ADNAN OKTARIN SÖHBƏTLƏRİNDƏ İSLAM ƏXLAQININ HAKİMİYYƏTİ VƏ MEHDİYYƏT MÖVZULARINA XÜSUSİ YER AYIRMASI QURAN ƏXLAQININ BİR TƏLƏBİ VƏ PEYĞƏMBƏRİMİZ (S.Ə.V.)in BİR SÜNNƏSİDİR
1- Hz. Mehdi (ə)dan bəhs edilməsi və Hz. Mehdi (ə)ın zühurunun müsəlmanlara müjdələnməsi Peyğəmbərimiz (s.ə.v.)in bir sünnəsidir.
Adnan Oktar söhbətlərində Mehdiyyət mövzusuna xüsusi əhəmiyyət verərək bu mövzuya geniş yer ayırır. Şübhəsiz ki, hər mövzuda olduğu kimi, bu mövzuda da Adnan Oktarın Quran ayələrini və Peyğəmbərimiz (s.ə.v.)in sünnəsini rəhbər etməsindən qaynaqlanır.
Allah Quranda İslam əxlaqının bütün yer üzünə hakim olması üçün cəhd göstərməyin bütün Müslamanların əhəmiyyətli bir məsuliyyəti olduğunu bildirmişdir. Quranda bu mövzuya aid bir çox ayə vardır. Allahın adətullahı ilə tarixin hər dövründə haqq dinin təbliğində müsəlmanlara başçılıq edən, onları hidayətə yönəldən mənəvi bir lider olmuşdur. Allah Quran ayələrində bütün cəmiyyətlərə onlara yol göstərəcək bir elçi göndərdiyini bildirmişdir. Axır zamanda Müsəlmanları Quran əxlaqına və hidayətə yönəldəcək, onları birləşdirərək bir yerə yığacaq olan adam da Hz. Mehdi (ə)dır. Peyğəmbərimiz (s.ə.v.)in səhih hədisləri ilə bu mövzu təxminən 14 əsr əvvəl insanlara müjdələnmişdir. Peyğəmbərimiz (s.ə.v.) bu mövzunun əhəmiyyətini hədislərində çox açıq şəkildə vurğulamış və müsəlmanların da bir-birlərini bu mövzunu gündəmə gətirərək müjdələmələrini bildirmişdir:
"HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O, Qureyşdən və Əhli Beytimdən bir adamdır." (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s. 13)
Bir başqa hədisində isə Peyğəmbərimiz (s.ə.v.) "Mehdi zühur edər, HƏR KƏS YALNIZ Ondan DANIŞAR, Onun sevgisini içər və Ondan BAŞQA BİR ŞEYDƏN BƏHS ETMƏZLƏR." (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33) sözləri ilə Hz. Mehdi (ə)ın ortaya çıxacağı dövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir.
Beləliklə, hörmətli Adnan Oktar da Peyğəmbərimiz (s.ə.v.)in hədislərində bildirildiyi kimi, Hz. Mehdi (ə)ın gəlişini müsəlmanlara müjdələyərək və Hz. Mehdi (ə)ı insanlara tanıdaraq söhbətlərində Hz. Mehdi (ə)dan bəhs edir.
Peyğəmbərimiz (s.ə.v.) də yaşadığı dövrdə həm yanındakı müsəlmanlara, həm də özündən sonra yaşayacaq nəsillərə Hz. Mehdi (ə)ı tanıtmış və danışıqlarında Hz. Mehdi (ə)a geniş yer ayırmışdır. Əgər Mehdiyyət əhəmiyyətsiz, ya da üzərində dayanılması gərək olmayan bir mövzu olsaydı, əlbəttə ki, bunun tətbiqini ən başda Peyğəmbər (s.ə.v.)in söhbətlərində görərdik. Amma əksinə, Peyğəmbərimiz (s.ə.v.) Allahın izni ilə həm özü bu mövzunu çox əhəmiyyətli görmüş, həm də müsəlmanları tarixin hər dövründə bu mövzunu gündəmdə tutmağa, bütün müsəlman aləmini bu mövzu ilə müjdələməyə təşviq etmişdir.
2- 1400 ildən çoxdur ki, böyük İslam alimləri müsəlmanlara Hz. Mehdi (ə)ın gəlişini müjdələmiş, əsərlərində və söhbətlərində bu mövzuya geniş yer ayırmışlar.
