SİVİLİZASİYALAR ARASI SÜLH VƏ TÜRK MİLLƏTİNİN ROLU

1990-cı ildən etibarən bəzi analitiklər dünyanın Qərb-İslam toqquşması iləqarşı-qarşıya olduğunu irəli sürmüşdülər. Diqqətləbaxsaq, son dövrdəQərb vəİslam sivilizasiyalarıarasında baş verə biləcəkhər hansı bir toqquşma ilə terrorarasında əlaqəqurmaq istəndiyini görərik.

 

Dəyişən Dünya Sistemi

 

20-ci əsrin sonlarında SSRİ-nin dağılmasıyla birlikdədünyanın siyasi gələcəyinin necəolacağı sualı ortaya çıxmışdır. Bu mövzuda çox müxtəlif tezislər qarşıya qoyulmuşdur. Ortaya atılan ssenarilərdəki ortaq mövzu bütün materialist ideologiyalarda olan "mübarizə" anlayışının beynəlxalq münasibətlərə tətbiq olunmasıdır. İnkişafın ən əhəmiyyətli şərti olaraq millətlər arasındakı ixtilaf vəkonfliktləri göstərən bu anlayış keçən əsrədamğasını vuran bütün siyasi fikirlərin təməlini meydana gətirmişdir.

 

Ziddiyyət vəkonflikt fikirlərinəəsaslanan busiyasi dünyagörüşü tarix boyu çox nəzərəçarpan İslam vəXristian sivilizasiyaları arasında bir qarşıdurma olduğunu iddia edir. Bu düşüncəyəgörə1-ci və2-ci Dünya Müharibələri,ya da Soyuq Müharibə dövrləri əslindəQərbin daxili məsələləridir vəbu problemlər həll edildikdən sonra keçmişdən qalanəsl mübarizəyəqayıdılacaq.

 

Qərb-İslam Sivilizasiyalarının Toqquşmasına Hazırlıqlar

 

Amerikalı siyasətçi Samuel P. Huntingtonun məşhur “Sivilizasiyaların Toqquşması” tezisinin əsas mövzusuda budur. Huntington dünyadakonfliktlərin yaşandığını, bunun dünyanı müəyyən cəbhələrəayırdığını söyləyir.

 

1980-ci illərin sonunda iki qütblü dünya sistemininortadan qalxmasıyla dünyada ideologiyaların təsiri sona çatdı. Buradanyola çıxaraq Huntington bundan sonrakı konfliktlərin ideologiyalar arasında yox, sivilizasiyalararasında reallaşacağını iddia edir. Huntington "sivilizasiyalarıtəyin edən xüsusiyyətin din olduğunu" ifadəedərkən əslindənəyi izah etmək istədiyi çox açıqdır: "İslam vəXristian dünyaları arasında olabiləcək bir müharibə"...

 

Onun fikrincəBosniya və Herseqovinada olanlar, ya da İraq iləQərb dünyası arasında yaşanan Körfəz Böhranı cəmiyyətin gələcəkdəqarşılaşacağı sivilizasiyalar arasımüharibənin bir növgirişidir. (www.islamterorulanetler.com)

 

Halbuki, bütün bunlar xəyali bir ssenaridən başqa bir şey deyil. ƏslindəİslamvəQərb sivilizasiyası arasında toqquşma ola bilməz. Çünki, Qərb sivilizasiyasının əsasını meydana gətirən Yəhudi-Xristian inancı İslamla əks fikirdə deyil.Əksinə, bənzərlikvəittifaq vardır. Konfliktlərə səbəb ola biləcək etnik vəmədəni fərqlər isədanışıqlarla, həm "sivilizasiyalar arası”, həm dədünyada sülhünbərqərar edilməsi üçün xeyirli olacaq.

 

Bir-Birinə ZiddSiyasətlər Fayda Verməz

 

İnsanların adət-ənənələri vəinancları ölkədən ölkəyə, hətta bir ölkənin daxilindəbeləçox müxtəlifdir. Buna görə də cəmiyyətlər vəsivilizasiyalar arasında tarixi, mədəni, etnik fərqlərin olması qaçılmaz bir həqiqətdir. Bəzəndəbu fərqliliklər konfliktlərə çevriləbilir. Dünya tarixinəbaxsaqbu konfliktlərindövlətlər arasında böhranlara, hətta bəzən müharibələrəçevrildiyini görərik. Əlbəttə,bu arzu olunan hal deyil. Buna görə dəbeləzamanlarda sülhsevər siyasi addımlar lazım olduğu halda, konflikti artıracaq bəzi nəzəriyyələr yazmaq vəbunları sosyal elmlərləəsaslandırmağa çalışmaq çox zərərlidir.

