LİDERSİZ İSLAM BİRLİYİ İSTƏYƏNLƏR UNUTMAMALIDIRLAR Kİ, “BAŞI OLMAYAN BƏDƏN YAŞAYA BİLMƏZ”

Birlik, yəni birləşmək Allahın müsəlmanlara olan əmridir və fərzdir. Bədiüzzaman  "İttihad-i İslam (İslam birliyi) bu dövrün ən böyük fərz vəzifəsidir" deyərək, müsəlmanların birləşməsinin nə qədər vacib olduğunu bildirmişdir. Bu gün İslam aləminin vəziyyəti Əfqanıstanda, İraqda, Fələstində, Şərqi Türküstanda və digər yerlərdə yaşananlar  müsəlmanların parçalanmasının nə dərəcədə ağır nəticələr doğurduğunu açıq-aşkar göstərir. Bunlar qarşısında zülmün sona çatması yalnız müsəlmanların deyil, bütün insanların rahatlığa qovuşması üçün İslam aləmi birləşməlidir. Buna görə də hər bir müsəlman İslam aləminin birləşməsi üçün cəhd göstərməklə məsuldur.

Ancaq İslam birliyini istəyərkən, həyatımızın hər anında olduğu kimi, getdiyimiz yol Allahın və Rəsulunun göstərdiyi yol olmalıdır. Allahın göstərdiyi yoldan başqa yola tabe olanlar öz məntiqlərinə, öz izahlarına və guya dövrümüzün nəbzini tutmaq məqsədilə tamamilə başqa cür davrananlar seçdikləri yolun onlara uğur gətirməyəcəyini bilməlidirlər. Allah Onun və Rəsulallahın (s.ə.v.) yolunu tutanlara yardım edəcəkdir.

Allah tarix boyu hər bir xalqı lideri ilə, rəhbəri ilə birlikdə yaratmışdır. Bu, Allahın qoyduğu qanundur. Allahın mübarək elçiləri hz. Nuh (ə.s.), hz. İbrahim (ə.s.), hz. Musa (ə.s.), hz. Yusuf (ə.s.), hz. İsa (ə.s.) və hz. Muhəmməd (s.ə.v.) dövründə iman gətirənlərin rəhbəri kimi İslam cəmiyyətlərinin başında olmuşdur. Hz. Talut və hz. Zülqərneyn dövründə də müsəlmanların hər zaman lideri olmuşdur. Peyğəmbərimizdən (s.ə.v.) sonra da müsəlmanlar yaxın tarixə qədər rəhbərsiz qalmamışlar. Bu dövrdə müsəlmanların mənəvi liderinin olmaması Allahın təqdir etdiyi hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindən biridir. Ancaq Allah qədərdə İslam cəmiyyəti üçün gözəllik təqdir etmiş və mənəvi liderləri olmadan keçən bu dövrdən sonra onları üstün əxlaqlı, çox mübarək, sevgi və şəfqət dolu, müsəlmanlara çox qayğıkeş, çox qüvvətli bir şəxslə, yəni hz. Mehdi (ə.s.) ilə müjdələmişdir. Təxminən 1,5 əsrdir ki, lidersiz olan İslam aləmi Allahın təqdir etdiyi qədərə müvafiq olaraq, bu əsrdə hz. Mehdinin (ə.s.) mənəvi liderliyi altında birləşəcək.

 

Quranda heç bir qövm lidersiz deyil, heç bir qövm şəxsi mənəvi ilə idarə edilməmiş. Lideri olmayan birlik olmaz, Müsəlmanların da lideri olacaq.

Adnan Oktarın 26 Oktyabr 2010 tarixli Qaziantəp Hadisə Tv müsahibəsindən

Bu səbəbdən, Allahın əmrinin tələbi olaraq müsəlmanların birləşməsini, yəni İslam birliyini istəyənlər bu birliyin ancaq hz. Mehdi (ə.s.) ilə təşəkkül tapacağını bilməlidirlər. İslam aləmi qəlbən rahat, sevinc dolu və coşğu ilə ancaq Peyğəmbərimizin (s.ə.v.) nəvəsinin, Onun mübarək övladının ətrafında birləşəcək. Çünki bu, bütün müsəlmanlara peyğəmbərimizin (s.ə.v.) Allahın vəhyi ilə bildirdiyi haqq yoldur.