Peyğəmbərimiz (s.ə.v.)dən bu yana, 14 əsrdən bəri yaşamış bütün İslam alimləri Peyğəmbərimiz (s.ə.v.)in sünnəsinin gərəyi olan Mehdiyyət mövzusunun üzərində dayanmış, hədisləri köçürmüş və Hz. Mehdi (ə)ı insanlara tanıdan xüsusiyyətləri bütün detalları ilə yüzlərlə səhifə boyunca açıqlamışlar. Onların hər biri İslam tarixində əhəmiyyətli yeri olan, müsəlmanlara bir çox mövzuda yol göstərmiş, yaşadıqları dövrlərin böyük alimlərdir. Əhli Sünnənin böyükləri olan hədis və məzhəb imamlarımız da Mehdiyyət mövzusuna böyük əhəmiyyət vermiş, əsərlərində Mehdiyyət mövzusunu bütün detalları ilə açıqlamışlar. Hicri XIII əsrin böyük İslam alimi, Hz. Mehdi (ə) müjdəçisi Bədiüzzaman Səid Nursi də əsərlərində yüzlərlə səhifəni Hz. Mehdi (ə)ın gəlişinə həsr etmişdir.
Mehdiyyət mövzusunu əhəmiyyətlə vurğulayan böyük İslam alimlərindən bəzilərinin adları belədir:
1. İMAM-İ AZAM ƏBU HƏNİFƏ
2. İMAM-İ HƏNBƏLİ
3. İMAM-İ ŞƏFİİ
4. İMAM-İ MALİKİ
5. İMAM MƏHƏMMƏD BİN İSMAYIL BUXARİ (BUXARİ)
6. ƏBUL-HÜSEYN MÜSLİM BİN HƏCCAC KUŞEYRİ (MÜSLİM)
7. BÖYÜK HƏDİS ALİMİ MƏHƏMMƏD BİN İSA TİRMİZİ
8. HAFİZ ƏBU DAVUD SÜLEYMAN BİN EŞ'AS SİCİSTANİ
9. ƏBU ABDULLAH MƏHƏMMƏD BİN YƏZİD (İBNİ MACƏ)
10. MƏHƏMMƏD B. RƏSUL BERZENCİ
11. ƏLAƏDDİN ƏLİ B. HİŞAM MUTTAKİ HİNDİ
12. ƏBDÜLQƏDİR QEYLANİ
13. İMAM QƏZALİ
14. İMAM-İ RƏBBANİ
15. MUHYİDDİN ƏRƏBİ
16. İBN KƏSR
17. İBN TEYMİYƏ
18. ZAHİDUL KÖVSƏRİ
19. CƏLALƏDDİN SUYUTİ
20. BƏDİÜZZAMAN SƏİD NURSİ
21. ŞƏHABƏDDİN İBNİ HƏCƏR ASKELANİ
22. HÜSEYN HELMİ İŞIQ
23. MAHMUD ESA'D COŞAN
24. MAHMUD SAMİ RAMAZANOĞLU
25. ƏBU QASIM TƏBƏRANİ
26. ALMALILI HƏMDİ YAZAR
27. MƏHƏMMƏD B. ƏLİ ŞÖVQƏNİ
28. MƏHƏMMƏD CƏMALƏDDİN ƏL-ƏZƏLƏMİ ƏL-DIMIŞQİ
29. KURTUBİ
30. İMAM MATURİDİ
31. İMAM ACCURİ
32. İBN HƏZM
33. PEZDEVİ
34. NESEFİ
35. TƏFTAZANİ
36. İBNUL ƏRƏBİ
37. İMAM CƏFƏR ƏT TAHAVİ
38. AĞIBƏYAZİ
39. SEYİD ALUSİ
40. ƏBUL MÜNTƏHA
41. ƏS-SƏFFARİNİ
42. ƏBDÜLMUHSİN BİN HƏMD ƏL-ABBAD
43. ƏBU MƏHƏMMƏD HƏSƏN B. ƏLİ ƏL-BƏRBƏHARİ HƏNBƏLİ
44. MƏHƏMMƏD NƏSRƏDDİN ALBANİ
45. ŞƏMSƏDDİN MƏHƏMMƏD BİN ƏHMƏD SƏFƏREYNİ
46. ƏBU ABDULLAH MƏHƏMMƏD B. CƏFƏR İDRİSİ KƏTANİ
47. ŞƏHABƏDDİN ƏHMƏD B. MƏHƏMMƏD QUMARİ
48. HƏSƏNEYN MƏHƏMMƏD MƏHLUF ƏL-MISRİ
49. ƏBUL-HƏSƏN MƏHƏMMƏD B. HÜSEYN ABURİ
50. SƏİD HƏVVA
51. ŞEYX HƏSƏN ADVİ HƏMZAVİ
52. M. SIDDIK B. HƏSƏN KUNUCİ
53. MƏHƏMMƏD B. HƏSƏN ƏL-ƏSNƏVİ
54. NURƏDDİN ATAR
55. ƏBU ABDULLAH MƏHƏMMƏD B. CƏFƏR İDRİSİ KƏTANİ
56. EBU'S-SADAT MƏHƏMMƏD B. MƏHƏMMƏD ƏBU ŞOHBƏ
57. ƏN-NEVEVİ
58. ƏBUL-FƏZL ABDULLAH B. MƏHƏMMƏD ƏL-İDRİSİ
59. MƏHƏMMƏD ƏL-MƏKKİ
60. ƏBU BƏKİRƏHMƏD B. MƏHƏMMƏD İSKAFİ
61. HAFİZ ƏBU BƏKİR B. HAYSƏMƏ
62. ƏBU-L BƏKİR MƏHƏMMƏD B. İBRAHİM KƏLABAZİ BUXARİ
