Hicri təqvimi ilə 13-cüəsrin mücəddidi Bədiüzzaman öz əsərlərində, Hz. Mehdinin gəlişi və İslam əxlaqını bütün dünyaya hakim etməsi haqqında bütün Müsəlmanlara yol göstərən hökmündə olan vacib izahlar vermişdir.Ancaq bəzi qruplar tərəfindən, Bədiüzzamanın əsərlərində geniş yer verdiyi "Mehdiyət mövzusundan geniş şəkildə bəhs edilməsinin səhv və təhlükəli olacağı" bildirilir.
Halbuki "Mehdiyyət məsələsi gizlədilməməlidir; bu, müjdələnilməsi lazım olan məsələdir". Hz. Mehdinin gəlişi şəxsən Peyğəmbərimiz (s.ə.v.) tərəfindən müjdələnmişdir və Peyğəmbərimiz (s.ə.v.)-in bu mövzuda mütəvatir olaraq qəbul edilən çoxlu sayda hədisi vardır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində
"Hz. Mehdiilə müjdələnin. O, Qureyşdən və Əhli Beytimdən bir adamdır." (Kitab-ul Burhan Fi Əlamət-el Axır zaman, s. 13)
sözləri ilə, bu məsələnin Müsəlmanlar üçün bir müjdə olduğunu bildirmişdir. Bir başqa hədisində isə Peyğəmbərimiz (s.ə.v.)
"Hz. Mehdi zühur edər, hər kəs yalnız Ondan danışar, Onun sevgisini alar və Ondan başqa bir şeydən bəhs etməz." (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 33)
sözləri ilə Hz. Mehdinin zühur edəcəyidövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir. Peyğəmbərimiz (s.ə.v.)-in bildirdiyi bu hədislər indiki zamanda reallaşmağa başlamışdır və hər kəs Hz. Mehdidən bəhs etməkdədir. Bədiüzzaman da əsərlərində bu mövzuya geniş yer vermiş, yüzlərlə səhifə bu mövzunu təfsilatı iləbirlikdə açıqlamışdır. Çox aydındır ki, əgər bu mövzunun gizlənməsi lazım olduğunu ya da oxunmasının gərəksiz olduğunu düşünsəydi, bu xüsusdakı izahlarını risalələrə qoymazdı. Necə ki, təhlükəli mövzu olduğunda Bədiüzzaman əsərlərində bunun "məhrəm" olduğunu və nəşr olunmasının lazım olmadığını üçün risalələrə qoyulmadığını müxtəlif yerlərdə ifadə etmişdir. Bədiüzzamanın bu izahlardanbiri belədir:
"Risalələr isə, o kimi risalələrə məhrəm demişik... nəşrini qadağan etmişik..." (Bədiüzzaman və Tələbələrinin Məhkəmə Müdafiələri, s. 187)
Bədiüzzamanın da söylədiyi kimi, gizli olanlar nəşr olunmaz. Ancaq Mehdiyyət məsələsində isə buna tamamilə əks bir vəziyyət mövcuddur. Bədiüzzaman Hz. Mehdinin gəlişini yüzlərlə səhifədə açıqlayaraq bu mövzuya aydınlıq gətirmiş və bunun gizlədiləcək bir məsələ olmadığını ifadə etmişdir. Necə ki, illərdir risalələrin milyonlarla insan tərəfindən oxunmasıda bu mövzunun gizli deyil, aşkar olduğunu göstərir.
Ancaq Bədiüzzamanın bu məsələyə dair rəyi son dərəcə açıq olduğu halda, bu səhv düşüncə, Bədiüzzamanın sözlərinə bəzi yanlış mənalar əlavə edilərək dəstəklənməyə çalışılır. Bu məqsədlə qarşıya qoyulan və səhv şərh olunan Bədiüzzamanın sözlərindən biri belədir:
Qardaşlarımın ikinci iltibası (səhvi): Fani (keçici) və çürüdülə bilər bir şəxsiyyəti, bəzi cəhətlərlə (tərəfləri ilə) birinci vəzifədə pişdarlık (öndərlik) edən Nur şagirdlərinin (tələbələrinin) şəxsi mənəvisini təmsil edən o aciz qardaşına verirlər. Halbuki bu iki iltibas (səhv, qarışdırma) da Risalə-i Nurun həqiqi ixlasına və heç bir şeyə, hətta mənəvi və ührəvi məqama da alət olmamasına bir cəhətdə (tərəfdən) zərər verdiyi kimi, əhli siyasəti də (siyasət əhlini də) yanlış fikirə (yanılmaya, qorxuya, olmayan bir şeyi olar zənni ilə narahatlığa) salıb Risaləy-i Nurun nəşrinə (nəşr olunmasına, paylanmasına, eşitdirilməsinə) zərər gəlir. Bu zaman, şəxsi mənəvi zamanı olduğu üçün, belə böyük və baqi (əbədi) həqiqətlər, fani (keçici) və aciz və xəta edə bilər (qüsur işləyə bilən) şəxsiyyətlərə bina edilməz. Xülasə (nəticə