POSTMODERNİZMİN SƏBƏB OLDUĞU XAOS ANCAQ QURAN ƏXLAQI İLƏ ARADAN QALDIRILA BİLƏR

Postmodernizm axır vaxtlarda bəlkə də ən çox müzakirə edilən, haqqında çox bəhs edilən bir nəzəriyyədir. Hər nə qədər mütəfəkkirlər bu nəzəriyyə haqqında hələ də həmfikir olmasalar da ümumi olaraq postmodernizmi, “modernizmdənsonra, modernizmə qarşıçıxan hərəkət” şəklində qiymətləndirə bilərik.

Postmodernizmin incəsənət, fəlsəfə və bu kimi digər elmi sahələrlə əlaqədar necə bir fikir ortaya qoyduğuçox müzakirə edilir. Ancaq əsas olan, bu fikir necə bir cəmiyyət quruluşu nəzərdə tutur, sualına veriləcək cavabdır. Bunu görmək üçün müasir dövrdə insanların içindəyaşadığıxaosu, qarışıqlığı xatırlamaqkifayət edəcək. Bu gün dünyada geniş şəkildə qəbul edilən postmodernizm, özündə cəmləşdirdiyi fikirlərə və dünyagörüşünə görə insanları daima xaosa və çətinliyə salır. Postmodernizm insanları çıxılmaz vəziyyətə salanmüasir mədəniyyətin tənqidi kimi görünsə də, əslində öz fikirlərini müasir dövrün səbəb olduğu mənəvi boşluq və çöküntünün üzərində qurur. Bəhs etdiyimizmənəvi boşluq aradan qaldırılmadan bu sistemin tənqid edilməsininheç bir mənası yoxdur. Buna görə dəəvvəlcə bu fikrin təməli olan ”modernizm” ilə nəyin nəzərdə tutulduğu aydın olmalıdır.

Ümumiyyətlə, demək olar ki, modernizm Qərb mədəniyyəti və bu mədəniyyətə aid dəyərlərlə  sinonim olaraq qəbul edilir. Modernizm Avropada, yəni Qərb dünyasında ortaya çıxan,əsasını Maarifçilik dövründən götürənideologiya və hərəkətlərinmeydana gətirdiyi bir sistemdir. 19-cu əsrdə inkişaf etməyə başlayan və güclənən bu sistemin “müasir” olaraq adlandırılmağınaəsas kimi göstərilən cəhətisə bu sistem ilə birlikdə Avropanın ənənələrinə və keçmişinə aid hər şeyin bir kənara qoyulması vəyeni dünya görüşünün mənimsənməsidir. Bəsbu fəlsəfə hansı dünya görüşünə sahibdir və Qərb dünyasında nələri dəyişdirmişdir? Bu suallara verəcəyimiz cavablar postmodernizm ideologiyasının mənşəyini də qavramağımıza kömək edəcək.

Modernizmin, Başqaİfadə İlə Materializmin Süqutu

Bu gün modernizm olaraq adlandırılan dövr,yuxarıda da qeyd etdiyimiz kimi Maarifçilik dövrü ilə başlayan müddətdir. Maarifçilik dövrüQərbin həyata baxışını kökündəndəyişdirdi. Bu dövrə qədər din əxlaqı cəmiyyət həyatını istiqamətləndirən əsas element idi. İnsanın nə olduğu, həyatın nə məna daşıdığı, insanın doğrunu necə tapa biləcəyi, nəyin doğru nəyin səhv olduğu kimi sualların cavabı Allahın insanlara öyrətdiyi şəkildə verilirdi. Din əxlaqı cəmiyyət həyatını təşkil edən əsas faktor idi. Ancaq Maarifçilik dövrü ilə birlikdə köklü dəyişikliklər yaşanmağa başlandı. Bu dəyişikliyin başlanğıc nöqtəsini isə materialist düşüncətəşkil edirdi. Din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması və bunların səbəb olduğu siyasi dəyişikliklərlə Qərb din əxlaqından uzaqlaşmağa başladı. “Materialist” və insanı əsas götürən bu ideologiya insanlarahəyatın sadəcə bu dünyadan ibarət olduğunu, insanın özündən başqa heç kimə qarşı məsul olmadığını, hətta həyatın və bütün kainatın təsadüflərin nəticəsi olaraq ortaya çıxdığını təlqin edirdi.Fəlsəfə, sosiologiya, iqtisadiyyat, psixologiya kimi müxtəlif elmi sahələrdə materialist və ateist inanca sahib olan nəzəriyyəçilər ortaya çıxırdı.

