ÜSTÜN ƏXLAQ SAHİBLİ İSLAM XƏLİFƏSİ: HZ. OSMAN

İslamı birinci qəbul edən hz. Osman (r.a) həyatı boyu Peyğəmbərimizə (s.ə.v) yaxın olan insanlardan olmuşdur. Xəlifə olmadan əvvəl də İslam əxlaqının yaşanmasında və yayılmasında böyük xidmətləri olmuşdur. hz. Ömər (r.a) şəhid edildikdən sonra şura heyəti tərəfindən xəlifə mövqeyinə gətirilmiş və bu xidmətlərinə yeniliklər əlavə etmişdir. Bədr döyüşündən başqa Peyğəmbərimiz hz. Məhəmmədin (s.ə.v) bütün savaşlarında iştirak etmişdir. Hz. Osmanın (r.a) xəlifə seçilməsinə heç kim etiraz etməmiş, hər kəs ona beyət etmişdir.

 

 

Hz. Osmanın (r.a) xəlifəlikdən əvvəl etdiyi xidmətlər

Hz. Əbu Bəkrin (r.a) təbliği vasitəsilə müsəlman olan hz. Osman (r.a) üstün əxlaqı və gözəl danışığı ilə bütün möminlərə nümunə olan qiymətli səhabələrdən biri idi. Çox gözəl və təsirli  natiqliyə sahib olmasından əlavə, əzbəri çox qüvvətli idi və Uca Qurani-Kərimi əzbərləmişdi. Ayrıca yüksək hədis elminə sahib olan hz. Osman (r.a) vəhy katibliyi edərək də İslama böyük xidmət etmişdir. Yalnız Allahın məmnuniyyətini və Onun sevgisini qazanmağı özünə məqsəd edən hz. Osman (r.a) Allahın ona nəsib etdiyi maddi gücü tamamilə İslam əxlaqının yayılması və müsəlmanların rifahı üçün sərf etmişdir. Yaşadığı dövr üçün böyük pul olan iyirmi min dirhəm ödəyərək Ruma quyusunu satın almış, Mədinəi-Münəvvərədə şirin su çatışmamazlığı olduğundan bu quyunu müsəlmanların xidmətinə vermişdir. (www.diyanet.gov.tr) Bununla bərabər, İslamın ən qüvvətli ordusunun yaradıldığı Təbük səfərində ordunun üçdə birini hz. Osman (r.a) təchiz etmişdir. Onun bu köməyindən sonra ordunun heç bir ehtiyacının qalmadığı rəvayət edilir. ((Muhammed Yusuf Kandehlevi, Hayatü's Saha be, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, Cilt 1, Sentez Neşriyat, Temel Eserler Serisi: 2/1, sf. 411) Ayrıca Mədinədə qıtlıq olduğu bir dövrdə isə hz. Osmanın (r.a) Şamdan gələn yüz dəvə yükü buğda karvanını satın aldığı, daha sonra da bunları Mədinədəki kasıblara, səhabəsi Kirama pulsuz payladığı, yüz dəvəni də kəsib kasıblara yedirtdiyi rəvayət edilir. (www.esselam.net)

 

Hz. Osmanın (r.a) xəlifəliyi müddətində üstün xidmətləri  

Hz. Osmanın (r.a) İslam əxlaqının yayılmasında etdiyi ən böyük xidmətlərdən biri, şübhəsiz, xilafəti dövründə Qurani-Kərimin çoxaldılıb İslam mərkəzlərinə göndərilməsi olmuşdur. Hz. Osman (r.a) dövründə dini bir qurum yaradılaraq Quranın nüsxələri çoxaldılmışdır. Bir nümunəsi Mədinədə buraxılaraq Məkkə, Şam, Kufə, Bəsrə, Misir və digər əyalətlərə göndərilmişdir. Hz. Osmana (r.a) bu böyük və şərəfli xidmətinə görə Qurani-Kərimi yayan mənasında "Naşirü'l-Qur'an" (www.diyanet.gov.tr) ləqəbi verilmişdir.   Hz. Osman (r.a) gördüyü işlər əsnasında işsiz insanların işlə təmin olunmasına da diqqət göstərmişdir. İslam torpaqlarında yaşayan insanların rifah səviyyəsinin yüksəldilməsi üçün abadlıq  işlərinə və inkişaflara əhəmiyyət vermiş, bağ və bağçaların çoxaldılmasına çalışmışdır. "Hər hansı bir cinayət törətmədən, yaxud küfrü ortaya çıxmadan heç bir kimsəyə qadağan tətbiq etmərik (Doğuştan Günümüze Büyük İslam Tarihi, S: 212) sözü onun yüksək ədalət anlayışını ən yaxşı ifadə edir. Onun xəlifəliyi dövründə İslam torpaqlarında yaşayan çox sayda insan İslam dinini qəbul etmişdir. Bu dövrə aid diqqətçəkici bir başqa inkişaf isə müsəlmanların zənginləşmələri və keçmişlə müqayisədə daha da rifah içində bir həyat sürmələri olmuşdur.  