63. ƏBU QASIM ƏBDÜRRƏHMAN SÜHEYLİ
64. YUSUF B. YƏHYA MAQDİSİ ƏŞ-ŞAFİ
65. ŞEYX İBRAHİM B. MƏHƏMMƏD HAMVİNİ
66. İBNİ HƏCƏR ƏŞ-ŞAFİİ ƏL-MƏKKİ
67. İBNİ HƏCƏRİ MƏKKİ
68. ŞEYX MƏHƏMMƏD B. ƏHMƏD SƏFARİNİ ƏL-HƏNBƏLİ
69. SÜLEYMAN B. İBRAHİ M QUNDUZİ
70. SEYİD MƏHƏMMƏD SIDDIQ QANIÇI BUXARİ
71. ƏBÜLFƏZL ABDULLAH B. MƏHƏMMƏD SIDDIQ
72. ALLAMƏ ŞÖVQƏNİ
73. HAFİZ ƏSKƏLANİ
74. İBNİ HƏCƏRİ HƏYSƏMİ
75. ŞƏBLƏNCİ
76. MİSİRLİ ŞEYX MƏHƏMMƏDİ HƏNƏFİ
77. ŞEYX MƏHƏMMƏD SABBAN
78. SÜVƏYDİ
79. ƏHMƏD BİN ZEYNİ DEHLAN ƏŞ-ŞAFİİ
80. ƏBDULVAHHAB ƏBDULLƏTİF
81. ALLAMƏ ƏBU TAYİP
82. SƏİD BİN CABİR
83. NİYAZİ MISRİ
84. ƏN NİFƏRİ
85. İMAMI ƏZƏM FİQHİ ƏKBƏR ŞƏRHİNDƏ ƏLİYYÜL QAR-İ
86. TƏHTƏVİ
87. ŞEYX MƏNSUR ƏLİ NASİF ( TAC ELMİHALI)
88. SEYİD QÜTB
89. ŞEYX FAKİH İMANİ
90. ƏLİ ƏS SABUNU
91. MƏHƏMMƏD MEHDİ ƏL-XORASAN
92. ŞEYXÜLİSLAM MUSTAFA SƏBRİ ƏFƏNDİ
3- Uca Rəbbimiz Hz. Adəm (ə)dan və dünyanın yaradılışından başlayaraq, bütün dünyanı Mehdiyyət üçün hazırlamışdır.
Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.(Ənbiya surəsi, 105)
Dünyanın yaranmasından və Hz. Adəm (ə)ın yaradılışından bu yana Allah bütün yer üzünü və tarixdə yaşanan bütün hadisələri Mehdiyyət üçün hazırlamışdır. Hz. İsa (ə) zamanında İncil, Hz. Musa (ə) dövründə isə Tövrat ilə, Hz. Davud (ə) zamanında Zəbur ilə bütün insanlar Hz. Mehdi (ə)ın gəlişi ilə müjdələnilmişlər. (İncildəFaraklitadı keçən Hz. Mehdi (ə.) ilə əlaqədar məlumatlar
http://us1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/21284
və Tövratda Hz. Mehdi (ə)ıizah edən surələr
<http://www.harunyahya.org/imani/hz_ibrahimin_nesli/hz_ibrahim_nesli.html>) Allah Hz. Mehdi (ə) ilə bütün dünyaya İslam əxlaqını hakim etmək üçün onun gəlişindən əvvəl dünyaya dinsizliyi hakim etmişdir. XX əsrdə baş verən bütün döyüşlər, I və II Dünya müharibələri, yer üzündə hökm sürən terror və anarxiya, müsəlmanların yaşadığı bir çox bölgədə hökm sürən təzyiqlər, çətinliklər və ağrı-acılar, aclıq, səfalət və qarışıqlıqlar Hz. Mehdi (ə)ın gəlişindən əvvəl xüsusi olaraq yaradılmış hadisələrdir. Allah Peyğəmbərimiz (s.ə.v.)in hədisləri ilə Hz. Mehdi (ə)ın çıxışını insanlara xəbər verən yüzlərlə hadisənin reallaşacağını bildirmiş və bu əlamətlərin çox böyük bir hissəsi də dövrümüzdə sırf Hz. Mehdi (ə)ın çıxışı üçün xüsusi olaraq reallaşdırılmışdır. (Hz. Mehdi (ə)ınçıxış əlamətləri)
http://www.hazretimehdi.com/signs/signs_index.html
Rəbbimiz Öz Qatına yüksəltdiyi Hz. İsa (ə)ı əsrlər sonra belə şərəfli bir hadisə üçün təkrar yer üzünə endirəcəyini bildirmişdir. Bütün bunlar dünyanın seyrini dəyişdirən, dönüş nöqtəsi olaraq ifadə edilən çox böyük və tarixi hadisələrdir.
