Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!(Nisa Surəsi, 145)
...Əgər şəddə iki nun sayılsa, oxunmayan həmzələr və ye də nəzərə alınsa, 1376 (1956-1957) edərək, bu zülmətli nifaqın (dinsizlik və zülmə söykənən, ikiüzlü münafiq sistemin) sükut mərtəbəsinə (susma, sona çatma dərəcəsinə)... (Emirdağ Lahikası (1), Məktub no: 15)
Bədiüzzaman Səid Nursi Emirdağ Lahikası adlı əsərində Nisa Surəsinin 145-ci ayəsinin əbcədinin "1956-cı ilə" işarə etdiyini ifadə etmişdir. Bədiüzzaman buradakı "bu zülmətli nifaqının sükut mərtəbəsinə" sözləri ilə 1956-cı ilin dünya səviyyəsində İslam dünyası və Müsəlmanlar baxımından böyük bir əhəmiyyət daşıdığını ifadə etmişdir. Bədiüzzamana görə bu ilə qədər hökm sürən zülm, dəlalət və nifaq mühiti 1956-cı ildən sonra bütün dünyada geriləməyə başlayacaq və Allahın izni ilə sona çatacaq. Bədiüzzamanın ifadə etdiyi "Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!"(Nisa Surəsi, 145) ayəsi də bu gerçəyə işarə edir. Bədiüzzamanın "zülmətli nifaq" olaraq adlandırdığı zülmə və inkara söykənən inanc sistemi də, eyni ayədə bildirilən münafiqlərin vəziyyəti kimi, Allahın iznilə yox olacaq. Münafiqlərin heç bir köməkçisinin olmaması kimi, dünyada Dəccaliyyəti təmsil edən bu zülm, nifaq və dəlalət mühiti də köməksiz qalaraq sona çatacaq.
Quranda 1956-cı ilin əbcədini verən başqa bir ayə isə Ali-İmran Surəsinin 81-ci ayəsidir:
Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir. (Ali-İmran Surəsi, 81)
Bu ayədə keçən "... sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə..." sözlərinin əbcədi 1956 edir. Risaleyi Nurlara tətbiq olunan qadağanın qaldırılması da bu tarixlə üst-üstə düşür. 1956-cı il Risaleyi Nur baxımından çox əhəmiyyətli bir il olmuşdur. Bilindiyi kimi bu ilə qədər Risaleyi Nur saxlamaq, oxumaq, paylamaq qadağan edilmiş, Nur Risalələri haqqında min beş yüzə qədər iddia ərizəsi verilmişdi. 1956-cı ildə isə Afyonda 8 il sürən iddia məhkəməsi nəticəsində risalələrin heç bir cinayət ünsürü daşımayan imani əsərlər olduğu açıqlanmışvə bu mövzuda böyük hüquqi mübarizə də məhkəmənin qərarı ilə sona çatmışdır. Afyon Məhkəməsi 1956-cı ildə Dəyanət İşləri Rəyasət Müşavirə Heyətiqurumu bütün Risaleyi Nur Külliyyatını bir-bir araşdıraraq hər bir Risalə haqqında müsbət və faydalı, Qurana əsaslanan təfsir olduğuna aid hesabat təqdim etmiş, Nur Risalələrinin bəraət edilməsinə qərar vermiş və beləcə Risaleyi Nurların nəşr olunmasına icazə verilmişdi.
Bədiüzzamanın da ifadə etdiyi kimi, Risalələrin sərbəst buraxıldığı bu tarixlə başlayan Dəccaliyyətin fikir sisteminin yox olması Allahın iznilə yaxın gələcəkdə tamamilə sona çatacaq, Peyğəmbərimizin (səs) də müjdələdiyi kimi Quran əxlaqı bütün dünyada hakim olacaq.
RİSALƏ NURda 1979-1980-ci İLLƏRƏ İŞARƏLƏR
Gələcəkdəki dünyəviyyədə 1400 il sonra gələcək bir həqiqəti öz əsrlərində karib (yaxın) zənn etmişdilər.(Sözlər, s. 318)
Bədiüzzamanın İslam əxlaqının hakimiyyəti dövrlərinə dair risalələrdə ifadə etdiyi başqa bir tarix isə "səhabə dövründən 1400 il sonra"dır. Bu tarix Miladi olaraq "1979-1980-ci illərə" təvafüq edir.
