ZAQAFQAZİYADA İKİ QARDAŞ MUXTAR RESPUBLKA: QARAÇAY-BALKAR TÜRKLƏRİ

3500 illik tarixləriyləZaqafqaziyanın ən qədimxalqlarından biri olan Qaraçay-Balkar Türkləri əsrlərləməruz qaldıqları qətliamvəasimilasiyaya baxmayaraq İslam dininə sədaqətlərini bu günəqədər qorumağı bacardılar.

Coğrafi olaraq Qaradəniz sahilindən başlayaraq Xəzər Dənizinəqədər uzanan dağ silsiləsi Böyük Qafqaz sıra dağları adlanır. Ancaq tədqiqatçılarQafqaz sıra dağlarının üzərindəvəşimalında yerləşəntorpaqları Zaqafqaziya olaraq qəbul edirlər. Bu torpaqlarda Abxazlar, Adigenlər, Kabardinlər, Çərkəzlər, Osetinlər, Çeçen-İnquşlar vəDağıstanlılar yaşayırlar. Qaraçay-Balkar Türkləri dəZaqafqaziyada yüz illərdir yaşayan Türk birliklərindən biridir.

Qaraçay-Balkar bölgəsi yalnız Zaqafqaziyanın deyil, dünyanın ən yüksək vəsıldırım dağlarına sahib bölgələrindən biridir. Qaraçay-Balkar türkləri Zaqafqaziyanın sarp vədərin vadilərindəki kəndlərdəyaşayan kiçik Türk birliyidir. Tarix boyu özlərinəTavlu (dağlı) adını verənQaraçay-Balkarlılar SSRİ dövründəiki hissəyəayrılmışlar. Qaraçaylılar Qaraçay-Çərkəz Muxtar Respublikasına bağlanmışdır. Bu gün ayrı-ayrı xalqlar kimi görünsələr dəəslində eyni dil, tarix vəmədəniyyətə sahib olan bir xalqdırlar. Qaraçay-Balkar bölgəsindən yüksələn Elbrus dağı bu iki qardaş xalqı bir-birindən ayırır. Elbrus dağının şərqindəki dağlıq ərazi Balkar bölgəsi, qərbindəki dağlıq ərazi isə Qaraçay adlandırılır.

Dil

Qaraçay-Balkarlılar Dağıstanda yaşayan Qumuqlarla birlikdəQafqazın Türk mənşəli xalqlarını meydana gətirirlər. Hər iki xalq da bu gün Türk dilinin Qıpçaq qoluna aid dillərdədanışırlar. Ancaq Qaraçay-Balkar dili Türk dilinin tarixi xüsusiyyətlərini daha çox qoruyur.

Qaraçay-Balkar Türklərinin Tarixi

Tarixi keçmişi çox qədimdövrlərəaid olan bölgədəyaşayan Qaraçay-Balkarlılar əsrlərləQafqazı hakimiyyəti altında saxlayan köçəri atlı Türk qövmünün nəvələridir. Eramızdan 3500 il əvvəl şimal çöllərindən gələrək Zaqafqaziyaya daxil olan Türk mənşəli Kimmerlər Qaraçay-Balkar Türklərinin atalarıdır. Müxtəlif qövmlərin istilalarından qorunmaq üçün dağlarda özlərini dünyadan təcrid edən Qaraçay-Balkar Türkləri 3500 il ərzindəTürk kimliklərini mühafizəetmişlər. 1828-ci iləqədər Rus idarəsinətabe olmayan Qaraçay-Balkar Türkləri saysız qiyam ilədəfələrlə Ruslara qarşı çıxmışlar.

1864-cü ildəRusiyanın hakimiyyəti iləyanaşı Qafqazda böyük bir köç yaşandı. Rusların Qafqazı işğal etməsi nəticəsində1880-ci illərdən etibarən zaman-zaman Qaraçay-Balkar xalqının bir hissəsi digər Qafqaz qəbilələri iləbirlikdəTürkiyəyəköçmək məcburiyyətindəqaldı. Bu gün bu köçkünlərinnəvələrindən təxminən 25.000-i Türkiyədə, 2000-ə yaxınıSuriyada, bir qismi dəABŞ-da yaşayır.

