaqlarını işğal etmiş və hər zaman zülm etmişlər. Hətta bu zülm hələ də davam edir. Ancaq türk-erməni ortaq tarixinin araşdırılması bu iddiaların tamamilə əsassız olduğunu, dəlilləri ilə ortaya qoyur. Üstəlik erməni xalqının da I Dünya Müharibəsinə qədər belə bir iddiası olmamışdır. Belə ki, Şərqi Anadolu torpaqlarının ermənilərin ana yurdu olduğu iddiası tarixi həqiqətləri əks etdirmir. Ermənilərin bir zamanlar kütləvi olaraq yaşadıqları bölgə, tarixin qeyd etdiyi dövrlərdə e-ə 521-ci ildən 344-ilə qədər Fars vilayəti, 344-cü ildən 215-ilə qədər Makedoniya İmperiyasının bir parçası, sonra Sələfkitlərə tabe olan vilayət, Roma İmperiyası ilə Partlar arasında tez-tez yer dəyişdirən bir bölgə, Sasani vilayəti, sonra da Bizans vilayəti olmuşdur. VII əsrin sonlarından etibarən bu torpaqların sahibi Əməvilərdir. Onlardan sonra X əsrin sonlarına qədər Abbasilərin hakimiyyətində olmuş, X əsrin sonlarına doğru Anadoluya bütövlükdə Bizans İmperiyası yenidən hakim olmuşdur. X əsrdən etibarən də bölgəyə türklər gəlmişlər. Ermənilər çox qədim dövrlərdən bəri bölgədə varlığını davam etdirən, mədəni və qədim millətdir. Ancaq tarix boyu müxtəlif suverenliklər altında yaşamış, heç vaxt müstəqil və daimi dövlətə sahib ola bilməmişlər. Bu səbəbdən Şərqi Anadolunun ermənilərin ana yurdu olduğu iddiası həqiqətlərlə üst-üstə düşmür. Bu məsələ, erməni tarixçisi Kevork Aslanın bu sözləri ilə də təsdiqlənmişdir:

"Ermənilər dərəbəylik şəraitində yaşamışlar. Bir-birlərinə vətən hissləri ilə bağlı deyildirlər. Aralarında siyasi əlaqə yoxdur. Yalnız yaşadıqları dərəbəyliklərə bağlıdırlar. Vətənpərvərlikləri də bu səbəblə regionaldır. Bir-birləri ilə bağlarını siyasi əlaqələr deyil, dilləri və dinləri meydana gətirir." (1)

Ermənilər ən böyük zülmü Bizans İmperiyasının rəhbərliyi altında yaşadıqları zaman gördülər. Bu mövzu tarixçilər tərəfindən də tez-tez dilə gətirilmişdir. Məşhur erməni tarixçisi və eyni zamanda urfalı olan Mateos xalqın buralardan sürgün olunduğunu, evlərindən məcbur çıxarıldıqlarını ifadə edir. Mateos "İki il sonra (993-994) Roma hökmdarı böyük ordu ilə ermənilərə hücum etdi, xristianları qılıncdan keçirdi və əsarət altına aldı. O, zəhərli ilan kimi hər yerə ölüm apardı və beləliklə, dinsiz millətlərin yerini tutdu" sözləri ilə bizanslıların erməni xalqına qarşı etdiyi zülmü dilə gətirmişdir.

X əsr, Bizans rəhbərliyində qarşıdurmaların yaşandığı və sabitliyin pozulduğu bir dövrdür. Məhz bu qarışıq dövrdə səlcuqlular Anadolu torpaqlarına girmişdilər. 26 avqust 1071-ci ildə Malazgirt yaxınlığında, Van Gölünə yaxın ərazidə Bizans İmperiyasının ordusunu təxribata uğradan Alparslan sayəsində, türklər Anadoluya daxil olmuş və ermənilər tərəfindən sevinclə qarşılanmışdılar. Tarixçi Mateos, səlcuqluların ermənilərə qarşı münasibətini "Məlikşah xristianlara qarşı çox şəfqətli idi. İsanın övladlarına çox yaxşı davrandı. Erməni xalqına rifah, sülh və xoşbəxtlik gətirdi" sözləri ilə ifadə edir (2).