olaraq): O gələcək şəxsin adını vermək, üç vəzifəsi birdən xatirə gəlir, səhv olar. Həm heç bir şeyə alət olmayan Nurdakı ixlas zədələnər, avamı möminin (elmi mədəniyyəti az olan möminlərin) nəzərində həqiqətlərin qüvvəti bir dərəcə nöqsanlaşar, yakiniyəti bürhaniyə (yəqin dərəcəsində bilinən, rədd və inkar üçün etiraz qəbul edilə bilməyəcək surətdə gerçəkləri isbat edən qəti dəlil) də qəzayanı makbulədəki (qəbula məzhər olmuş hökm və iddia, etimad edilər şəxslərin söylədikləri və bu etimada görə qəbul edilən) zənni qalibə inqilab edər (həqiqətə yaxın qüvvətli qənaətə çevrilər), daha muannid dəlalətə (inadçı dəlilə, işarəyə) və inadçı zındıkaya (inadçı, tərsli, qürurlu dinsizliyə) tam qələbəsi (qalibiyyəti, üstünlüyü), mütehayyir (qarışıqlıq içərisindəki) əhli imanda görünməməyə başlar; əhli siyasət yanlış fikirə (yanlışlıq və narahatlığa) və bir qisim müəllimlər etiraza başlar. Onun üçün, Nurlara o adı vermək münasib (uyğun) görülmür. Bəlkə mücəddiddir, onun pişdarıdır (qabaqcılıdır), deyilə bilər. (Sikke-i Tasdik-i Gaybi, s.10)
Bədiüzzamanın bu sözündə izah etdiyi həqiqətlər təhrif edilməkdə və "Hz. Mehdi məsələsindən açıq-aşkar bəhs edilməsinin son dərəcə zərərli olacağını söylədiyi" ortaya atılmaqdadır. Halbuki bu düşüncə tamamilə səhv izah edilmişdir. Çünki Bədiüzzaman bu sözündə izah etdiklərini öz yaşadığı dövrə aid olaraq açıqlamışdır. Bədiüzzaman tələbələrinin özünə Hz. Mehdilik mövzusunda bir hüsnü zənn bəslədiklərini ancaq bunun, "qarışdırmadan yaranan səhv olduğunu" bildirməkdədir. Buna görə də özü üçün, "bu şəkildə söyləməyin; belə bir Hz. Mehdilik iddiasında olmayın" deməkdədir. Ancaq diqqət edilirsə Bədiüzzaman burada "Hz. Mehdilik mövzusundan bəhs etmənin deyil; ‘səhv fikir olduğu üçün özünə qarşı Hz. Mehdi iddiasında olunmasının təhlükəli və zərərli olacağından" bəhs etməkdədir. O dövr üçün Bədiüzzamana qarşı belə səhv düşüncənin gündəlikdə olmasının ixlası zədələyə biləcəyini, bəzi siyasətçilərin narahatlığına səbəb ola biləcəyini, Risaləs-i Nurun nəşr edilməsinə zərər verə biləcəyini və Risaləs-i Nurun inkar edənlərə qarşı əldə edəcəyi qalibiyyətinin yarıdaqalacağını xatırlatmaqdadır. Bədiüzzaman belə səhv hüsnü zənndə olunmasınınMehdiyət mövzusunda səhv bir "zənni qalib" (həqiqətə yaxın qüvvətli qənaət) meydana gəlməsinə və beləcə iman əhlinin səhv istiqamətləndirilməsinə səbəb olacağını; bu qarışıqlıq nəticəsində də bunun, müsəlmanların həqiqi Hz. Mehdini tanımalarına mane ola biləcəyini söyləyir.
Bədiüzzaman ayrıca burada istifadə etdiyi ifadələrlə, özünün Hz. Mehdi olmadığını da bir neçə dəfə ifadə etmişdir. Məsələn, "mən Hz. Mehdinin üç vəzifəsini birdən yerinə yetirdim"deyir. Diqqət yetirilirsə özünün "yalnız Hz. Mehdinin birinci vəzifəsi olan iman həqiqətləri məsələsində Hz. Mehdiyə yalnız zəmin hazırladığını və bunu da yalnız bəzi cəhətlərdə (istiqamətlərdə) yerinə yetirdiyini" ifadə edir. "O gələcək şəxsin adını vermək... səhv olar" sözləri ilə "bu adın Hz. Mehdi olmadığı halda özünə verilməsinin səhv olacağını və ixlasa zərər verəcəyini; bu səbəbdən Hz. Mehdi adının özünə deyil, o gələcək şəxsə verilməsini" ifadə etməkdədir. Özü üçün isə "bəlkə mücəddid və Hz. Mehdinin öndəri yənı qabaqcılıdır deyə bilərsiniz" deyir.
Bütün bunların yanında Bədiüzzamanın Hz. Mehdinin çıxışı ilə əlaqədar olaraq verdiyi tarix bilindiyi kimi 2011-ci ildir. Belə bir əhəmiyyətli hadisənin reallaşmasına bu qədər az müddət qaldığı halda, bu mövzudan hələ bəhs edilməməsi və gizli tutulmasıəlbəttə ki, düzgün deyil.