RİSALƏ NURda 1981- 1991-ci İLLƏRƏ İŞARƏLƏR
Bədiüzzaman hicri təqvimlə 1327-ci ildə Şamdakı Əməvi Məscidində on min insana verdiyi Şam xütbəsində də İslam aləminin 1371-ci ildən sonrakı gələcəyi ilə bağlı izahlar vermiş, axır zamandan müxtəlif tarixlər verərək, İslam əxlaqının mübarizə və qalibiyyət zamanına diqqət çəkmişdir:
Bəli, indi olmasa da 30-40 İL SONRA fən və həqiqi bacarıq (hünər, sənət, elm və fənlərlə öyrənilən məlumat)və mədəniyyətin mehasini (yaxşı və faydalı istiqamətlərini)o üç qüvvəti tam təchiz edib (o üç qüvvətlə təchiz edib), cihazatını verib (lazımlı ehtiyacını qarşılayıb)o doqquz maneələri məğlub edib paylamaq üçün taharrisi həqiqət meyelanını (gerçəkləri araşdırma meyli)və insaf və muhabbeti insaniyeyi (insan sevgisini)o doqquz düşmən tayfasının (sinfinin)cəbhəsinə göndərmiş, inşaallah YARIM ƏSR SONRA onları darmadağın edəcək. (Hutbe-i Şamiye, s. 25)
Bədiüzzamanın Şam Xütbəsi İslam əxlaqının hakimiyyət zamanı ilə əlaqədar dəqiq tarixlər verməsi baxımından son dərəcə əhəmiyyətlidir.
... Bəli, indi olmasa da 30-40 İL SONRA…
Bədiüzzamanın verdiyi bu tarixlə xütbənin oxunduğu tarixdən 30-40 il sonra, yəni hicri tarixinin 1401-1411-ci illəri nəzərdə tutulmuşdur. Miladi olaraq isə bu tarixlər "1981-1991 tarixlərinə" uyğun gəlir.
Bədiüzzamanın bu mövzunu açıqladığı sözlərindən bir başqası isə belədir:
YETMİŞ BİRDƏ fəcri sadiq başladı və ya başlayacaq. Əgər bu fəcri qazıb da olsa, OTUZ-QIRX İL SONRA fəcri sadiq çıxacaq.(Hutbe-i Şamiye, s. 23)
Fəcr: Dan yerinin ağarması, günəş doğmamışdan əvvəlki qırmızımtıl səhər çağı
Fəcri Qazıb: Səhərə qarşı üfüqdə yayılmağa başlayan birinci qırmızılıq.
Fəcri Sadiq: Fəcri Qazıbdan sonra yayılmağa başlayan ikinci işıqlanma.
1371 + 30 = 1401 = 1981
1371 + 40 = 1411 = 1991
Bədiüzzaman bu sözləri ilə İslam əxlaqının bütün dünyaya hakim olmasını günəşin doğmasına bənzətmişdir. Bədiüzzaman bu örnəklə günəşin batdıqdan sonra səhəri gün yenidən doğması kimi İslam əxlaqının da dünya üzərində təkrar doğulub parlayacağına işarə etmişdir. Fəcri Qazıb və Fəcri Sadiq ifadələri ilə bu doğuşun başlanğıc illərinə diqqət çəkmiş və buna görə Haqqa qarşı düşüncə sistemi olan ateizmin və materialist fəlsəfənin məhvinin başladığının "1981-1991-ci illərdə" reallaşacağını ifadə etmişdir.
RİSALƏ NURda 1997-Cİ İLƏ İŞARƏLƏR
"...Kafirlərin dostu isə Tağutdur..."
(Bəqərə surəsi, 257)
Bədiüzzaman Bəqərə surəsinin 257-ci ayəsindəki "tağut" (batil fikir sistemi) sözünün əbcəd dəyərinin 1417, yəni Miladi "1997-ci ili" verdiyini ifadə etmiş və bu tarixdə "tağut"un, yəni Dəccalliyyətin batil və inkarçı fikir sisteminin dünya səviyyəsində azğınlaşacağını və şiddətlənəcəyini bildirmişdir.
RİSALƏ NURda 2001-Cİ İLƏ İŞARƏLƏR
... inşaallah YARIM ƏSR SONRA onları darmadağın edəcək...
(Hutbe-i Şamiye, s. 25)
Bədiüzzaman Səid Nursi Quran əxlaqının bütün dünyaya hakim olmasının yarım əsr, yəni 50 il ərzində tamamlanacağını bildirmişdir. Bədiüzzaman bu sözləri ilə materialist, Darvinist və ateist fəlsəfələrinin insanlar üzərindəki təsirinin 10 il kimi qısa bir müddət ərzində yox olacağına işarə edir. Bu tarix isə Hicri 1421, yəni Miladi "2001-ci ilə" uyğun gəlir.