 

Huntingtonun "Sivilizasiyaların Toqquşması" əsəri elmə, ağıla əsaslanmayan vəvicdani heç bir dəlili olmayan bir nəzəriyyədir. Tarix boyu dünyanın hər bölgəsindəmüxtəlif sivilizasiyalar olmuş, bu sivilizasiyalar bir-birləriyləsosyal vəiqtisadi əlaqələr qurmuş, mədəniyyətləri qarşılıqlı olaraq təsirlənmişdir. Hər irq, hər soy, hər millət fərqlimədəniyyətəsahibdir. Hər mədəniyyətin fərqlixüsusiyyəti varvəmədəniyyətlər qarşılıqlı şəkildə biri-birilərindən təsirlənirlər.

 

Bu konfliktlərə misal olaraq, 20-ci əsrin ən böyük qanlı hadisələrinə səbəb olan kommunizmi göstərə bilərik.  Halbuki, bu gün insanların konfliktə yox, sülhə ehtiyacı var. Bu sülh üçün lazım olan modeli isəuzaqda axtarmağa ehtiyac yoxdur. 500 il ərzində idarə etdiyi hər bölgəyə sülh və ədalət gətirənOsmanlı bənzəri idarəvəTürk-İslam əxlaqı ortaya atılan"sivilizasiyalarını toqquşmasını" "sivilizasiyalararası dostluğa”çevirə bilər.

 

Samuel Huntington “SivilizasiyalarınToqquşması” tezisini qarşıya qoyarkən bu mübarizənin Orta Şərq vəAvrasiyadan çıxacağını söyləyirdi. Onun fikrinə görəAvropadakı ideologiya əsaslı bölünmələrsona çatdığı zaman Avropanın Xristianlığı iləİslam mədəniyyəti arasındakı fərqlər yenidən ortaya çıxacaq vəgələcəkdə olacaqkonfliktin cəbhələri keçmişdəolduğu kimi bu gün dəAvrasiyadan görünəcək.

 

Osmanlının Gətirdiyi Sülh (Pax Ottomana)

 

KeçmişəbaxandaOrta Şərqin və ümumilikdəAvrasiyanın 20-ci əsrə qədər Osmanlı hakimiyyətindəkeçən sakit bir tarixə malik olduğunu görürük. Hungtintonun bu konseptdəkikonflikt nəzəriyyəsinin əksinə inanc vəetnik cəhətdən dünyanın ən qarışıq bölgəsi olan bu torpaqlar, Osmanlı İmperiyasınınhakimiyyəti dövründə dinc, təhlükəsiz və sülh içində olub. 1514-cü ildəYavuz Sultan Səlimin Qüdsü vəətraf ərazilərifəthindən sonra Fələstindətəxminən 400 il davam edən birOsmanlı hakimiyyətibaşladı. Bu dövr Osmanlının digər əyalətlərində dəolduğu kimi Fələstindədəsülhü, sabitliyi və"müxtəlif inanclı insanlarınbir yerdə sülh içindəyaşamağını” təmin etmişdir.

 

Təkcə bu bölgələr yox, eyni zamanda Zaqafqaziya, Balkan ölkələri kimi problemli regionlar da Osmanlı hakimiyyətindəolan ərazilər idi. İmperiyanın ərazisi bir müddət 24 milyon km2-ə çatmışdı. 600 illik tarixində400 il ən böyük əraziləri əlindəsaxlayan, tənəzzül dövründə, yəni 200 il ərzindəbeləçoxda torpaq itirməyən, süqutdövrü olan 20-ci əsrin əvvəllərinəqədər təsir gücünü qoruyan Osmanlı imperiyasına "dünya dövləti" adını verməkmümkündür. Samuel Huntingtonda adı keçən tezisində bu konfliktin ancaq regionda keçmişdəolduğu kimi Osmanlıya bənzəyənbir quruluşla düzəldilə biləcəyini qeyd edir.

