DEMOKRATİYANIN VƏ SÖZ AZADLIĞININ ƏSL MƏNBƏYİ İSLAMDIR

Müasir dövrdə düşüncəsindən, dinindən və milliyyətindən asılı olmayaraq demək olar ki, bütün insanların əsas tələblərindən biri azadlıqdır. İnsan vücudu və zehni azad olduğu, özünü rahat ifadə edə bildiyi təqdirdə, istədiyi kimi yaşaya bildiyində sağlam olur. Həyatının hansısa sahəsində təzyiq altına düşən insan qısa müddət ərzində sakitliyini, sevincini, yaradıcılıq qabiliyyətini itirməyə başlayır. Yaxın keçmişdə Rusiyada və hələ də Çində yaşayan insanların çoxunun üzündəki soyuq, qəmgin ifadə, baxışlarındakı donuqluq xatırlandığında  azad düşünməyin və azad yaşamağın insan həyatında nə qədər vacib amil olduğu bir daha aydın olur.

 

İnsan həyatının ayrılmaz hissəsi olan azadlıq Allahın insana verdiyi nemətdir. Din əxlaqını bilməyən, xüsusilə də İslamı tanımayan və ya İslam haqqında səhv mənbələrdən məlumat əldə edən bəzi insanların isə bu haqda bir çox yalnış mühakimə, səhv qənaəti olur. Bu insanlar heç bir əsas olmadan İslamın həyatlarını məhdudlaşdıracağını, azadlıqlarına mane olacağını, düşüncələrini idarə altına alacağını, sənəti və elmi məhdudlaşdıracağını zənn edirlər. Halbuki İslam insanlara düşüncə, ibadət və ifadə azadlığı təmin edən, insanların hər cür haqqını qoruyan və ən əsası insanlara əsl azadlığı bəxş edən dindir. Oxuduğunuz məqalənin növbəti sətirlərində Quran ayələri və Peyğəmbərimizin (s.ə.v.) həyatından nümunələrlə bu həqiqəti  təfərrüatı ilə izah edəcəyik.

 

Hər şeydən əvvəl bu həqiqəti yaxşı başa düşmək lazımdır: Allah insanlara asanlıq, rahatlıq, xoşbəxtlik və sevinc diləyir. Allah qullarına zülm etməz. Allahın əmri olan din də insanlara ən dinc, ən xoşbəxt, ən etibarlı, ən nəcib, ən keyfiyyətli, ən rahat, ən zövqlü həyatın necə olacağını göstərir. Dində təzyiq yoxdur. Dində məcbur etmək yoxdur. Bir insan Allahın varlığını və tək olduğunu ağlı və vicdanı ilə görərək iman edər və dini yaşayar. Din qəlbən könüllü qəbul etməkdir. Bir insan dini yaşamağa məcbur edilirsə, bu insan dindar olmaz, münafiq olar. Münafiq isə Allahın Quranda bildirdiyi kimi, Allahın əzabına layiq olan və cəhənnəmin ən alt təbəqəsində olan məxluqdur. Üstəlik münafiq yalnız özünə zərər verməklə kifayətlənməz, ikiüzlü, səmimiyyətsiz və riyakar xarakteri ilə bütün cəmiyyət üçün təhlükədir. Belə bir təhlükəni meydana gətirmək, cəmiyyət içində münafiq və münafiqlərə xas sistem düzəltmək müsəlmanların zərərinə olan bir şeydir. Hər bir müsəlman Quran əxlaqının tələbi olaraq insanlara doğru yolu göstərməklə, onları yaxşılığa dəvət etməklə və pislikdən çəkindirməklə məsuldur, amma bu heç vaxt hansısa insanı özü kimi düşünməyə, özü kimi davranmağa, özü kimi geyinməyə məcbur etmək mənasını verməməlidir. Müsəlman doğru olanları göstərir, seçimi isə qarşısındakı insanın öhdəsinə buraxır. Bu, Allahın Quranda bildirdiyi hökmdür.

 

Bununla bərabər, müsəlman yaşadığı cəmiyyətdə hər cür düşüncənin və inancın rahatlıqla ifadə edilməsini istəyir. Qarşısındakının həyatına, fikirlərinə, həyat tərzinə hörmət edir. Din əxlaqına uyğun olmayan, hətta dinsiz, ateist ideologiyaların və fikirlərin belə rahatlıqla izah edilməsini istəyir ki, beləliklə də bu fikirlərə qarşı lazım olan cavabı elmi və fikri olaraq tam verə bilsin. Düşüncələrin, ideologiyaların təzyiq altına alınıb qadağan edilməsi müsəlman üçün asanlıq deyil, əksinə təbliğini çətinləşdirən, elmi mübarizəsini daha çətin hala gətirən bir vəziyyətdir. Hər kəsin istənilən düşüncəni açıq-aşkar ifadə edə bildiyi bir mühitdə din daha asan inkişaf edər və güclənər.