İlk olaraq,18-ci əsr Avropasında ortaya çıxan Diderot, Baron de Holbach kimi materialistlər kainatın sonsuzdan bəri var olan bir maddə yığını olduğunu və maddəndən kənarda heç bir şeyin olmadığını qarşıya qoydular. 19-cu əsrdə materializm və ateizm daha da inkişaf etdi. Feuerbach, Marx, Engels, Nietzsche, Durkheim, Freud kimi mütəfəkkirlər ateist düşüncəni müxtəlif elm sahələrinə tətbiq etdilər.

Materializmə ən böyük dəstəyi verən adam isə yaradılışı rədd edən və buna qarşı təkamül nəzəriyyəsini qarşıya qoyan Charles Darvin oldu. Darvinizm, ateistlərin əsrlərdir cavab verə bilmədikləri "canlılar və insan necə yaranıb" sualına guyaelmi bir cavab gətirdi. O, təbiətdə cansız maddələri canlandıran və sonra da ondan müxtəlif canlı növləri əmələ gətirənmexanizmin məhz bu nəzəriyyə olduğunu iddia etdi və bir çox adamı bu yalana inandırdı.

19-cu əsrin sonlarında ateistlər hər şeyi açıqladığını zənn etdikləribir “dünya görüşü” meydana gətirmişdilər: Kainatın yaradıldığını inkar edir, buna qarşı "kainat sonsuzdan bəri vardır, başlanğıcı yoxdur" deyirdilər. Kainatdakı nizam və tarazlığın təsadüflərin nəticəsi olduğunu irəli sürür, kainatda heç bir məqsəd olmadığını iddia edirdilər. Canlıların və insanın necə yarandığı sualının Darvinizmləcavablandığınızənn edirdilər. Tarix və sosiologiyanın Marx və Durkheim, psixologiyanın isə Freud tərəfindən ateist əsaslarla açıqlandığını düşünürdülər. Halbuki, bu iddialarınhər biri 20-ci əsrdə elmi, siyasi və sosyal kəşflərlə yıxıldı. Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox fərqli sahədəki kəşflər,diaqnozvə analizlər ateizmin bütün fərziyyələrini kökündən çürütdü.

Ancaq materialist ideoloqların məğlubiyyətinin ən böyük sübutlarındanbiri yaşanan qırğınlar oldu. Materializmi əsas alanideolgiyalar, başda faşizm və kommunizm olmaqla məhv edicigüclər olaraq ortaya çıxdılar. Bir tərəfdən də əxlaqi degenerasiya yaşandı.

Materialist fikirin hakim olduğu illərdə şəfqət, sədaqət, qürur, şərəf, dürüstlük, fədakarlıq kimi gözəl əxlaqi keyfiyyətlər yox olmağa başladı. Cəmiyyət içində əxlaqi degenerasiya, bu gözəl əxlaqi keyfiyyətlərinbir növ “sadəlövlük” kimi göstərilməsi ilə nəticələndi. Eqoizm, mərhəmətsizlik, haqsızlıq, ədalətsizlik adi hal kimi qarşılanmağa başlandı. Yardımsevərliyin unudulduğu, hamının daha çox pul qazanmaq və daha çox xərcləməkistədiyibu Sosyal Darvinist mühitdə zəifləriəzmək, yazıq insanlardan mərhəmətsizcə sui-istifadə etmək, şikəstləri, yaşlıları və ehtiyac içində olanları cəmiyyətdənxaric etmək kimi zalımlıqlarnormal hesab edilirdi.