 

Əsgəri və siyasi rəhbərlik anlayışı

Hz. Osman (r.a) İslamiyyət və möminlər mövzusunda heç bir fədakarlıqdan çəkinməmişdir. Bunu əsgəri və siyasi rəhbərlik anlayışında da göstərmiş və xəlifəliyi müddətində də böyük müvəffəqiyyətlər əldə etmişdir.   Hz. Osmanın (r.a) xəlifəliyi zamanında dövrün Suriya qubernatoru Müaviyənin də istəkləri nəticəsində Suriya sahillərində ilk İslam donanması meydana gətirilmişdir. O dövrdə yeni genişləməyə başlayan və zamanla sərhədlərinin böyük qismi sahillərdən meydana gələn İslam ölkəsinin qorunması üçün belə bir donanmaya sahib olmaq böyük əhəmiyyət daşıyırdı. Bu düşüncənin həyata keçirilməsi ilə İslam dövləti dənizdə də böyük bir gücə sahib oldu. Yaradılan ilk donanma sayəsində Aralıq dənizində strateji əhəmiyyəti böyük olan Kipr adası alınmışdır. Bu ilk dəniz zəfərindən sonrakı illərdə digər Aralıq dənizi adalarına da səfərlər təşkil edilmişdir. Ancaq istər bu dəniz səfərlərində, istərsə də quru döyüşlərində hz. Osman (r.a) İslam əxlaqının bir gərəyi olaraq daim ədalət və mərhəmət nümayiş etdirmiş, bunu rəhbərliyi altında olanlara və fəth etdiyi ölkələrdə yaşayan xalqa da ən yaxşı şəkildə hiss etdirmişdir. Hz. Osman (r.a) dövründə erməni şəhəri olan Debilin fəthi əsnasında, şəhərdə yaşayan xristianlar, yəhudilər və atəşpərəstlərə verilən əmənnamədə məbədlərin qorunacağına zəmanət verilmişdir (Levent Öztürk, Asr-ı Saadetten Haçlı Seferlerine Kadar İslam Toplumunda Hıristiyanlar, İz Yayıncılık, İstanbul, 1998, s. 114-115). Ayrıca dağılan kilsələrin təmir edilməsinə, yeni sinaqoqların və monastırların tikilməsinə də icazə verilmişdir. Məsələn, Mədain xaricində olan və patriarx Mar Amme tərəfindən əvvəl yandırılmış St. Sergius Monastırı hz. Osman (r.a) dövründə yenidən tikilmişdir.   Ayrıca hz. Osman (r.a) dövründə İran, Qafqaz və Afrikada fəthlər davam etmişdir. Bizans imperiyasına üzərində böyük zəfərlər qazanılmış, ələ keçərilən torpaqlarda nizam və ədalət təsis edilmişdir. Ermənistan, Qafqaz, Xorasan, Mərakeş, Kirman, Afrika və daha bir çox ərazilər İslam dövlətinin xəritəsinə daxil edilmişdir.

http://www.diyanet.gov.tr/DIYANET/2002aylik/nisan/portre.htm

 

