XXI ƏSRİN HƏQİQİ TARİXİ

XX əsr arxada qaldı. İndi XXI əsrdə yeni dövrdəyik. Keçdiyimiz əsrdə materialist fəlsəfənin, -hansı adla ortaya çıxarsa çıxsın- fəlakətdən başqa bir şey gətirmədiyini görən insanlar artıq Allaha yönəlir. Xüsusilə XX əsrin son dövrlərində başlayan, dinə və mənəviyyata yönəlmə, sürətlə bütün dünyaya yayıldı.

XX əsr insanlıq tarixinin ən əhəmiyyətli dövrlərindən biridir. Bu əsrin sonunda elm və texnologiya sahəsindəki inkişaflar, istər istəməz sonrakı əsrin necə olacağı sualını ortaya çıxarmışdır.

1980-ci illərin sonunda iki qütblü dünyanın yox olması, tarixin ehtimal edilən istiqaməti mövzusunda yeni anlayışların ortaya çıxmasına səbəb oldu. Bu anlayışlara"Yeni Dünya Nizamı" adı verildi. "Yeni Dünya Nizamı", qısa zamanda bir neçə nəzəri zəminə birdən oturduldu.

Yeni dövrün ən əhəmiyyətli nəzəriyyəçilərindən biri olan Francis Fukuyama, liberal kapitalist dəyərlərin insanlığın çata bildiyi ən yüksək dəyərlər olduğunu iddia edirdi. Fukuyama "Tarixin Sonumu?" məqaləsi ilə başlatdığı mübahisədə, dünyada olansiyasi rəhbərlik sistemlərinin və həyat anlayışlarının bir-birinə bənzəməyə başladığını iddia etmişdir. Ona görə ideologiyaların həlledici olmasıaradan qalxmışdır və dünya, iqtisadi rəqabətə doğru getməkdədir. Əlbəttə bu iddia ilk deyildi, Fukuyamadan əvvəlki dövrlərdə də, determinist və Darvinist tarix anlayışı çərçivəsində tarixin rəqabət və qarşıdurma ilə inkişaf etdiyini müddəa etmişlər.

 

Fukuyamanın tarixin sonu iddiası

Yeni müddəaya görə isə insanlıq, tarix boyu çatmaq istədiyi son xoşbəxtliyin yaxınlığında idi. Francis Fukuyama, 11 Sentyabr hücumlarından sonra “Wall Street Journal”-da çıxan bir yazısında, ictimai elmlərə uyğunlaşdırılmış Darvinist yanaşma ilə, insanlığın gələcəyini belə müəyyən  edirdi:

 

“Mənim istifadə etdiyim “tarix” sözü fərqli məna daşıyırdı. Cəmiyyətin, əsrlər boyu liberal demokratiya və kapitalizm institutları tərəfindən müəyyən olunan, müasirliyə doğru irəliləməsinə istinad edilirdi. 1989-cu ildə kommunizmin çöküşü zamanı müşahidələrim, təkamülçü mərhələnin dünyada daha böyük cəmiyyətləri müasirliyə doğru bir yerə topladığıidi. Liberal demokratiya və sərbəst bazar iqtisadiyyatının sonrasına baxdığımız zaman inkişafını gözləyəcəyimiz başqa bir şey yox idi. Buna görə də tarixin sonu idi.”

 

Determinist tarix inancı ilə, insanlığın artıq sonuna gəldiyini iddia edənlər, Avropa, Orta Şərq və dünyanın digər bölgələrindəki sabit olmayan və bir-biri arxasınca baş verən müharibələr qarşısında çıxılmaz vəziyyətə düşdülər. XX əsrə qədər İslam əxlaqının yaşandığı Orta şərq, Balkan ölkələri, Qafqaz və Afrikanın  fərqli mədəniyyətlərinin və etnik quruluşlarınındaxil olduğu bölgələr xaosa girdilər.

Bu hadisələrdən sonra başdaHarvard Universitetindən Prof. Samuel P. Huntington olmaqla bir neçə nəzəriyyəçilər, ümumiyyətlə müxalif müddəa ortaya ataraq, önümüzdəki illərin mədəniyyətlər qarşıdurmasına səhnə olacağını iddia etdilər. Bu insanlara görə mədəniyyətlər arasındakı mədəni fərqlər fikri qarşıdurmalara səbəb olacaq və bu qarşıdurmalar qütbləşmələri sürətləndirib əməli hala dönəcək.