Modernizmlə birlikdə meydana çıxan ideologiyaların ən böyük səhvlərindənbiri də din olmadan da əxlaqın olacağını, insanların dinsiz dəgözəl əxlaq göstərəcəklərini düşünmələri idi. Halbuki, bu çox böyük bir yalandır. Din olmadan, Allah qorxusu yaşanmadan, Axirət günündə etdiklərinin hesabını verəcəyinə inanmadan həqiqimənada sevgi, hörmət və gözəl əxlaqın yaşanması mümkün deyil. Din əxlaqı olmayan bir yerdə insan sevgisi olmaz, dostluq olmaz, gözəl əxlaq olmaz. Çünki, əgər din əxlaqı yaşanmırsa, demək ki, Allah qorxusu da yoxdur. Bu isəinsanın ancaq öz istək və arzularını həyata keçirməyə, öz mənfəətləri ilə zidd olan hər şeyi heç bir sərhəd tanımadan yox etməyə çalışacağı mənasını verir. Belə bir insan sevgini də, şəfqəti də, mərhəməti də ancaq öz mənfəətinə uyğun olduğu müddət ərzində göstərir. Özünə fayda verən insanı sevir, verməyəni isə əzməkdən, ona pis davranmaqdan çəkinmir. Bu adamın ədaləti də ancaqöz mənfəətlərinə uyğundur. Özünə fayda verməyənlərə qarşıədalətli olmağı da vacib bilmir. Əgər özü üçün qazanclı olacağını düşünürsə yardımsevər olur. Bir mənfəəti yoxdursa, aclıq çəkən insanlar, zülm görənlər, mərhəmətsizcə qətl edilən günahsızlar onun üçün heç bir məna kəsb etmir. Bu mənzərələr vicdanına təsir etmir. Çünki, din əxlaqını yaşamayan insan vicdanına görə yox, öz nəfsinin istəklərinəgörə hərəkət edir.

Tarix dinin insan ruhuna qazandırdığı həqiqitərbiyəni və Allahın yol göstərici hökmləri olmadıqdan sonra heç birhəqiqiəxlaqdan söz gedə bilməyəcəyini sübut edən nümunələrlə doludur.Buna nümunə kimi, 1789-cu ildə, Fransız İnqilabında azadlıq, bərabərlik, qardaşlıq naminəmeydana çıxanların minlərlə günahsız insanı öldürmələri, ya da guya sosyal ədalət naminəortaya çıxan kommunist rejimlərin milyonlarla insanı qətl etməsi və s. göstərə bilərik.

Postmodernizm isə modernizm tərəfindən əsası qoyulan dəyər, meyar və hədəflərin mənasızlığını dərkedən, ancaq bu doğru diaqnozdan yola çıxaraq heç bir mütləq dəyər, meyar və hədəf olmadığı kimi səhv nəticəyə gələndüşüncədir. Postmodernistlərin ən böyük səhvihaqqında danışılan "relativizmdir”. Yəni bütün dəyər və inancların müxtəlif insanlara görə dəyişən, mütləq düzgünlük ifadə etməyən "relatif"(nisbi) fikirlərdən ibarət olduğunu deyən bir yalandır.

Halbuki, insanınvar olma məqsədini göstərən çox əhəmiyyətli bir həqiqətvar.İnsanı Allah yaratmışdır və insan bütün həyatını Ona borcludur. Modernizm bu həqiqəti tamamilə rədd etmiş və ya gözardı etmişdi. Postmodernizm isə bu həqiqəti "relatif fikir" kimi göstərməklə eyni səhvi təkrar etmişdir.

Buna görə dəpostmodernizm cəmiyyətüçün çarə deyil. Cəmiyyətiheç bir mütləq dəyərin və məqsədin olmadığı xaosa aparanbaşqa bir yalandır. İnsanlarhəm bu yalandan, həm də hələ də gücünü qoruyan modernist düşüncədənxilas ola bilmək üçün özvar olma məqsədlərini dərketməlidirlər.