Peyğəmbər (s.ə.v) hz. Osmanın (r.a) şəhid olduğunu xəbər vermişdir  

Əbu Yala, möminlərin anası Hafsadan nəql edərək belə demişdir: Peyğəmbərimiz hz. Məhəmmədin (s.ə.v) hz. Osman (r.a) ilə əlaqədar bildirdiyi şəhidlik xəbərləri Allah qatından bir möcüzə olaraq reallaşmış və İslam dininin yayılmasında çox böyük bir məsuliyyəti boynuna götürən hz. Osman (r.a) şəhid edilmişdir.   Bu mübarək şəxsin şəhidliyi isə xüsusilə Bəsrə, Kufə və Misir kimi şəhər və ölkələrdə çıxan bəzi qarışıqlıqlar nəticəsində meydana gəlmişdir. Bu qarışıqlıqlar nəticəsində hz. Osman (r.a) hicrətin 35-ci ilində (miladi 657) bəzi üsyançılar tərəfindən evində şəhid edilərək Allah qatında şərəfli bir mərtəbəyə çatmışdır. Meydana gələn bu qarışıqlıqlarda da mövqeyindən ayrılmaması isə Peyğəmbərimizin (s.ə.v) ona söylədiyi bir sözdən irəli gəlmişdir. Peyğəmbərimiz (s.ə.v) bir gün: "Ya Osman (r.a), Cənab Haqq sənə bir köynək geydirəcək, münafiqlər onu səndən cıxarmaq istəyərlərsə, sən onu mənə qovuşana qədər əsla çıxarma" 9 deyə buyurmuşdu. Bu təhlükələr qarşısında da hz. Osmanın (r.a) Peyğəmbərimizin (s.ə.v) bu sözünə itaət etməsi özünün Allaha və Peyğəmbərimizə (s.ə.v) olan bağlılığı və təslimiyyətinin ən açıq göstəricilərindən biridir.  

 

Üstün əxlaq sahibi olan hz. Osman

Peyğəmbərimizin (s.ə.v) hədislərində "yüksək əxlaq sahibi" deyə vurğulayaraq üstün əxlaqını təriflədiyi hz. Osman (r.a) təxminən on il davam edən xəlifəliyi müddətində  təvazökar, ədalətli bir rəhbərlik numayis etdirərək, Peyğəmbərimizin (s.ə.v) yolu ilə getmişdir. İslam torpaqlarını istər qurudan, istərsə də dənizdən edilən müvəffəqiyyətli səfərlərlə böyüdərək, Quran əxlaqının daha geniş əraziyə yayılmasına vəsilə olmuşdur. Xəlifəliyindən  əvvəl və sonra Allahın izni ilə İslam əxlaqının yayılmasına xidmət edən hz. Osman (r.a) bütün müsəlmanlara Quran əxlaqının qətiyyətlə yayılması mövzusunda nümunə, fəzilətli bir əxlaq göstərmişdir. Allah bütün müsəlmanların bu mövzudakı göstərəcəyi səyi bir ayədə belə bildirmişdir: 

 

"Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır." (Ali-İmran surəsi, 104)

 

"Keçmişdən ibrət götürün ve xeyirə çalışın"   "Allah (c.c) sizə dünyanı axirəti axtarasınız deyə vermişdir. Ona meyl etməniz üçün deyil!"  "Əcəl çatmadan edə biləcəyiniz xeyirli işlər üçün tələsin." "Ey İnsanlar! Allahın əmrlərinə müxalif çıxmaqdan çəkinin. Çünki Allahın əmrlərinə müxalif çıxmaqdan çəkinmək bir qənimət"dir… Qul gözləri gördüyü halda, Allahın onu kor olaraq həşr etməsindən qorxsun, hikmətdən anlayan üçün bir söz kifayətdir. Mənən kar olanlar onsuz da haqqı eşitməzlər. Bilin ki, Allah kiminlə birlikdədirsə o, heç bir şeydən qorxmaz."

 

Hz. Osmanın (r.a) dilindən  

Hz. Osmanın (r.a) xəlifə olunca qubernatorlara yazdığı məktubdan…  

 

"… Bunu yaxşı bilin ki, ədalət həm müsəlmanların ehtiyaclarını ödəmək, haqqlarını verib, vergilərini  almaq, həm də zimmilərin (Müsəlman olmayan və İslam ölkəsində, öz dini inanc və ibadətlərini edərək sərbəst və rahat şəkildə yaşamaq üçün cizyə deyilən vergini ödəməyi qəbul edənlər) haqlarına riayət edib, haqlarını vermək və cizyələrini almaqdır. Düşmənlərinizlə andlaşmalarınıza da sadiq qalın." (Doğuştan Günümüze Büyük İslam Tarihi, S: 196)

 

Peyğəmbərimizin (s.ə.v) hz. Osman (r.a) haqqındakı sözləri  

"Mələklərin belə ondan  həya etdiyi bir kimsədən necə həya etməyim? Allaha and içirəm ki, mələklər Allah və Rəsulundan (s.ə.v) həya etdikləri kimi, Osmandan (r.a) da həya edərlər." (Hz. Osman (r.a), R. O. Mahmud Sami, Erkam Yay. s. 143)   

"Osman (r.a) ümmətimin ən həyalısı və ən çox kərəm sahibidir."