 Mateos, Sultan Qılınc Aslanın ölümündən sonra isə bunları yazmışdır:

"Qılınc Aslanın ölümü Xristianları kədərə qərq etmişdir. Çünki bu Sultan üstün xarakterli və xeyriyyəçi insan idi."

Yuxarıdakı ifadələrdən də aydın olduğu kimi səlcuqlu türkləri, ermənilərə xoş münasibət göstərmiş, onların dinlərini, adətlərini və ictimai həyatlarını qorumalarını təmin etmişdir. Bu vəziyyət, Anadolu səlcuqluları dövründə də davam etmişdir. Erməni tarixçisi Asoghikin "Ermənilər, Bizansa qarşı düşmən mövqedə olduqlarından türklərin Anadoluya gəlməsinə sevinmiş, hətta türklərə kömək etmişdilər" şəklindəki sözləri bu həqiqəti təsdiqləyir.

Səlcuqluların irəlilədiyi torpaqlar, digər qövmlərin və ermənilərin də yaşadıqları Bizans torpaqlarıdır. Yəni səlcuqlular hər hansı bir erməni dövlətinə qarşı döyüşməmiş, onların torpaqlarını ələ keçirməmiş, qarşılarında düşmən olaraq yalnız bizanslıları görmüşdülər. Həmçinin tarix, ermənilərin Bizans zülmünə qarşı səlcuqluların yanında olduqlarını, onlara kömək etdiklərini ortaya qoyur. Ortada türk-erməni qarşıdurması deyil, əsrlərlə davam edən qardaşlıq yolunda atılan ilk addımlar vardı.

 

Ermənilər Osmanlı torpaqlarında axtardıqları xoş münasibəti, təhlükəsizliyi və sülhü tapdılar

Ermənilər, Osmanlı dövlətinin ilk qurulduğu illərdə bəzi kiçik dövlət və bəyliklərin tabeçiliyi altında yaşayırdılar. Osmanlılarla ilk əlaqələri isə Osman Qazi dövründə başlamışdır. Osman Qazi 1324-cü ildə Bursanı paytaxt etdikdən sonra Kütahyada yaşayan erməniləri və ruhani rəislərini bura köçürmüşdür. Bu güclü əlaqə Osmanlı imperiyasının son dövrlərinə qədər maneəsiz davam etmişdir. Xüsusilə də Fateh Sultan Məhmədin 1453-cü ildə İstanbulu ələ keçirməsi ilə başlayan dövr ermənilər üçün sanki qızıl dövr olmuşdur.

Fateh Sultan Məhməd öz tələbi ilə ermənilərin təqaüdə çıxmış, ruhani rəisi Hovakimi İstanbula gətirtmiş, Rum Patriarxlığından əlavə, bir də Erməni Patriarxlığını 1461-ci ildə qurmuşdur. Patriarx, padşahın fərmanı ilə ermənilərin lideri elan edilmiş və ermənilər tamamilə onun rəhbərliyinə keçmişdir. Bu dövrdən sonra müxtəlif ölkələrdən İstanbula çox saylı erməni köçləri başlamış, İstanbulda güclü erməni birliyi meydana gəlmişdir. Yavuz Sultan Səlimin Cənubi Qafqaz və Şərqi Anadolunu fəth etməsi ilə birlikdə buradakı ermənilər də İstanbul Patriarxlığının tərkibinə daxil olmuşdular. Osmanlı hakimiyyəti dövründə ermənilər dini, siyasi, iqtisadi və mədəni baxımdan azad yaşamışdılar.