Bədiüzzamanın sözləri son dərəcə açıqdır. Bədiüzzaman risalələrin "avamdan havassa (elmi az olan sıravi bir insandan, Qurana və mənəvi sirlərə və mahiyətinə vaqif olan, elm, ibadət və təqva yolunda yüksəlmiş Evliyaullaha) ya da orta məktəb tələbəsindən filosofa qədər oxuyan hər kəsin asanlıqla anlaya biləcəyi" (Kastamonu Lahikası, s. 70) (Şüalar, s. 549) əsərlər olduğunu ifadə etmişdir. Bədiüzzamanın bu məsələdəki sözlərindən bəziləri belədir:
... Risalə-i Nur bu vəzifəni; ən dəhşətli bir zamanda və ən lazımlı və nəzakətli bir vaxtda, hər kəsin anlayacağı bir tərzdə, həqiqəti- Quraniyə (Quran həqiqətləri) və imaniyənin ən dərin və ən gizlilərini çox qüvvətli bürhanlar (dəlillər) ilə isbat edir. (Şüalar, sf. 748)
... Risalə-i Nuru qadın, kişi, məmur və işadamı, alim və filosof kimi hər cür xalq təbəqəsi oxuyub anlaya bilir... (Şüalar, sf. 549)
Buna baxmayaraq risalələri yalnız xüsusi sirlərə vaqif, xüsusi təfsir gücü olan və xüsusi qabiliyyətlərə sahib bəzi xüsusi insanların anlaya biləcəyini işarə edərək, Bədiüzzamanın sözlərinin açıq-aşkar mənasına fərqli izahlar vermək son dərəcə səhvdir. Bu vəziyyətdə istəyən hər kəs Bədiüzzamanın sözlərindən öz nöqteyi-nəzərinə görə yeni səhv izahlar verə bilərlər. Bu vəziyyətdərisalələr də, Bədiüzzamanın həqiqi sözlərini deyil, bu sözləri öz məlumat və düşüncəsi ilə təfsir edən kəslərin düşüncələrini əks etdirən əsərlərə çevriləcək. Belə bir təfsir məntiqinin Bədiüzzamanın yığcam və səmimi dillə qələmə aldığı külliyyatı üzərində necə pozucu təsir edəcəyini diqqətlə qiymətləndirilməsi lazım olan məsələdir.
Bədiüzzaman, özünə Hz. Mehdilik mövzusunda hüsnü zənn bəsləyənlərə Hz. Mehdi olmadığını dəlilləri ilə birlikdə açıqlamışdır.
Yaşadığı dövr içərisində tələbələrindən və yaxın ətrafından Bədiüzzamana Hz. Mehdi olub olmadığı mövzusunda bəzi suallar verilmişdir. Necə ki tarix boyu belə suallar Bədiüzzamandan əvvəl yaşamış olan mücəddidlərə də verilmiş, tələbələrindən özlərinə Hz. Mehdilik iddiası ilə yaxınlaşanlar olmuşdur. Onlar da tələbələrinə, Hz. Mehdi olmadıqlarını; Hz. Mehdinin xüsusiyyətlərinin özləri ilə uyğun gəlmədiyini dəlilləri ilə birlikdə açıqlamışlar. Hz. Mehdinin nə vaxt və harada çıxacağını, nə kimi xüsusiyyətlərə sahib olacağını, mübarizəsini, İslam əxlaqını nə şəkildə hakim edəcəyini detalları ilə təsvir etmişlər. "Mən Hz. Mehdi deyiləm, çünki Hz. Mehdi bu yaşında olacaq, buradan çıxacaq, bu xüsusiyyətlərə sahib olacaq, seyid olacaq" kimi Peyğəmbərimiz (s.ə.v.)-in hədisləri istiqamətində bəzi şərhlərdə vermişlər.
Bədiüzzamanın da bu mövzudakı düşüncələrini soruşanlara iki cür cavabı olmuşdur;
1) Açıqca özünün Hz. Mehdi olmadığını ifadə etmiş və özünə Hz. Mehdilik iddiası ilə yaxınlaşan insanlara "Hz. Mehdi olmadığını və niyə ola bilməyəcəyini" əsərlərində etdiyi səhifələrlə izahlarla açıqlamışdır.
2) Özünə Hz. Mehdilik iddiası ilə yanaşanlara "hüsnü zənn köhnədən bəri cərəyan edir, buna etiraz edilməz; bu səbəblə mən də hüsnü zənn bəsləyənlərə fikir verməzdim" deyərək cavab vermiş ancaq bu insanlara da özünə yönəldilən "Hz. Mehdilik iddiasını qəbul etmədiyini" açıqlamışdır.
1.Bədiüzzaman "Hz. Mehdilik isnadını heç qəbul etmədiyimi bütün qardaşlarım şahidlik edərlər" (Şüalar, s. 365) demiş və bunu risalələrdə yüzlərlə səhifə dəlillər vermişdir:
Bir məsələdə sual soruşulduğunda Bədiüzzamanın bu mövzuya nə cavab verdiyi əhəmiyyətlidir və özü Hz. Mehdi olmadığını açıqca söyləmişdir. Bədiüzzaman əsərlərində, "özünün Hz. Mehdi olmadığını" (Emirdağ Lahikası, s. 266), "Hz. Mehdinin özündən bir əsr sonra gələcəyini" (Kastamonu Lahikası, s. 57), "özünün Hz. Mehdinin bir əsgəri, nəfəri və qabaqcılı olduğunu" (Barla Lahikası, s. 162), "əsərləri və etdiyi işlər ilə Hz. Mehdiyə zəmin hazırladığını" (Sikkə-i Təsdiqi Qeybi, s. 189) , "özünün və Risalə-i Nurların Hz. Mehdi sanılmasının isə bir səhv və qarışdırma olduğunu" (Emirdağ Lahikası, s. 266) ifadə etmişdir.