"Hz. Lutdan sonra ailəsi ilə hicrət edənin ilki Osmandır (r.a)".

"Hər Peyğəmbərin Cənnətdə bir rəfiqi vardır. Orada mənim yoldaşım Osmandır (r.a)".  

"Ey Allahım! Qiyamət günü Osmanın (r.a) qəm və kədərini yox eylə. Çünki o, bizim nə qədər kədərlərimizi dəf etdi."

"Osman (r.a) məndən, mən də Osmandanam (r.a)".

 

Hz. Osmanın (r.a) xəlifə olunca maliyyə və mülkü vəzifə sahibinə yazdıği məktubdan…

"Cənab Allah heç bir şeyi boş yerə yaratmamışdır. Hər şeyi haqq olaraq yaratmışdır. O, haqqdan başqasını qəbul etməz. Aldığınız şeyləri haqlı olaraq alın; verdiyiniz şeyləri də layiq olana verin. Xüsusilə dürüstlüyə qayğı göstərin. Dürüst davranın və dürüstlüyü pozan siz olmayın. Çünki onu pozan kimsəyə sonradan gələnlərin günahını da yüklənər. Vəfalılığa diqqət yetirin, yetimin haqqına təcavüz etməyin, andlaşmalara da sadiq qalın. Yaxşı bilin ki, Allah yetimə zülm edənin düşmənidir."

"Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır." (Ali- İmran surəsi, 104)

 

Hz. Osmanın (r.a) xəlifə olunca sərhədlərdə vəzifəli komandirlərə yazdığı məktubdan…

"Siz müsəlmanların himayəçisisiniz. Hz. Ömərin komandirlərlə olan münasibətlərini bilməyən yoxdur. Onun bütün davranışları, hər kəsin gözləri qarşısında cərəyan edərdi. Bu nizamı pozmağa və ya dəyişdirməyə çalışmayın. Sonra Allah da sizi dəyişdirər və İslamın müdafiə olunması və yayılması vəzifəsini başqa bir ümmətə verər. Davranışlarınıza daim nəzarət edin. Mən də Allahın mənə əmanət etdiyi və etməyimi istədiyi tapşırıqlara daim nəzarət edirəm".  

 

Hz. Osmanın (r.a) ilk xütbəsi: 

Hz. Osman (r.a) xəlifəliyinin ilk xütbəsini oxumaq üçün minbərə çıxdığında Allaha həmd-səna etdikdən sonra bunları söylədi: "Ey müsəlmanlar! Siz İslamiyyətlə reallaşan rahatlıq və güvən neməti içində yaşayırsınız. Bu nemətlə ömrünüzün sonuna yaxınlaşdınız. Əcəliniz xeyirlə nəticələnsin. Əlinizdən gəldiyi qədər, gecə-gündüz işləyib çalışdınız. Lakin bunu yaxşı bilin ki, dünyanın mayası hiylədir. Dünya həyatı sizi aldatmasın, Allaha qarşı məğrur olmayın, gəlib-keçənlərdən ibrət götürün. Başı boş, eşitməz olmayın, oyanıq olun. Allah qafil deyil. O, dünyanı sevən, ona bağlanıb, hər yerdə xanədanlar, saraylar ucaldan bizdən əvvəlki insanlar indi haradadir? Uzun müddət səltənət sürən, dünya xanədanları haradadırlar indi? Dünya onlara vəfasızlıq etmədimi? Heç olmasa bunlardan dərs alın ki, Allahın alçaq gördüyü dünyanı, siz də olduğundan çox böyütməyin. Axirətə, əzəli yurdunuz olan axirətə hazırlıq görün". Hz. Osman (r.a) "Bu ayədə buna gözəl bir nümunə var" dedi və ayəni oxuyaraq xütbəsini bitirdi: 

"Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir." (Kəhf surəsi, 46)

Allahın elçisi (s.ə.v) Osmana (r.a) xəbər göndərib çağırtırdı və belə buyurdu: "Öldürülüb şəhid olacaqsan! Səbr et, Allah sənə səbr versin. Allahın sənə on il altı ay geydirəcəyi xilafət köynəyini əsla çıxartma!" Dönüb gedərkən Allahın elçisi (s.ə.v) onun arxasından belə buyurdu: "Allah sənə səbr versin. Oruclu ikən şəhid edilib öləcəksən. Orucunu mənimlə açacaqsan!"

 

(İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 729)

2010-11-22 14:07:28
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top