Postmodernizm də Çökür

Son iki əsrdəyaşanan bütün bu təcrübələr bu gün cəmiyyətinböyük əksəriyyətinin yaşadığı əxlaqi degenerasiya və bu degenerasiyanınsəbəb olduğu zülmlərhəm modernizmin, həm də modernizmdənsonraortaya çıxan bütün dindənkənar axınların sonunu gətirmişdir. Bu gün artıq materializm, ateizm və bu fikirlərəəsaslananbütün ideologiyalar sürətləçökür. Kosmologiya, biologiya, psixologiya, tibb və ya sosiologiya kimi müxtəlif elmi sahələrdə olan inkişaflar da materializmin və ateizmin çöküşünü sürətləndirir. Amerikalı yazıçı Patrick Glynn 1997-ci ildə nəşr olunan “God: The Evidence, The Reconciliation of Faith and Reason en a Postsecular World” (Allahın Dəlilləri, Sekularizmdən SonraDünyada Ağıl vəİnancın Uzlaşması) adlı kitabında bu çöküş vəçevriliş müddəti iləəlaqədar belədeyir:

Keçən iki onillikdəki tədqiqatlar daha əvvəlki nəslin sekular vəateist mütəfəkkirlərin Allah haqqındakı bütün fərziyyələrini vəuzaqgörənliklərini tərsinəçevirmişdir. (Bəhs etdiyimiz) Müasir mütəfəkkirlər elmin kainatın daha da mexaniki vətəsadüfi olduğunu ortaya çıxaracağını zənn etmiş, elm isə əksinə,kainatda ağla sığmaz dərəcədə“böyük dizayn” olduğunu göstərən inanılmayacaq dərəcədə həssas nizamın ölçülərini kəşf etmişdir. Müasir psixoloqlar dinin bir nevroz xəstəliyi olaraq  qəbul edilib tərk olunacağını nəzərdətutmuşlar, ancaq əksinədini inancların psixisağlamlığın çox həyati bir hissəsiolmağı empirik (yaşanaraq) bir kəşf olmuşdur…

Bunu çox az sayda adam başa düşüb, amma bu açıq bir həqiqətdir. Elm vədin arasında keçən bir əsrlik böyük mübahisənin ardınca bu anda mövqelər tamamiləalt-üst olmuş vəziyyətdədir. Darvinin ardınca Huxley vəRussell kimi ateistlər vəaqnostiklər həyatın tamamilətəsadüfi vəkainatın da radikal şəkildəməqsədsiz olduğunu göstərən bir tezisəsöykənirdilər. Çox sayda elm adamı vəintellektual hələdə bu cür düşünür. Amma bunu müdafiəetmək üçün getdikcə daha da məntiqsiz yollara yönəlirlər. Bu dövrdəkonkret dəlillər çox güclü şəkildəAllah inancını dəstəkləyir.

Elm başda olmaqla, materializmin məruz qaldığıbu böyük məğlubiyyətmaterializmdən qaynaqlanan postmodern dünya görüşünün dəyox olmağa üz tutduğunun əhəmiyyətli nişanəsidir.

Bəzi insanlar postmodernizmin mövcud sistemin səhvlərini vəəyriliklərini tənqid edib qınadığını, beləlikləcəmiyyətinyaxşılığına çalışan bir fikir sistemi olduğunu iddia edirlər. Beləbir tənqidin olduğu doğrudur. Ancaq bu insanların göz ardı etdikləri vacib bir həqiqət var. Vacibolan bu səhvləri tənqid etmək deyil, problemi kökündən yox edəcək bir çarətapmaqdır. Belə ki,postmodernizm tənqid etdiyi bu səhvlər iləeyni fikri qaynaqdan bəsləndiyi üçün əsla bu problemlərəçarətapa bilməz. Unudulmamalıdır ki, postmodernizm tərəfindən guya tənqid olunan nöqtələr, müasir dövründin əxlaqından uzaq olmasınınnəticəsidir. Postmodernizm özü dəmüdafiəetdiyi dindənkənar mədəniyyət iləproblemin bir hissəsidir.

