ALLAH ƏLBƏTTƏ VƏHY ETDİYİ HAQQ KİTABI QORUMAĞA QADİRDİR

Hz. İsa (ə.s.)a endirilmiş İncil, Quranda bildirildiyi kimi hidayət və nur olan haqq kitabdır. Ancaq İncilin bir qismi zaman ərzində yox olmuş, bir qismi də təhrif olmuşdur. Ancaq İncildə, haqq dinə aid bir çox doğru izah varlığını qorumuşdur. Müsəlmanlar İncili Qurana görə qiymətləndirib, ayələrə və hədislərə uyğun olan hissələrin təhrif olunmadığına hüsnü-zənn edərlər. Bu səbəbdən, Qurana uyğun və hədislərlə düz gələn İncil izahları Müsəlmanların istifadə edə biləcəkləri izahlardır.


Quran əsla dəyişdirilə bilməz.

Adnan Oktarın 20 Fevral 2010-cu il tarixli Qaziantep Olay TV müsahibəsindən


 

Bəzi Xristianların Allahın bir nur olaraq göndərdiyi haqq kitab olan İncilin zaman ərzində dəyişdiyi və səhv şərh olunduğu ehtimalını qəbul etməmələri əlbəttə ki, aydın məsələdir. Lakin səmimi Xristianların bu gerçəyi nəzərlərində saxlamaları lazımdır: İncilin böyük bir hissəsi doğrudur. Hz. İsa (ə.s.)a endirilən orijinal İncil, çox dərin və hikmətli izahatlardan, gözəl sözlərdən ibarət Allahın vəhyidir və Quranda təriflənir. Lakin İncilə sonradan daxil edilmiş və ya səhv şərh olunmuş hissələrin varlığı, səmimi bir gözlə baxan hər bir Xristian üçün aşkardır. Bunu anlamaq üçün səmimi Xristianların, İncil ilə əlaqədar bu gerçəkləri göz qarşısında saxlamaları və bu xüsusları ağıl ilə qiymətləndirmələri lazımdır:

    * İncil, Hz. İsa (ə.s.)a endirilən və haqq olan vəhyi ehtiva etdiyi kimi, Hz. İsa (ə.s.)ın etdiklərini, zaman ərzində dildən dilə ötürülən sözlərini, tarixi hadisələri və həvarilərin öz məktublarını ehtiva edir. Bu səbəbdən bunları, "Allahın dəyişdirilməz, qəti hökmləri" olaraq xarakterizə etmək doğru bir yanaşma  tərzi olmayacaq. İncilə sonradan peyğəmbər sözü deyə əlavə olunan sözlərin doğruluğu mübahisəlidir və bunlar rəvayət xarakterlidir.

    * İncildəki sözügedən məlumatların bəziləri Hz. İsa (ə.s.)dan əsrlərlə sonra İncilə əlavə olunmuş və hər hansı bir heyətin qərarı ilə qəbul edilib həyata keçirilən məlumatlara əsaslanır. Bu məlumatların səhihliyi, tərəfsizliyi də son dərəcə mübahisəlidir. Necə ki, bu səbəblə müxalif tərəflər meydana gəlmiş, mübahisələr yaranmış, çaxnaşmalar meydana gəlmişdir. Xristian dünyası içində 3-cü əsrdən sonra başverən ciddi parçalanmalar sonradan əlavə edilmiş hissələrin mübahisəli olmasından qaynaqlanır.

   * İncili təşkil edən 4 ayrı kitab, bilindiyi kimi İznik (Nicaea) Yığıncağında çox sayda İncil arasından seçilmiş və bunlara səs çoxluğu ilə qərar verilmişdir. Hər bir sağlam düşüncəli insanın qəbul edəcəyi kimi olduqca çox sayda və müxtəlif şəkillərdə yazılmış kitabın orijinallığı mübahisəlidir və 4 müxtəlif İncilə niyə söykənərək qərar verildiyi də şübhəlidir. Hal-hazırda istifadə edilən və bir-biriylə ciddi ziddiyyət təşkil edən bu dörd kitabdan hansının tam doğru məlumat kəsb etdiyi isə bilinməz.

    * Sayları dördə endirilən İncillərin içində ciddi fikir ayrılıqları var. Sinoptik İncillər (Markos, Matta və Luka) Yuhanna İncili ilə ciddi ziddiyyət təşkil edir. Kitablardan birində verilən məlumatı doğru saysaq, digərində verilən ziddiyyətli məlumatı yox saymağımız lazımdır. İki şərhdən yalnız biri doğrudursa, belə vəziyyətdə İncilin, hər bir sözünün vəhyə əsaslanan pozulmamış bir kitab olduğunu iddia etmək mümkün deyil. Sadəcə bu vəziyyət, İncilin təhrif edilmiş olduğunun açıq dəlilidir.