 

Huntington, "İslam əsrin ilk onilliyinə qədər lider bir dövlətəsahib idi. Bu da açıqdır ki, bu dövlətOsmanlı İmperiyası idi" sözlərində bu həqiqətiaçıq-aşkarifadəetdmişdir. (S. Huntington, 1997-ci ildəTürkiyədə, SərmayəBazarı Qurulunda verdiyi konfransdan)

 

Şübhəsiz ki, bu cür böyük bir dövlətin bu qədər uzun ömürlü olmasını ancaq silahlıgücəbağlamaq doğru olmaz. Osmanlı İmperiyasını"dünya dövləti" adına layiq edən faktorların içində gücünün əsasını təşkil edən mənəvi dəyərlər də var. Bunun səbəbi Osmanlı İmperiyasının "millət sistemi" adı verilən bir sistemlə idarəedilməsivəbu sistemin ən fundamental xüsusiyyətinin fərqli inanclara sahib insanlara öz inanclarının vəhətta hüquqlarının tələb etdiyi şəkildəyaşamaq imkanının verilməsiidi. Quranda "Kitab əhli" olaraq adlandırılan Xristianlar vəYəhudilər Osmanlı torpaqlarında ədalət, təhlükəsizlik vəazadlıq tapdılar.

 

Bu həqiqətİngilis “The Guardian” qəzeti tərəfindən keçdiyimiz günlərdənəşr olunan bir dəyərləndirmə yazısında da diləgətirilib. Məqalədəson hadisələrdən sonra Balkan ölkələrində, Orta Şərq vəŞərqi Aralıq dənizi ərazisindəyaşayan Xristianların Osmanlını "şamla axtardıqları" ifadəedilir. “The Guardian”, Osmanlı İmperiyasının hakimiyyəti altında olan ərazilərdəhökümətin ədalətli davrandığı ilə əlaqəli olaraq bu sözləri istifadəetmişdir:

 

"Bu əsrin əvvəlində imperiyanın süqutu ilə sərhəd ərazilər (Balkan ölkələr, Şərqi Anadolu, Şərqi Aralıq dənizi ölkələri) sərbəst oldular. Bu imperiyanın süqutunun mənfi nəticələri həmişəkindən daha çoxhiss edilir."

 

Osmanlı Dövləti müsəlmanlar tərəfindən idarəolunan İslam dövləti olmağına baxmayaraq əhalisini məcburi şəkildə müsəlmanlaşdırmaqkimi bir məqsədiyox idi. Əksinə, Osmanlı  qeyri-müsəmanlara da təhlükəsiz vərahat həyat təmin etməyi, onları ədalətləvəİslamdan razı olacaqları şəkildəidarəetməyi hədəfləyirdi.

 

Tarix, Türk-İslam əxlaqının Orta Şərqəədalətli, rahat, şəfqətli bir həyat verən tək sistem olduğunu göstərir. Avropa“Osmanlının Gətirdiyi Sülhü” bu gün hələdə qaytara bilmir. Buna görə dəOrta Şərqəsülhüngəlməsinin yolu sülhsevər vəədalətli  Osmanlı modelinin yenidən hakim olmağından keçir.

 

Türkiyənin Vizionu

 

Bu gün dəyişən dünyada Türkiyəbütün Orta Şərqdə, Balkan ölkələrində,Zaqafqaziyada vəOrta Asiyada sülhütəmin edə biləcəktarixi bir təcrübəyəsahibdir. Türkiyənin sahib olduğu coğrafi  miras Adriatik dənizindən Çin Səddinəqədər dünyanın ən əhəmiyyətli vəən stratejik regionlarını əhatə edir. Türk milləti bu regionda insanların unuda bilməyəcəkləri bir mədəniyyətin dəvarisidir. Türklər hakim olduqları torpaqlarda sahib olduqları mədəniyyət ilə hər dövrdəvəhər şəraitdəetibarlı,dost bir iz qoyublar.21-ci əsrdəTürk millətini irəliyə aparacaq olanda bu yüksək əxlaqi keyfiyyətləri özündə cəmləşdirən, Osmanlıdan miras qalmış, İslam əsaslı mədəniyyətdir.

2010-09-29 10:06:06
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top