Allahın, bütün bu tarixi irəliləyişləri sırf Hz. Mehdinin (ə) zühurunun hazırlıq mərhələləri olaraq yaratması, şübhəsiz ki, Mehdiyyət mövzusunun əhəmiyyətini ortaya qoyur. Buna baxmayaraq, Mehdiyyəti və Hz. Mehdini (ə) əhəmiyyətsiz görmək və daim gündəmdə olmasına ehtiyac olmadığını düşünmək son dərəcə yanlış bir dünyagörüşdür.
Allah Peyğəmbərimiz (s.ə.v.)in bir hədisində, "dünyanın bir gün ömrü qalsa da, Hz. Mehdinin (ə) zühuru üçün bu vaxtı uzadacağını" bildirmişdir. Tək bu hədislə Mehdiyyətin nə qədər əhəmiyyətli olduğu məlum olur:
"Abdullah (r.a)dan rəvayət edilmişdir: Rəsulullah (s.ə.v.) buyurdu ki: Əhli Beytimdən adı adıma uyğun olan bir adam (Hz. Mehdi (ə)) başa keçəcək... DÜNYANIN ANCAQ BİR GÜN ÖMRÜ QALMIŞ OLSA, ONUN (HZ. MEHDİ (Ə)ın) BAŞA KEÇMƏSİ ÜÇÜN CƏNABI ALLAH O GÜNÜ UZADAR." (Süneni Tirmizi 4/92)
4- Quranda İslam əxlaqının bütün yer üzünə hakim olacağı vəd edilmişdir. Peyğəmbərimiz (s.ə.v.) də, 14 əsrdir həsrətlə gözlənilən bu böyük hadisəyə Hz. Mehdinin (ə) vəsilə olacağını bildirmişdir. Mehdiyyətdən bəhs edilməsini əhəmiyyətsiz görmək İslam əxlaqının hakimiyyətini də əhəmiyyətsiz görmək mənasını verir.
Allah Quranın bir çox ayəsi ilə İslam əxlaqını bütün dünyada hakim edəcəyi bir dövr olacağını vəd etmişdir. Hədislərdə də bu vədin Hz. Mehdi (ə) vasitəsi ilə reallaşacağı bildirilmişdir. Buna baxmayaraq, Mehdiyyətin əhəmiyyətini inkar etmək (Allahı tənzih edirik) Quranın, İslamın və İslam əxlaqının dünya hakimiyyətinin də əhəmiyyətini təqdir edə bilməyən bir dünyagörüş olduğunu göstərir.
Halbuki, Allahın Quranda bildirdiyi ayələr çox açıqdır. Allah haqq din olan İslamı dünyaya hakim edəcək. Allah hər dövrdə müsəlmanları xəbərdar edib qorxudan, onları hidayətə yönəldən, onları bir birlik altında yığan bir elçi göndərmişdir. Bu Allahın adətullahıdır. Allah Peyğəmbərimiz (s.ə.v.) ilə axır zamanda müsəlmanların bu mənəvi liderinin, dünyada İslamın hakimiyyətinə vəsilə olacaq şəxsin Hz. Mehdi (ə) olduğunu bildirmişdir. İslam aləmi Peyğəmbərdən (s.ə.v.) bu yana 1400 ildən çoxdur ki, Mehdiyyəti eşqlə və şövqlə gündəmdə tutmuş, Hz. Mehdini (ə) sevgi ilə anmış və onun dövründə yaşamaq üçün Allaha könüldən dua etmişlər. Hz. Mehdinin (ə) az qala bütün zühur əlamətlərinin reallaşdığı, içində olduğumuz axır zamanda isə, əlbəttə ki, Mehdiyyət bütün müsəlmanların dillərindən salmamaları lazım olan bir mövzudur. Bütün müsəlmanların Mehdiyyət mövzusundan şövqlə bəhs etmələri, əzm və səylə gündəmdə tutmaları və bütün dünya müsəlmanlarını da bu əsrdə reallaşacaq olan bu tarixi hadisə ilə müjdələmələri son dərəcə əhəmiyyətlidir.