"İslam aləmi birləşməlidir" deyən, ancaq hz. Mehdini (ə.s.) xatırlamayan, hz. Mehdidən (ə.s.) bəhs etməyən və ya Mehdiyyəti gizlətməyə çalışan bir üslub isə səmimi deyil. Üstəlik, belə bir üslub Qurana, sünnəyə, ağıla və məntiqə də zidddir. Belə insanların məsələyə yanaşmasına görə, lider olmadan müsəlmanların necə və kimin rəhbərliyi altında birləşəcəkləri məchuldur. Bu birliyin necə meydana gələcəyi də məchuldur. Çünki əgər Quranı və sünnəni əsas götürürlərsə, aydındır ki, bu vəziyyətdə İslam aləminin bir lideri olmalıdır. Amma belə şəxslər "lider olmadan İslam aləmi birləşsin" deyirlərsə, o zaman onların İslam birliyini həqiqətən də istəmədikləri ortaya çıxır. Bu insanlar bir yerdə toplanan kiçik bir qrupun belə liderinin olmasını normal qarşılayır. Katoliklərin papasının olmasını, provoslavlarda patrikinin olmasını, yəhudilərin rəhbərinin olmasını, hətta masonların ustadının olmasını normal qəbul edir, ancaq 1,5 milyardlıq İslam aləminin liderinin olmasını anormal qarşılayırlar. Bu məntiqləri ilə şüuraltında İslam aləminin parçlanmağa davam etməsini istədikləri görünür. Dildə "Müsəlmanlar birləşsələr necə də yaxşı olar" deyir, amma ortaya qoyduqları sistemlə müsəlmanların parçalanmasını qızışdırırlar.

Halbuki İslam birliyi varsa, hz. Mehdi (ə.s.) da mütləq vardır. Hz. Mehdi (ə.s.) varsa, İslam aləmi də mütləq birləşəcək. Bu, Allahın qanunudur. Allah Peyğəmbərimiz (s.ə.v.) vasitəsilə axırzamanda müsəlmanların liderinin hz. Mehdi (ə.s.) olduğunu bildirmişdir. Hz. Mehdi (ə.s.) seçkilərlə rəhbər olmayacaq, Allahın təqdir etdiyi qədərin tələbi olaraq İslam aləminin qurtuluşuna və birliyinə vasitəçi olacaq. Peyğəmbərimiz (s.ə.v.) "Axırzamanda mənim soyumdan bir şəxs gələcək, dünyadan zülmü və haqsızlıqları aradan qaldıracaq, müsəlmanları birləşdirəcək və əsarətdən qurtaracaq" deyə buyurmuşdur. Bu, Allahın rəsulallaha (s.ə.v.) vəhyidir və axırzamanda yaşayan müsəlmanlara göstərdiyi həll yoludur. Əgər müsəlmanlar Allahın bildirdiyi bu yolu qulaq ardına vurar, Allahın gəlişini müjdələdiyi hz. Mehdini (ə.s.) yox saymağa cürət edər və öz ağılları ilə əcaib məntiqlər ortaya qoyaraq hərəkət etsələr, bu vəziyyətin Allah Qatında əvəzi çox ağır ola bilər.

Saleh möminlər Allahın göstərdiyi yola tam təslim olub, axırzamanda yaşamağın nemətini, gözəlliyini və sevincini yaşayaraq ən qısa zamanda hz. Mehdini (ə.s.) görməyi, hz. Mehdinin (ə.s.) mənəvi liderliyində müsəlmanların birləşməsini tələb etməlidirlər. Unudulmamalıdır ki, bəzi insanlar istəməsələr də və əks fəaliyyət göstərsələr də, inşaAllah, Allahın vədi mütləq reallaşacaq, hz. Mehdinin (ə.s.) liderliyində İslam birliyi mütləq təmin ediləcək. Bu əsr hz. Mehdi (ə.s.) vasitəsilə İslam əxlaqının dünyaya hakim olduğu, Allahın nurunun bütün dünyanı aydınlatdığı əsr olacaq.

2010-11-21 19:43:27
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top