Bu xoş münasibət Fateh Sultan Məhməddən sonra da davam etmişdir. Digər müsəlman olmayan birliklər kimi ermənilərin də dini və ictimai işlərinə müdaxilə edilməmişdir. Ermənilər həm rəhbərlik, həm sənətkarlıq, həm də iqtisadi sahədə əhəmiyyətli yer tutmuşdular. Osmanlı dövlətinə sədaqətləri, türk adətlərini mənimsəmələri, hətta yaxşı türkcə danışmaları, ermənilərin rəsmi və ya xüsusi işlərə təyin edilmələrinə səbəb olmuşdur.

Ermənilərin Osmanlı rəhbərliyindən məmnuniyyətləri ötən il, yəni Osmanlının qurulmasının 700-cü ildönümündə, İstanbul Erməni Patriarxının 538–ci ad günü qeyd olunarkən də müxtəlif şəkillərdə ifadə edilmişdir. Türkiyə ermənilərinin 84-cü Patrixi II Mesrob bu mərasimlər çərçivəsində 22 may 1999-cu il tarixində keçirilən mərasimdə hisslərini bu şəkildə ifadə etmişdi:

 "… Fateh Sultan Məhmədin İstanbulu fəthindən səkkiz il sonra, 1461-ci ildə Qərbi Anadoludakı Erməni Yepiskopluğunun çıxardığı fərmanla İstanbul Patriarxlığına çevirməsi, Fatehin və Osmanlı sultanlarının gələcək vizyonu və digər dinlərə göstərdiyi tolerantlığın açıq nümunəsidir. Tarixdə bir dinə mənsub hökmdarın başqa dinin üzvləri üçün ruhani rəyasət mövqeyi təsis etməsi, nə Fatehdən əvvəl, nə də sonra baş vermişdir… Yeni bir minilliyə daxil olarkən dünyada baş verən gərginlikləri, xüsusilə yaxın ətrafımızdakı müharibə şəraitini nəzərə alsaq 538-il əvvəl həyata keçən bu hadisənin dəyərini, dinlər və mədəniyyətlər arası tolerantlığın əhəmiyyətini, daha yaxşı qavraya bilərik…"

Patriarx II Mesrobun bu sözləri əslində türk-erməni münasibətlərinin hansı səviyyədə olduğunu göstərmək baxımından çox əhəmiyyətlidir. Çünki həqiqətən də Osmanlı tolerantlığı dünyada bənzəri olmayan münasibəti ifadə edir.

 

Erməni problemi Rusiya və İngiltərənin təhrik və vədləri ilə ortaya çıxmışdır

Səlcuqlu və Osmanlı rəhbərliyinin ermənilərə qarşı tolerantlığını diqqətlə araşdıran insan, bu gün mövcud gərginlik qarşısında təbii olaraq qarışıqlığa düşər. Əslində isə bu gərginlik, yazının əvvəlində də ifadə etdiyimiz kimi, ölkələrin şüurlu təhrikləri və saxta vədləri nəticəsində ortaya çıxmış, zaman keçdikcə inkişaf etmiş və bugünkü vəziyyətə gəlmişdir.

Əslində Osmanlı imperiyasının parçalanması, imperiya daxilindəki azlıqların narahatlıqlarından deyil, Fransız İnqilabının başlatdığı müstəqillik ideologiyasından qaynaqlanmışdır. Bir başqa sözlə Osmanlı daxilindəki azlıqların üsyanlarının hamısı təməldə "xarici qaynaqlı" idi. Bu üsyanların sonuncusu sayılan erməni müstəqillik hərəkatı da bunlardan idi.

