Taylandın inzibati ərazi vahidi olan Patanidə müsəlmanların məruz qaldığı zülm və zorakılıq dünya ictimaiyyəti tərəfindən çox bilinmir. Halbuki, cənub-şərqi Asiyanın bu bərəkətli və zəngin torpaqlarında təxminən 200 ildir ki, zülm davam edir.
Patani müsəlmanlarının yaşadığı zülm, 1782-ci ildə Patanidə hakimiyyəti ələ keçirən Rama Xanədanı ilə başladı. Bu xanədan Bangkoku paytaxt elan etdi və mərkəzi rəhbərlik sistemi qurdu. Bu dövrdə Patanili müsəlmanlarla siyamlar adı verilən yerli xalq arasında bugünədək davam edən qarşıdurmalar başladı.Bu qarşıdurmalar əsnasında bir çox Patani şəhəri yandırıldı, 4.000 Patanili müsəlman siyamlar tərəfindən əsir alındı.
Siyamlar əsir aldıqları müsəlmanlara qarşı dözülməz işgəncələr verdilər. Hind qamışından hazırlanan iplə qulaqlarından və ayaqlarından tikdilər. Bu vəziyyətdə Bangkoka gətirdikləri müsəlmanları əllərində heç bir alət olmadan kanal qazma işlərində qul kimi işlətdilər. Patani Sultanı da bu müharibə nəticəsində Siyamlar tərəfindən vəhşicəsinə öldürüldü. Müharibədən sonra 7 hissəyə parçalanan və Tayland tərəfindən vergiyə cəlb olunan Patani, 70 il tamamilə siyamların rəhbərliyinə keçdi.
1909-cu ildə isə siyamlar tərəfindən Pataniyə saxta müstəqillik verilsə də Tayland rəhbərliyinin təzyiqləri davam edirdi. Tam müstəqillik üçün dəfələrlə qiyam qaldıran Patani xalqı hər zaman məğlub oldu. Bu dövrdə Malayziyaya edilən köçlər də artmağa başladı.
Tayland rəhbərliyi Patani xalqının İslami yönünü yox etmək üçün təzyiq siyasəti aparırdı. İlk olaraq 1932-ci ildə müsəlmanlara aid təhsil ocaqları qadağan edildi. 1944-cü ildə isə müsəlmanlara qarşı kütləvi qırğınlar başladı. Patani müsəlmanlarının liderləri və ailələri budistlər tərəfindən vəhşicəsinə şəhid edildi, İslami qaydalara uyğun gəlmək, ibadət etmək qadağan edildi, budizm dini qəbul etdirilməyə çalışıldı. Budizm, məktəblərdə məcburi şəkildə tədris edilməyə başladı. Müsəlman şagirdlər Budist təlimlərə görə hərəkət etməyə məcbur edildi.
Tayland əsgərləri Patanili müsəlman gəncləri və kişiləri tutub, çılpaq halda küçənin ortasında yerə yıxıb, əllərini arxalarından qandallayıb zülm edirdilər. 15-ci əsrdən etibarən müsəlman olan Patani xalqı demək olar ki, hər gün təzyiq və zorakılığa məruz qalır.
Tayland rəhbərliyi müxtəlif dövrlərdə müsəlmanlara qarşı kütləvi qırğınlar da təşkil edir. 1944-cü ildə təkcə Bulikor Samikdə 125 müsəlman ailə diri-diri yandırıldı. Tayland rəhbərliyinin məhv etmə siyasəti həyatın hər sahəsində özünü göstərdi. Patanidəki bir çox minarə dağıdıldı.
Bundan başqa bu məhv etmə siyasəti çərçivəsində Budist xalqın Patani bölgəsinə köçləri təşviq edilərək əhalinin etnik tarazlığı dəyişdirildi. Patanidə Taylandın ən böyük Buda heykəli tikildi. Müsəlman xalq Buda heykəllərinə sitayış etməyə məcbur edildi. Bunu qəbul etməyənlərin bəziləri şəhid edilərək Cinsə çayına atıldı. Minlərlə günahsız Pataniliyə dözülməz işgəncələr verildi, tibb müəssilərində çalışan müsəlman alimlər qeyri-müəyyən səbəblərdən şəhid edildi. Bu tip hadisələr Patani xalqı üçün gündəlik hadisələr halına gəldi.