 

Biz millətimizin demokratiyanın və azadlığın olduğu bir mühitdə yaşamasını istəyirik. Dinin Rəsulullah (səv)ın dövründəki kimi yaşanması üçün demokratiya vacibdir.

Adnan Oktarın 7 Sentyabr 2010 tarixli Qaziantəp Hadisə Tv və Çay Tv reportajından

Bundan başqa müsəlman hər bir insanın Allahın təqdir etdiyi qədəri yaşadığını, qarşısındakı ateistdirsə, onu Allahın o şəkildə yaratdığını, dinsizdirsə, Allahın ona bu vəziyyəti təqdir etdiyini, başqa bir dinə mənsubsa bunun da Allahın diləməsilə olduğunu bilir. Bu insanlara qarşı şəfqətlə, anlayışla, mehribanlıqla yanaşır. Özü düşüncələrini ifadə etməkdə nə qədər azaddırsa, onların da o qədər azad olmasını istəyir. Özü dinini yaşamaqda, ibadətlərini yerinə yetirməkdə nə qədər azaddırsa, onların da istədikləri kimi yaşamalarında o qədər rahat olmaqlarını istəyir. Əlbəttə ki, bu, əxlaqsızlığa, zülmə göz yumması və ya bunları qulaqardına vurması mənasını vermir. Buna qarşı mübarizəsi qarşısındakını əzərək, təzyiq altına salaraq, danışmasına, yazmasına mane olacaq şəkildə deyil, ona səbrlə, gözəl sözlə, təvazökarlıqla, mehribanlıqla və hörmətlə doğrunu izah edərək olur. Yuxarıda bildirdiyimiz kimi, müsəlman bütün insanların hidayət olması ilə deyil, onları ən doğru olana dəvət etməklə məsuldur. Hidayəti verən Allahdır. Müsəlman dəvət edir, təzyiq etmir.

 

Göründüyü kimi, İslamın özündə düşüncə, inanc və ifadə azadlığı vardır. Bəzi insanlar demokratiyanın bəşər tarixinə Qədim Yunan mədəniyyəti ilə birlikdə gəldiyini zənn edir. Halbuki insanlara demokratiyanı öyrədən Allahdır. Hz. Adəmdən (ə.s.) bu günə qədər bütün peyğəmbərlər azadlığın, azad düşüncənin, fikirlərə hörmət etməyin gerçək nümayəndəsidirlər. Demokratiya deyildikdə insanların ağlına gələn azadlıq, ədalət, kimsəyə təzyiq edilməməsi, insanlara hörmət edilməsi, güvənilməsi, insanların fikirlərinə görə mühakimə olunmaması kimi bütün anlayışların hamısı din əxlaqında mövcuddur. İnsanlar bunları tarix boyu Allahın bildirdiyi haqq dinlər vasitəsilə öyrəniblər və ən gözəl nümunələrinə də haqq dinlərin yaşandığı dövrlərdə şahid olublar. İnsanlara düşüncələrinə görə zülm edildiyi, müxtəlif ideologiyalara sahib olanların əzildiyi, fərqli din mənsublarının alçaldıldığı, incəsənətin, elmin, arxitekturanın məhv olduğu, insanların həyat eşqlərini itirib sanki robota çevrildiyi, kitab yandırmaların, cinayətlərin, qırğınların, soyqırımların yaşandığı dövrlərə baxdığımızda isə ya dinsiz, ateist ideologiyaların, ya da dini əslindən uzaqlaşdıraraq radikal dünyagörüşlə yaşatmaq istəyənlərin təsirini görürük.

 

Allahın haqq dininin Allahın əmr etdiyi şəkli ilə yaşandığında insanların axtardığı əsl ədalətin, demokratiyanın, hörmət və sevginin yaşanacağını sübutlarla izah etməyə keçməzdən əvvəl Allahın və Peyğəmbərimizin (s.ə.v.) gözəl  müjdəsini xatırlatmaq istəyirik: Demokratiya, qardaşlıq, sevgi, dostluq, sülh çox yaxında Allahın izni ilə tarixdə misli görülməmiş şəkildə bütün dünyaya hakim olacaq, insanlar imanın sevincini, nəşəsini, bərəkətini bol-bol yaşayacaqlar. Ayələrdən Peyğəmbərimizin (s.ə.v.) hədislərindən və böyük İslam alimlərinin sözlərindən açıq şəkildə göründüyü kimi, hazırda yaşadığımız dövr axırzamandır. Axırzamanın əziyyətli, sıxıntılı, çətin günləri hz. İsanın (ə.s.) və hz. Mehdinin (ə.s.) vasitəsi ilə bu əsrdə sona çatacaq, dünya yeni bir nurlu, aydın bir dövrə girəcək. (Bu mövzu ilə əlaqədar ətraflı məlumat almaq  istəyənlər www.hazretimehdi.com  ünvanına baxa bilərlər.) Allahın varlığını və tək olduğunu ən gözəl və hikmətli şəkildə izah etmək və insanlara Qurandakı və Əsri-Səadət dövründəki İslamı tanıtmaq isə yaxın gələcəkdə qovuşacağımız işıqlı günlər üçün çox əhəmiyyətli bir zəmin hazırlayır. Arzumuz Allahın bu məqaləni də bəhs etdiyimiz gözəlliklərə vasitəçi etməsi və "insanların Allahın dininə dəstə-dəstə girdiklərini" gördüyümüz günlərin ən qısa zamanda gəlməsidir.