Bu gün dünyanın bir çox ölkəsindədin əxlaqından uzaq yaşamağın çətinliyi vəəzablarıyaşanır. Dindənkənar əxlaqın səbəb olduğu şiddət bir çox cəmiyyəti öz təsiri altına almışdır. Bu həyat tərziinsanları xaosa, böhrana, yoxsulluğa, qaranlığa, döyüşə, qarşıdurmaya, istismara sürükləyəntərzdir. Bu həyat tərzinin meydana gətirdiyi sistem bütün əyrilikləri iləüzəçıxmışdır. Alimlər vəsosyoloqlar postmodern mədəniyyətin yaşadığı xaosu ancaq bu mədəniyyətdənfərqlibir anlayışın ortadan qaldıra biləcəyini müdafiəedirlər.

Bu anlayış isəAllahın insanlara Quranda əmr etdiyi haqq din əxlaqıdır. Quran əxlaqının yaşanması iləədalətsizlik, ixtilaf, bərabərsizlik, mübarizə, müharibə,haqsızlıq, israf, təəssüb, zülm, şiddət kimi saysız sosyal problemlərəinsanların həyatlarını asan, rahat vəxoşbəxt edəcək ən mükəmməl vəən əsaslı çarələrtapılacaq. Quranda hər mövzuda vəhər vəziyyətdəgöstərilməli olan gözəl reaksiyavə idealəxlaq forması da bildirilmişdir. Quranda təsvir edilən bu üstün əxlaq modelini yaşayan insanlardan ibarət olan cəmiyyət əsrlərdirarzu edilən ideal quruluşa qovuşacaqdır.

Həll yolu: Quran Əxlaqı

İnsanlar haqq din olan İslama uyğun davranmadannəşəxsi, nədəictimai problemlərə əsaslıvəqaneedici çarələrtapa bilməzlər.Tarixdə din əxlaqından uzaq həyat tərzi yaşayan insanların çarə tapa bilmədikləri problemlər bu həqiqəti bir daha təsdiqləyir. İnsanlar din əxlaqından uzaqlaşdıqca qarşılığını özü və yaşadığı cəmiyyətin yaşadığı əzab və problemlərlə alacaq.

Çarəisəbəllidir.Hər şeyin Yaradıcısı olan Allaha yönəlmək vəbizim üçün seçdiyi dini yaşayaraq həqiqi xoşbəxtliyəçatmaq. Allah dünyada qurtuluş yolunun dinəyönəlmək olduğunu xəbər vermiş vəsəmimi qullarına din əxlaqını yaşadıqları haldadünyada qorxuyla qarşılaşmayacaqlarını müjdələmişdir. Cəmiyyətinxilası Rəbbimizin bizəəmr etdiyi şəkildəbirlikdəİslama yönəlməkdədir.

Ey iman gətirənlər! Hamınız bir yerdəsülhə(islama) gəlin! Şeytanın yolu iləgetməyin, çünki o sizin açıq düşməninizdir!  (BəqərəSurəsi, 208)

Unudulmamalıdır ki, tarixin bu əhəmiyyətli dövrü müsəlmanlara çox vacib məsuliyyətlər gətirir. Qədərdəolduğu üzrə cəmiyyətmaterialist düşüncədənxilas olur, bunun nəticəsindəAllaha vədinəyönəlir. Bu da təbii olaraq "hansı din?" sualını gündəməgətirir. Bu vəziyyət müsəlmanların bütün dünyaya İslamı izah etmək vətəbliğetmək üçün ciddi səy göstərməli olduqlarını göstərir. İnternet, televiziya, mətbuat kimi kütləvi informasiya vasitələrinin böyük sürətləyayıldığı, bütün dünyanın bir-birini gördüyü vətanıdığı bir dövrdəHaqq Din olan İslamın doğru başa düşülməsi vədoğru izah edilməsi şübhəsiz ki, çox böyük vəzifədir.

2010-09-29 10:04:38
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top