Vaxt Qəzeti, 20 İyul 2010
Bu gün təxminən beş milyon müsəlmanın yaşadığı Patanidə müsəlmanlar bütün sosial, siyasi hüquqlardan məhrumdurlar. Xalq demək olar ki, hər gün Tayland əsgərlərinin hücumuna məruz qalır. Hətta Patani müsəlmanlarının öndə gələnlərinin verdiyi məlumatlara görə gündə təxminən 7 və ya 8 Patanili, Tayland əsgərləri tərəfindən şəhid edilir. Xalqın böyük əksəriyyəti yurdlarından çıxmağa məcbur edilir, etiraz edənləri isə şəhid edirlər. Qadınların böyük əksəriyyətinin təcavüzə məruz qaldığı, məscidlərin talan edildiyi, müsəlmanların evlərinə, tarlalarına donuzlar salınarak əziyyət edildiyi Patanidə təxminən 30 min dul qadın, 40 min yetim uşaq var. Bölgədə son 3 ildir tətbiq olunan hərbi vəziyyət dövründə 400-dən çox insan itkin düşmüş, 2300-ə yaxın insan şəhid edilmiş, 4000-ə yaxın insan isə qeyri-qanuni şəkildə həbs edilmişdir. Hal-hazırda 30 min insan kütləvi düşərgələrdə saxlanılır. Bu düşərgələrdəki vəziyyət mətbuatda bu şəkildə yansıyır:
Çılpaq vəziyyətdə düşərgədə saxlanılan məhkumların bir çoxunun bədənində işğəncə izləri var, Patanili məhkumlar son dərəcə əzgin, zəif və kədərli görünür. Bundan başqa məhkumların bədəninə əsgərlər tərəfindən rəqəmlər yazılıb. Tayland əsgərləri patanili məhkumlara səslənəcəkləri zaman adla çağırmaq yerinə bu rəqəmləri istifadə edirlər. Patanili qadın məhkumlar isə daha çox Narativanın Galuvo kəndindəki düşərgədə saxlanılır. Patanililər, 100-dən çox qadın məhkumun saxlanıldığı düşərgədə əsgərlər tərəfindən sistematik olaraq təcavüz edildiyini bildirirlər.
Müsəlmanlara İslami adlardan istifadə edilməsi qadağan edilmiş, bəzilərinin adları isə məcburi olaraq bütpərəst mənalar ehtiva edən adlarla dəyişdirilmişdir. Mövcud qadağalara görə patanili müsəlmanlar yaşadıqları zülmü dünyaya çatdıra bilmirlər. Çünki, xarici mətbuatın Pataniyə girişi, fotoşəkil çəkməsi qadağan olduğu kimi xalqın internetdən istifadə etməsi də son dərəcə məhduddur.
Hal-hazırda 30 min müsəlman Tayland rəhbərliyi tərəfindən düşərgələrdə saxlanılır. Bu müsəlmanların üzərinə nömrə yazan Tayland əsgərləri onları nömrələriylə çağırır. Müsəlmanların bu düşərgələrində necə yaşadığını isə, şəkillərdəki işgəncə izləri açıq şəkildə ortaya qoyur.
Qadınlar və uşaqlar da bu düşərgələrdə saxlanılır. Bu məzlum insanların yaşadıqları zülmün sona çatması üçün İslam aləminin birləşməyi vacibdir.
Patanili Qardaşlarımızın Mübarizəsi Necə Olmalıdır?
Patanidə yaşananları bəlkə də İslam dünyasında bir çox insan bilmir. Halbuki Patanili qardaşlarımız çox ağır şəraitdə yaşayırlar.
Ancaq bunu da qeyd etmək lazımdır ki, Patanidə yaşayan qardaşlarımızın zülmə qarşı göstərdikləri haqlı reaksiya mütləq Quran əxlaqına və Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olmalıdır. Darvinist, materialist, kommunist ideologiyaların təsiri və təlqini ilə aparılan mübarizə həm Qurana uyğun olmaz, həm də Allah belə bir mübarizəyə uğur nəsib etməz. Zülüm, zülmü doğuracaq, zülmə söykənən mübarizə isə patanili qardaşlarımızın daha çox təzyiqə məruz qalmasına səbəb olacaq. Patani xalqının haqlı mübarizəsinin müvəffəqiyyətə çatması, ancaq silahlı mübarizənin fikri mübarizəsi və maarifləndirilməsi ilə mümkün ola bilər. Bunun üçün də Patani xalqının təhsilli, mədəni, hüquq, diplomatiya və beynəlxalq siyasətə bələd və bütün bunların yanında Quran əxlaqına görə hərəkət edən güclü bir idarəçiliyə ehtiyacı var.