 

İslam Birliyi Quranda təsvir edilən demokratiya yaşanar, hər yer gözəl və təhlükəsiz olar.

Adnan Oktarın 21 May 2010 tarixli Kocaeli TV reportajından

 

Demokratiya Allahın əmr etdiyi əxlaq anlayışıdır. İnsanlar həqiqi demokratiyanın nə olduğunu İslam əxlaqının hakim olması ilə öyrənəcəklər.

 

 

Adnan Oktar: İndi xülasə ilə hz. Mehdi (ə.s) dövründə nə olacaq, onu izah edək. Tam azadlıq, tam demokratiya, tam intibah, tam sülh, sevgi, qardaşlıq, texnologiya, elm və incəsənətdə ən pik nöqtə, heç bir dövrdə bu cür olmamışdır. Hər bir fikir azad olacaq. Hər bir düşüncə azad olacaq. Hal hazırda dünyada demokratiyanın d-si belə yoxdur. Əsl demokratiyanın nə olduğunu insanlar görəcəklər, çünki demokratiyanı Qurandan götürdülər. Yəni hz. Musadan (ə.s.),hHz. İbrahimdan  (ə.s.) götürmüşlər. Çox qədimdir demokratiya, (demokratiyanın tarixi) hz. Adəm (ə.s.), hz. Nuh (ə.s.) dövrünə gedir. İlk peyğəmbərlərdən gələn əxlaq anlayışıdır. Allahın əmr etdiyi əxlaq anlayışıdır. Yəni hər fikrə azadlıq verilməsi. Məsələn, Cənab Allah nə deyir? Şeytandan Allaha sığınıram. "Sizin dininiz sizə, mənim dinim mənə" elə deyilmi? Allah deyir ki, "dində məcburiyyət yoxdur". Yəni zorla nə namazı qıldıra bilərsən, nə də "başını ört" deyə bilərsən. İnsanın Heç bir işinə qarışa bilməzsən. Din sadəcə bir təklifdir. İzah etmək kifayətdir. Din eşqlə yaşanar. Din çətin olduğunda münafiqlik yaranar. Bəziləri deyir ki, "biz məcbur etdiririk". Sən məcbur etdiyində milyonlarla münafiq meydana gətiriirsən. Münafiq fabriki qurursan. Elə deyilmi? Münafiq də dünyanın ən alçaq məxluqudur. Elə bir sənət səviyyəsinə gələcəyik ki, insanlar valeh olacaqlar. (Peyğəmbərimiz (s.ə.v.) hədisində) Deyir ki, "məzardakılar belə  qibtə edəcək", məzardakılar belə. Elə bir təhlükəsizlik mühiti olacaq ki, məsələn, "qadınlar tək başına Mədinəyə, Məkkəyə, Şama gedəcəklər" tək başına. Qaranlıqda rahatlıqla, qorxmadan. "Heç nə olmaz" deyir Peyğəmbərimiz (s.ə.v.). "Yırtıcı heyvanlar belə mehriban olarlar" deyir. İtaətli. Elə bir inkişaf olacaq, inşaAllah. Fanatizm, radikallıq, fırıldaqçılıq, dəlilik, psixopatlıq, mafiya, asma, kəsmə, terror təşkilatları, bunların heç biri qalmayacaq Hz. Mehdi (ə.s.) dövründə. Mütləq sülh, mütləq sevgi, bütün silahlar yığışdırılacaq. Tapança, tüfəng də daxil olmaqla. Tank, top hamısı əridiləcək, hamısı. Paltaryuyan maşın, soyuducu və s. olacaq, xəstəxanada istifadə ediləcək, inşaatda istifadə ediləcək, yəni silah olaraq dəmir istifadə edilməyəcək. Ən çox istifadə edəcəyin silah, nə olar? Qartopu ola bilər, o qədər, zarafatla. Qardaşım, nə üçün müharibə olsun? Niyə insanlar bir-birini öldürsün? Allahın məzlum, tərtəmiz qulları. Öyrədərsən, izah edərsən olar bitər,elə  deyilmi?  Elə memarlıq şah əsərləri meydana gətirəcəklər ki, görənlər valeh olacaqlar, çox böyük zövq alacaqlar. İndi baxırıq. Kibrit qutusu kimi dördbucaqlı binalar, qardaşım belə də bina olarmı? Tikirsinizsə əmək sərf edin. Gözəl bir şey tikin. Elə deyilmi? Tikilən hər binaya deyəcəksən "hər halda bundan daha gözəli olmaz " . O birinə baxacaq insan deyəcək; "bundan daha gözəli ola bilməz" . Baxın nə bir teatr, nə bir kino, keyfiyyətli bir film, keyfiyyətli  rəsm əsəri yoxdur, sənət öldü dünyada. Sənətçi də qalmadı...

