BƏZİ NUR TƏLƏBƏSİ QARDAŞLARIMIZIN RİSALƏLƏRİN RUHUNA ZİDD OLAN İZAHLARI ONLARIN USTADI (BƏDİÜZZAMAN SƏİD NURSİ) VƏ RİSALƏLƏRİ LAZIM OLDUĞU KİMİ ANLAYA BİLMƏDİKLƏRİNİ GÖSTƏRİR

Bu məqama da çox diqqət etmək lazımdır ki, Nur tələbələri Ustadın Hz. Mehdi (ə.s.) və Hz. İsa (ə.s.) haqqındakı son dərəcə açıq və dəqiq olan izahlarına müxtəlif izahlar gətirərək öz aralarında fərqli cəbhələr meydana gətirirlər. Ancaq bununla əslində həm Ustadı, həm də Risalələri lazım olduğu kimi anlayıb qavraya bilmədiklərini ortaya qoyurlar. Çünki öz aralarında fərqli qruplara ayrılan Nur tələbələrindən bəziləri Ustad Hz. Mehdi (ə.s.) idi, bəziləri Hz. Mehdi (ə.s.) və Hz. İsa (ə.s.) daha əvvəl gəldilər və vəfat etdilər, bir qismi də ikisi də vəfat etdilər, ruhları dabbət-ül Ərzdə toplandı və bu an vəzifədədir deyirlər. Onlardan bəziləri Hz. Mehdi (ə.s.) Risalələrdir deyərkən, bir qismi də Hz. Mehdi (ə.s.) görünməzdir, çünki şəxsi mənəvidir fikrini irəli sürür. Onlar Hz. İsa (ə.s.) da, Hz. Mehdi (ə.s.) da şəxsi mənəvidirlər deməklə bütün bu fikirlərin hamısını bir kənara qoyaraq "Axır zamanda bir Mehdi deyil, üç Mehdi çıxacaq, eyni anda zühur edəcəklər, biri siyasət, digəri dəyanət, o biri isə səltənət aləmində vəzifələrini icra edəcəklər" kimi son dərəcə yalnış fikirlə ortaya çıxırlar. Halbuki ortaya qoyulan bütün bu məntiqlər həm əlaqədar insanlar üçün, həm də eyni düşüncəni müdafiə edən insanlar üçün çox böyük bir utancdır. Çünki ortaya atdıqları bu iddiaların hamısı Risalədə yazılanlarla qəti olaraq ziddiyyət təşkil edir, Risalələrin ruhundan və Ustadın düşüncələrindən uzaq, səhv anlayışlardır.

 Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)ın bu əsrdə bir şəxs olaraq gələcəklərini qəbul etməyən, onların artıq gəlib vəfat etdiklərini söyləyən, ya da -Ustadı tənzih edirik- onu yalançı kimi qələmə verən, Ustadın son dərəcə açıq olan ifadələrinin ancaq ciddi şərh edilərək aydın ola biləcəyini deyən və bu əsərlərin təşbehli izahlarla dolu olduğunu göstərən düşüncə tərzi olduqca təhlükəlidir.

2010-09-28 17:27:54
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top