Erməni probleminin ilk ortaya çıxması Osmanlı dövlətinin zəifləməsi ilə eyni tarixlərə rast gəlir. 1877-1878-ci illərdə Rusiya ilə müharibədə məğlub olandan sonra Trabzona qədər olan bölgə Rusiyanın rəhbərliyinə keçmişdir. O dövrə qədər Osmanlının tabeçiliyi altında olan və dinc şəraitdə yaşayan ermənilər, müstəqil dövlət qurma vədləri ilə provakasiyaya təhrik edilmiş və rus əsgərləri ilə əməkdaşlığa girib türklərə qarşı döyüşmüşdülər. Bu səbəbdən, bu dövrdən sonra rus-erməni münasibətləri, türk-erməni münasibətləri üzərində təyinedici rol oynamışdır.

Osmanlı dövlətinin zəifləməsi kənardan edilən müdaxilələri də artırmışdır. Osmanlı torpaqlarını öz aralarında paylaşmaq niyyətində olan İngiltərə, Fransa kimi ölkələr imperiyanın daxilinə soxduqları provakatorlar vasitəsi ilə erməniləri Osmanlı rəhbərliyinə qarşı provakasiyaya təhrik etməyə çalışmışdılar. Bu səyləri müəyyən müddət sonra isə nəticə vermişdir. Çıxarılan üsyanlar nəticəsində hər iki tərəf xeyli itki vermiş, iki qardaş xalq bir-biri ilə müharibə  vəziyyətinə gəlmişdir.

Ancaq problem I Dünya Müharibəsi əsnasında ermənilərin düşmən tərəfdə iştirak etməsi ilə daha da dərinləşdi. İllərlə türklərlə eyni cəbhədə olan ermənilər, İttifaq dövlətlərinin təhriki ilə illərlə sülh şəraitində yaşadıqları Osmanlı torpaqlarını, düşmənlə əlbir olub yağmalamağa başladılar. Burada Rusiya çox əhəmiyyətli rol oynamışdır. Çünki dövrün Çar Rusiyası Osmanlı dövlətinin torpaqları hesabına öz sahəsini genişlətməyə, Osmanlı topaqlarındakı xristianları öz himayəsi altına almağa çalışırdı. Bu məqsədlə də ya Balkan yarımadasından, ya da Qafqaz dağlarından Osmanlı torpaqlarına girməyə çalışırdı. İngiltərə də eyni şəkildə Şərqi Anadolu torpaqlarını öz hakimiyyəti altına almaq istəyirdi.

Rusiya və İngiltərənin Şərqi Anadoludakı mənfəətləri, erməni cəmiyyətinin osmanlılara qarşı istifadə edilməsi üzərində qurulmuşdu. Bu həqiqət bir çox avropa və erməni tarixçi tərəfindən də etiraf edilmişdir. Ancaq Osmanlı rəhbərliyindən heç bir şikayəti olmayan və sülh içində yaşayan xalq üzərində bu cəhdlər ilk vaxtlar təsirli olmamış, qurulan təşkilatların böyük hissəsi zaman içərisində yox olub getmişdir. Osmanlı torpaqları daxilində müvəffəqiyyət əldə edə bilmədiyinə görə, bu dəfə fərqli ölkələrdə Ermənistan xəyalını reallaşdırmaq üçün təşkilatlar qurulmuşdur. Bu komitələr xaricdən aldıqları dəstəklə xalqın böyük hissəsi üzərində təsirli olmağı bacarmışdılar. Erməni təbliğatının bugünkü öndə gələnlərindən Luisə Nalbantyan qurulan bu komitələrin məqsədini "Erməni xalqının hisslərini hərəkətə gətirmək üçün təhrik və terrora ehtiyac var idi. Xalq, düşmənlərinə qarşı provakasiyaya təhrik ediləcək və eyni düşmənin fəaliyyətində istifadə ediləcəkdi… Komitə, Osmanlı hökumətini terrora məruz qoymağı özünə hədəf qoymuşdu" şəklində tərif edirdi.(3) Yəni Anadoluda üsyanlar çıxarmaq üçün xarici dövlətlər tərəfindən qızışdırılan ermənilər özlərinə üsul olaraq "terroru" seçmişdilər. Bu komitələr qurulan illərdə, Anadolunun hər yerində üsyanlar baş qaldırırdı. Üsyanlarda xeyli günahsız insan həyatını itirmiş, Anadolu torpaqlarında həqiqi mənada əmin-amanlıq təmin edilməmişdir.