(Qaziantep Olay TVdə verilən reportajda söylədikləri, 3 avqust 2010)

 

Adnan Oktar: Heç kim heç kimə müdaxilə etməyəcək. Başı bağlı, başı açıq, istədiyi kimi azad olacaqlar. Yəni heç kim heç kimi qınamayacaq, çünki din azadlıqdır, din bizə azadlıq, hürriyyət verir. Baxın, Cənab Allah deyir ki, "Üzərinizdəki ağır zəncirləri qaldırar". Allahın dini üstünüzə dolanan zəncirləri qoparacaq deyir Peyğəmbər. Quran bunu edəcək deyə buyurur Cənab Allah. Zəncir gətirmir, zəncirlərdən bizi xilas edir, dinin xüsusiyyətidir bu. Bizə demokratiya gətirir, azadlıq gətirir, hürriyyət gətirir. Təzyiq insanın ruhunu iflic edir, sənət gücünü yox edir. Məsələn, bir neçə gün bundan əvvəl televizora baxırdım, köhnə binaları göstərirdi, Avropadakı, içindəki rəsm əsərləri, əsla çəkə bilməzlər, əsla da çəkə bilmirlər. Çox pis film təqlidləri var. Fotoşəkilini çəkə bilirlər ancaq, fotoşəkilini sərgiləyə bilirlər. Niyə? Sənət gücləri getdi. Niyə? Allahı sevə bilmədikləri üçün Allah içlərindəki eşqi aldı. Eşq gedincə sənət də gedir, elm də gedir, hamısı gedir. Gücü çatmır adamın, heç nə edə bilmir. Nə rəsm əsəri çəkə bilir, nə bina tikə bilir, nə memarlıq əsərləri inşa edə bilir, heç nə edə bilmir. Baxın, əvvəl məsələn, türk filmləri belə, yəni təbii ki, açıq-saçıq olanları bir kənara qoysaq, bir alicənablıq vardı içində elə deyilmi, bir əsilzadəlik vardı. Niyə? Çünki son Osmanlılar idi onlar, onun üçün. Mənəviyyatlarını mühafizə etdilər. Sonra tamamilə olmasa da, geniş miqyaslı bir qırılma oldu və pozulma oldu və gücləri çatmır indi, heç nə edə bilmirlər. Nə sənətçi, nə aktyor, heç nə yoxdur. Sənət bitdi, amma bütün dünya üçün söyləyirəm mən bunu. Türkiyə üçün söyləmirəm. O tikilən binalar məsələn, köhnə kilsələr böyük bir ehtişam numunəsidir. Təbii ki, içərisində küfrə aid olan qisimləri çıxarırıq. Onları qəbul etmərəm təbii ki, amma haqq olan yönü ilə möhtəşəm bir sənət var. Niyə? Allah eşqi ilə tikirlər onu. Məsələn köhnə məscidlər, inşa edə bilərlərmi Sultanəhmədi? Bəyazıd Məscidini tikə bilirlərmi? Nur-u Osmaniyə inşa edilə bilirmi? Ancaq onun təqlidini edirlər, betonla. O da olmur, baxar-baxmaz aydın olur. O ehtişam, ruhu oxşayan o gözəl quruluş varmı? Yoxdur, elə deyilmi? Budur, bütün bunlar və daha çoxu hz. Mehdi (ə.s.)  dövründə geri dönəcək, amma qat-qat artığı ilə. Peyğəmbərimiz (s.ə.v.) hz. Süleyman (ə.s.) və hz. Zülqərneyn kimi dünyaya hakim olacaq deyir. Görünməmiş bir hakimiyyət. İnşəAllah.

(Kanal 35tv də verilən reportajda söylədikləri, 20 sentyabr 2009)

2010-11-21 19:34:53
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top