Azadlıq Mübarizəsi vəSürgünlər

1917-ci il Bolşevik İnqlabından sonra bütün Qafqazda vəQaraçay-Balkarda da çox qısa müddət ərzində müstəqillik həyəcanı yaşandı. Lakin bu həyəcan Ruslar tərəfindən qanla susduruldu. 1920-ci ildəQaraçay-Balkar bölgəsi "Sovet" sisteminədaxil oldu. 1942-ci ilin avqust ayında Alman ordusu Qaraçay Muxtar Vilayətinəgirdi vəbölgəni beş aya yaxın nəzarətdəsaxladı. Qaraçay-Balkarlılar da 1943-cü ilin sonlarına qədər SSRİ-yəqarşı müstəqillik mübarizələrini davam etdirdilər. Bu zaman Zaqafqaziyada Ruslara qarşı bir çox qiyama başçılıq etdilər. Bu mübarizələr əsnasında əhalilərinin böyük hissəsini itirdilər.

Bölgə1943-cü il yanvar ayında Almanlardan azad edildi. 2 Noyabr 1943-cü il və8 Mart 1944-cü ildəguya Alman ordusuyla əməkdaşlıq etdikləri üçün Qaraçay-Balkar əhalisinin hamısı yurdlarından çıxarılaraq birlikdəsürgünəvəsoyqırıma məruz qaldı. Bu sürgün əsnasında da bütün əhalinin yarısını itirdilər.

Orta Asiya vəSibirdəki sürgün yerlərində14 il qalan Qaraçay-Balkar xalqı 1957-ci ildəetibarları qaytarılan kimi Qafqazdakı qədimyurdlarına qayıtdılar. Qafqaza geri qayıdan Qaraçay-Balkarlılar burada Kabardin, Besleney, Abazin vəNoqay xalqlarıyla birlikdəQaraçay-Çərkəz Muxtar Bölgəsinətabe edildi. Balkarlılar isəKabardin-Balkar Muxtar Respublikasının tabeçiliyinə keçdilər.

SSRİ-nin Süqutu iləMuxtariyyət Qazandılar

17-ci əsrdəbölgəyəedilən Noqay köçü vəKrım Tatarlarının isti münasibəti Qaraçaylıların İslamı tanımalarına kömək etdi. Ancaq başqa bir rəvayətəgörəQaraçay-Balkarlıların İslamı qəbul etmələrində18-ci əsrdəyaşamış İshak Əfəndi adında Kabardinli bir müəllimin təsiri olmuşdur. Qaraçay-Balkarlılar Sünnidirlər (Hənəfi məzhəbi) vəŞimali Qafqaz Dini Komitəsinə bağlıdırlar. Sürgün edildikdən sonra bağladılan məscidlər bu gün sürətləaçılır vəsaylarıgetdikcə artır.

"Türk Birliyinəinanıram, onu görürəm."

Mustafa Kamal Atatürk

Qaraçay-Balkar TürklərinəVerdiyi Dəstək iləTanınan Şəhid Çeçen Lider Cövhər Dudayev

"Türkləri çox sevirəm. Tarix boyu özlərini qəhrəmanlıqlarıyla, cəsarət vəşücaətləriylə tanıdıblar. Milli vəmənəvi dəyərlərinəbağlıdırlar. Dostluqları etibarlı, düşmənlikləri qorxuludur. Tarix boyu İslam aləmi Türklərdən faydalanmışdır. Türklər güclü olduqca İslam aləmi rahat olmuşdur... Türklər İslamın qoruyucu gücü olmuşlar. İndi qürurla söyləmək istəyirəm ki, Çeçenlər tarix boyunca Türklərəbağlı qalmışlar vətarixin heç bir dövründəxəyanət etməmişlər. Bu gün isəTürk Milləti maddi vəmənəvi dəyərlərinəbağlı olduğu müddət ərzindəucalacaq vəyüksələcək. Dünya tarixinin axışına istiqamət verəcək. Unudulmasın ki, Türkiyəhəm Türk dünyasının, həm dəİslam aləminin ümid işığıdır. Bu işığın sönməsi həm İslam aləminin, həm dəTürk dünyasının qaranlığa qərq olmasıdeməkdir."

Drau Faciəsi

Şimali Qafqazlıların məruz olduqlarızülm yalnız Qafqazla məhdudlaşmır, Almanlarla birlikdəAvropaya keçən vəoraya yerləşən Qafqazlılar da mərhəmətsizcəqətl edilmişdir. Bu hadisətarixə"Drau Faciəsi" olaraq keçmişdir.