"Hz. Mehdinin ‘seyid' olacağını" (Tenvir, Şüalar, s. 365), "siyasət, səltənət və diyanət aləmində üç böyük vəzifəni bir yerdə yerinə yetirəcəyini" (Şüalar, s. 456) (Şüalar, s. 590) (Emirdağ Lahikası, s. 259-260), "Peyğəmbərimiz (s.ə.v.)-in xəlifəsi və bütün Müsəlmanların mənəvi lideri ünvanını daşıyaraq İslam əxlaqının əsaslarını yenidən canlandıracağını" (Sikkəs-i Təsdiqi Qeybi, s. 9), "bütün dünyaya sülh və ədalət gətirəcəyini" (Emirdağ Lahikası, s. 259) (Məktubat, s. 411-412), "‘Mücəddidi Əkbər' yəni ‘ən böyük mücəddid' xüsusiyyətini daşıyacağını" (Tilsimlər Məcmuəsi, s. 168), "İslam birliyini quracaq" (Emirdağ Lahikası, s. 260), "bütün İslam alimlərinin, Peyğəmbərimiz (s.ə.v.)-in soyundan gələn seyidlərin və bütün Müsəlmanların dəstəyini alacağını" (Emirdağ Lahikası, s. 260), "Xristian dünyası ilə ittifaq edəcəyini" (Sikkə-i Təsdiqi Qeybi, s. 9), "Hz. İsa ilə birlikdə namaz qılacaqlarını" (Şüalar, s. 493), "Quran əxlaqını bütün dünyaya hakim edəcəyini və bütün insanları doğru yola yönləndirəcəyini" (Sikkə-i Təsdiqi Qeybi, s. 9)(Məktubat, s. 473) genişolaraq izah etmişdir.
Bədiüzzaman yaşadığı dövrdə "bütün Müsəlmanları tək dam altında yığaraq İslam birliyini meydana gətirməmiş; bütün inananların xəlifəsi (mənəvi lideri) xüsusiyyətini daşımamışdır". "Bütün dünyaya ədaləti gətirməmiş", "İslam əxlaqını bütün yer üzünə hakim etməmişdir". "Mücəddidi əkbər və hakim xüsusiyyətlərinə sahib olmamış", "bütün İslam alimlərinin, Peyğəmbərimiz (s.ə.v.)-in soyundan gələn seyidlərin və bütün Müsəlmanların dəstəyini almamışdır." Həyatını Quran əxlaqının təbliğinə həsr etmiş, bu uğurda hər cür fədakarlığı etmiş və çox böyük bir iman xidməti vermişdir. Yaşadığı əsrin mücəddidi olaraq boynuna götürdüyü vəzifəsini ən şərəfli şəkildə yerinə yetirmişdir. Ancaq onun təbliği qüvvət və hakimiyyət içərisində deyil, maddi və mənəvi olaraq çox çətin şərtlərdə və özünəməxsus çətinliklər içərisində keçmişdir. Hakim mövqeyində olmamış; əksinə təzyiq altında olmuş, ömürünü əsarət, maddi çətinliklər və çətinliklər altında keçirmişdir. deyildiyi kimi geniş kütlənin dəstəyini almamış; əksinə müxtəlif haqsızlıqlara uğramış, əziyyətlərə məruz qalmış, həyatının böyük hissəsini həbs və sürgündə davam etdirmişdir. Yuxarıda sayılan imkanların və yerinə yetiriləcək olan məsuliyyətlərin isə, özündən sonrakı əsrin mücəddidi olaraq Hz. Mehdiyə nəsib olacağını bildirmişdir.
2. Bədiüzzaman Hz. Mehdi olmadığını dəlilləri ilə birlikdə açıqlamış, ancaq özünə hüsnü zənn bəsləyənlərə fikir vermədiyini ifadə etmişdir:
Yaşadığı dövrdə, yaxın ətrafından Bədiüzzamana Hz. Mehdilik məsələsində hüsnü zənn bəsləyənlər olmuşdur. Hətta Bədiüzzaman tələbələrinin bu müraciətlərini ifadə edən sözlərini risalələrin müxtəlif hissələrinə əlavə etmişdir.
Ancaq bilindiyi kimi bir mövzuda bir adama hüsnü zənn bəslənməsi, bu düşüncənin həqiqət olduğunu göstərən dəlil deyil. Necə ki Bədiüzzaman da risalələrində bunu bildirmişdir . "Özünə hüsnü zənn bəsləyən insanlar ola biləcəyini; bunun keçmişdən bəri olduğunu, buna etiraz edilə bilməyəcəyini; ancaq gerçəkdə bunun bir qarışdırma və səhv olduğunu" ifadə etmişdir. Bədiüzzamanın bu məsələni açıqladığı sözlərindən biri belədir:
... Risalə-i Nurun şəxsi mənəvisini haqlı olaraq bir cür Hz. Mehdi dərk edirlər (şəxsi bir görüş olaraq qəbul edirlər). O şəxsi mənəvinin də bir müməssili (nümayəndəsi), Nur şagirdlərinin təsanüdündən (tələbələrinin həmrəyliyindən) gələn bir şəxsi mənəvisi və o şəxsi mənəvidə bir cür müməssili (nümayəndəsi) olan biçarə tərcüməçisini zənn etdiklərindən, bəzən o adı (Hz. Mehdi adını) ona da verirlər. Hərçənd bu bir iltibas (qarışdırma) və bir sehivdir (səhvdir, yanılmadır), lakin onlar onda məsul (məsul) deyildirlər. Çünki çox hüsnü zənn, keçmişdən bəri cərəyan edir və etiraz edilməz. Mən də o qardaşlarımın çox çox hüsnü zənnlərini bir cür dua və bir xahiş və Nur tələbələrinin kamalı etiqadlarının bir tərəşşuhu (əks olunması) gördüyümdən onlara çox fikir verməzdim. (Emirdağ Lahikası, s. 248)
Bədiüzzaman Risalə-i Nurun şəxsi mənəvisinin və bu əsərlərin yazıçısı olaraq özünün bəzən Hz. Mehdi ola biləcəyinin düşünüldüyünü, ancaq bunun bir qarışdırma və səhv olduğunu ifadə etmişdir. Bu düşüncəyə sahib olan insanların iman həqiqətlərini izah etmə məsələsində qiymətləndirmə etdiklərini, ancaq Hz. Mehdinin digər iki vəzifəsi olan "İslam birliyinin qurulması, bütün İslam dünyasının lideri olması və İslam əxlaqının dünyaya hakim olmasının özündə görünmədiyinə diqqət etmədikləlini" söyləmişdir. Buna görə də Risalə-i Nura və özünə edilən Hz. Mehdilik yaraşdırmasının yalnız bir "zənn"dən ibarət olduğunu ifadə etmişdir.