    * İncildə Hz. İsa (ə.s.)ın (guya) çarmıxa çəkilməyinə dair məlumatlar izah edilir və Hz. İsa (ə.s.)ın (guya) ölümüdən sonrakı məlumatlarla Müqəddəs Kitab davam edir. Burada ciddi bir ziddiyyət var. Hz. İsa (ə.s.)a endirilən və Hz. İsa (ə.s.)ın Kitab verilmiş bir peyğəmbər olduğunun ən böyük sübutu olan Müqəddəs İncil, necə olar ki, Hz. İsa (ə.s.)ın ölümündən sonrakı hadisələrdən bəhs edir? Burada vəhy kimə gəlir? Aydındır ki, sözügedən bu hissələr, o dövrə şahid olmuş insanların sözlərindən ibarət tarixi məlumatları əhatə edir. Nəticə etibarilə bu hissələrə Allahın vəhyi demək mümkün deyil.

Uca Allah, əlbəttə insanlara yol göstərici, sanki bələdçi olaraq endirdiyi haqq kitabları qorumağa qadirdir. Xristianlar İncilin təhrif edildiyinə dair şərhləri qəbul etməmək üçün Rəbbimizin bu üstün xüsusiyyətini dəlil olaraq qarşıya qoyurlar. Halbuki burada təqdir edilməsi lazım olan gizli bir hikmət var:

Təkrar ifadə etmək lazımdır ki, Allah əlbəttə ki Öz kitabını qorumağa müqtədirdir. Uca Allah bütün kainatda hər şey qüsursuz yaratmağa da qadirdir. Lakin kainatdakı hər şey qüsursuz deyil, Allahın əskikliklər yaratmasının xüsusi bir hikməti vardır.

Dəlilləri son dərəcə açıq olan Müqəddəs İncilin təhrif edilməsi də Allahın izni və diləməsiylə yaranan hadisədir. Müəyyən bir hikmətlə, Allahın xüsusi bir imtahan gərəyi belə yaradılmışdır. Allah belə yaradırsa və bu mövzudakı dəlilləri açıq şəkildə göstərirsə, bu mövzuda sabit fikirli olmaq deyil, məsələnin ardındakı hikmətləri görmək və anlamaq lazımdır. Aydındır ki, bu an Xristian aləmi bununla sınanır. Vicdanlarına uyğun davranmağa dəvət edilir. Əlbəttə ki, bu vəziyyət Hz. İsa (ə.s.)ın gəlişi üçün lazım olan xüsusi bir zərurətdir. Əlbəttə bu imtahan ilə səhv inanclar dünyanı bürüyəcək, insanlar din adı altında çaxnaşmalara, xaosa və qan tökməyə sürüklənəcək və Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)ın gəlişi üçün Tövratda, İncildə və Quran və hədislərdə bildirilən axır zaman əlamətləri yerini tapacaq. Bu səbəbdən səmimi Xristianların üzərinə düşən əsl vəzifə, İncilin gerçək hökmlərinin axtarılması və tətbiq olunmasıdır.

Burada həmçinin ifadə etmək lazımdır ki, haqq kitab İncil, həqiqətən də Xristianların müdafiə etdikləri şəkildə qorunmuşdur. Lakin qorunmuş İncil indi gizlidir və hələ də tapılmamışdır. Allahın izniylə Hz. İsa (ə.s.)ın yenidən yer üzünə gəlişi ilə birlikdə Tövratın da İncilin də əsli tapılacaq və Yəhudilərə və Xristianlara bu haqq kitablarla hökm ediləcək.

Lakin eyni zamanda Xristian qardaşlarımız Quranın, haqq olan İncilin hökmlərinin hamısını əhatə etdiyi gerçəyini də bilmələri lazımdır. Haqq İncilin hökmləri Quranda var və bu səbəbdən Müsəlmanlar da haqq İncili tətbiq etməklə məsuldurlar. Quran İncili təsdiqləyici, yəni səhvlərini ayırd edərək doğru hissələrini təsdiq edən haqq bir kitabdır. Bu səbəbdən Müsəlmanlar Muhammedi olduqları kimi, həm haqq İncili tətbiq edən İsəvi, həm də haqq Tövratı tətbiq edən bir Yəhudidirlər. Bu səbəbdən, səmimi bir Xristian İncilin gerçəyinə uyğun gəlmək və haqq İncil ilə hökm etmək istəyirsə, Quranda bu hökmlərin hamısını tapacaq. Haqq olan İncil Quranda Uca Allahın təriflədiyi müqəddəs kitabımızdır. Allah İncilin, göndərildiyi dövrdə insanlar üçün yol göstərici olduğunu Quranda belə bildirir:

Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün... (Ali İmran surəsi, 3-4)

Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)

Sonra onların ardınca peyğəmbərlərimizi yolladıq. Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl (riayət) etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)

Nəticə olaraq, Xristian qardaşlarımızın Quranı, ön mühakimələrə əsaslanaraq rədd etməzdən əvvəl, burada qeyd etdiyimiz dünya görüşüylə oxumaları lazımdır. Səmimiyyətlə Allahdan doğrunu səhvdən ayıran bir anlayış diləyən hərbir adam, Allahın bu böyük nemətinə nail olacaq.

Bu saytdakı Xristiyanlıqla əlaqəli yazıların əsl məqsədi səmimi Xristiyanlar tərəfindən doğru başa düşülməsi vacibdir>>>

2010-11-04 19:47:02
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top