Allahın Quranda İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirdiyi və Hz. Mehdinin (ə) gəlişinə işarə edən ayələrdən bəziləri belədir:
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur…"(Nur surəsi, 55)
(Sizi hələ) sevdiyiniz başqa bir şey də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver!(Saff surəsi, 13)
Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.(Ənbiya surəsi, 105)
And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi:“Onlar mütləq qalib gələcəklər.Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!” (Saffat surəsi, 171-173)
Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!(Mücadələ surəsi, 21)
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur!(Saff surəsi, 9)
Onu bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər!(Fəth surəsi, 28)
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!(Tövbə surəsi, 33)
Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir!”(Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi isə ziyana uğradı.(İbrahim surəsi, 14-15)
Allahın köməyi və zəfər gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!(Nəsr surəsi, 1-3)
Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir!(Fəth surəsi, 1-3)
... (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə tezliklə bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)
... Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər!(Rə'd surəsi, 42)
De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!”(İsra surəsi, 81)
Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə varis etdik...(Ə'raf surəsi, 137)
Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər.(Tövbə surəsi, 32)
Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır.(Saff surəsi, 8)
(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir!(Əhzab surəsi, 27)
Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək !”(Yunus surəsi, 82)
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir.(Həcc surəsi, 41)
Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!(Ali İmran surəsi, 139)
5- Quranda tarix boyunca pislərlə yaxşıların, dəccaliyyətlə Mehdiyyətin, batil ilə haqq dinin mübarizəsi olduğu bildirilmişdir. Axır zamanda dəccaliyyəti məğlub edəcək qüvvə və bütün problemlərin həlli də Mehdiyyət olacaq.
Allahın Quran ayələrindəki vədləri və Peyğəmbərimizin (s.ə.v.) hədislərində verilən məlumatlar Mehdiyyət mövzusunun əhəmiyyətini açıqca ortaya qoyur. Quranda tarix boyunca yaşanmış hər dövrdə dəccalların və mehdilərin mübarizəsinin olduğu bildirilir. Bu iki fikrin, yəni inananlarla inanmayanların, haqq ilə batilin mübarizəsi qiyamətə qədər də sürəcək.
Məsələn, Hz. İbrahim (ə) yaşadığı dövrün Mehdisi, Nəmrud da o dövrün dəccalı olmuşdur. Hz. Musa (ə) öz dövrünün Mehdisi, Firon da o zamanın dəccalı olmuşdur. Tarixin hər mərhələsində, dəccalların və mehdilərin güclü bir mübarizəsi olmuşdur.
Peyğəmbərimiz (s.ə.v.) axır zamanda çıxacaq dəccalın bu günə qədər gəlmiş ən təsirli və ən güclü Dəccal olacağını bildirmişdir. Buna görə də, Allah axır zaman Mehdisini də o cür əhəmiyyətli etmiş, Hz. Mehdinin (ə) dəccalla olan mübarizəsini və bunun nəticəsindəki qalibiyyətini də o cür böyük hadisə olaraq yaratmışdır.
Bədiüzzaman Səid Nursi Həzrətləri risalələrində axır zaman Mehdisinin çıxacağı zamanı "axır zamanın ƏN BÖYÜK FƏSAD dövrü" (Məktubat, s. 411 - 412) adlandırır. Həqiqətən də, yaşadığımız bu dövrdə dünya tarixinin ən böyük fəsadı yaşanır. Hz. Adəmdən (ə) bu yana, bu dövrə qədər bu dərəcə böyük bir fəsad nə Nəmrud, nə Firon, nə də Hülakü dövründə olmamışdır. Bu qədər böyük bir fəsad ilk dəfə yaşanmaqdadır. Axır zaman dəccalı artıq çıxmışdır. Dəccal dünya tarixinin indiyə qədər gəlmiş ən böyük fəsadıdır. Belə ki, tarix boyunca bütün peyğəmbərlər axır zaman dəccalının şərindən Allaha sığınmışlar. Hal-hazırda tarix boyunca yaşamış olan bütün Fironların, Nəmrudların və dəccalların cəmindən daha şiddətli bir küfr dünyaya hakim olmuşdur. Bu səbəbdən, əlbəttə ki, axır zamanda gələcək Hz. Mehdi (ə) də bu cür əhəmiyyətli bir şəxs və Mehdiyyət də bu cür əhəmiyyətlə üzərində dayanılması lazım olan bir mövzudur.