Bədiüzzaman "Hz. Mehdinin seyid olacağını; özünün isə seyid deyil, Kürd olduğunu" əsərlərində bir neçə dəfə ifadə etmişdir. Bədiüzzaman özünün Hz. Mehdi olmadığını açıqladığı dəlillərdən birində "Hz. Mehdinin seyid olacağını ancaq özünün seyid olmadığını" ifadə etmişdir. Bədiüzzamanın bu həqiqəti açıqca dilə gətirdiyi sözlərindən bəziləri belədir:
... Həm Hz. Mehdilik isnadını heç qəbul etmədiyimi bütün qardaşlarım şahidlik edərlər. Hətta Dənizlidəki əhli vüqüf (məlumat sahibi insanlar) əgər Səid Hz. Mehdiliyini ortaya atsa bütün şagirdləri (tələbələri) qəbul edəcək dediklərinə müqabil (qarşılıq), Səid etiraznaməsində demiş ki: "mən seyid deyiləm Hz. Mehdi seyid olacaq" deyə onları rədd etmiş... (Şüalar, s. 365)
Mən, özümü seyid (Peyğəmbərimiz (s.ə.v.)-in soyundan) hesab etmirəm. Bu zamanda nəsillər bilinmir. Halbuki axır zamanın o böyük şəxsi Əhli-Beytdən (Peyğəmbərimiz (s.ə.v.)-in soyundan) olacaq. (Emirdağ Lahikası, s. 247-250)
Bədiüzzaman ayrıca əsərlərində Peyğəmbərimiz (s.ə.v.)-in bir hədisini xatırlatmış; "seyid olan bir adamın seyidliyini gizləməsinin Quran əxlaqına uyğun olmadığını" ifadə edərək, bu məsələdəki sözünün qəti olaraq doğru olduğunu ifadə etmişdir:
Seyid olmayan seyidim və seyid olan deyiləm deyənlər, ikisi də günahkar və duhul və huruc (üsyan) haram olduqları kimi... hədis və Quranda da belə, çox və ya nöqsan etmək memnudur (qadağan edilmişdir). (Muhakəmat, s. 52)
Əgər Bədiüzzaman seyid olsaydı, bunu gizləməsi üçün heç bir səbəb yoxdur. Çünki Peyğəmbər Əfəndimiz (s.ə.v.)in nəsilindən olmaq, gizlənməsi lazım olan bir xüsusiyyət deyil; tam əksinə Müsəlmanlar üçün böyük bir şərəfdir. Dünya üzərində milyonlarla seyid vardır və hər biri də özlərinə soruşulduğunda bu gerçəyi açıqca dilə gətirməkdədirlər. Bu səbəbdən Bədiüzzaman da əgər seyid olsaydı özünə belə bir sual soruşulduğunda "Bəli seyidim, şərifim, amma Hz. Mehdi deyiləm" deyər; özünün Peyğəmbərimiz (s.ə.v.)-in soyundan olduğunu ifadə etməkdən böyük qürur hissi duyardı.
Çünki "seyid olduğunu qəbul etməsi Hz. Mehdi olduğunu da qəbul etməsini" tələb edən məsələ deyil. Ancaq buna baxmayaraq seyid olmadığını çox açıq şəkildə bir neçə dəfə ifadə etmişdir. Ayrıca Bədiüzzaman risalələrdə yenə bir neçə dəfə "Kürd" olduğunu deyərək bu həqiqətə dəlillər vermişdir (Münazarat, s. 84; Tarixçə-i Həyat, s. 228; Bədiüzzaman və Tələbələrinin Məhkəmə Müdafiələrı, s. 18). Eyni zamanda əgər özünün Hz. Mehdi olduğuna bir qənaəti olsaydı, milyonlarla adamın oxuduğu əsərlərində buna tamamilə zidd yüzlərlə səhifə izah etməz; Hz. Mehdinin xüsusiyyətlərinin özü ilə uyğunlaşmadığını və bu mübarək şəxsin özündən sonrakı dövrdə gələcəyini onlarla dəlili ilə birlikdə açıqlamazdı.
Bununla belə "hər seyid olan adam, mütləq Hz. Mehdi olacaq deyə bir məsələ də ola bilməz". Dünya üzərində milyonlarla seyid olan insan var. Bir adamın seyid olması Hz. Mehdi olmasını tələb etmədiyi üçün, seyid olan hər insan bu həqiqəti rahatlıqla və iftixarla dilə gətirməkdədir. Dahası Bədiüzzaman "Mənim bu mövzudakı tək əskikliyim seyidliyim, əgər seyid olsaydım Hz. Mehdi olardım" da deməmişdir. Tam əksinə "Hz. Mehdinin bütün xüsusiyyətlərini, edəcəyi bənzərsiz fəaliyyətləri uzun uzun açıqlamış və bunların öz yaşadığı dövrdə hələ reallaşmadığını ifadə etmişdir".