I Dünya müharibəsinin başlaması erməni üsyançıları üçün böyük fürsət olmuşdur. Müharibədən öncə Osmanlı dövləti ilə müttəfiq olacağını vəd verən ermənilər, qısa müddət sonra bu vədlərindən döndülər. Ruslarla əlbir olub Osmanlıya qarşı döyüşdülər. Daşnaq komitəsinin, təşkilatına verdiyi bu təlimat ermənilərin döyüş əsnasındakı siyasətini çox yaxşı ifadə edir:

"Ruslar sərhədi keçəndə və Osmanlı orduları geri çəkilməyə başlayanda hər yerdə üsyanlar çıxarılmalı, Osmanlı orduları iki atəş arasına alınmalıdır. Osmanlı ordularının irəlilədiyi təqdirdə erməni əsgərləri silahları ilə birlikdə qitələrini tərk edəcək və şəbəkələr təşkil edib ruslarla birləşəcəklər." (4)

Müharibə başladığı zaman bütün bu təlimatlar həyata keçirilmiş, Osmanlı ordusuna və müsəlman əhaliyə qarşı müxtəlif hücumlar edilmişdir. Təkcə türklər hədəf alınmamış, rumlar, yəhudilər və bu siyasəti dəstəkləməyən ermənilərə qarşı da hücumlar təşkil edilmişdir.

Bu əsnada Osmanlı dövləti, İngilis və Fransız orduları ilə müxtəlif cəbhələrdə döyüşürdü. Üsyanların davam etdiyini və Anadolunun gedərək daha da qarışdığını görən Osmanlı hökuməti, Erməni Patriarxını və öndə gələnlərini çağıraraq ermənilərin müsəlmanları qətl etməyi davam edəcəkləri təqdirdə lazımlı tədbirlərin alınacağını deməklə kifayətlənmişdir. Ancaq bu tolerantlıq nəticə vermədiyi üçün 24 aprel 1915-ci ildə Osmanlı dövləti üsyanları təşkilatlandıran bütün erməni komitələrini bağlamış və rəhbərlərindən 235 nəfəri dövlət əleyhinə fəaliyyət aparmaq ittihamı ilə həbs etdirmişdir. Bu qərarla Osmanlı hökuməti bənzər təhlükələrlə qarşılaşan bütün ölkələrin tərəddüd etdiyi tədbirə əl atmışdır. Bir çox cəbhədə davam edən müharibədə müvəffəqiyyətli olmaq ancaq daxili sabitliyin təmin edilməsi ilə mümkündür.. Bu səbəbdən döyüş bölgəsi yaxınlığındakı erməniləri daha cənubdakı Osmanlı torpaqlarına, Suriyaya köçürmüşdü. (5)