Əlbəttə Patani xalqı içərisində mədəni səviyyəsi yüksək, açıq fikirli çoxlu ziyalılar var. Bu ziyalıların gənclərin şüurlandırılması, doğru istiqamətləndirilməsi və Patani xalqının beynəlxalq ictimaiyyətdə müdafiə olunması sahəsində görəcəkləri işlər çox əhəmiyyətlidir. Bu işlər, Patani xalqının İslam əxlaqına görə şüurlandırılmasında, mədəniyyət və təhsil səviyyəsinin daha da artırılmasında və Patani xalqının haqlı mübarizəsinin bütün dünyaya ən gözəl şəkildə izah edilməsində çox əhəmiyyətli rol oynaya bilər. Bu səbəbdən Patanili bütün qardaşlarımızın mədəni səviyyələrini inkişaf etdirmələri, anti darvinist, anti materialist, anti kommunist iş görmələri həyati əhəmiyyət daşıyır.
Patanili Qardaşlarımızın Qurtuluşu üçün Səy Göstərmək Hər Müsəlmanın Məsuliyyətidir
Patanidə zülmə məruz qalan insanlara, məscidləri dağıdılan müsəlmanlara, kütləvi düşərgələrində ağır şəraitdə işlədilən insanlara görə bütün İslam aləmi məsuliyyət daşıyır. Allah Nisa Surəsinin 75-ci ayəsində, ehtiyac içindəki məzlum müsəlmanlara kömək göstərmək üçün səy göstərmələrinin vacib olduğunu bildirir:
"Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”- deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruş-mursunuz?"
Müsəlmanların, Patani xalqının qurtuluşu üçün İslam aləminin birliyini təmin etməyi çox əhəmiyyətli və həyati məsələdir. 1.5 milyardlıq İslam aləmi birlik olsa, birləşsə nə Patanidə, nə Burmada, nə Fələstində, nə İraqda nə də başqa bir yerdə heç bir müsəlmanın burnunun belə qanamasına icazə verilməz. Amma İslam aləmi bu gün olduğu kimi dağınıq və parçalanmış olsa, bu zülm, əziyyət sona çatmaz. Bu səbəbdən müsəlmanlar məzhəb, irq, dil, etnik mənşə kimi ünsürlərdən qaynaqlanan ayrılıqlara əsla yol verməməli, Şiə, Sünni, Cəfəri, Vahabi bütün müsəlmanların Allahın bir əmri olaraq bir-birlərinin qardaşları olduqlarının şüurunda olmalı və bu şəkildə hərəkət etməlidirlər. (www.turkislambirligi.org)
Peyğəmbərimiz (səv) bir müsəlmanın, digərini çətinlikdə qoymasını qəbul edilə bilməz olduğunu bildirmişdir. Patanidə müsəlmanlar ağır işgəncələrə məruz qalarkən, Əfqanıstanda, İraqda, Şərqi Türkistanda, Fələstində hər gün qan axıdılarkən, minlərlə məzlum "Bizi qurtarın" deyə qışqırarkən, ayrılıqlarla vaxt itirmək heç bir müsəlmana yaraşmaz. Dövrümüz, bütün müsəlmanların bir-birinə dəstək olub, birləşəcəkləri bir dövrdür. Bu, Allahın fərz buyurduğu hökmdür. Bütün müsəlmanlar Allahın bu fərzini yerinə yetirmək üçün cəhd göstərməlidir.
Bu səhifədə qoyulan şəkillər, müsəlmanların Türk İslam Birliyinin qurulması üçün bir dəqiqə belə itirilməməsinin vacib olduğunu göstərir. Allahın icazəsiylə Türk İslam Birliyi qurulduğunda, bir zamanlar Osmanlının vilayəti olan Patanidə dünyanın hər yerində olduğu kimi bayram günü olacaq. Osmanlının həsrəti ilə yaşayan Patani xalqı həsrətini çəkdiyi dincliyə, təhlükəsizliyə, rahata, sülhə və azadlığa qovuşacaq.
2010-09-29 10:27:39