Yaşadığımız dövr, hədislərdə bildirilən və müxtəlif əlamətlərdən tanıdığımız "axır zaman"dır. Peyğəmbərimiz (s.ə.v.) in hədislərindən axır zamanın bu anda yaşandığı və Hz. İsanın yenidən yer üzünə gəlişinin də Allahın diləməsi ilə bu dövrdə olacağı gözlənilir. Yenə hədislərdə xəbər verildiyi kimi, yaşanan bu axır zaman içində Dəccalın fitnəsi də hiss edilir, üsyankarlıq, pislik, ayrılıq və təxribatçılıq dünyanın hər yanına yayılır. İnsanların böyük bir qisimi Dəccalın fitnəsinə tuşgəlmiş, gözəl əxlaqdan uzaqlaşmış, yer üzündə inkara söykənən şeytanı sistemi qəbul etmişlər.
Dəccalın yaşadığımız axır zamanda ideoloji yöndən ən böyük fitnəsi isə Darvinizm olmuşdur. 19-cu əsrin ən böyük xurafatı olan Darvinist ideologiya, ilk dövrlərdə təzyiqlə qarşılaşsa da, Dəccalın təsiri ilə 20-ci əsrdə cəmiyyət içərisində yayılmış, kütlələri arxasıyla aparmış, bir çox tərəfdar yığmış, məktəb kitablarına, elmi ədəbiyyata girmişdir. Böyük bir yalan olmasına, elmilik iddiası ilə ortaya çıxıb elmi heç bir dəlillə dəstəklənilməməsinə baxmayaraq, Dəccalın təsiri ilə bütün dünyanı aldatmağı bacarmışdır. Dəccalın təsiri ilə insanlar, olmayan bir şeyi var kimi qəbul etmiş, elmlə heç bir əlaqəsi olmayan bir nəzəriyyəni "canlılığın mənşəyinə bir şərh" olaraq mənimsəmişlər. Uşaqlar ibtidai məktəb dövründənetibarən məktəblərdə Darvinin təkamül nəzəriyyəsini oxumağa başlanmış, ən çox izlənilən Darvinizm tərəfdarı olanteleviziya kanallar təkamülə dair saxta materialları "elmi iş" olaraq ön plana çıxarmış, universitet professorları bu saxtakarlığı canla başla müdafiə etmişdirlər. Darvinizm öz-özlüyündəbatil bir inanc sistemidir. Darvinizm, batil bir din olaraq ortaya çıxmış; insanlar isə bu batil dinə kor-koranə inandırılmağa çalışılmış, inanmayanlar isə susdurulmuşdur. 1.5 əsrdir ki, nəzəriyyənin lehinə heç bir elmi dəlil yoxdur, olmağı da qeyri-mümkündür. Darvinizm saxta bir inanc sistemi olduğu üçün, təkamül nəzəriyyəsinin doğru olduğunu insanlara çatdırmaq üçünmütəmadi saxta dəlillər ortaya çıxarılır, təkamülü yıxan həqiqi elmi dəlillər isə örtbasdır edilir. Bu saxtakarlığın ölçüləri həqiqi mənada çox böyükdür. Bu, Allahın inkarına əsaslanan, azğın və saxta bir inanc sistemi olması ilə, Dəccalın bilidiyimiz və hədislərə görə axır zamanda gözlənilən bir oyunudur.
Canlıların təsadüfən meydana gəldiyini iddia edən, insanın əcdadının meymun olduğunu müdafiə edən, insanı yer üzündə məsuliyyətsiz bir heyvan olduğuna inandırmağa çalışan, “güclü olan zəifiəzməlidir” kimi azğın bir fikirimənimsəyərək insankütlələrini qətl edən, müharibələr başladan, insanlara dəyərsiz bir məxluq kimi baxan bu saxta inanc sistemi, Dəccalın ən böyük oyunlarından biri olan Darvinizmdir. Lakin 150 ildir davam edən bu oyun, 21-ci əsrin başlarından etibarən artıq məhv olmuş bir vəziyyətdədir. Dəccalın oyunu bitmişdir, Dəccal artıq ölmüşdür. Kütlələrə tətbiq olunan gözbağlayıcılıq dasona çatmışdır. Batil olan bu din, Allahın haqq dini qarşısında yerlə bir olmuşdur. Allah şübhəsiz Öz dinini üstün edəndir. Uca Rəbbimiz bir ayəsində belə buyurur:
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək.!” (Yunus Surəsi, 82)
2010-09-28 17:21:54