Bu köç, soyqırım və ya qırğın deyil, təhlükəsizlik səbəbindən alınmış tədbir idi. Düşmənlə əməkdaşlıq edən və ölkənin birliyinə zərər verən birliyin zərərli fəaliyyətinin qarşısını almaq məqsədi ilə alınan son dərəcə ağıllı qərardır. Bundan əlavə, Osmanlı dövləti bu köç əsnasında ermənilərin zərər görməməsi üçün müxtəlif tədbirlər görmüşdür. Osmanlı Nazirlər Kabinetinin 30 may 1915-ci il tarixli qərarı Osmanlı rəhbərliyinin bu məsələdəki ədalətini göstərir. Bu qərarda, ermənilərin canlarının və mallarının qorunması, dolanışıqlarını təmin edə bilmələri üçün onlara kömək edilməsi, ehtiyaclarına görə mal və torpaq paylanması, hökumət tərəfindən evlər tikilməsi, alət və təchizatla təmin edilməsi, yemək və digər ehtiyaclarının təmin edilməsi, sağlamlıq vəziyyətlərinin hər gün həkimlər tərəfindən nəzarət edilməsi, xəstə, qadın və uşaqların qatarla göndərilməsi və zəruri olan digər tədbirləri əhatə edən əmrlər verilmişdi. Köç əsnasında ermənilərə qarşı hücum edənlərin həbs edilərək Hərbi məhkəmədə ən ağır cəza ilə cəzalandırılması da qərara alınmışdır. Mövcud insan itkiləri isə müharibə əsnasındakı döyüşlər, üsyanların qarşısını almaq üçün görülən tədbirlər və günün şərtləri nəzərə alınaraq qiymətləndirilməlidir. Müharibənin qızğın anlarında   Osmanlı hökuməti tərəfindən idarə edilə bilməyən bəzi fanatiklərin hücumları nəticəsində çox sayda erməni həyatını itirmişdir. Ancaq əlbəttə ki, bu bir soyqırım deyil. Bu ancaq böhtandır, o illərdə Osmanlı dövləti ilə müharibə aparan ingilis və fransızlar tərəfindən propaqanda ünsürü olaraq ortaya atılmış və dövrümüzə qədər də oxşar siyasi məqsədlərlə gəlmişdir.

Qısacası, Osmanlı dövləti tərəfindən ermənilərə qarşı soyqırım həyata keçirildiyi iddiası, tarixi həqiqətləri əks etdirmir. Bu gün Ermənistanın etdiyi də, həqiqətləri təhrif etməkdən başqa bir şey deyil.

 

Ermənistan dövlətinin siyasətini kimlər istiqamətləndirir?

Petrosyan

Ermənistan, SSSRİ dağıldıqdan sonra müstəqilliyini elan edərkən gələcəkdə necə xarici siyasət aparacağını bildirmişdi. İstər müstəqillik aktında, istərsə də konstitusiyasında "Erməni soyqırımı" mövzusu tez-tez vurğulanmış, Şərqi Anadoluya dair niyyətlər açıq şəkildə ifadə edilmişdi. Bilindiyi kimi, Türkiyə Sovetlər Birliyi dağıldıqdan sonra qurulan bütün yeni respublikaları dərhal tanımışdı. Bunların arasında Ermənistan da vardı. Ancaq Türk hökuməti, Erməni rəhbərliyinin həyata keçirdiyi yanlış siyasət və Azərbaycanı işğal etməsi səbəbindən bu ölkə ilə iqtisadi münasibətlərə girməməyi tərcih etdi. Xüsusilə də Petrosyandan sonra iqtidara gələn Koçaryanın sərt münasibəti, Türkiyənin bu siyasətində dəyişiklik etməməsində çox təsirli oldu.

Onsuz da ermənilərin məqsədi Türk hökuməti ilə uzlaşma təmin etmək deyil, Türkiyəyə qarşı əvvəlcə ABŞ-ın, daha sonra da Avropanın dəstəyini almaq idi. Bu səbəbdən soyqırım iddiası ilə bağlı təbliğat və lobbiçilik fəaliyyəti artaraq davam etdi. ABŞ və İtaliya başda olmaqla, bir çox Avropa ölkəsində bu sahədə müxtəlif işlər görüldü. ABŞ-da bu il başlatdıqları hücumlarını, seçkilərə bərabər tutmaq da bu üsullardan biri idi. Ermənilər səsvermə güclərindən istifadə edərək Amerika rəhbərliyini pis vəziyyətdə qoymağa çalışdılar. Bu işlər diasporda olan ermənilər tərəfindən həyata keçirilsə də, əslində işin arxasında Ermənistan rəhbərliyi durur.