1944-cü ilin sonlarına doğru Rusiyadan qaçan Şimali Qafqazlılar İtaliyanın Paluzza Bölgəsindəki İtalyan dağ kəndlərinəyerləşdirilirlər. Müharibəbitməzdən bir neçəgün əvvəl dəAvstriyaya Karintiyanın Oberdrauburq bölgəsinəsürgün edilərəkburada Drava çayı vadisinəyerləşdirilirlər. Bu bölgədaha sonra İngiltərə əsarətində olan işğal sahəsinədaxil edilir vəbu hadisəQafqazlı Müsəlman Türk xalq üçün əzab-əziyyətli günlərin başlanğıcı olur.

Ruslar qaçan Şimali Qafqazlıların qaytarılmasını istəmişlər. Bu köçkünlərin qaytarılması məsələsi üzərində uzun müddət düşünən İngiltərə vəAmerika dövlət adamları nəhayət cavab verirlər. Soydaşlarının yaşadığı, dost vəqardaş Türkiyəyəgədəcəklərinəümid edən on min insanın Ruslara təhvil verilməsi qərarlaşdırılır. Londondan gələn 28 May 1945-ci il tarixli cavab belədir: "Mühacirlər Sovet  idarəsinə təslim ediləcək! ... "

Şimali Qafqazlı mühacirlər haqqında verilən bu qeyri-insani qərarın tətbiq olunması üçün İngilis tankları bu insanları Karintiyadakı Dellah bölgəsinəaparırlar. Burada onlara rəsmi olaraq "yurdlarına qayıtmalı olduqları vəbunun üçün onlara kömək ediləcəyi(!)" bildirilir. Hamı bunun ya ölümlə, ya da Stalinin qəddar düşərgələrindəməhkumluqla nəticələnəcəyini bəlkə də bilirdi.

Bəli, təslim edilənlər dərhal orada güllələnirlər. Bir neçə gün ərzində mühacirlərin ruslara təhvil verilməsinəşahid olan Drau Çayı qorxunc hadisələrəsəhnəoldu.

Bu qorxunc dramın şahidlərindən biri olan cütçü Martin Nagale gördüklərini beləizah edirdi:

"... Çox qorxunc idi. Qadınlar ruslara təhvil verilməmək üçün yalvararkən, hər yeri gözyaşları iləyuyurdular ..."

Mühacirlərin geri qaytarılmasını təmsiletmək üçünIrschen Kəndindəİslam Cəmiyyətinin səyləri ilə1960-cı ildəbir abidətikildi. Bu abidənin üzərindəAlmanca bunlar yazılmışdır: "Burada 1945-ci ilin 28 Mayında 7000 Şimali Qafqazlı, qadınları vəuşaqlarıyla Sovet idarəsinə təslim edildilər vəİslama olan sədaqətləri iləQafqazın istiqlalı yolunda can verdilər."

PERSPEKTİV

Anadolunun Qapılarını Açan Zəfər

Türklərin Anadoluya gəlməsinin930-cu il dönümü olan 26 Avqust bütün Türk dünyasında coşğuyla qeyd olundu. Səlcuq Hökmdarı Alparslanın böyük zəfəri əslindədünya tarixindədəbir dönüş nöqtəsi oldu. İslam coğrafiyasının hər yerində Türk-İslam ordularının zəfəri üçün xütbələrin oxunduğu Malazgirt Meydan Müharibəsi Alparslanın bu tarixi nitqiylə başlamışdır.

"Komandirlərim, əsgərlərim! Biz nəqədər az oluruqsa olaq, onlar nəqədər çox olurlarsa olsunlar, artıq gözləyəbilmərik. Bütün Müsəlmanların minbərlərdəbizim üçün dua etdiyi bu saatlarda özümü düşmən üzərinəatmaq istəyirəm. Ya müzəffər olaraq məqsədiməçataram, ya şəhid olar cənnətəgirərəm. Bir ər kimi döyüşəgirəcəyəm. Üzərimdəsultanlıq əlaməti olan heç bir şey yoxdur. Şəhid olsam üzərimdəki bu ağ paltar kəfənim olsun. O zaman ruhum göylərəçıxacaq".

Atından endikdən sonra səcdəedir vəəllərini göyədoğru açaraq:

"Ya Rəbbi! Səni özüməvəkil edir, əzəmətin qarşısında üzümü yerəqoyur vəSənin uğrunda döyüşürəm. Ey Allahım, niyyətim xalisdir, mənəkömək et" deyədua edir."

