16 OKTYABR 2010-CU İL ALMANİYA - LÜNEN KONFRANSINDAN ŞƏKİLLƏR

16 Oktyabr 2010-cu il tarixində Almaniyanın Lünen şəhərində təxəyyül və fərziyyələr üzərinə qurulmuş təkamül nəzəriyyəsinin elmi etibarsızlığını birdaha ortaya qoyan konfrans təşkil edildi. Konfransda təkamül nəzəriyyəsinin sadəcə yalandan ibarət olduğu, canlılar aləminin bu saxta nəzəriyyənin irəli sürdüyü kimi təbii proseslərvə kor təsadüflərlə açıqlana bilməyəcəyi elmi dəlillər işığında bütün təfərrüatıyla ortaya qoyuldu.

Hörmətli Adnan Oktar konfransa video-konfrans ilə qatılaraq təkamül nəzəriyyəsinin elmi olaraq tamamilə etibarsız olduğundan bəhs etdi və bu gerçəyi insanlara izah etməyin önəmli bir məsuliyyət olduğunu xatırlatdı. Almaniyanın - inşaAllah - çox yaxında Yaradılış gerçəyinin fərqinə varacağını söyləyən Hörmətli Adnan Oktar, Müsəlmanların öz aralarında birləşmələrinin lazım olduğuna da toxundu.

 


Konfransda milyonlarla illik fosil qalıqlarının, canlı növlərinin heç bir təkamül prosesi olmadan, birdən-birə və qüsursuz bir şəkildə ortaya çıxdıqlarını qəti olaraq isbat etdikləri vurğulandı və təkamül nəzəriyyəsinin elm qarşısındakı məğlubiyyəti bir daha meydana qoyuldu. Beləliklə təkamül nəzəriyyəsinin sadəcə elmdən uzaq nağıldan ibarət olduğu elmi kəşflər işığında ortaya qoyulmuş və canlıların təsadüflər nəticəsində deyil, Allahın yaratdığı isbat edilmiş oldu.

 


Almaniyanın Lünen şəhərindəki Ringhotelam Stadtpark otelində 16 Oktyabr 2010-cu il tarixində reallaşdırılan konfransda "yaşayan fosil" nümunələri qonaqlara təqdim edildi. Hal-hazırda hələ də yaşayan nümunələri olan canlılara aid milyonlarla illik fosil qalıqlarını seyr edən qonaqlar, canlıların milyonlarla ildir heç bir dəyişikliyə uğramadan, yəni təkamül keçirmədən həyatlarını davam etdirdiklərinə şəxsən şahid oldular.

 

 

2010-11-04 19:39:00
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top