 

Koçharyan

Ermənistan Parlamenti 6 dekabr 1989-cu il tarixli qərarı ilə Türkiyə ilə Sovetlər Birliyi arasındakı 16 mart 1921-il tarixli Qars müqaviləsini ləğv etmişdir. Türkiyə ilə Sovetlər Birliyi və bununla birlikdə Türkiyə ilə Ermənistan Respublikası arasındakı sərhədləri müəyyən edən bu müqavilənin ləğvi, Yeravanın Türkiyə ilə hal-hazırda olan sərhədlərini tanımaq istəmədiyinə və torpaq tələblərinə zəmin hazırladığına işarədir. Onsuz da istər Koçaryan, istərsə də digər erməni rəhbərlər guya "Qərbi Ermənistanın işğal altında olduğunu" tez-tez ifadə edirlər.

Ancaq keçmişdə olduğu kimi, bugün də yaşananların arxasında Rusiyanın varlığını gözardı etməmək lazımdır. Çünki bu bölgədə yaşanan hər cür qarışıqlıq Rusiyanın mənfəətinə xidmət edir. Rusiya Qafqazda sabitliyi və problemlərin həllini qətiyyən istəmir. Problemlərin davam etməsi Moskvanın bölgədəki nüfuzunu mühafizə etməyə imkan verir. Türkiyə-Ermənistan yaxınlaşması Rusiyanın Qafqazdakı son qalasını itirməsi deməkdir. Moskvanın buna icazə verməsi qətiyyən mümkün deyil. Bu səbəbdən Ermənistan cəbhəsindən edilən hər mənfi cəhdin arxasında, eynilə Osmanlı dövlətinin son illərində olduğu kimi, Rusiyanın da təsiri olduğunu bilmək lazımdır. Problem erməni və türk millətləri arasında yaşanan problemə deyil, müxtəlif ölkələrin milli mənfəətləri ilə kəsişən düyünə çevrilmişdir.

Vurğulanması lazım olan xüsususiyyətlərdən biri də qanunun son anda ləğv edilməsinin, bu mövzunun həll olunduğu mənasını vermədiyidir. Rəhbərlik tərəfindən son anda müdaxilə edilən qanun önümüzdəki dövrlərdə tez-tez gündəmə gətiriləcək, bəlkə bu qanuna digər hökumətlərdən daha çox əhəmiyyət verən rəhbərliklə qarşılaşacaq. Ona görə bu mövzunu gözardı etməmək, qanuna mane olmaq üçün görüləcək işlərin sürətini azaltmamaq çox əhəmiyyətlidir. Türk hökuməti tərəfindən qanuna səs verilməsi əsnasında göstərilən qətiyyətin davam etdirilməsi, Avropa ölkələrinə Osmanlı həqiqətinin dəlilləri ilə izah edilməsi, bu mövzuda beynəlxalq iş görülməsi gələcəkdə qanunun gündəmə gəlməsinə indidən maneə olacaq. Osmanlı hakimiyyətində əsrlər boyu əmin-amanlıq içində yaşayan qardaş erməni və türk xalqlarının təkrar eyni qardaşlığı təmin etməməsi üçün heç bir maneə yoxdur. Təki həqiqətlər açıq şəkildə dünyaya izah edilsin və qarşılıqlı xoş münasibət üçün lazım olan addımlar atılsın!

 

Haşiyələr

1-ASLAN, Kevork; L'Arménie et les Arméniens, istanbul, 1914

2-Urfalı Mateos, (Mathieu d'Edesse), Chronicles, No:129

3-Nalbantyan, Louise, Armenian-Revolutionary Movement, University of California Press, 1963, sayfa 110-111

4-Mehmet Hocaoğlu, Tarihte Ermeni Mezalimi ve Ermeniler, İstanbul, 1976, s. 570-571

5-Dokuz Soru ve Cevapta Ermeni Sorun, Dış Politika Enstitüsü, Ankara 1989, s.23.

2010-09-28 16:54:53
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top