DARVİNİSTLƏR NİYƏ HƏLƏ DƏ SAXTA DİNO-QUŞ HEKAYƏLƏRİNƏ MÜRACİƏT EDİRLƏR

Bunun səbəbi budur: darvinistlər böyük dağıntının, dəhşətli məğlubiyyətin narahatlığının yaşandığı zamanda "bir şey olmadı ki" fəlsəfəsinin ardında gizlənirlər. Bunun üçün əllərinə keçən bir neçə qalığı hiylə ilə insanlara təqdim etməyə çalışırlar. Bu, soyu tükənmiş bir meymun fosili, bəzən də əslini heç bir zaman darvinist nəşrlərdə görə bilmədiyimiz bir dinozavr qalığı ola bilər. Sonra bu fosil uzun qanadlarını açaraq uçmağa hazırlaşan bir dinozavr şəkli ilə - "elmi" adı ilə xəyali dino-quş olaraq təqdim olunur və insanlara açıq şəkildə yalan danışılır.


Burada bunu xatırlatmaq lazımdır: İllərdən bəri bütün darvinist iddialarda ortaya qoyulan bütün saxtakarlıqlar o andaca və inkaredilməz elmi dəlillərlə ortadan qaldırılmışdır. Xüsusilə son aylarda gündəmə gətirilən bütün saxta dino-quş qalıqları ilə əlaqədar iddialar da darvinist saxtakarlığının təfərrüatı ilə ortaya qoyulması ilə susdurulmuşdur. Təkamülçülər bu elmi dəlillərə etiraz edə bilmədilər. Təkamül müdafiəçilərinin insanları aldatmaq üçün bir çox tapıntını təhrif edərək gündəmə gətirdikləri qüsursuz dinozavrları quşa çevirmək üçün lüzumsuz yalanlara əl atdıqları açıq şəkildə aşkar olmuşdur. Lakin məğlubiyyətin dəhşətini və çaxnaşmasını yaşayan darvinistlər yalanın başqa yolunu bilmədikləri üçün yenə də eyni primitiv üsulları tətbiq etməkdən çəkinmirlər.


 Bunların son nümunəsi Çində tapılan  3 m. uzunluğundakı 160 milyon illik dinozavr qalığıdır. Bu qalıqla əlaqədar darvinistlərin ən böyük iddiaları isə canlının qanadlarında tükün olduğu, yəni dinozavrın quşa çevrilməyə başlaması iddiasıdır. Bu saxta iddia darvinist elm jurnallarının hamısında elmi terminlərlə, saxta şərh və şəkillərlə sanki bir həqiqətmiş kimi nümayiş etdirilmişdir.


Halbuki hər zaman olduğu kimi, bu dinozavrın tüklərinin olması iddiası böyük yalandır. Diqqət yetirilsə, fosillərlə əlaqədar bütün darvinist nəşrlərdə darvinistlərin vizual aldatma metodu "saxta şəkil"lərdir. Qalığın varlığına dair heç bir dəlil, heç bir şəkil yoxdur. Belə ki, Science jurnalında nəşr olunan məqalədə qalıqda tük olduğuna dair heç bir söz keçmir və insanları aldatma siyasətinin tələbi olaraq, dinozavrlarla tüklərin əlaqələndirilməsi üçün yalnız tüklərdən bəhs edilir. Digər darvinist nəşrlərin tələm-tələsik etdiyi şey isə "qanadlarında tük var" deyə şərh əlavə edərək, bu dinozavr qalığını quşların ən qədim atası olaraq təqdim etməsidir. Halbuki canlı pulcuqlarla örtülü mükəmməl bir sürünəndir.  

 


Heç bir ara-keçid canlıya məxsus fosil nümunəsi yoxdur.


Darvinistlər nə qədər tapdıqları dinozavr fosilləri üzərində hay-küy salsalar da, ələ keçən qalıqlar daim mükəmməl, tam və qüsursuz dinozavr qalıqları olmuşdur. Təsadüfi mutasiyaları saxta tanrı kimi görən darvinistlərin iddiasına görə, mərhələlərlə və təsadüflərlə xəyali şəkildə təkamül keçirdiyi iddia edilən bu canlıların hər üzvü fərqli yerdə olan, qəribə, əcaib görünüşlü və son dərəcə anormal canlılar olmalıdır. Lakin canlılar belə deyil. Bu sadalananlara uyğun gələn heç bir fosil tapılmamışdır. Tam əksinə, fosilləri tapılan bütün canlılar son dərəcə mükəmməl, qüsursuz strukturlara sahib canlılardır.  Darvinizm canlıların mükəmməl simmetriya ilə qızıl nisbətə uyğun, tam və qüsursuz olduğuna görə böyük çətinlik çəkir. Belə ki, son tapılan dinozavr qalığı da, olduqca qədim tarixə malik mükəmməl qalıq olaraq darvinizmə meydan oxuyur. Süni şəkildə ortaya çıxarılan tüklü dinozavr nağılları darvinist məğlubiyyətin təzahürüdür.
Bir sözlə, tapılan mükəmməl qalıqların sayı hal-hazırda 300 milyona yaxındır. İndiyə qədər 300 milyon qalıqdan heç biri ara-keçid fosili deyil.

 


Bir zülal darvinizmin məğlubiyyəti üçün kifayətdir


Darvinizmi məğlub edən səbəb dinozavrların və bütün canlıların sahib olduğu zülaldır.  Bir zülalın ortaya çıxmasını açıqlaya bilməyən darvinistlərin mükəmməl canlılar üzərində təkamül təbliğatı aparmaları olduqca gülüncdür. Darvinistlərin sahib olduqları 100 trilyon hüceyrədən birinin içindəki yüzlərlə zülaldan yenə də yalnız biri darvinizmi yox etmişdir. Sanki ortada heç belə bir həqiqət yoxdur. Darvinistlərin insanların gözlərini pərdələmək istəyi, insanları hələ də aldada biləcəklərini zənn etmələri ağlasığmaz bir qəflətdir.


Darvinistlər müasir dövrümüzü nəzərə almalıdırlar. Onlar saxta təkamül nəzəriyyəsi haqqında məntiqsiz izahlar verməmişdən və yalanlara müraciət etməmişdən əvvəl,  bir zülalın necə meydana gəldiyini açıqlamalıdırlar. Bunu etməzdən əvvəl, qalıqlar üzərində saxtakarlıq etməklə məşğul olmamalıdırlar. Darvinistlər bunu da unutmamalıdırlar: artıq insanları saxta dino-quş xəbərləri ilə aldatmaq mümkün deyil. Dünyada insanların böyük hissəsi artıq təkamül nəzəriyyəsinə lağ edir. Saxtakarlıq artıq nəticə vermir. Uca Allaha olan inanc bütün dünyada get-gedə yüksəlir və Allahın izni ilə yüksəlməyə davam edəcək. Bu əsr Allaha iman əsri olacaq. Darvinistlərin XIX əsrdə əldə etdikləri saxta zəfər XXI əsrdə yox olur. Bu Allahın vədidir. Allahın diləməsi xaricində bu həqiqəti dəyişdirə bilən heç bir güc yoxdur.
 

2010-10-07 14:29:52
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top