Bədiüzzaman aşağıda da yer verilən 1981-1991-ci illərə işarə edən sözündə bir daha "2001-ci ilə" diqqət çəkir:
YETMİŞ BİRDƏ fəcri sadiq başladı və ya başlayacaq. Əgər bu fəcri qazıb da olsa, OTUZ-QIRX İL SONRA fəcri sadiq çıxacaq.
(Hutbe-i Şamiye, s. 23)
Bədiüzzaman bu izahında Haqqa qarşı düşüncə sistemi olan ateizmin və materialist fəlsəfənin dağılmağa başlamasının 1981-1991 illərdə, fikirlə tam mənası ilə susdurulub dağılmasının isə "2001-ci ildə" olacağına işarə etmişdir.
RİSALƏ NURda 2004-CÜ İLƏ İŞARƏLƏR
Bədiüzzamanın Risaləsi Nur Külliyyatında Hz. Mehdinin mübarizə və hakimiyyət dövrləri ilə əlaqədar olaraq verdiyi tarixlərdən bir başqası isə 2004-cü ilə aiddir. Bədiüzzaman Quranın "Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər."(Tövbə Surəsi, 32) ayəsindəki "...ancaq öz nurunu tamamlamaq istər"cümləsi haqqında gələcəyə istiqamətli belə bir məlumat verir:
"İndi xatirə gəldi ki, əgər şəddəli "lamlar" və "mimlər" iki sayılsa bundan bir əsr sonra zülümatı (zülm sistemini) dağıdacaq şəxslər isə Həzrəti Mehdinin şagirdləri (tələbələri) ola bilər." (Şüalar, səh. 605)
Bədiüzzaman bu ayənin əbcəd dəyərinin Hicri 1424-cü, yəni miladi "2004-cü ilə" uyğun gəldiyini və bu tarixin Hz. Mehdi öndərliyində Quran əxlaqının dünya hakimiyyəti dövrlərindən birinə işarə etdiyini bildirir.
RİSALƏ NURda 2007-2008 İLLƏRƏ İŞARƏLƏR
Bu ayənin gizli eyhamını "Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə)dost tutarsa, (bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir"(Maidə Surəsi, 56) ayəsi təyid (təsdiq)edir. Çünki "... qələbə çalanlar da məhz Allahın firqəsidir"ayəsindəki şəddəli nun (Ərəbcə şəddəli nun hərfi) bir sayılsa əvvəlki ayəyə təvafuk ilə (bərabər gəlməsilə) Hizb-ul Quranın (Quran tərəfdarlarının) fəaliyyətinə vasitə olan bir xadiminin (xidmət edən kimsənin) Quran oxumağa başladığı 1302 tarixinə iki fərq ilə təvafuk etməklə birlikdə şəddəli nun iki nun sayılsa min üç yüz əlli (1350) edər ki, bu tarixdə Qurandan müqtəbəs (alınan məlumatlarla hazırlanmış) olan Risaleyi Nur ətrafında toplanan, bütün qüvvətlərilə Quran xidmətlərinə çalışan Hizb-ul Quranın fəaliyyəti və dəlalət (azğınlıq) və zındıkaya (dinsizliyə) mənən qələbə çaldıqları bir zamana təvafuku (bərabər gəlməsi) isə gələcəkdə tam qələbələrinə (tam qalibiyyətlərinə dair) bir eyhamı qeybidir (gizli bir işarədir). (8. Lema, Keramet-i Gasviye)
Bədiüzzaman Səid Nursi bu sözündə ayənin "...qələbə çalanlar da məhz Allahın firqəsidir"cümləsinin əbcəd dəyərinin Hicri 1350 tarixini verdiyini və bu tarixdə Quran əxlaqının bir qalibiyyəti olacağına işarə etdiyini bildirmişdir. Ancaq ayənin ayrıca, bunun kimi gələcəkdə də yenə Quran əxlaqının üstün gələcəyi bir başqa dövr olacağına dair gizli bir işarə ehtiva etdiyini də xatırlatmışdır. Ayənin bu cümləsinin Ərəbcə yazılışında yer alan başdakı "fe" hərfi də hesaba qatılaraq əbcədinə baxıldığında 80 çıxır. 1350-yə 80 əlavə edildiyində də Hicri 1430 alınır ki, bu tarix də miladi olaraq "2008-ci ili" verir. Allahın iznilə bu tarix Bədiüzzamanın sözlərində ifadə etdiyi ayənin Quran əxlaqının gələcəkdəki Darvinist, materialist və ateist fəlsəfələr kimi dinsiz axınlar qarşısındakı tam qalibiyyətinə işarə edir.
2010-10-06 18:00:17