Tarixdə ilk dəfə bu qədər böyük bir Dəccal və bu qədər şiddətli bir küfr hakim ikən, Mehdiyyətin əhəmiyyətsizliyindən bəhs etmək və Hz. Mehdinin (ə) gəlməyəcəyini iddia etmək Allahın Quran ilə bildirdiyi Adətullahına da uyğun deyil. Rəbbimiz dünya tarixi boyunca hər vaxt belə bir Adətullah yaratmışdır, hər vaxt küfr və dəccallar olmuş, bunların qarşısında da mehdilər olmuşdur. Amma bu dövrdə ən böyük dəccallar, ən böyük nəmrudlar, ən böyük fironlar ortaya çıxmışkən, bu dövrdə "Hz. Mehdi (ə) yoxdur, gəlməyəcək" deyilməsi Quranın məntiqinə uyğun deyil. Dəccal varsa, mütləq Hz. Mehdi (ə) də vardır. Bu səbəbdən də, belə bir dövrdə Hz. Mehdidən (ə) bəhs etməmək olmaz. Çünki problemin həlli Mehdiyyətdədir. Hz. Mehdi (ə) vasitəsi ilə Müsəlmanların yaşadığı bütün çətinliklər, ağrılar, çətinliklər sona çatacaq, dünyada hökm sürən dinsizlik yox olacaq, nəmrudlar, fironlar, dəccallar ancaq Hz. Mehdi (ə) vasitəsi ilə məğlub olacaqlar.
6- Bəzi insanların Hz. Mehdi (ə)ın gəlməsini istəməmələrinin altında dünyaya istiqamətli mənfəət qayğısı yatır.
Bəzi insanların Mehdiyyət mövzusuna şübhə və tərəddüd ilə yaxınlaşmalarının Hz. Mehdinin (ə) gələcəyini bildirən açıq-aşkar dəlillərə davamlı olaraq müxalif çıxmalarının arxasındakı ən əsas səbəb "mənfəət qayğısı"dır. Hz. Mehdinin (ə) gəlişi və Mehdiyyət mövqeyi bütün inananlar üçün bir rəhmət olduğu, Onun vasitəsi ilə bütün İslam aləminə barış, ədalət, bolluq, bərəkət, dinclik, rifah, xoşbəxtlik gələcəyi halda, yenə də bəzi kəslər Hz. Mehdinin (ə) gəlməsini istəmirlər.
Əlbəttə ki, bu son dərəcə diqqətçəkici və düşündürücü bir vəziyyətdir. Bir Müsəlman dünyadakı bütün Müsəlmanların yaxşılığını, birlik, təhlükəsizlik və rifah içərisində yaşamalarını istəməlidir. Amma buna baxmayaraq, bəzi insanlar bu vəziyyətə vasitə olacaq adamın gəlməsinə razı deyillər. Bunun altında yatan səbəblər, şübhəsiz, rəhmanı deyil, eqoistdir. Bəzi insanlar sakit və nizamlı bir həyat yaşamaq üçün, bəziləri artıq qurulmuş nizamlarının pozulmaması, işlərinə, evliliklərinə, ictimai həyatlarına zərər gəlməməsi məqsədi ilə Hz. Mehdinin (ə) gəlməsini istəmirlər və Mehdiyyət mövzusundan bəhs edilməsindən də narahat olurlar. Bundan əlavə, əgər Hz. Mehdi (ə) gələrsə, ona dəstək olmaları, onunla birlikdə bir çox fədakarlığı və çətinliyi nəzərə almaları, lazım olduğunda ailə və işlərinin mənfəətlərindən, gələcəyə aid bəzi planlarından imtina etmələrini düşünərək Hz. Mehdi (ə) mövzusunun gündəmə gəlməsindən qaçırlar.
Ancaq bilinməlidir ki, bu kəslərin içərisində olduqları vəziyyət tarixin hər dövründə və Peyğəmbərimiz (s.ə.v.) zamanında da yaşanmışdır. Hər müsəlman cəmiyyətində iman şövqü az olan, İslamın mənfəətlərindənsə öz mənfəətlərini öndə tutan və dünya həyatının cazibədarlığına qapılan insanlar olmuşdur. Quranda Peyğəmbərimiz (s.ə.v.) müsəlmanları hicrət etməyə, mübarizəyə, döyüşə çağırdığında ailəsini, işini, uşaqlarını bəhanə edərək geridə qalan insanların vəziyyətini izah edən bir çox ayə vardır. Bu kəslər Peyğəmbərlə (s.ə.v.) birlikdə Allah üçün çətinliklərə, fədakarlıqlara dözməyi sanki bir kabus kimi görmüş və etina ilə uzaq dayanmışlar.
Axır zamanda Hz. Mehdinin (ə) zühurunu, Hz. Mehdidən (ə) bəhs edilməsini istəməyən kəslərin vəziyyəti də bundan fərqli deyil. Səmimi müsəlmanlara Hz. Mehdinin (ə) gəlişi bir nur kimi görünərkən, dünya həyatını hədəfləyən insanlar bu vəziyyətdən şiddətlə çəkinirlər. Bir ayədə Allah bu kəslərin vəziyyətini belə açıqlayır:
Əgər o, asan əldə edilən mənfəət və orta bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu məsafə onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”, - deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.(Tövbə surəsi, 42)
7 - Hz. Mehdinin (ə) gəlişi Allahın yaratdığı bir qədərdir. Bunun əleyhinə icra edilən istənilən səy bu müjdənin reallaşmasına mane ola bilməyəcək.