Samuel P. Huntington, 1993-cü ildə yazdığı 23 səhifəlik bir məqalə ilə "Mədəniyyətlər Qarşıdurması" müddəasını ortaya atmışdı. Bu müddəa ilk dəfə ortaya çıxandafərqli reaksiyalar oldu. Son dövrdəki hadisələr və Qərbli bəzi dövlət adamlarını çıxışlarıbu müddəa haqqındakı mübahisələri təkrar canlandırdı.

Dünya yeni bir dövrə girərkən Huntington da Fukuyama kimi ideologiyaların həllediciliyininsona çatdığını və dinlərdən qaynaqlanan mədəniyyətlər dövrünəqayıdıldığını ortaya atırdı. Yazıçınınfikrinəgörə, bu dövrdə mədəniyyətlər arasındakı qarşıdurmalar getdikcəçoxalacaqdır. Önümüzdəki əsrdə dünya, tamamilə bu qarşıdurmalara şahid olacaqdır. Huntington, ən böyük qarşıdurmanın isə, Qərb və İslam mədəniyyətləri arasında baş verəcəyini nəzərdə tuturdu.

 

Mədəniyyətlər qarşıdurması fikrinə Quranda bildirilən həll yolu

Quranda insanlara qarşıdurma deyil, sülh və rahatlıqvəd edilməkdədir. Allah Quranda, insanlar arasında fərqli dinlərdən də olsa razılaşma və insanpərvərliyin olmasının vacib olduğunu belə bildirməkdədir:

 

(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. (Ali İmran Surəsi, 64)

 

Bu həqiqət, Huntingtonun mədəniyyətlər qarşıdurması iddiasını tək başına etibarsız etməkdədir. Qarşıdurma ola bilməsi üçün iki tərəfin də təcavüzkar və dalaşqandüşüncəyə sahib olması lazımdır.

Halbuki, İslam digər dinlərə və mədəniyyətlərə qarşı insanpərvər və kompromisə gələndir. XX əsrdə baş verən bəlaların səbəbləri isə, əsasənXIX əsrdə ortaya atılan fikirlər idi. İlk çağlardan bəri, yaradılışı inkar edən və maddənin mütləq varlıq olduğunu iddia edən ideologiyalar, Darvinin ortaya atdığı təkamül nəzəriyyəsindən güc alaraq, hər tərəfəyayıldılar. Bu düzgün olmayan ideologiyalar bir anda cəmiyyətlərin həyat fəlsəfəsi halına gəldilər.

Materialist ideologiyaların cəmiyyətlərdəki tətbiqi, zəifi əzən, dövlətə qarşı olan, ailə anlayışını heçə sayan, sülh, sabitlik, qardaşlıq tanımayan, sevgi, vəfa, hörmət kimi mənəvi dəyərlərdən uzaq, heç bir əxlaqi dəyəri qəbul etməyən, sənətdən, elmdən zövq almayan nəsillər meydana gətirərək, yalnız maddəyə əhəmiyyət verən bir anlayışın hakim olması şəklində idi. Materialist anlayışla cəmiyyətlərə təlqin etdikləri fikirlər nəticəsində də Allahın varlığını və dini inkar edən, heç kimə qarşı məsuliyyətli olmadığını düşünən kütlələrin meydana gəlməsi hədəflənmişdir. XX əsrin müharibələrin, bəlaların və çətinliklərin əsriolaraq tarixə düşməsi, belə materialist düşüncənin nəticəsidir.

Bu hadisələr, Allahın qulları üçün seçib bəyəndiyi İslam əxlaqını yer üzündə hakim edəcəyi vədinin yaxınlaşmasının da bir əlamətidir. Quranın bir çox ayəsindən aydın olduğu kimi, Allah İslam əxlaqını, dilədiyi qullarını vəsilə edərək hakim edəcəyini müjdələməkdədir. Allah, Nur Surəsinin 55-ci ayəsində bu vədini belə bildirmişdir:

 

Allah aranızdan iman edib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55)

 

Dünyanın gələcəyi ilə əlaqədar nəzəriyyələr təqdim edənlərbir-birlərindən fərqli düşüncələrə sahib kimi görünsələr də, bunların ortaq xüsusiyyətləri vardır; o da pessimizmdir. Materialist dünyagörüşü ilə qiymətləndirdikləri hadisələr, ümidvar olmalarına maneə törətməkdədir. Daha da əhəmiyyətlisi Allahın inanan qulları üçün daim yaxşı və gözəl olanı istədiyini hesab edə bilməməkdədirlər.

2010-11-22 13:45:02
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top