Hz. Mehdi əleyhdarı Dəccaliyyət və Süfyaniyyətin təsiri, Bədiüzzaman həyatda ikən günümüzdəki şiddəti ilə yaşanmamışdır
İndiki zamanda İslam ölkələrinin və bütün dünya müsəlmanlarının düşdüyü vəziyyət, Hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrin Bədiüzzamanın dövründə reallaşdırılmamış olduğu aydın görülməkdədir. Süfyaniyət və Dəccaliyətin təsiri, müsəlman ölkələr üzərində bütün gücü ilə hiss edilməkdədir. Dünyanın müxtəlif ölkələrində din azadlığı istənildiyi kimi yaşanmamaqdadır. Bədiüzzaman həyatda ikən isə, Müsəlmanların məruz qaldıqları çətinlik və əziyyətlər isə bu dərəcə şiddətli deyildi. Bu da Hz. Mehdi kimi, Süfyan və Dəccalın fəaliyyətlərinin də o dövrdə hələ reallaşmamış olduğunu göstərir. Dəccal və Süfyan ilə mübarizə şəraiti yaranmadan Hz. Mehdinin vəzifəsini yerinə gətirə bilməsindən bəhs edə bilmək isə heç cürə doğru deyil.
Bununla belə indiki zamanda bütün İslam aləmi və müsəlmanlar öz içlərində darmadağındırlar. Bədiüzzaman yaşadığı dövrdə bütün dünya Müsəlmanlarının birliyi üçün bir rol oynamamışdır. Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində bütün Müsəlmanları Hz. Mehdi birləşdirəcək. Bədiüzzaman da Hz. Mehdinin bu xüsusiyyətini belə bildirməkdədir:
... o şəxs, bütün əhli imanın (iman edənlərin) mənəvi köməkləri ilə və İslam birliyinin muavənəti ilə (İslam birliyinin köməkləşməsi ilə) və bütün üləma və övliyanın (alimlərin və vəlilərin) və xüsusilə Əhli-Beyt nəsilindən (Peyğəmbərimiz (s.ə.v.)-in soyundan) hər əsrdə qüvvətli və kəsrətli (çox sayda) olan milyonlar fədakar seyidlərin iltihakları ilə (Peyğəmbər soyundan gələn ədakar kəslərin iştirakları ilə) o vəzifə-i uzmayı (böyük vəzifəni) etməyə başlayacaq. (Emirdağ Lahikası, s. 260)
Bədiüzzaman bu sözündə, Hz. Mehdinin üçüncü vəzifəsini açıqlamışdır. Buna görə, Hz. Mehdi Quran əxlaqının yaşanmadığı dövrdə, insanların yenidən din əxlaqına yönəlməsinə vəsilə olacaq, İslam birliyini quracaq və bütün Müsəlmanların birləşərək ittifaq halında Hz. Mehdinin bu vəzifədəki köməkçiləri olacağını bildirmişdir. Bütün Müsəlmanların daxil olacağı belə geniş ölçüdə ittifaq və dəstək, Bədiüzzamanın dövründə reallaşmışdır. Bədiüzzamanın da müjdələdiyi kimi, bu geniş kütlənin mənəvi köməkləri, ancaq axır zamanda Hz. Mehdi ilə birlikdə meydana gələcək və İslam əxlaqının bütün dünyaya hakim olmasında böyük rol oynayacaq.
Bədiüzzaman, istənilən məsələdə risalələrdəki izahların kifayət etdiyini söyləmişdir
Bədiüzzaman "Bir Risalə-i Nur tələbəsi olaraq mən də bunlara riayət edirəm" deyərək, həyatda olduğu müddət ərzində əsərlərində yazdıqlarının doğru olduğunu dəfələrlə təsdiq etmişdir. Risalələrin hər biri, minlərlə nüsxədən ibarət kitablardır. Buna görə də əsərlərində açıqca "Mən özümü seyid bilmirəm" deyirsə, bəzi insanların "Bədiüzzamanın bu izahları doğru deyil; özü filan gün bizi çağırmış, həm şərif, həm seyid həm də Hz. Mehdiyəm demişdir" demələri Bədiüzzaman Səid Nursi Həzrətlərinə qarşı cox pis təhqir, böyük bir zülm və böhtan olar. Çünki bu, Bədiüzzaman kimi qiymətli və üstün əxlaqlı bir şəxsin bu mövzuda yazdıqlarının "yalan" olduğunu iddia etmək mənasını verir. Yüzlərlə səhifə boyu yazdıqlarının əksinə, Bədiüzzamanın "-yalnız iki üç adama- bütün yazdıqlarının yalan olduğunu söylədiyi" şəklində bir iddia, bu cür iddiaların sahiblərini töhmət altında buraxır. "Bədiüzzaman Həzrətləri milyonlarla insanı aldatdı, yalan danışdı; lakin bu mövzun doğrusunu bir neçə adama açıqladı" şəklində iddia heç cür qəbul edilə bilməz.
Digər tərəfdən Bədiüzzamanın özünün Hz. Mehdi olmadığını söyləməsi üçün yalnız "mən Hz. Mehdi deyiləm" deməsi kifayətdir. Belə mübarək bir insanın "yüzlərlə səhifə çox əhatəli və ətraflı yalan danışdığını; ümməti aldatdığını, bu yazılanların bir yalan olduğunu" iddia etmək bir sayıqlamadır. Sevgi adına da olsa belə ağır bir təhqir edilə bilməz.