Allah bir ayəsində, "Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!"(Saff surəsi, 9) şəklində buyurmuşdur. Bu ayə bizə çox əhəmiyyətli bir həqiqəyi xəbər verir. Nə dəccalların, nəmrudların, fironların mübarizəsi, nə də ürəklərində xəstəlik və ya imanlarında zəiflik olan kəslərin səyləri Allahın Adətullahına əsla təsir edə bilməz. Allah hər nə olursa-olsun vədini yerinə yetirəndir. Allah Peyğəmbərin (s.ə.v.) hədisləri ilə Hz. Mehdinin (ə) bu əsrdə gələcəyini və İslam aləmini şərəfləndirəcəyini xəbər vermişdir. Allah vədini reallaşdıracaq və inşaallah Hz. Mehdi (ə) bütün müsəlmanların mənəvi lideri olaraq yer üzünə Quran əxlaqını hakim edəcək.
ADNAN OKTARın MÖVZU İLƏ ƏLAQƏDAR ŞƏRHLƏRİ
"Mehdiyyəti gündəmə gətirməkdən çəkinmək səmimiyyətsizlik olar"
ADNAN OKTAR: "Bir də bir cavan "Müəllimim" deyir, "siz, Allah razı olsun, yaxşı, xoş, gözəl danışırsınız, amma hər mövzunu Mehdi (a.s.)a gətirib çıxarırsınız. Yəni biz bunu anlaya bilmirik..." deyir. Yaxşı, qardaşım, yəni Qurana baxdığımızda hansı dövrdə dəccal və Mehdi (ə.s.) mübarizəsi olmayan bir dövr var? Hansı dövrdə var? Göstərsinlər baxım. Quranın hər dövründə, hər yerdə, Hz. İbrahim (ə.s.) dövründə. Hz. İbrahim (ə.s.) "dövrün Mehdisi"dir. Nəmrud "dövrün dəccalı"dır. Firon "dövrün dəccalı"dır. Hz. Musa (ə.s.) "dövrün Mehdisi"dir. Elə deyilmi? Bu səbəbdən onların çox güclü bir mübarizəsindən bəhs edilir Quranda.
"Axır zamanın ən böyük fəsadı zamanında..." deyir Səid Nursi. Dünya tarixinin gəlmiş-keçmiş ən böyük fəsadı yaşanır bu an. Baxın, Hz. Adəm (ə.s.)dan etibarən bu dövrə qədər bu dərəcədə böyük bir fəsad nə Firon dövründə, nə Nəmrud dövründə, nə Hülakü dövründə olmamışdır. İlk dəfə olur bu qədər böyük bir fəsad və dəccal çıxmış artıq. Bütün peyğəmbərlər Allaha sığınırlar dəccalın şərindən. Dünya tarixinin gəlmiş-keçmiş ən böyük hadisəsidir dəccal. Yaxşı, Deccaliyyət zühur etmiş, deyilmi? Fironların, Nəmrudların cəmindən daha şiddətli bir küfr dünyaya hakim olmuş, lakin Mehdi yoxdur deyirlər. Mehdisi yox bu hərəkətin. İlk dəfə deyirlər yəni. "Dünya tarixində hər zaman Allah belə bir Adətullah yaratmışdır, hər vaxt küfr olmuşdur, dəccallar olmuşdur, Mehdilər olmuşdur amma bu dəfə ən böyük dəccal çıxmışdır, ən böyük Firon və Nəmrudlar zühur etmişdir, lakin Mehdi (ə.s.) yoxdur" deyirlər. Bu olmadı. Bu saxtakarlıq və səmimiyyətsizlik olar. Yəni Qurana görə, Quran məntiqi ilə baxdığımızda səmimiyyətsizlik olar. Yəni dəccal varsa, mütləq Mehdi vardır, inşaallah. "Bu səbəbdən bizə Mehdi (ə.s.)dan bəhs etmə". Yaxşı bəs nədən bəhs edək? Necə canımızın yandığından bəhs edək. "Ey Amerika məhv ol" deyəcəksən. Yəhudilərə, Sionistlərə lənət edəcəksən, masonlara lənət edəcəksən. Yaxşı bəs həll? "Ağlayacağıq" deyir. "Toplanıb birlikdə ağlayaq" deyirlər. Haydı başla, baxaq deyirlər. Bismillah, başladırlar ağlamaya. Ağlama günü təyin edilir, ağlamaya başlayırlar. Hər kəs dəsmallarla filan, "niyə bizi bu hala gətirdiniz ey zalımlar, ey mərhəmətsizlər?" Hönkür-hönkür, hönkür-hönkür. "Sizdə heç mərhəmət yoxdurmu, ey zalımlar?" Hönkür-hönkür, hönkür-hönkür. Mövzu bu. Həll? Aman deyirlər, yəni "Mehdi mövzusunu burax. Bunun həlli ağlamaqdır" deyirlər. Həlli Mehdiyyətdir. Peyğəmbərimiz (s.