Təbiətdə olduqca heyrətamiz üsullarla "ovlanan" bitkilər vardır. Bunlardan biri "venera", üzərində gəzən ağcaqanadları tutaraq bunlarla bəslənir. Veneranıböcəklər üçün cazibədar edən şey, yarpaqlarının cəlbedici qırmızı rəngi və daha da mühüm olanı, bu yarpaqların ətrafındakı vəzilərdənifraz olunan şəkər qoxulu şirədir. Qoxunun dözülməz cazibəsinə mübtəla olan ağcaqanad, çox tərəddüd etmədən bu qəribəbitkinin üzərinə qonur. Qida mənbəyinədoğru irəliləyərkən ağcaqanad bitki üzərindəki zərərsiz görünüşlü tüklərə də istər istəməz toxunur. Bu zaman bitki birdən bağlanır. Ağcaqanad, qəflətən üzərinə sıx bağlanan bir cüt yarpağın arasında sıxılıb qalır. Venera bitkisi bir az sonra "ət əridici" mayesini ifraz etməyə başlayacaq və qısa müddət ərzində ağcaqanadı jeleyə çevirəcək, sonra da əmərək canına çəkəcək.
Bitkinin bağlanma sürəti, insan əlinin maksimum bağlanma sürətindən daha çoxdur (əliniz açıq ikən ortasına qonan bir ağcaqanadı tutmağı sınasanız, böyük ehtimalla bacara bilməzsiniz, amma bitki bu işi bacara bilməkdədir). Bəs əzələləri, sümükləri olmayan bir bitki necə olur ki, belə ani bir hərəkət edə bilməkdədir? Araşdırmalar venera bitkisinin içində elektrikli bir sistem olduğunu aşkar edib. Bitkinintükcüklərində ağcaqanadın toxunması ilə yaranan mexaniki təsir, tükcüklərin altındakı qəbuledicilərə ötürülür. Qəbuledicilərin verdiyi siqnallar yarpaqları anihərəkət etdirən mühərrik hüceyrələrə çatır və ağcaqanadı udacaq mexanizm hərəkətə keçir.
Bu "mühərrik hüceyrə"lər də son dərəcə mükəmməl bir dizayna malikdir. Bu hüceyrələr elektrikli xəbərdarlıq alan kimiquruluşundakı su tarazlıqlarını dəyişdirirlər. Yarpaqların meydana gətirdiyi tələniniç tərəfindəki hüceyrələr quruluşlarındakı suyu buraxıb qatlanırlar. Bu hadisə havası alınmış bir şarın sönməsinə bənzəyir. Tələninxaricindəki hüceyrələr isə həddindən artıq su götürərək şişirlər. Bu elə ardıcıl bir şəkildə baş verir ki, tələböyük sürətlə bağlanır. İçəridə tutulan ağcaqanad isə hər tərpənişindətüklərə dəyərək, elektrikli təzyiqin təkrar meydana gəlməsinə və qısacası yarpağın daha möhkəm bağlanmasına səbəb olur. Bu zaman tələninsəthindəki həzm vəziləri xəbərdar edilməkdədir. Xəbərdarlıq nəticəsində vəzilər ağcaqanadı yavaş-yavaş əridəcək mayeni ifraz etməyə başlayırlar. Beləcə bitki, zülal baxımından xeyli zəngin bir şorba halına gələn ağcaqanadın jelesini qəbul edərək bəslənir. Həzmin sonunda isə, tələnin bağlanmasını təmin edən mexanizm tərsinə işləyərək tələninaçılmasını təmin edir.
Ayrıca sistemin bir maraqlı xüsusiyyəti daha vardır: Tələnin hərəkətə keçməsi üçün tüklərə dalbadal iki dəfə toxunulması şərtdir. Ağcaqanad tələsi bu cüt hərəkətli mexanizm sayəsində lazımsız yerə bağlanmaz. Məsələn bitkinin içinə bir yağış damcısının düşməsi zamanı tələhərəkətə keçməz. Bütün bunlar çox yaxşı hesablanmış, hər detalında bir məlumat və dizayn olan bir sistemi göstərməkdədir. Şübhəsiz belə bir dizaynın mənşəyi, təsadüflərlə və təbii hadisələrlə açıqlana bilməz. Aydındır ki, bütün təbiətə hakim olan, üstün güc sahibi Rəbbimiz, venera bitkisinə belə bir xüsusiyyət vermişdir. Bir ayədə belə buyurulur:
(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir. (Ənkəbut Surəsi, 60)
2010-11-22 13:46:25Allah bu kiçik canlını qüsursuz orqanlar və qüsursuz instinktlərlə yaratmışdır. Çünki O, "Qüsursuzca yaradan"dır. (Bəqərə Surəsi, 54)