Bədiüzzaman kimi dərin imanlı böyük mücəddidin, əsərlərində, düşündüyü və inandığı şeylərin tam tərsinə izahlar verməsi heç cürə qəbul edilə bilməz. Buna görə də Bədiüzzamanın vəfatından illər sonra belə iddia ilə ortaya çıxmaq, hər nə qədər yaxşılıq adına, Bədiüzzamanı sevmə adına edilmiş belə olsa, Bədiüzzaman adına çox böyük bir böhtan olar. Onu yalançılıqla ittiham edən və yüzlərlə səhifə ilə ümməti aldatdığını iddia edən belə fikir isə heç bir vicdanın qəbul etməyəcəyi davranışdır.
Bununla belə, heç bir dəlili olmayan bu iddianın dəstəklənməsi üçün Hz. İsa ilə əlaqədar həqiqi olmayan bəzi iddialar edilmişdir. Bilindiyi kimi Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində, Hz. Mehdi dövründə Hz. İsanın ikinci dəfə yer üzünə gələcəyi bildirilməkdədir. Hz. Mehdinin imamlığında Hz. İsa və Hz. Mehdi birlikdə namaz qılacaq, yeddi il yer üzündə birlikdə hökm sürəcəklər.
Ancaq bu hadisələrin heç biri Bədiüzzaman həyatda ikən reallaşmamışdır. Bədiüzzaman Hz. İsa ilə birlikdə olmamışdır. Bu vəziyyət də müxtəlif şəkillərdə şərh edilməyə çalışılmaqda; Hz. İsanın yalnız bir ruh olaraq gələcəyi ya da Bədiüzzaman həyatda ikən gəldiyi və vəfat edib basdırıldığı kimi əsassız fikirlər qarşıya qoyulmaqdadır. Halbuki Bədiüzzaman əsərlərində çox açıq bir dillə və bir çox dəfə Hz. İsanın -cisimi bədəni ilə- "bir şəxs" olaraq yer üzünə gələcəyini ifadə etmişdir. Hz. İsanın "Xristian ruhaniləri ilə ittifaq edəcəyini, Dəccal ilə mübarizə edərək onu fikirlə təsirsiz hala gətirəcəyini" ifadə etmişdir. Bu sözlərindən birində Bədiüzzaman Hz. İsanın bir şəxsi mənəvi deyil, bir şəxs olduğunu belə ifadə etməkdədir:
... aləmi səmavatda (göylər aləmində) cismi bəşərisi ilə (insani cisimi ilə) olan şəxsi İsa əleyhissalam, o dini haqq cərəyanının (Haqq dinin) başına keçəcəyini.... (Məktubat, sf. 60)
Bununla belə Bədiüzzaman, Hz. İsanın Dəccal ilə olan mübarizəsini izah etdiyi sözlərində də bir şəxsi mənəvi ilə bir şəxsi mənəvi arasında yaşanacaq məsələdən deyil; Hz. İsanın birbaşa şəxsi ilə Dəccalın şəxsinə qarşı edəcəyi bir mübarizədən bəhs etməkdədir:
... Əlcavap: Hədisi səhihdə (doğru olduğu qəti olan hədisdə) rəvayət edilən: "Həzrəti İsa Əleyhissalamın gələcəyini və şəriəti İslamiyə ilə əməl edəcəyini, Dəccalı öldürəcəyini" imanı zaif (zəif) olanlar istib'ad edirlər (ehtimal etmirlər, uzaq görürlər, olmayacaq sanırlar). Onun həqiqəti izah edilsə, heç istib'ad (uzaq görünəcək) yeri qalmaz. (Məktubat, s. 58-59)
Bir başqa sözündə isə Bədiüzzaman Dəccalın təsirinin ancaq möcüzə sahibi bir peyğəmbər tərəfindən ortadan qaldırıla biləcəyini ifadə edərək, Hz. İsanın şəxsi mənəvi deyil, möcüzələr göstərəcək xüsusiyyətlərə sahib bir şəxs olacağını bir daha açıqca ifadə etmişdir:
... ancaq möcüzə və mu'cizatlı (möcüzələr sahibi) və ümuminin məqbulu (ümuminin qəbul etdiyi) bir şəxs ola bilər ki: o şəxs, ən çox əlaqədar və əksər (bir çox) insanların peyğəmbəri olan Hz İsa əleyhissalamdır..... (Şüalar, sf. 463)
Bədiüzzamanın, Hz. İsa və Hz. Mehdinin gəlişi ilə əlaqədar belə açıq sözlərinə baxmayaraq, xüsusi söhbətlər dəlil göstərilərək ortaya qoyulan belə iddialar, belə qiymətli mücəddidin qələmə aldığı risalələrin hamısını şübhəli hala gətirəcək təhlükəli cəhdlərdir. Bunun kimi bir çox adam, bir-birindən fərqli iddialarla ortaya çıxıb "Bədiüzzaman Səid Nursi burada belə demişdir amma bunların hamısı bir fənddir, yalandır; doğrusunu bizə söylədi" desə bu nə qədər etibarlı olacaq? Belə vəziyyətdə bir müddət sonra Risalə-i Nurda mövcud olan hər mövzu üçün bir şey deyilə bilər və Bədiüzzamanın əsərləri həqiqi mənasından və hikmətindən gedərək uzaqlaşar. Belə bir təhlükənin qarşısını almaq isə, Bədiüzzaman kimi qiymətli İslam aliminin şəxsən yazıb təsdiq etdiyi açıq-aşkar sözlərini qorumaqla mümkün olacaq. Necə ki Bədiüzzaman da əsərlərində, hər mövzuda olduğu kimi bu mövzuda da ən doğru izahların risalələrdə olduğunu demiş, risalələrdə yazılanlar oxunduğunda sanki özü ilə görüşülmüş kimi ən doğru məlumatlar əldə edilə biləcəyini ifadə etmişdir.