ə.v.) hədislərdə bunu demişdir. Amma deyir ki, "Mehdiyyət gündəmə gəlincə mənim işim-gücüm var, gözəl rahat evə qovuşdum, yeməyim, içməyim yerində. Evləndik, gəlinin evdə. "Mehdi dedinmi, Mehdi (ə.s.) nə demək? Əziyyət, mübarizə, ağrı-acı çəkmək, həbs. Deyilmi? Həyəcan, aclıq, susuzluq. Ayədə nə deyir Cənabı Allah? Aclıq, susuzluq, çətinliklərlə möminləri imtahan edəcəyini söyləyir və nə deyir ayədə ayrıca? "Sizdən əvvəlkilərin başına gələnlər" deyir. Şeytandan Allaha sığınaram: "sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?" deyir Cənabı Allah. İndi adam əvvəlkilərin başına gələnlər "aman Allah qorusun" deyir. Hz İbrahim (ə.s.)ın başına gələnlər, Hz. Musa qövmünün, Rəsulallahın (s.ə.v.) zamanında olan hadisələr indi bizim də başımıza gəlirsə bütün kefimiz, səltənətimiz pozular. Ən yaxşısı biz Mehdi (ə.s.) mövzusunu bir ortadan qaldıraq. Bu səbəbdən yalnız dəccal çıxdığında ağlayaq. Dəccal vursun, bunlar da ağlasın. Deyilmi? Dəccal döysün-öldürsün, bunlar ağlasınlar. Orada artıq bəstələyir adam. Yəni bəstəylə ağlayır. Həll budur deyir. Həll ağlamaq deyil. Dəccal çıxmışkən, axır zamanın ən böyük fəsadı zamanında Mehdi (a.s.)ı axtarmamaq oyundur. Eqoist bir oyundur və şeytanın da bunda təsiri olduğunu görməmək üçün uşaq olmaq lazımdır. Deyilmi? Bu qəsdən anlamazlıqdan gəlinən bir sistemdir. Ta başından bəri." (Adnan Oktarın 4 Mart 2010 tarixli HarunYahya.tv reportajından)
"Ev Mücahidliyi” Məntiqi Böyük Səhvdir
ADNAN OKTAR: "Bunu əvvəl Bədiüzzamana buraxdılar. Onsuz da o Mehdi (ə.s.)dır. 30 il gedər həbsdə yatar, onlar da evdə oturarlar, “Risaleyi Nur” külliyyatını oxuyaraq "vay-vay Ustadımız nə qədər çətinliklər çəkmiş maşallah" deyəcəklər. Amma o Ustad təbii, o, edər. Yəni o əziyyət çəkər. Olmuş. Köhnə peyğəmbərlər, bizim Peyğəmbərimiz də (s.ə.s) əziyyət çəkə bilər, amma XIX əsrə gəlmiş artıq əziyyət dövrü qalmışmı onlar üçün? Artıq ev mücahidliyi dövrü başlamış, artıq məscid mücahidliyi. Məscidə çıxacaq, sarığı cübbəni taxacaq. Barmağında üzüklə, əqiq üzüklə qışqıra-qışqıra: "Ey qafillər, ey cahillər" deyə məsciddəki fağırlara orada onlara əsib-coşacaq. Onlar da tərləyir belə hadisənin şiddətindən. Və böyük bir cihad edilmiş olur. Belə bir hadisə yox. Küfrə qarşı aktiv olaraq, təsirli elmi mübarizə var, inşaallah. Və bunun nəticəsində də mətbuat üstünə gəlir, böhtana uğrayarsan, təhqirə uğrayarsan, həbs olunarsan. Nəzarət altına alınarsan, işindən- gücündən olarsan, kefin qaçar, xəstələnərsən. Hamısı olacaq yəni. Bunları gözə alacaq mömin, inşaallah. İndi Quranın hər hansı bir səhifəsini açsınlar. Açdıqlarında ya dəccal, ya Mehdi, ikisi birdən hətta. Məsələn, bu iki səhifəni açdığımızda həm dəccaldan, həm Mehdidən bəhs edər. Həmişə Mehdi və dəccal mübarizəsi ilə doludur Quran. Onlar istəyir ki, dəccal olsun, lakin Mehdi olmasın. Belə olmaz." (Hörmətli Adnan Oktarın 4 Mart 2010 tarixli HarunYahya.tv reportajından)
2010-09-28 17:30:42