Xəlifədəbu meydan müharibəsi üçün bütün məscidlərdəoxunmaq üzrəhər tərəfəgöndərdiyi xütbəsində:

"Allahım, İslamın bayraqlarını yüksəlt vəhəyatlarını Sənəqulluq uğrunda əsirgəməyən mücahidlərini tək buraxma; Alparslanı düşmənlərinəmüzəffər et vəəsgərlərinə mələklərinləkömək et! Çünki o, sənin razılığını qazanmaq üçün varını, canını vəhər şeyini fəda etməkdən çəkinmir. O, sənin yolunda vəsənin dininin üstünlüyü üçün necəcihad edirsə, Sən dəonu eləcəqoru vədüşmənlərini məhv et!" duasını yazmışdı.

Malazgirt Zəfəri nəticəetibarıyla həm Türk tarixi, həm dədünya tarixi üçün çox böyük əhəmiyyət daşıyır. Anadolunun qapılarını Türk Millətinəaçan Malazgirt Zəfəri dünya tarixinin ən əhəmiyyətli hadisələrindən biridir. Bu zəfər həm Türk dövlətlərini düşmən təhlükəsindən qurtarmış, həm dəAnadolu torpaqlarının Türk ölkəsi olmasını təmin etmişdir. Bu zəfərdən sonraMüsəlmanların üzərindəki Bizans təzyiqi sona çatmışdır.

Zəfərdən sonra Anadoluda irili-xırdalı bir çox Türk Dövlətləri qurulmuş, TürkiyəCümhuriyyətinəqədər uzanan Türkiyətarixi başlamışdır. Bu zəfərləTürklərin İslam dünyasındakı prestiji vəliderliyi daha da güclənmişdir. Malazgirt Zəfəri Avropada da dərin izlər qoydu.

Türklərin Anadoluya gəlməsi Bizans boyunduruğu altında inildəyən azlıqlar üçün dəqurtuluş olmuşdu. 1071-ci ildəMalazgirt MüharibəsindəErmənilərin Bizansa qarşı Türklərləbərabər olması, müharibədə iştirak edənErmənilərin müharibəmeydanını tərk edərək Bizans ordusunu çətin vəziyyətdəqoyması Türklərin qalib gəlməsindəəhəmiyyətli rol oynamışdır. Səlcuq Sultanı Məlikşahın vəfatından sonra Erməni Patriarxı Basılanın yazdığı bu sətirlər Anadolu Ermənilərinin Müsəlman Türklərəmünasibətiniən gözəl şəkildənümayiş etdirir:

"Hər yerə sülh gətirən, müdrik hökmdara yaraşan bir dövlət qurdu. Bütün hökmdarlardan daha ağıllı vəqüdrətli idi. Tanıdıqlarımızın hamısından daha ədalətli olduğu üçün heç kiməkədər vermədi. Yüksək fikirləri, ədalətli əxlaqı vəşəfqəti iləözünü hər kəsəsevdirdi. Beləlikləhərb vəşiddətlədeyil, könülləri qazanmaqla heç bir hökmdarın əldəedəbilmədiyi məmləkətlərəsahib oldu. Əgər ömürü vəfa etsəidi, çox sürətləartan qüdrəti sayəsindəAvropanı da öz dövlətininhüdudları içərisinədaxil edəcəkdi."

Anadoluda Bizans hakimiyyətinin sarsıntıya uğraması Rumları da narahat etmişdi. Siyasi vədini təzyiqlərləyanaşı iqtisadi böhran da baş verdiyi üçün Rumlar da Ermənilər kimi bölgəyəədalət vəsülh gətirən Türk rəhbərliyinəisinişməyə başlamışdılar:

"Türklərin çox geniş olan dini dözümləri vəMüsəlman Xristian fərqi qoymadan tətbiq etdikləri ədalətli idarəetmə sistemi dəBizans zalımlarından bezənErməni vəRum əhalisi üçün Türk hakimiyyətini seçməsəbəblərindən idi."

Malazgirt Meydan Müharibəsi Türk Millətinin çətinliklərin öhdəsindən iman gücüylənecəgəldiyinin ən açıq göstəricisidir. Atatürkün söylədiyi kimi "Türk gənciəcdadını tanıdıqca daha böyük işlər görməküçün özündəgüc tapacaq."

Başqa sözləəsas olan uğurlarını vəsəhvlərini qiymətləndirərək əcdadına sahib çıxıb tanımaq, bu günü vəgələcəyi planlayıb istiqamətləndirməkdir. Malazgirt Meydan Müharibəsi dəbu cəhətdənyeni nəsləizah edilməli vəunudulmasına yol verilməməli çox əhəmiyyətli bir tarixi zəfərdir.

2010-09-28 17:01:05
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top