Risalə-i Nurun hər bir kitabı bir Səiddir. Siz hansı kitaba baxsanız mənimlə qarşı-qarşıya görüşməkdən on dəfə çox həm faydalanar, həm həqiqi bir surətdə mənimlə görüşmüş olarsınız. Risalə-i Nur mənə heç bir ehtiyac buraxmır. (Emirdağ Lahikası, s. 159)
… Çünki deyir: "Mənimlə görüşmək istəyən, əgər axirət üçün, Risalə-i Nur üçün isə; Risalə-i Nur mənə qətiyyən ehtiyac buraxmamış. Milyonlar nüsxəsi hər birisi on Səid qədər fayda verir… Əgər Risalə-i Nurun xidmətinə, intişarına (yayılmasına) aid olsa; mənə xidmət edən həqiqi fədakar tələbələrim və mənəvi övladlarım və qardaşlarım mənim əvəzimə görüşmələri kafi, mənə heç ehtiyac yox… (Emirdağ Lahikası-2, s. 214)
Bədiüzzaman əsərlərində eyni həqiqəti dilə gətirən tələbələrinin sözlərinə də yer vermişdir. Bunlardan bəziləri belədir:
Ey müəllimlər və əhli ürək! Soruşacağınız sualların cavablarını Risalə-i Nurda tapa bilərsiniz. Əhli kəşf (gözlə görülməyən qeybi həqiqətləri Allahın lütfü ilə kəşf edib bilən övliyalar) və ürəkdən biri, mənim kimi aciz bir insandan Hz. Mehdini soruşur. "Nə vaxt gələcək..." Daha Hz. Mehdini anlamamış. Dabbetü'l Ərz kimlər olduğunu bilmir. Bunlara dair, risalələrdə bir bəhs (söz, şərh) vardır. Hər müşkül sualın (çətin problemin) cavabını o risalələrdən axtarın, taparsınız. (Mustafa Hulusi, Barla Lahikası, s. 143)
… bu barədə ifadə edim ki, ustadımız Bədiüzzaman, bir Nur tələbəsinə Risalə-i Nurdan bəzən oxumaq lütfünü bəxş edərkən izah etmir, deyir ki: "Risalə-i Nur, imani məsələləri lazımlılığı dərəcəsində izah etmiş. Risalə-i Nurun müəllimi, Risalə-i Nurdur. Risalə-i Nur, başqalarından dərs almağa ehtiyac yaratmır. (Sözlər, s. 772)
Hz. Mehdinin gəlişi
Şəxsən Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) tərəfindən müjdələnilmişdir Peyğəmbərimiz (s.ə.v.)-in axır zamanla əlaqədar hədislərində Hz. Mehdi ilə əlaqədar mütevatir olaraq qəbul edilən coxlu hədisi vardır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində "Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli- Beytimdən bir adamdır." (Kitab-ul Burhan Fi Əlamət-el Axır zaman, s. 13) sözləri ilə, bu mövzunun Müsəlmanlar üçün bir müjdə olduğunu bildirmişdir. Bir başqa hədisində isə Peyğəmbərimiz (s.ə.v.) "Hz. Mehdi zühur edər, hər kəs yalnız ondan danışar, Onun sevgisini hiss edər və Ondan başqa bir şeydən bəhs etməzlər." (Kitab-ül BurhanFiƏlamət-el Mehdiyy-ilAxır Zaman, s. 33) sözləri ilə Hz. Mehdinin ortaya çıxacağı dövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir.
Bədiüzzaman da Hz.Mehdini müjdələmişdir
Bədiüzzamanın şəxsiyyətində olan və bütün həyatına hakim olan dürüstlük, açıqlıq və dəqiqlik, əsərləri olan Risalə-i Nurlara da əks olunmuşdur.
Bədiüzzaman Səid Nursi əsərlərində Mehdiyət mövzusuna geniş yer vermiş, yüzlərlə səhifə bu mövzunu təfsilat ilə birlikdə açıqlamışdır. Aydındır ki əgər bu mövzunun gizlənməsi lazım olduğunu ya da oxunmasının gərəksiz olduğunu düşünsəydi, bu xüsusdakı şərhlərini risalələrə qoymazdı.
Bədiüzzaman izahlarla bu mövzuya açıqlıq gətirmiş və bunun gizlənəcək bir məsələ olmadığını açıqca ifadə etmişdir. Necə ki illərdir risalələrin milyonlarla insan tərəfindən oxunması da bu mövzunun gizli deyil, açıq-aşkar mövzu olduğunu açıqca ortaya qoymaqdadır.
Risalə-i Nur əsərləri, keçdiyimiz əsrin mücəddidi Bədiüzzaman Səid Nursi həzrətlərinin ürəyindən, dilindən çıxan həqiqətləri qələmə aldığı son dərəcə qiymətli bir külliyyatdır.
Bədiüzzaman özünün Hz. Mehdi olmadığını (Emirdağ Lahikası, s. 266),
Hz. Mehdinin özündən bir əsr sonra gələcəyini (Kastamonu Lahikası, s. 57),
özünün Hz. Mehdinin bir əsgəri, nəfəri və qabaqcılı olduğunu (Barla Lahikası, s. 162),
əsərləri və etdiyi işlər ilə də Hz. Mehdiyə zəmin hazırladığını (Sikkəs(n)i Təsdiqi Qeybi, s. 189),
özünün və Risalə-i Nurların Hz. Mehdi sanılmasının isə bir səhv və qarışdırma olduğunu (Emirdağ Lahikası, s. 266), açıqca bəyan etmişdir.
2010-09-28 17:33:12